Site uses cookies to provide basic functionality.

OK
LUKE
Prev Up Next
Chapter 24
Luke Northern 24:1  Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər.
Luke Northern 24:2  Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər.
Luke Northern 24:3  Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar.
Luke Northern 24:4  Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu.
Luke Northern 24:5  Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız?
Luke Northern 24:6  O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın.
Luke Northern 24:7  Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”».
Luke Northern 24:8  Qadınlar da İsanın sözlərini yada saldılar.
Luke Northern 24:9  Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər.
Luke Northern 24:10  Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi.
Luke Northern 24:11  Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar.
Luke Northern 24:12  Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
Luke Northern 24:13  Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi.
Luke Northern 24:14  Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.
Luke Northern 24:15  Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi.
Luke Northern 24:16  Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
Luke Northern 24:17  İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar.
Luke Northern 24:18  Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?»
Luke Northern 24:19  İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.
Luke Northern 24:20  Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.
Luke Northern 24:21  Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib.
Luke Northern 24:22  Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib
Luke Northern 24:23  Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər.
Luke Northern 24:24  Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».
Luke Northern 24:25  Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!
Luke Northern 24:26  Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»
Luke Northern 24:27  Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
Luke Northern 24:28  Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.
Luke Northern 24:29  Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
Luke Northern 24:30  İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
Luke Northern 24:31  Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.
Luke Northern 24:32  Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
Luke Northern 24:33  Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.
Luke Northern 24:34  Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».
Luke Northern 24:35  Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
Luke Northern 24:36  Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.
Luke Northern 24:37  Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.
Luke Northern 24:38  Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?
Luke Northern 24:39  Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».
Luke Northern 24:40  İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
Luke Northern 24:41  Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?»
Luke Northern 24:43  İsa da yeməyi götürüb onların qabağında yedi.
Luke Northern 24:44  Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır».
Luke Northern 24:45  Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
Luke Northern 24:46  İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir.
Luke Northern 24:47  Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.
Luke Northern 24:49  Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüvvəyə bürünənədək bu şəhərdə qalın».
Luke Northern 24:50  İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;
Luke Northern 24:51  xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı.
Luke Northern 24:52  Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.
Luke Northern 24:53  Onlar daim Allaha alqış edərək məbəddə olurdular.