Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next
Chapter 20
Matt Northern 20:1  Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.
Matt Northern 20:2  O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.
Matt Northern 20:3  Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.
Matt Northern 20:4  Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.
Matt Northern 20:5  Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi.
Matt Northern 20:6  On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”
Matt Northern 20:7  “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.
Matt Northern 20:8  Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.
Matt Northern 20:9  On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar.
Matt Northern 20:10  Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar.
Matt Northern 20:11  Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:
Matt Northern 20:12  “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.
Matt Northern 20:13  O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?
Matt Northern 20:14  Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.
Matt Northern 20:15  Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”
Matt Northern 20:16  Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
Matt Northern 20:17  İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:
Matt Northern 20:18  «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;
Matt Northern 20:19  ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
Matt Northern 20:20  O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi.
Matt Northern 20:21  İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».
Matt Northern 20:22  Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik».
Matt Northern 20:23  İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
Matt Northern 20:24  Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.
Matt Northern 20:25  İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
Matt Northern 20:26  Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
Matt Northern 20:27  Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun.
Matt Northern 20:28  Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Matt Northern 20:29  İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.
Matt Northern 20:30  Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı.
Matt Northern 20:31  Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.
Matt Northern 20:32  İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»
Matt Northern 20:33  Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».
Matt Northern 20:34  İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.