Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next
Chapter 25
Gene Northern 25:1  İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi.
Gene Northern 25:2  Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah.
Gene Northern 25:3  Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular.
Gene Northern 25:4  Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.
Gene Northern 25:5  İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi.
Gene Northern 25:6  Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.
Gene Northern 25:8  O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu.
Gene Northern 25:9  Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar.
Gene Northern 25:10  O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı.
Gene Northern 25:11  Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.
Gene Northern 25:12  Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir.
Gene Northern 25:13  Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam,
Gene Northern 25:16  İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi.
Gene Northern 25:17  İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu.
Gene Northern 25:18  İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi.
Gene Northern 25:19  İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi.
Gene Northern 25:20  İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi.
Gene Northern 25:21  İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu.
Gene Northern 25:22  Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi.
Gene Northern 25:23  Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək».
Gene Northern 25:24  Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var.
Gene Northern 25:25  İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav qoydular.
Gene Northern 25:26  Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi.
Gene Northern 25:27  Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu.
Gene Northern 25:28  İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi.
Gene Northern 25:29  Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi.
Gene Northern 25:30  Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi.
Gene Northern 25:31  Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat».
Gene Northern 25:32  Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?»
Gene Northern 25:33  Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı.
Gene Northern 25:34  Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.