Site uses cookies to provide basic functionality.

OK
HEBREWS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next
Chapter 10
Hebr Northern 10:1  Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz.
Hebr Northern 10:2  Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər.
Hebr Northern 10:3  Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır.
Hebr Northern 10:4  Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
Hebr Northern 10:5  Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın.
Hebr Northern 10:6  Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi.
Hebr Northern 10:7  O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”».
Hebr Northern 10:8  Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur.
Hebr Northern 10:9  Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir.
Hebr Northern 10:10  Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
Hebr Northern 10:11  Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir.
Hebr Northern 10:12  Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu.
Hebr Northern 10:13  O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.
Hebr Northern 10:14  Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
Hebr Northern 10:15  Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:
Hebr Northern 10:16  «“O günlərdən sonra Onlarla bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların ürəyinə qoyub Zehinlərinə yazacağam”».
Hebr Northern 10:17  Sonra deyir: «Günahlarını və qanunsuzluqlarını yada salmayacağam».
Hebr Northern 10:18  Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur.
Hebr Northern 10:19  Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır.
Hebr Northern 10:20  O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
Hebr Northern 10:21  Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir.
Hebr Northern 10:22  Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
Hebr Northern 10:23  Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
Hebr Northern 10:24  Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək.
Hebr Northern 10:25  Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
Hebr Northern 10:26  Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır.
Hebr Northern 10:27  Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır.
Hebr Northern 10:28  Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür.
Hebr Northern 10:29  Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq?
Hebr Northern 10:30  Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyırıq.
Hebr Northern 10:31  Var olan Allahın əlinə düşmək dəhşətdir!
Hebr Northern 10:32  Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz.
Hebr Northern 10:33  Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz.
Hebr Northern 10:34  Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz.
Hebr Northern 10:35  Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür.
Hebr Northern 10:36  Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
Hebr Northern 10:37  Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
Hebr Northern 10:38  Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam».
Hebr Northern 10:39  Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.