Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 11
Job Northern 11:2  «Bu qədər söz cavabsız qalsınmı? Çox danışan haqlı sayılsınmı?
Job Northern 11:3  İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu? Sən rişxənd edəndə səni saxlamasınlar?
Job Northern 11:4  Allaha deyirsən: “İmanda safam, Gözün görür ki, pakam”.
Job Northern 11:5  Kaş ki Allah danışaydı, Sənə qarşı ağzını açaydı.
Job Northern 11:6  Səni hikmətin sirlərindən agah etsəydi, Hikmətin çox şaxələri üzə çıxardı. Bil ki, Allah günahlarının neçəsindən keçib.
Job Northern 11:7  Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?
Job Northern 11:8  Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?
Job Northern 11:9  Meyarı aləmdən uzundur, Dənizlərdən genişdir.
Job Northern 11:10  Əgər gəlib səni zindana salarsa, məhkum edərsə, Kim Onun qarşısını ala bilər?
Job Northern 11:11  O, yalançıları tanıyır, Pisliyi görəndə onu dərk edir.
Job Northern 11:12  Vəhşi eşşək insan olaraq doğulanda Axmaq da ağla gələr.
Job Northern 11:13  Əgər ürəyini təqdis etsən, Əllərini Ona tərəf uzatsan,
Job Northern 11:14  Günahın varsa, ondan əl çək, Qoyma pislik çadırında sakin olsun.
Job Northern 11:15  Onda başını utanmadan dik tutarsan, Sağ-salamat, qorxusuz yaşayarsan.
Job Northern 11:16  Sən dar gününü unudub Onu axıb-qurtaran bir su kimi yad edərsən.
Job Northern 11:17  Həyatın gündüzün günəşindən də parlaq olar, Qaranlığın səhər kimi işıqlanar.
Job Northern 11:18  Çünki ümidin var, sən arxayınsan, Mühafizə olunaraq rahat yatarsan.
Job Northern 11:19  Yatanda belə, səni qorxudan olmaz, Sənin lütfünü çoxları arzular.
Job Northern 11:20  Amma pis adamların gözlərinin nuru sönəcək, Onların pənah yeri olmayacaq, Yeganə ümidləri son nəfəslərini vermək olacaq».