Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next
Chapter 37
Exod Northern 37:1  Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi.
Exod Northern 37:2  Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu.
Exod Northern 37:3  Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı qalan iki halqanı isə o biri yanı üçün düzəltdi.
Exod Northern 37:4  Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü.
Exod Northern 37:5  Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.
Exod Northern 37:6  Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi.
Exod Northern 37:7  Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi.
Exod Northern 37:8  Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi.
Exod Northern 37:9  Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.
Exod Northern 37:10  Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi.
Exod Northern 37:11  Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu.
Exod Northern 37:12  Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu.
Exod Northern 37:13  Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi.
Exod Northern 37:14  Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi.
Exod Northern 37:15  Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
Exod Northern 37:16  Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, içmə təqdimlərini tökmək üçün dolçaları və piyalələri düzəltdi.
Exod Northern 37:17  Xalis qızıldan çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi.
Exod Northern 37:18  Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı.
Exod Northern 37:19  Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi.
Exod Northern 37:20  Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi.
Exod Northern 37:21  Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi.
Exod Northern 37:22  Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi.
Exod Northern 37:23  Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi.
Exod Northern 37:24  Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.
Exod Northern 37:25  Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi.
Exod Northern 37:26  Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu.
Exod Northern 37:27  Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi.
Exod Northern 37:28  Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
Exod Northern 37:29  Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı.