Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 18
Job Northern 18:2  «Bu sözlər nə vaxt qurtaracaq? Əgər dərrakəli olsanız, danışarıq.
Job Northern 18:3  Niyə heyvana bənzəyək? Gözlərinizə axmaq kimi görünək?
Job Northern 18:4  Özünü hirsindən didib-dağıdırsan. Sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın?
Job Northern 18:5  Bəli, şər insanın işığı sönəcək, Odu-alovu parlamayacaq.
Job Northern 18:6  Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək.
Job Northern 18:7  Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq.
Job Northern 18:8  Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək.
Job Northern 18:9  Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq.
Job Northern 18:10  Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək.
Job Northern 18:11  Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək.
Job Northern 18:12  Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq.
Job Northern 18:13  Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək.
Job Northern 18:14  Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq.
Job Northern 18:15  Çadırında ona aid heç nə olmayacaq, Yurduna kükürd yağacaq.
Job Northern 18:16  Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq.
Job Northern 18:17  Onun adı yer üzündə unudulacaq, Məhəllə-küçələrdə adı yaddan çıxacaq.
Job Northern 18:18  İşıqdan zülmətə aparılacaq, Dünyadan qovulacaq.
Job Northern 18:19  Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq.
Job Northern 18:20  Qərbdəkilər halına heyrətlənəcək, Şərqdəkilər onu görüb dəhşətə gələcək.
Job Northern 18:21  Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur».