Site uses cookies to provide basic functionality.

OK
JOHN
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next Toggle notes
Chapter 9
John Northern 9:1  İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü.
John Northern 9:2  Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?»
John Northern 9:3  İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu.
John Northern 9:4  Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
John Northern 9:5  Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm».
John Northern 9:6  Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü.
John Northern 9:7  Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı.
John Northern 9:8  Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?»
John Northern 9:9  Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi.
John Northern 9:10  Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular.
John Northern 9:11  O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı».
John Northern 9:12  Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.
John Northern 9:13  Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar.
John Northern 9:14  İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi.
John Northern 9:15  Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm».
John Northern 9:16  Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü.
John Northern 9:17  Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi.
John Northern 9:18  Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar.
John Northern 9:19  Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?»
John Northern 9:20  Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub.
John Northern 9:21  Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın».
John Northern 9:22  Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun.
John Northern 9:23  Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi.
John Northern 9:24  Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik».
John Northern 9:25  O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm».
John Northern 9:26  Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?»
John Northern 9:27  Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?»
John Northern 9:28  Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik.
John Northern 9:29  Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik».
John Northern 9:30  O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı.
John Northern 9:31  Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır.
John Northern 9:32  Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın.
John Northern 9:33  Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi».
John Northern 9:34  Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.
John Northern 9:35  O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?»
John Northern 9:36  O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?»
John Northern 9:37  İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur».
John Northern 9:38  O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi.
John Northern 9:39  İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun».
John Northern 9:40  Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular.
John Northern 9:41  İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.