Site uses cookies to provide basic functionality.

OK
JOHN
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next
Chapter 4
John Northern 4:1  Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər;
John Northern 4:2  əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi.
John Northern 4:3  İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı.
John Northern 4:5  O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi.
John Northern 4:6  Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi.
John Northern 4:7  Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi.
John Northern 4:8  Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.
John Northern 4:9  Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir.
John Northern 4:10  İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi».
John Northern 4:11  Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən?
John Northern 4:12  Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?»
John Northern 4:13  İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar,
John Northern 4:14  amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək».
John Northern 4:15  Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim».
John Northern 4:16  İsa qadına «get ərini çağır və buraya gəl» dedi.
John Northern 4:17  Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin,
John Northern 4:18  çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin».
John Northern 4:19  Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən.
John Northern 4:20  Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir».
John Northern 4:21  İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz.
John Northern 4:22  Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir.
John Northern 4:23  Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır.
John Northern 4:24  Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».
John Northern 4:25  Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək».
John Northern 4:26  İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».
John Northern 4:27  Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi.
John Northern 4:28  Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi:
John Northern 4:29  «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?»
John Northern 4:30  Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər.
John Northern 4:31  Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər.
John Northern 4:32  Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz».
John Northern 4:33  Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular.
John Northern 4:34  İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
John Northern 4:35  Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
John Northern 4:36  Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır.
John Northern 4:37  Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib.
John Northern 4:38  Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz».
John Northern 4:39  «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi.
John Northern 4:40  Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı.
John Northern 4:41  Daha çox adam da İsanın sözünə görə iman etdi.
John Northern 4:42  Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».
John Northern 4:43  İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü.
John Northern 4:44  Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi.
John Northern 4:45  İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər.
John Northern 4:46  Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi.
John Northern 4:47  O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi.
John Northern 4:48  Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz».
John Northern 4:49  Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!»
John Northern 4:50  İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi.
John Northern 4:51  Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər.
John Northern 4:52  Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü».
John Northern 4:53  O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi.
John Northern 4:54  Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi.