Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next Toggle notes
Chapter 2
Numb Northern 2:2  «İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar.
Numb Northern 2:3  Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun.
Numb Northern 2:4  Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı.
Numb Northern 2:5  Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun.
Numb Northern 2:6  Onun ordusundan 54 400 nəfər siyahıya alındı.
Numb Northern 2:7  Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun.
Numb Northern 2:8  Onun ordusundan 57 400 nəfər siyahıya alındı.
Numb Northern 2:9  Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər.
Numb Northern 2:10  Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun.
Numb Northern 2:11  Ruven ordusundan 46 500 nəfər siyahıya alındı.
Numb Northern 2:12  Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun.
Numb Northern 2:13  Onun ordusundan 59 300 nəfər siyahıya alındı.
Numb Northern 2:14  Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun.
Numb Northern 2:15  Onun ordusundan 45 650 nəfər siyahıya alındı.
Numb Northern 2:16  Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər.
Numb Northern 2:17  Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün.
Numb Northern 2:18  Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun.
Numb Northern 2:19  Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı.
Numb Northern 2:20  Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun.
Numb Northern 2:21  Onun ordusundan 32 200 nəfər siyahıya alındı.
Numb Northern 2:22  Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun.
Numb Northern 2:23  Onun ordusundan 35 400 nəfər siyahıya alındı.
Numb Northern 2:24  Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər.
Numb Northern 2:25  Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun.
Numb Northern 2:26  Dan ordusundan 62 700 nəfər siyahıya alındı.
Numb Northern 2:27  Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun.
Numb Northern 2:28  Onun ordusundan 41 500 nəfər siyahıya alındı.
Numb Northern 2:29  Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun.
Numb Northern 2:30  Onun ordusundan 53 400 nəfər siyahıya alındı.
Numb Northern 2:31  Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər».
Numb Northern 2:32  İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı.
Numb Northern 2:33  Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı.
Numb Northern 2:34  İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü.