Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next Toggle notes
Chapter 36
Gene Northern 36:2  Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı,
Gene Northern 36:3  həmçinin İsmailin qızı, Nevayotun bacısı Basmatı arvad aldı.
Gene Northern 36:4  Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu.
Gene Northern 36:5  Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır.
Gene Northern 36:6  Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir torpağa getdi.
Gene Northern 36:7  Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar.
Gene Northern 36:8  Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı.
Gene Northern 36:9  Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir.
Gene Northern 36:10  Esavın oğullarının adları belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel.
Gene Northern 36:11  Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz.
Gene Northern 36:12  Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır.
Gene Northern 36:13  Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir.
Gene Northern 36:14  Esavın arvadı Siveon qızı Ana qızı Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və Qorahı doğdu.
Gene Northern 36:15  Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz,
Gene Northern 36:16  başçı Qorah, başçı Qatam, başçı Amaleq. Edom torpağında Elifazdan olan başçılar bunlardır; onlar Adanın nəvələridir.
Gene Northern 36:17  Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir.
Gene Northern 36:18  Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş, başçı Yalam, başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır.
Gene Northern 36:19  Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır.
Gene Northern 36:20  Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana,
Gene Northern 36:21  Dişon, Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır.
Gene Northern 36:22  Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna.
Gene Northern 36:23  Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam.
Gene Northern 36:24  Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur.
Gene Northern 36:25  Ananın övladları bunlardır: Dişon və Ananın qızı Oholivama.
Gene Northern 36:26  Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran.
Gene Northern 36:27  Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan.
Gene Northern 36:29  Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana,
Gene Northern 36:30  başçı Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında qəbilələrinə görə Xorlu başçılar bunlardır.
Gene Northern 36:31  İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır:
Gene Northern 36:32  Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi.
Gene Northern 36:33  Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu.
Gene Northern 36:34  Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.
Gene Northern 36:35  Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi.
Gene Northern 36:36  Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu.
Gene Northern 36:37  Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.
Gene Northern 36:38  Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.
Gene Northern 36:39  Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
Gene Northern 36:40  Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir: başçı Timna, başçı Alva, başçı Yetet,
Gene Northern 36:41  başçı Oholivama, başçı Ela, başçı Pinon,
Gene Northern 36:43  başçı Maqdiel, başçı İram; sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da Edomluların əcdadıdır.