Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 16
Job Northern 16:2  «Bu cür sözləri çox eşitmişəm, Hamınız adamincidən təsəlliçilərsiniz.
Job Northern 16:3  Bu boş söhbətləriniz qurtaracaqmı? Sizi nə vadar edir, belə danışırsınız?
Job Northern 16:4  Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim. Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim.
Job Northern 16:5  Ağzım ürəkləndirici sözlər deyərdi, Dilimdən təsəlliverici sözlər çıxarardım, Mən sizi ovudardım.
Job Northern 16:6  Danışmağımla dərdim azalmır, Susuram, nə dəyişir?
Job Northern 16:7  Ay Allah, məni taqətdən saldın, Bütün külfətimi darmadağın etdin.
Job Northern 16:8  Sıxılıb əzilməyim buna şahiddir, Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir.
Job Northern 16:9  Allah məni qəzəbi ilə parçalayır, Mənə nifrət edir, dişlərini qıcıdır, Düşmənim gözlərini mənə dikir.
Job Northern 16:10  Mənə qarşı insanlar dodaq büzür, Həqarətlə üzümə şillə vurur, Mənə qarşı əlbir olur.
Job Northern 16:11  Allah məni haqsızlara təslim etdi, Pislərin əlinə verdi.
Job Northern 16:12  Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı, Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi.
Job Northern 16:13  Onun oxçuları ətrafımı aldı, Aman vermədən böyrəklərimi deşdilər, Ödümü yerə tökdülər.
Job Northern 16:14  Bədənimə yara üstündən yara vurulur, Cəngavər tək üzərimə yüyürürlər.
Job Northern 16:15  Əynimə çul tikmişəm, Qürurumu yerə atmışam.
Job Northern 16:16  Ağlamaqdan üzüm qızardı, Kirpiklərimin altı-üstü kölgə saldı.
Job Northern 16:17  Yenə də zalımlıq əlimdən gəlmir, Sənə səmimiyyətlə dua edirəm.
Job Northern 16:18  Ey torpaq, qanımın üstünü örtmə, Qoy heç nə mənim naləmi saxlamasın.
Job Northern 16:19  Lap indidən şahidim göylərdədir, Himayədarım yüksəklərdədir.
Job Northern 16:20  Dostlarım məni ələ salır, Gözlərim Allaha baxıb ağlayır.
Job Northern 16:21  Bəşər oğlu qonşusu üçün yalvardığı kimi Biri də mən insandan ötrü qoy Allaha yalvarsın.
Job Northern 16:22  Çünki bir neçə il keçəndən sonra Gedər-gəlməz yola gedəcəyəm.