Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 25
Matt Northern 25:1  O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək.
Matt Northern 25:2  Onlardan beşi ağıllı, beşi isə ağılsız idi.
Matt Northern 25:3  Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi.
Matt Northern 25:4  Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü.
Matt Northern 25:5  Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.
Matt Northern 25:6  Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!”
Matt Northern 25:7  O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.
Matt Northern 25:8  Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.
Matt Northern 25:9  Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”.
Matt Northern 25:10  Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı.
Matt Northern 25:11  O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər.
Matt Northern 25:12  O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”.
Matt Northern 25:13  Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
Matt Northern 25:14  Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi.
Matt Northern 25:15  O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü.
Matt Northern 25:16  Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı.
Matt Northern 25:17  İki talant alan da beləcə daha iki talant qazandı.
Matt Northern 25:18  Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.
Matt Northern 25:19  Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi.
Matt Northern 25:20  Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”.
Matt Northern 25:21  Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”
Matt Northern 25:22  İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”.
Matt Northern 25:23  Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”
Matt Northern 25:24  Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan.
Matt Northern 25:25  Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!”
Matt Northern 25:26  Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?
Matt Northern 25:27  Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.
Matt Northern 25:28  İndi əlindəki talantı ondan alın və on talantı olana verin!
Matt Northern 25:29  Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq.
Matt Northern 25:30  Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.
Matt Northern 25:31  Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.
Matt Northern 25:32  Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.
Matt Northern 25:33  Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.
Matt Northern 25:34  O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.
Matt Northern 25:35  Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz;
Matt Northern 25:36  çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.
Matt Northern 25:37  Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?
Matt Northern 25:38  Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?
Matt Northern 25:39  Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?”
Matt Northern 25:40  Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.
Matt Northern 25:41  O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!
Matt Northern 25:42  Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz;
Matt Northern 25:43  qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”.
Matt Northern 25:44  Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?”
Matt Northern 25:45  O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”.
Matt Northern 25:46  Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».