Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next Toggle notes
Chapter 36
Exod Northern 36:1  Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».
Exod Northern 36:2  Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.
Exod Northern 36:3  Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər.
Exod Northern 36:4  Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq
Exod Northern 36:5  Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir».
Exod Northern 36:6  Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi.
Exod Northern 36:7  Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.
Exod Northern 36:8  İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
Exod Northern 36:9  Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi.
Exod Northern 36:10  Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər.
Exod Northern 36:11  Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər.
Exod Northern 36:12  Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər.
Exod Northern 36:13  Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu.
Exod Northern 36:14  Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər.
Exod Northern 36:15  Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi.
Exod Northern 36:16  Beş pərdəni ayrıca, altı pərdəni də ayrıca bitişdirdilər.
Exod Northern 36:17  Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər.
Exod Northern 36:18  Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli bənd düzəltdilər.
Exod Northern 36:19  Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər.
Exod Northern 36:20  Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər.
Exod Northern 36:21  Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım idi.
Exod Northern 36:22  Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər.
Exod Northern 36:23  Məskənin cənub tərəfi üçün iyirmi çərçivə düzəltdilər.
Exod Northern 36:24  Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi.
Exod Northern 36:25  Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər.
Exod Northern 36:26  Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər.
Exod Northern 36:27  Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər.
Exod Northern 36:28  Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər;
Exod Northern 36:29  bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər.
Exod Northern 36:30  Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.
Exod Northern 36:31  Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül,
Exod Northern 36:32  məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi.
Exod Northern 36:33  Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər.
Exod Northern 36:34  Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər.
Exod Northern 36:35  Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
Exod Northern 36:36  Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər.
Exod Northern 36:37  Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər.
Exod Northern 36:38  Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər.