Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 10
Matt Northern 10:1  İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər.
Matt Northern 10:2  Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya,
Matt Northern 10:3  Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday,
Matt Northern 10:4  Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot.
Matt Northern 10:5  İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin,
Matt Northern 10:6  amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin.
Matt Northern 10:7  Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin.
Matt Northern 10:8  Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.
Matt Northern 10:9  Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün.
Matt Northern 10:10  Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.
Matt Northern 10:11  Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın.
Matt Northern 10:13  Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın.
Matt Northern 10:14  Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın.
Matt Northern 10:15  Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq.
Matt Northern 10:16  Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun.
Matt Northern 10:17  İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar.
Matt Northern 10:18  Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız.
Matt Northern 10:19  Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək,
Matt Northern 10:20  çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur.
Matt Northern 10:21  Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.
Matt Northern 10:22  Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
Matt Northern 10:23  Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək.
Matt Northern 10:24  Şagird müəllimindən, qul da ağasından üstün deyil.
Matt Northern 10:25  Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər!
Matt Northern 10:26  Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək.
Matt Northern 10:27  Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin.
Matt Northern 10:28  Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
Matt Northern 10:29  İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz.
Matt Northern 10:31  Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
Matt Northern 10:32  İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm.
Matt Northern 10:33  Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm.
Matt Northern 10:34  Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm.
Matt Northern 10:35  Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm.
Matt Northern 10:37  Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil.
Matt Northern 10:38  Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil.
Matt Northern 10:39  Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq.
Matt Northern 10:40  Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər.
Matt Northern 10:41  Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq.
Matt Northern 10:42  Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».