Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next
Chapter 5
Matt Northern 5:1  İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.
Matt Northern 5:2  İsa danışmağa başlayıb onları öyrədərək dedi:
Matt Northern 5:3  «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.
Matt Northern 5:4  Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.
Matt Northern 5:5  Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
Matt Northern 5:6  Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
Matt Northern 5:7  Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.
Matt Northern 5:8  Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.
Matt Northern 5:9  Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.
Matt Northern 5:10  Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.
Matt Northern 5:11  İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!
Matt Northern 5:12  Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
Matt Northern 5:13  Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
Matt Northern 5:14  Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
Matt Northern 5:15  Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.
Matt Northern 5:16  Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Matt Northern 5:17  Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.
Matt Northern 5:18  Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
Matt Northern 5:19  Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.
Matt Northern 5:20  Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Matt Northern 5:21  Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.
Matt Northern 5:22  Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.
Matt Northern 5:23  Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,
Matt Northern 5:24  qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.
Matt Northern 5:25  Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan.
Matt Northern 5:26  Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
Matt Northern 5:28  Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.
Matt Northern 5:29  Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.
Matt Northern 5:30  Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
Matt Northern 5:31  “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.
Matt Northern 5:32  Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
Matt Northern 5:33  Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.
Matt Northern 5:34  Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;
Matt Northern 5:35  nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.
Matt Northern 5:36  Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.
Matt Northern 5:37  Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
Matt Northern 5:38  “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.
Matt Northern 5:39  Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
Matt Northern 5:40  Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.
Matt Northern 5:41  Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
Matt Northern 5:42  Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
Matt Northern 5:43  “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.
Matt Northern 5:44  Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.
Matt Northern 5:45  Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
Matt Northern 5:46  Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
Matt Northern 5:47  Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?
Matt Northern 5:48  Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.