Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 28
Job Northern 28:1  Gümüşün mədəni, Qızılın təmizlənmə yeri var.
Job Northern 28:2  Dəmir torpaqdan çıxarılır, Mis daşlardan əridilərək alınır.
Job Northern 28:3  İnsan qaranlığa son qoyur, Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.
Job Northern 28:4  İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.
Job Northern 28:5  Torpaqdan çörək çıxır, Torpağın altı isə fırlanır, elə bil odlar yanır.
Job Northern 28:6  Qayalarından göy yaqut çıxır, Orada qızıl tozu da var.
Job Northern 28:7  Oranın yolunu yırtıcı quşlar bilmir, Şahinin gözü oranı görməyib.
Job Northern 28:8  Ora məğrur heyvanların ayağı dəyməyib, Yırtıcı aslanlar oradan keçməyib.
Job Northern 28:9  Mədənçi əlini çaxmaq daşına uzadır, Dağları dibindən oynadır.
Job Northern 28:10  Qayalardan yeraltı keçidlər açır, Gözləri müxtəlif qiymətli şeylərə baxır.
Job Northern 28:11  Çayların mənbələrini bağlayır, Gizlini aşkara çıxarır.
Job Northern 28:12  Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı?
Job Northern 28:13  İnsan onun qiymətini bilməz, Dirilər arasında ona rast gəlməz.
Job Northern 28:14  Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”.
Job Northern 28:15  Saf qızıl onu əvəz edə bilməz, Qiyməti gümüşlə ölçülməz.
Job Northern 28:16  Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
Job Northern 28:17  Nə qızıl, nə də gözəl cam ona tay deyil, Hikmət saf qızıl qablarla əvəz edilmir.
Job Northern 28:18  Yanında mərcanın, büllurun adı çəkilməz, Hikmətin qiyməti yaqutdan artıqdır.
Job Northern 28:19  Kuş topazı onun tayı deyil, Onun dəyəri saf qızılla ölçülməz.
Job Northern 28:20  Bəs hikmət haradan gəlir? Müdrikliyin yeri hanı?
Job Northern 28:21  O bütün canlıların gözündən uzaqdır, Göydə uçan quşlardan belə, gizli qalır.
Job Northern 28:22  Həlak yeri ilə ölüm belə deyir: “Qulaqlarımız yalnız sorağını eşidir”.
Job Northern 28:23  Onun yolunu Allah dərk edir, Yerini yalnız O bilir.
Job Northern 28:24  Çünki yer üzünün ucqarlarına qədər baxır, Göylərin altındakı hər şeyi görür.
Job Northern 28:25  Küləyin gücünü təyin edəndə, Suları ölçəndə,
Job Northern 28:27  Hikmətə baxıb qiymət qoydu, Onu bərqərar edib araşdırdı.
Job Northern 28:28  İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”».