JOSHUA
Chapter 19
Josh | Northern | 19:1 | İkinci püşk nəsillərinə görə Şimeona – Şimeon övladlarının qəbiləsinə düşdü. Onların irs torpağı Yəhuda övladlarının irs torpağı arasında idi. | |
Josh | Northern | 19:8 | Baalat-Beerə, yəni cənubda Ramaya qədər bu şəhərlərin ətrafındakı bütün kəndlər onların irs olan torpağı idi. Bunlar nəsillərinə görə Şimeon övladları qəbiləsinin irs olan torpaqlarıdır. | |
Josh | Northern | 19:9 | Şimeon övladlarının irs olan torpağı Yəhuda övladlarının payından oldu, çünki Yəhuda övladlarının payı onlar üçün çox idi. Buna görə də Şimeon övladları onların torpaqları arasında irs torpaqlarını aldılar. | |
Josh | Northern | 19:10 | Üçüncü püşk nəsillərinə görə Zevulun övladlarına düşdü. Onların irs olan torpağının sərhədi Saridə qədərdir. | |
Josh | Northern | 19:11 | Sonra sərhədi Maralaya qədər – qərbə doğru yüksəlib Dabbeşetdən keçərək Yoqneam qarşısında olan vadiyə çatırdı. | |
Josh | Northern | 19:12 | Sariddən şərqə – gün doğana tərəf Kislot-Tavor sərhədinə dönüb Davrata qalxaraq Yafiaya yüksəlirdi. | |
Josh | Northern | 19:13 | Oradan şərqə doğru Qat-Xeferə, Et-Qasinə keçirdi və Neaya dönən Rimmona qalxırdı. | |
Josh | Northern | 19:15 | Qattat, Nahalal, Şimron, İdala, Bet-Lexem, yəni kəndləri ilə birlikdə on iki şəhər idi. | |
Josh | Northern | 19:16 | Nəsillərinə görə Zevulun övladlarının irsi olan torpaq kəndləri ilə birlikdə bu şəhərlər idi. | |
Josh | Northern | 19:22 | Sərhəd Tavora, Şaxsivmaya, Bet-Şemeşə çatırdı. Sərhədlərinin sonu İordan çayında idi. Bunlar kəndləri ilə birlikdə on altı şəhər idi. | |
Josh | Northern | 19:23 | Nəsillərinə görə İssakar övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi. | |
Josh | Northern | 19:27 | Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula, | |
Josh | Northern | 19:29 | Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv, | |
Josh | Northern | 19:30 | Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi. | |
Josh | Northern | 19:31 | Nəsillərinə görə Aşer övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi. | |
Josh | Northern | 19:33 | Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi. | |
Josh | Northern | 19:34 | Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı. | |
Josh | Northern | 19:38 | İreon, Miqdal-El, Xorem, Bet-Anat, Bet-Şemeş. Bunlar kəndləri ilə birlikdə on doqquz şəhər idi. | |
Josh | Northern | 19:39 | Nəsillərinə görə Naftali övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi. | |
Josh | Northern | 19:47 | Amma Dan övladlarının torpağı onların əlindən çıxdı. Ona görə də Dan övladları Leşem üzərinə döyüşə getdilər. Oranı alıb əhalisini qılıncdan keçirtdilər və oraya sahib olub məskən saldılar. Ataları Danın şərəfinə görə Leşemə Dan adı verdilər. | |
Josh | Northern | 19:48 | Nəsillərinə görə Dan övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi. | |
Josh | Northern | 19:49 | Ölkəni torpaq paylarına görə irs olaraq bölüşdürüb qurtarandan sonra İsrail övladları Nun oğlu Yeşuaya aralarında irs olaraq torpaq verdilər. | |
Josh | Northern | 19:50 | Rəbbin əmrinə görə istədiyi şəhəri – Efrayimin dağlıq bölgəsində Timnat-Serahı ona verdilər. O da bu şəhəri tikib orada yaşadı. | |