Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 20
Job Northern 20:2  «Düşüncələrimə görə cavab verməyə məcburam, Çünki daxilən narahatam.
Job Northern 20:3  Məni utandıran bir giley eşidirəm, Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.
Job Northern 20:4  Bilirsən ki, əzəldən bəri, İnsanın dünyaya gəlişindən bəri
Job Northern 20:5  Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər.
Job Northern 20:6  Boyu göylərə çatsa da, Başı buludlara dəysə də,
Job Northern 20:7  Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək.
Job Northern 20:8  Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq.
Job Northern 20:9  Onu görən gözlər bir daha görməyəcək, Yaşadığı yerdə görünməyəcək.
Job Northern 20:10  Övladları fəqirlərdən mərhəmət diləyəcək, Sərvətləri əllərindən gedəcək.
Job Northern 20:11  İnsanın sümükləri gənclik alovu ilə dolar, Amma insanla birlikdə torpaq altında yatacaq.
Job Northern 20:12  Pislik ağzına şirin gəlsə də, Dilinin altında gizlənsə də,
Job Northern 20:13  İnsan pisliyi tutub buraxmasa da, Damağının altında saxlasa da,
Job Northern 20:14  Yediyi yemək mədəsində qıcqıracaq, Daxilində ilan zəhərinə dönəcək.
Job Northern 20:15  Yediyi sərvətləri qusacaq, Qarnındakıları Allah bayıra çıxaracaq.
Job Northern 20:16  Başqa yerdə əfi ilan zəhərini əməcək, Gürzənin dişindən öləcək.
Job Northern 20:17  Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək.
Job Northern 20:18  Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq, Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.
Job Northern 20:19  Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı.
Job Northern 20:20  Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz.
Job Northern 20:21  Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək.
Job Northern 20:22  Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq.
Job Northern 20:23  Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək.
Job Northern 20:24  Dəmir silahdan qaça bilsə də, Tunc ox onu dəlib-deşəcək,
Job Northern 20:25  Ox onu dəlib-keçəcək, Onun kürəyindən çıxacaq, Parlaq ucu ödünü dağıdıb tökəcək. Üstünə dəhşət gələcək.
Job Northern 20:26  Xəzinələrinin aqibəti qaranlıq olacaq, Üfürülməmiş od onu yeyib-qurtaracaq, Çadırında qalanları da yandırıb-yaxacaq.
Job Northern 20:27  Göylər şər işlərinin üstünü açacaq, Dünya onun əleyhinə qalxacaq.
Job Northern 20:28  Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq.
Job Northern 20:29  Pis insan Allahdan belə pay alacaq, Allahın ona verdiyi irs budur».