EXODUS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
Chapter 39
Exod | Northern | 39:1 | Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar. | |
Exod | Northern | 39:2 | Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar. | |
Exod | Northern | 39:3 | Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər. | |
Exod | Northern | 39:5 | Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:6 | Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını | |
Exod | Northern | 39:7 | efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:8 | Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər. | |
Exod | Northern | 39:9 | Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi. | |
Exod | Northern | 39:13 | dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı. | |
Exod | Northern | 39:14 | Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi. | |
Exod | Northern | 39:16 | İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. | |
Exod | Northern | 39:18 | İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. | |
Exod | Northern | 39:19 | Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. | |
Exod | Northern | 39:20 | Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. | |
Exod | Northern | 39:21 | Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:23 | Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular. | |
Exod | Northern | 39:24 | Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər. | |
Exod | Northern | 39:25 | Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər. | |
Exod | Northern | 39:26 | Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:28 | nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı, | |
Exod | Northern | 39:29 | nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:30 | Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. | |
Exod | Northern | 39:31 | Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:32 | Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. | |
Exod | Northern | 39:33 | Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, | |
Exod | Northern | 39:34 | qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini, | |
Exod | Northern | 39:39 | tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını, | |
Exod | Northern | 39:40 | həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları, | |
Exod | Northern | 39:41 | müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər. | |