Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 22
Matt Northern 22:1  İsa yenə onlara məsəllərlə xitab edərək dedi:
Matt Northern 22:2  «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir.
Matt Northern 22:3  O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi.
Matt Northern 22:4  Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!”
Matt Northern 22:5  Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi.
Matt Northern 22:6  O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər.
Matt Northern 22:7  Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.
Matt Northern 22:8  Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil.
Matt Northern 22:9  Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”.
Matt Northern 22:10  Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.
Matt Northern 22:11  Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü,
Matt Northern 22:12  ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.
Matt Northern 22:13  O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”.
Matt Northern 22:14  Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
Matt Northern 22:15  O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar.
Matt Northern 22:16  Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan.
Matt Northern 22:17  İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»
Matt Northern 22:18  Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz?
Matt Northern 22:19  Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər.
Matt Northern 22:20  İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?»
Matt Northern 22:21  Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».
Matt Northern 22:22  Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.
Matt Northern 22:23  Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
Matt Northern 22:24  «Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”.
Matt Northern 22:25  Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.
Matt Northern 22:26  İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü.
Matt Northern 22:28  İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
Matt Northern 22:29  İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.
Matt Northern 22:30  Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
Matt Northern 22:31  Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».
Matt Northern 22:32  Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».
Matt Northern 22:33  Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
Matt Northern 22:34  Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.
Matt Northern 22:35  Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:
Matt Northern 22:36  «Müəllim, Qanunda ən böyük əmr hansıdır?»
Matt Northern 22:37  İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.
Matt Northern 22:39  Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
Matt Northern 22:40  Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
Matt Northern 22:41  Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:
Matt Northern 22:42  «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.
Matt Northern 22:43  İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
Matt Northern 22:44  “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib.
Matt Northern 22:45  Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»
Matt Northern 22:46  Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.