Site uses cookies to provide basic functionality.

OK
JOHN
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next
Chapter 7
John Northern 7:1  Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi.
John Northern 7:2  Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı.
John Northern 7:3  Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün.
John Northern 7:4  Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır».
John Northern 7:6  Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir.
John Northern 7:7  Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm.
John Northern 7:8  Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm».
John Northern 7:9  İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı.
John Northern 7:10  Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi.
John Northern 7:11  Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər.
John Northern 7:12  Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi.
John Northern 7:13  Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.
John Northern 7:14  Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı.
John Northern 7:15  Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?»
John Northern 7:16  İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir.
John Northern 7:17  Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək.
John Northern 7:18  Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz.
John Northern 7:19  Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?»
John Northern 7:20  Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?»
John Northern 7:21  İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz.
John Northern 7:22  Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz.
John Northern 7:23  Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz?
John Northern 7:24  Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».
John Northern 7:25  Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi?
John Northern 7:26  Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər?
John Northern 7:27  Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək».
John Northern 7:28  İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız,
John Northern 7:29  Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi».
John Northern 7:30  Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.
John Northern 7:31  Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»
John Northern 7:32  Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi.
John Northern 7:33  İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm.
John Northern 7:34  Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz».
John Northern 7:35  Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək?
John Northern 7:36  “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»
John Northern 7:37  Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.
John Northern 7:38  Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».
John Northern 7:39  Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi.
John Northern 7:40  Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər.
John Northern 7:41  Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir?
John Northern 7:42  Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?»
John Northern 7:43  Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu.
John Northern 7:44  Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.
John Northern 7:45  Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu.
John Northern 7:46  Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
John Northern 7:47  Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb?
John Northern 7:48  Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi?
John Northern 7:49  Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!»
John Northern 7:50  Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi:
John Northern 7:51  «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»
John Northern 7:52  Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz».