Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 15
Job Northern 15:2  «Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı?
Job Northern 15:3  Faydasız sözlərlə, dəyərsiz nitqlərlə Mübahisə etmək olarmı?
Job Northern 15:4  Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah hüzurunda düşünməyə mane olursan.
Job Northern 15:5  Çünki sənin ağzın günahdan dərs alıb, Hiyləgərlərin dili ilə danışırsan.
Job Northern 15:6  Səni məhkum edən mən deyiləm, öz dilindir. Dodaqların öz əleyhinə şəhadət edir.
Job Northern 15:7  İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan?
Job Northern 15:8  Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan?
Job Northern 15:9  Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?
Job Northern 15:10  Bizdə ağsaçlı da, yaşlı da var, Onlar atandan da yaşlı olar.
Job Northern 15:11  Sənə Allahın təsəllisi, Söylədiyi xoş sözlər kifayət deyilmi?
Job Northern 15:12  Niyə qəlbin səni belə çaşdırır, Gözlərindən od çıxır?
Job Northern 15:13  Niyə Allaha qəzəbini göstərirsən, Dilindən belə sözlər çıxır?
Job Northern 15:14  İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi?
Job Northern 15:15  Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə,
Job Northern 15:16  Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?
Job Northern 15:17  Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim –
Job Northern 15:18  Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri.
Job Northern 15:19  O atalar ki ölkə yalnız onlara verilmişdi, Aralarına yadelli girməmişdi.
Job Northern 15:20  Pis insan həyatı boyu əzab çəkir, Zorakı adama ayrılan illərin sayı bilinir.
Job Northern 15:21  Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir.
Job Northern 15:22  İnana bilməz ki, qaranlıqdan qurtara bilər, Onu qılınc gözlər.
Job Northern 15:23  “Haradadır?” deyib çörək üçün avara gəzər, Qara günlərinin yanında olduğunu bilər.
Job Northern 15:24  Ağrı və sıxıntı onu qorxudar, Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar.
Job Northern 15:25  Çünki Allaha belə, əl uzadıb, Külli-İxtiyara meydan oxuyub.
Job Northern 15:26  Dikbaşlıq edib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir.
Job Northern 15:27  Onun üzü tosqunluqdan şişər, Qarnı nə qədər piyləşər,
Job Northern 15:28  O, dağılmış şəhərlərdə, Kimsəsiz, yerlə yeksan olan viranələrdə, Aqibəti dağılmaq olan evlərdə yaşayacaq.
Job Northern 15:29  Varlı olmayacaq, sərvətləri tükənəcək, Malları ölkəni bürüməyəcək.
Job Northern 15:30  Qaranlıqdan qurtulmayacaq, Pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq.
Job Northern 15:31  Qoy boş şeyə güvənərək özünü aldatmasın, Çünki əvəzində nəsibi boşluq olacaq.
Job Northern 15:32  İşi vaxtsız bitəcək, Budağı göyərməyəcək.
Job Northern 15:33  Qorası tökülən üzüm ağacı kimi, Çiçəyi tökülən zeytun ağacı kimi olacaq.
Job Northern 15:34  Çünki allahsız icma qısır olar, Rüşvətxorların çadırı od tutub yanar.
Job Northern 15:35  Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar».