Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 36
Job Northern 36:2  «Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var.
Job Northern 36:3  Geniş məlumat toplayacağam, Yaradanıma haqq verəcəyəm.
Job Northern 36:4  Dediyimin heç biri, şübhəsiz, yalan deyil, Qarşında dayanan kamil bilicidir.
Job Northern 36:5  Allah güclüdür, kimsəyə xor baxmaz, Güclüdür, dərin şüura malikdir.
Job Northern 36:6  Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər.
Job Northern 36:7  Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar.
Job Northern 36:8  Amma əgər insanlar zəncirlənib Təzyiq altında saxlanarsa,
Job Northern 36:9  Onlara əməllərini, günahlarını göstərər, Təkəbbürlü rəftar etdiklərini bildirər.
Job Northern 36:10  Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər.
Job Northern 36:11  Əgər Ona qulaq asıb qulluq edərlərsə, Qalan günlərini bolluq içində yaşarlar, Qalan illərini əmin-amanlıqda yaşarlar.
Job Northern 36:12  Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar.
Job Northern 36:13  Allahsızlar ürəklərində kin saxlayırlar, Allah onları qandallayanda belə, Onu çağırmırlar.
Job Northern 36:14  Vaxtsız ölüb gedərlər, Şərəfsiz ömür sürərlər.
Job Northern 36:15  Amma Allah əzabkeşləri əzablarından xilas edər, Dara düşəndə onlara səsini eşitdirər.
Job Northern 36:16  Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
Job Northern 36:17  Amma şərin hökmü vücuduna dolar, Haqq-ədalət isə yaxandan tutar.
Job Northern 36:18  Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın, Rüşvətin böyüklüyünü görüb azmayasan.
Job Northern 36:19  Səni dardan qurtarmağa, Varının, yoxsa qüdrətinin gücü çatarmı?
Job Northern 36:20  Xalqların öz yerlərindən Yox edildiyi gecənin həsrətini çəkmə.
Job Northern 36:21  Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən, Çünki zəlil olmaqdan çox bunu seçmisən.
Job Northern 36:22  Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?
Job Northern 36:23  Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər? Kim Ona “haqsızsan” deyə bilər?
Job Northern 36:24  Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
Job Northern 36:25  Bütün insanlar bunu görür, Hamı bu işləri uzaqdan seyr edir.
Job Northern 36:26  Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur.
Job Northern 36:27  Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır.
Job Northern 36:28  Bu yağışlar buludlardan tökülür, İnsanların üstünə bol yağışlar səpilir.
Job Northern 36:29  Buludların necə yayılmasını, Göylərin çadırında guruldamasını Kim dərk edə bilər?
Job Northern 36:30  Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur.
Job Northern 36:31  Allah xalqlara rəhbərlik edir, Onları bol ərzaqla təmin edir.
Job Northern 36:32  Şimşəyi əlləri ilə tutur, Hədəfə vurmasını buyurur.
Job Northern 36:33  Gurultusu qasırğadan xəbər verir, Qasırğanın qopacağını öküzlərə belə, bildirir.