Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next
Chapter 31
Numb Northern 31:2  «İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan».
Numb Northern 31:3  Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar.
Numb Northern 31:4  İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin».
Numb Northern 31:5  Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi.
Numb Northern 31:6  Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü.
Numb Northern 31:7  Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar.
Numb Northern 31:8  Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər.
Numb Northern 31:9  Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər.
Numb Northern 31:10  Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular.
Numb Northern 31:11  İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər.
Numb Northern 31:12  Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər.
Numb Northern 31:13  Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar.
Numb Northern 31:14  Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib
Numb Northern 31:15  «Bütün qadınları nə üçün sağ saxladınız?» dedi.
Numb Northern 31:16  «Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi.
Numb Northern 31:17  İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün.
Numb Northern 31:18  Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın.
Numb Northern 31:19  Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin.
Numb Northern 31:20  Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin».
Numb Northern 31:21  Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir.
Numb Northern 31:22  Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu,
Numb Northern 31:23  oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin.
Numb Northern 31:24  Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin».
Numb Northern 31:26  «Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın.
Numb Northern 31:27  Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün.
Numb Northern 31:28  Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın.
Numb Northern 31:29  Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin.
Numb Northern 31:30  O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin».
Numb Northern 31:31  Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər.
Numb Northern 31:32  Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi,
Numb Northern 31:36  Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi,
Numb Northern 31:37  bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi;
Numb Northern 31:38  36 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı;
Numb Northern 31:39  30 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı;
Numb Northern 31:40  16 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı.
Numb Northern 31:41  Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi.
Numb Northern 31:42  Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır:
Numb Northern 31:47  Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi.
Numb Northern 31:48  Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər:
Numb Northern 31:49  «Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir.
Numb Northern 31:50  Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək».
Numb Northern 31:51  Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı;
Numb Northern 31:52  minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi.
Numb Northern 31:53  Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü.
Numb Northern 31:54  Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər.