PSALMS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
Chapter 106
Psal | Northern | 106:1 | Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir. | |
Psal | Northern | 106:4 | Ya Rəbb, xalqına lütf edərkən məni yada sal, Onları nicata çatdırarkən mənim də qayğıma qal. | |
Psal | Northern | 106:5 | Qoy seçdiklərini bəxtiyar görüm, Millətinin sevinci ilə sevinim, İrsinlə birlikdə fəxr edim. | |
Psal | Northern | 106:6 | Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq. | |
Psal | Northern | 106:7 | Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu. | |
Psal | Northern | 106:9 | Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi. | |
Psal | Northern | 106:10 | İsrailliləri onlara nifrət edənin əlindən qurtardı, Onları düşməninin əlindən xilas etdi. | |
Psal | Northern | 106:22 | Ham ölkəsində xariqələr göstərəni, Qırmızı dənizdə zəhmli işlər görəni unutdular. | |
Psal | Northern | 106:23 | Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi. | |
Psal | Northern | 106:27 | Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək. | |
Psal | Northern | 106:28 | Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər. | |
Psal | Northern | 106:32 | Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi: | |
Psal | Northern | 106:35 | Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər. | |
Psal | Northern | 106:38 | Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər, Ölkəni qana bulaşdırdılar. | |
Psal | Northern | 106:42 | Düşmənləri onları zülm altına saldılar, Onlara tabe olaraq əl altında qaldılar. | |
Psal | Northern | 106:43 | Rəbb dəfələrlə onları azad etmişdi, Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular, Bu insanları öz günahları alçaltdı. | |
Psal | Northern | 106:45 | Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi. | |
Psal | Northern | 106:47 | Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək. | |