PSALMS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
Chapter 119
Psal | Northern | 119:2 | Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar. | |
Psal | Northern | 119:14 | Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam. | |
Psal | Northern | 119:23 | Başçılar yığılıb mənim üçün qəsd qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm. | |
Psal | Northern | 119:27 | Qayda-qanunlarının yollarını mənə Özün izah et, Xariqələrin barədə dərin düşünüm. | |
Psal | Northern | 119:32 | Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm. | |
Psal | Northern | 119:42 | Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm. | |
Psal | Northern | 119:59 | Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm. | |
Psal | Northern | 119:69 | Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm. | |
Psal | Northern | 119:73 | Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim. | |
Psal | Northern | 119:74 | Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam. | |
Psal | Northern | 119:75 | Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur. | |
Psal | Northern | 119:78 | Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm. | |
Psal | Northern | 119:82 | Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?» | |
Psal | Northern | 119:87 | Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam. | |
Psal | Northern | 119:95 | Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm. | |
Psal | Northern | 119:96 | Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır. | |
Psal | Northern | 119:99 | Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm. | |
Psal | Northern | 119:117 | Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum. | |
Psal | Northern | 119:118 | Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur. | |
Psal | Northern | 119:119 | Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm. | |
Psal | Northern | 119:128 | Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm. | |
Psal | Northern | 119:133 | Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin. | |
Psal | Northern | 119:145 | Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm. | |
Psal | Northern | 119:147 | Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram. | |
Psal | Northern | 119:149 | Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et. | |
Psal | Northern | 119:157 | Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim. | |
Psal | Northern | 119:159 | Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver. | |
Psal | Northern | 119:168 | Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır. | |