PSALMS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
Chapter 18
Psal | Northern | 18:2 | Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm. | |
Psal | Northern | 18:6 | Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi. | |
Psal | Northern | 18:7 | O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi. | |
Psal | Northern | 18:8 | Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu. | |
Psal | Northern | 18:11 | Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu. | |
Psal | Northern | 18:15 | Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. | |
Psal | Northern | 18:24 | Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi. | |
Psal | Northern | 18:35 | Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin. | |
Psal | Northern | 18:40 | Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim. | |
Psal | Northern | 18:41 | Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar. | |
Psal | Northern | 18:43 | Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin. | |
Psal | Northern | 18:48 | O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır. | |
Psal | Northern | 18:49 | Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm. | |