I CHRONICLES
Chapter 2
| I Ch | Northern | 2:3 | Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. | |
| I Ch | Northern | 2:4 | Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi. | |
| I Ch | Northern | 2:6 | Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. | |
| I Ch | Northern | 2:16 | Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. | |
| I Ch | Northern | 2:18 | Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon. | |
| I Ch | Northern | 2:21 | Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. | |
| I Ch | Northern | 2:23 | Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. | |
| I Ch | Northern | 2:24 | Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu. | |
| I Ch | Northern | 2:34 | Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. | |
| I Ch | Northern | 2:42 | Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. | |
| I Ch | Northern | 2:49 | O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. | |
| I Ch | Northern | 2:50 | Bunlar Kalevin nəsilləri idi. Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, | |
| I Ch | Northern | 2:52 | Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı. | |
| I Ch | Northern | 2:53 | Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. | |
| I Ch | Northern | 2:54 | Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar. | |