Site uses cookies to provide basic functionality.

OK
II TIMOTHY
Up
1 2 3 4
Chapter 1
II T Northern 1:1  Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan
II T Northern 1:2  mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
II T Northern 1:3  Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm.
II T Northern 1:4  Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum.
II T Northern 1:5  Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan.
II T Northern 1:6  Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram.
II T Northern 1:7  Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.
II T Northern 1:8  Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş.
II T Northern 1:9  Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi,
II T Northern 1:10  indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
II T Northern 1:11  Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum.
II T Northern 1:12  Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
II T Northern 1:13  Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.
II T Northern 1:14  Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.
II T Northern 1:15  Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır.
II T Northern 1:16  Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı.
II T Northern 1:17  Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı.
II T Northern 1:18  Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.
Chapter 2
II T Northern 2:1  Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.
II T Northern 2:2  Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et.
II T Northern 2:3  Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş.
II T Northern 2:4  Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar.
II T Northern 2:5  Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz.
II T Northern 2:6  Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir.
II T Northern 2:7  Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.
II T Northern 2:8  Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla.
II T Northern 2:9  Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir.
II T Northern 2:10  Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm.
II T Northern 2:11  Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq;
II T Northern 2:12  Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək.
II T Northern 2:13  Biz sadiq qalmasaq da, O sadiq qalacaq. Çünki Öz təbiətinə zidd davrana bilməz».
II T Northern 2:14  Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar.
II T Northern 2:15  Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.
II T Northern 2:16  Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır.
II T Northern 2:17  Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır.
II T Northern 2:18  Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər.
II T Northern 2:19  Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
II T Northern 2:20  Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur.
II T Northern 2:21  Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.
II T Northern 2:22  Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get.
II T Northern 2:23  Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən.
II T Northern 2:24  Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır.
II T Northern 2:25  Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar,
II T Northern 2:26  ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.
Chapter 3
II T Northern 3:1  Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq.
II T Northern 3:2  Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum,
II T Northern 3:3  şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni,
II T Northern 3:4  xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər.
II T Northern 3:5  Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur.
II T Northern 3:6  Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir,
II T Northern 3:7  daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər.
II T Northern 3:8  Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Onlar düşüncələri pozğun, imanları sınaqdan keçməmiş insanlardır.
II T Northern 3:9  Amma daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görəcək.
II T Northern 3:10  Sənsə mənim təlimimi, davranışımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, dözümümü,
II T Northern 3:11  Antakyada, Konyada, Listrada başıma gələn təqibləri, çəkdiyim əzabları diqqətlə izlədin. Nə cür təqiblərə qatlandım! Amma Rəbb məni bunların hamısından xilas etdi.
II T Northern 3:12  Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq.
II T Northern 3:13  Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar.
II T Northern 3:14  Sənsə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən,
II T Northern 3:15  Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.
II T Northern 3:16  Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;
II T Northern 3:17  beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin.
Chapter 4
II T Northern 4:1  Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,
II T Northern 4:2  Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
II T Northern 4:3  Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar.
II T Northern 4:4  Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
II T Northern 4:5  Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.
II T Northern 4:6  Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi.
II T Northern 4:7  Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.
II T Northern 4:8  İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
II T Northern 4:10  Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi.
II T Northern 4:11  Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.
II T Northern 4:13  Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.
II T Northern 4:14  Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.
II T Northern 4:15  Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.
II T Northern 4:16  Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın.
II T Northern 4:17  Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum.
II T Northern 4:18  Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.
II T Northern 4:19  Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.
II T Northern 4:20  Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum.
II T Northern 4:21  Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.
II T Northern 4:22  Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!