Chapter 1
Mica | Northern | 1:1 | Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu. | |
Mica | Northern | 1:2 | Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin. | |
Mica | Northern | 1:4 | Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq. | |
Mica | Northern | 1:5 | Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi? | |
Mica | Northern | 1:6 | «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam. | |
Mica | Northern | 1:7 | Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək». | |
Mica | Northern | 1:8 | Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam. | |
Mica | Northern | 1:9 | Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb. | |
Mica | Northern | 1:10 | Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın. | |
Mica | Northern | 1:11 | Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək. | |
Mica | Northern | 1:13 | Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz! | |
Mica | Northern | 1:14 | Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq. | |
Mica | Northern | 1:15 | Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq. | |
Chapter 2
Mica | Northern | 2:1 | Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər! | |
Mica | Northern | 2:2 | Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər! | |
Mica | Northern | 2:3 | Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir. | |
Mica | Northern | 2:4 | O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”. | |
Mica | Northern | 2:5 | Buna görə ölkə yenə püşklə bölünsə də, Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq». | |
Mica | Northern | 2:7 | Ey Yaqub nəsli, belə deyilirmi: «Məgər Rəbbin səbri tükəndi? O belə şeylər edərmi?» Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi? | |
Mica | Northern | 2:8 | Dünən xalqım idiniz, Bu gün isə Mənə düşmən oldunuz. Müharibədən qayıdanların, Yoldan sakit keçənlərin Əynindən paltarlarını alıb Onları soyursunuz. | |
Mica | Northern | 2:9 | Xalqımın qadınlarını Rahat evlərindən qovursunuz, Uşaqlarını Mənim verdiyim bərəkətdən Əbədilik məhrum edirsiniz. | |
Mica | Northern | 2:10 | Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq. | |
Mica | Northern | 2:11 | Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə: «Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq», Bu adam xalqın vaizi olar! | |
Mica | Northern | 2:12 | Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam, İsrailin sağ qalanlarını toplayacağam. Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq. | |
Chapter 3
Mica | Northern | 3:1 | Onda mən dedim: «Dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Axı siz ədalətli olmalısınız! | |
Mica | Northern | 3:2 | Siz ki yaxşıya nifrət edirsiniz, Pisliyi sevirsiniz, Xalqımın dərisini soyursunuz, Ətini sümüklərindən qoparırsınız, | |
Mica | Northern | 3:3 | Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız. | |
Mica | Northern | 3:4 | Gün gələcək, Rəbbə fəryad edəndə O sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, Çünki əməlləriniz pis olub». | |
Mica | Northern | 3:5 | Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir: «Yeməyiniz olanda Sülh bəyan edirsiniz. Sizə çörək verməyənlərə isə Dava elan edirsiniz». | |
Mica | Northern | 3:6 | Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq. | |
Mica | Northern | 3:7 | Görücülər rüsvay olacaq, Falçılar biabır olacaq, Onların hamısı bundan utanıb susacaq, Çünki Allahdan cavab olmayacaq. | |
Mica | Northern | 3:8 | Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram. | |
Mica | Northern | 3:9 | Bunu dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Siz ədalətə nifrət edirsiniz, Hər cür düzlüyü əyriyə çevirirsiniz. | |
Mica | Northern | 3:11 | Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz». | |
Chapter 4
Mica | Northern | 4:1 | Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək. | |
Mica | Northern | 4:2 | Çox millətlər gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. | |
Mica | Northern | 4:3 | Rəbb çox xalqlar arasında hakim olacaq, Güclü millətlər haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. | |
Mica | Northern | 4:4 | Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi. | |
Mica | Northern | 4:5 | Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik. | |
Mica | Northern | 4:6 | «Gün gələcək» Rəbb bəyan edir, «Mən şikəstləri yığacağam, İncitdiyim pərən-pərən düşən xalqı Bir yerə toplayacağam. | |
Mica | Northern | 4:7 | Şikəstləri sağ qalan xalq edəcəyəm, Atılanları güclü millətə çevirəcəyəm. Mən Rəbb onlara Sion dağından İndidən sonsuzadək hökm edəcəyəm». | |
Mica | Northern | 4:8 | Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə, Sion qızının qalası, Əvvəlki hakimiyyət sənə yenidən veriləcək, Yerusəlim qızının səltənəti gələcək. | |
Mica | Northern | 4:9 | İndi nə üçün uca səslə çağırırsan? Niyə doğan qadın kimi ağrı çəkirsən? Məgər sənin yanında padşah yoxdurmu? Məsləhətçilərin həlak olubmu? | |
Mica | Northern | 4:10 | Ey Sion qızı, ağrıdan qovrul, Doğan qadın kimi bərkdən qışqır, Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan, Babilə qədər gedəcəksən. Lakin orada xilas olacaqsan, Rəbb səni düşmənlərinin əlindən satın alacaq. | |
Mica | Northern | 4:11 | Amma indi çox millətlər Sənə qarşı birləşib belə deyir: «Qoy Sion rüsvay olub murdarlansın! Bunu öz gözümüzlə görək!» | |
Mica | Northern | 4:12 | Lakin onlar Rəbbin düşüncələrini bilmir, Məsləhətini anlamır. Xırmanda yığılan dərzlər kimi Rəbb onları bir yerə toplamışdır. | |
Chapter 5
Mica | Northern | 5:1 | Ey qoşunlar qızı, indi qoşunlarını topla! Bizi dövrəyə alıblar, İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar. | |
Mica | Northern | 5:2 | Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir». | |
Mica | Northern | 5:3 | Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına Qalan qohumları qayıdacaq. | |
Mica | Northern | 5:4 | Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, | |
Mica | Northern | 5:5 | Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar. | |
Mica | Northern | 5:6 | Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər. Aşşurlular torpağımıza gələndə, Sərhədimizi keçəndə Bizi rəhbərlərimiz qurtaracaq. | |
Mica | Northern | 5:7 | Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq. | |
Mica | Northern | 5:8 | Yaqub nəslinin sağ qalanları Çoxlu xalqların, millətlərin arasında Sanki meşə heyvanları arasındakı şir, Qoyun sürüsü arasındakı gənc aslandır. Sürünün içinə girsə, didib dağıdar, Heç kəs ondan qurtula bilməz. | |
Mica | Northern | 5:10 | «Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm. | |
Mica | Northern | 5:11 | Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm. | |
Mica | Northern | 5:13 | Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz. | |
Chapter 6
Mica | Northern | 6:1 | Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin! | |
Mica | Northern | 6:2 | Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir. | |
Mica | Northern | 6:4 | Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum. | |
Mica | Northern | 6:5 | Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini, Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla, Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki, Rəbbin sənə göstərdiyi sədaqətini biləsən». | |
Mica | Northern | 6:6 | Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı? | |
Mica | Northern | 6:7 | Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? | |
Mica | Northern | 6:8 | Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki? | |
Mica | Northern | 6:9 | Rəbbin səsi şəhərə nida edir, Onun adından qorxmaq hikmətdir. «Ey şəhərdə toplanan camaat, eşidin! Ey şəhər sakinləri, dinləyin! | |
Mica | Northern | 6:10 | Məgər pislərin evindəki haram mal-dövlətdən, Lənətli əskik ölçülərdən xəbərim yoxdur? | |
Mica | Northern | 6:12 | Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır. | |
Mica | Northern | 6:14 | Yeyəcəksiniz, amma doymayacaqsınız, Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız, Qılıncla topladığınızı məhv edəcəyəm. | |
Mica | Northern | 6:15 | Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz. | |
Chapter 7
Mica | Northern | 7:1 | Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb. | |
Mica | Northern | 7:2 | Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. | |
Mica | Northern | 7:3 | Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür. | |
Mica | Northern | 7:4 | Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız. | |
Mica | Northern | 7:5 | Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın. | |
Mica | Northern | 7:6 | Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub. | |
Mica | Northern | 7:7 | Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək. | |
Mica | Northern | 7:8 | Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! | |
Mica | Northern | 7:9 | Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm. | |
Mica | Northern | 7:10 | Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq. | |
Mica | Northern | 7:11 | Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək. | |
Mica | Northern | 7:12 | O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq. | |
Mica | Northern | 7:14 | Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. | |
Mica | Northern | 7:16 | Millətlər bunu görəcək, Öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, Qulaqları kar olacaq. | |
Mica | Northern | 7:17 | İlan kimi torpağı yalayacaq, Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar Səndən qorxub Dəhşət içində Sənə tərəf dönəcək. | |
Mica | Northern | 7:18 | Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. | |
Mica | Northern | 7:19 | Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan. | |