Site uses cookies to provide basic functionality.

OK
EPHESIANS
Up
1 2 3 4 5 6
Toggle notes
Chapter 1
Ephe Northern 1:1  Allahın iradəsi ilə Məsih İsanın həvarisi olan mən Pauldan Məsih İsada sadiq qalan Efesdəki müqəddəslərə salam!
Ephe Northern 1:2  Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Ephe Northern 1:3  Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!
Ephe Northern 1:4  O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.
Ephe Northern 1:5  Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün.
Ephe Northern 1:6  Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
Ephe Northern 1:7  Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
Ephe Northern 1:8  Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
Ephe Northern 1:9  Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi.
Ephe Northern 1:10  Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək.
Ephe Northern 1:11  Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki,
Ephe Northern 1:12  qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq.
Ephe Northern 1:13  Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz.
Ephe Northern 1:14  Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Ephe Northern 1:15  Bundan ötrü mən də Rəbb İsaya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib
Ephe Northern 1:16  sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm.
Ephe Northern 1:17  Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin.
Ephe Northern 1:18  Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu,
Ephe Northern 1:19  Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz.
Ephe Northern 1:20  Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu
Ephe Northern 1:21  və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi.
Ephe Northern 1:22  Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi.
Ephe Northern 1:23  Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
Chapter 2
Ephe Northern 2:1  Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.
Ephe Northern 2:2  Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.
Ephe Northern 2:3  Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.
Ephe Northern 2:4  Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün
Ephe Northern 2:5  təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.
Ephe Northern 2:6  Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Ephe Northern 2:7  Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Ephe Northern 2:8  Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Ephe Northern 2:9  Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Ephe Northern 2:10  Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Ephe Northern 2:11  Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər
Ephe Northern 2:12  o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz.
Ephe Northern 2:13  Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.
Ephe Northern 2:14  Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
Ephe Northern 2:15  Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin
Ephe Northern 2:16  və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi.
Ephe Northern 2:17  O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı.
Ephe Northern 2:18  Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Ephe Northern 2:19  Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
Ephe Northern 2:20  Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.
Ephe Northern 2:21  Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır.
Ephe Northern 2:22  Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Chapter 3
Ephe Northern 3:1  Mən Paul siz başqa millətlərdən olanlar uğrunda Məsih İsanın məhbusuyam.
Ephe Northern 3:2  Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram.
Ephe Northern 3:3  Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi.
Ephe Northern 3:4  Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz.
Ephe Northern 3:5  Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır.
Ephe Northern 3:6  Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir.
Ephe Northern 3:7  Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi, buna əsasən Müjdəni yaymaq üçün xidmətçi oldum.
Ephe Northern 3:8  Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım
Ephe Northern 3:9  və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim.
Ephe Northern 3:10  Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin.
Ephe Northern 3:11  Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu.
Ephe Northern 3:12  Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.
Ephe Northern 3:13  Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin. Bu sizə izzət gətirir.
Ephe Northern 3:14  Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
Ephe Northern 3:15  Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
Ephe Northern 3:16  O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin
Ephe Northern 3:17  və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız,
Ephe Northern 3:18  belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə,
Ephe Northern 3:19  hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.
Ephe Northern 3:20  Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha
Ephe Northern 3:21  imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.
Chapter 4
Ephe Northern 4:1  Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz.
Ephe Northern 4:2  Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün.
Ephe Northern 4:3  Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.
Ephe Northern 4:4  Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir,
Ephe Northern 4:6  hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Ephe Northern 4:7  Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.
Ephe Northern 4:8  Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı, İnsanlara hədiyyələr verdi».
Ephe Northern 4:9  Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi.
Ephe Northern 4:10  Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur.
Ephe Northern 4:11  Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki,
Ephe Northern 4:12  Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər.
Ephe Northern 4:13  Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.
Ephe Northern 4:14  Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq.
Ephe Northern 4:15  Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.
Ephe Northern 4:16  Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.
Ephe Northern 4:17  Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.
Ephe Northern 4:18  Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular.
Ephe Northern 4:19  Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.
Ephe Northern 4:21  Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.
Ephe Northern 4:22  Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,
Ephe Northern 4:24  əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Ephe Northern 4:25  Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.
Ephe Northern 4:26  Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub
Ephe Northern 4:28  Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.
Ephe Northern 4:29  Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.
Ephe Northern 4:30  Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.
Ephe Northern 4:31  Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.
Ephe Northern 4:32  Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Chapter 5
Ephe Northern 5:1  Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.
Ephe Northern 5:2  Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
Ephe Northern 5:3  Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz.
Ephe Northern 5:4  Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun.
Ephe Northern 5:5  Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
Ephe Northern 5:6  Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir.
Ephe Northern 5:8  Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Ephe Northern 5:9  Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür.
Ephe Northern 5:11  qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.
Ephe Northern 5:12  Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır.
Ephe Northern 5:14  bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq».
Ephe Northern 5:15  Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.
Ephe Northern 5:16  Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
Ephe Northern 5:17  Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
Ephe Northern 5:18  Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun.
Ephe Northern 5:19  Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun.
Ephe Northern 5:20  Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Ephe Northern 5:22  Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun.
Ephe Northern 5:23  Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır.
Ephe Northern 5:24  Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
Ephe Northern 5:25  Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
Ephe Northern 5:26  Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin
Ephe Northern 5:27  və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Ephe Northern 5:28  Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir.
Ephe Northern 5:29  Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar.
Ephe Northern 5:31  «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
Ephe Northern 5:32  Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.
Ephe Northern 5:33  Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.
Chapter 6
Ephe Northern 6:1  Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır.
Ephe Northern 6:2  İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki,
Ephe Northern 6:3  xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
Ephe Northern 6:4  Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün.
Ephe Northern 6:5  Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin.
Ephe Northern 6:6  Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin.
Ephe Northern 6:7  İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin.
Ephe Northern 6:8  Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.
Ephe Northern 6:9  Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz.
Ephe Northern 6:10  Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Ephe Northern 6:11  İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.
Ephe Northern 6:12  Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.
Ephe Northern 6:13  Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
Ephe Northern 6:14  Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.
Ephe Northern 6:15  Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.
Ephe Northern 6:16  Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün.
Ephe Northern 6:17  Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Ephe Northern 6:18  Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Ephe Northern 6:19  Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Ephe Northern 6:20  Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Ephe Northern 6:21  Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək.
Ephe Northern 6:22  Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.
Ephe Northern 6:23  Ata Allah və Rəbb İsa Məsihdən bacı-qardaşlara sülh və imanla məhəbbət olsun.
Ephe Northern 6:24  Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun!