Site uses cookies to provide basic functionality.

OK
REVELATION OF JOHN
Up
Chapter 1
Reve Northern 1:1  Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi.
Reve Northern 1:2  Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi.
Reve Northern 1:3  Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.
Reve Northern 1:4  Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək
Reve Northern 1:5  Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək
Reve Northern 1:6  bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.
Reve Northern 1:7  Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin.
Reve Northern 1:8  Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»
Reve Northern 1:9  Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim.
Reve Northern 1:10  Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim:
Reve Northern 1:11  «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər».
Reve Northern 1:12  Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm.
Reve Northern 1:13  Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi.
Reve Northern 1:14  Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi;
Reve Northern 1:15  ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi.
Reve Northern 1:16  O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.
Reve Northern 1:17  Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan,
Reve Northern 1:18  Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir.
Reve Northern 1:19  Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
Reve Northern 1:20  Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir.
Chapter 2
Reve Northern 2:1  Efesdə olan cəmiyyətin mələyinə yaz: Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir:
Reve Northern 2:2  sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin.
Reve Northern 2:3  Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın.
Reve Northern 2:4  Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən.
Reve Northern 2:5  Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm.
Reve Northern 2:6  Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm.
Reve Northern 2:7  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
Reve Northern 2:8  İzmirdə olan cəmiyyətin mələyinə yaz: Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir:
Reve Northern 2:9  sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır.
Reve Northern 2:10  Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm.
Reve Northern 2:11  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək.
Reve Northern 2:12  Berqamada olan cəmiyyətin mələyinə yaz: İkiağızlı iti qılıncı Olan belə deyir:
Reve Northern 2:13  gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin.
Reve Northern 2:14  Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın.
Reve Northern 2:15  Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var.
Reve Northern 2:16  Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm.
Reve Northern 2:17  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
Reve Northern 2:18  Tiatirada olan cəmiyyətin mələyinə yaz: Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir:
Reve Northern 2:19  sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur.
Reve Northern 2:20  Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın.
Reve Northern 2:21  Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir.
Reve Northern 2:22  Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm.
Reve Northern 2:23  Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm.
Reve Northern 2:24  Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram;
Reve Northern 2:25  ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.
Reve Northern 2:26  Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.
Reve Northern 2:27  “Dəmir əsa ilə onlara ağalıq edəcək, Saxsı qablar kimi onları çilik-çilik edəcək”.
Reve Northern 2:28  Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm.
Reve Northern 2:29  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Chapter 3
Reve Northern 3:1  Sardda olan cəmiyyətin mələyinə yaz: Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən.
Reve Northern 3:2  Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm.
Reve Northern 3:3  Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən.
Reve Northern 3:4  Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər.
Reve Northern 3:5  Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm.
Reve Northern 3:6  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Reve Northern 3:7  Filadelfiyada olan cəmiyyətin mələyinə yaz: Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir:
Reve Northern 3:8  sənin əməllərindən xəbərdaram. Bax Mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən.
Reve Northern 3:9  İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.
Reve Northern 3:10  Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam.
Reve Northern 3:11  Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.
Reve Northern 3:12  Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam.
Reve Northern 3:13  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Reve Northern 3:14  Laodikeyada olan cəmiyyətin mələyinə yaz: Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir:
Reve Northern 3:15  sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın!
Reve Northern 3:16  İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam.
Reve Northern 3:17  Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan.
Reve Northern 3:18  Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan.
Reve Northern 3:19  Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et.
Reve Northern 3:20  Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
Reve Northern 3:21  Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.
Reve Northern 3:22  Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».
Chapter 4
Reve Northern 4:1  Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».
Reve Northern 4:2  Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub.
Reve Northern 4:3  Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
Reve Northern 4:4  Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu.
Reve Northern 4:5  Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur.
Reve Northern 4:6  Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi.
Reve Northern 4:7  Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi.
Reve Northern 4:8  Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
Reve Northern 4:9  Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə
Reve Northern 4:10  iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər:
Reve Northern 4:11  «Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı».
Chapter 5
Reve Northern 5:1  Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi.
Reve Northern 5:2  Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?»
Reve Northern 5:3  Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı.
Reve Northern 5:4  Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı.
Reve Northern 5:5  Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir».
Reve Northern 5:6  Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur.
Reve Northern 5:7  Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü.
Reve Northern 5:8  O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır.
Reve Northern 5:9  Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın.
Reve Northern 5:10  Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək».
Reve Northern 5:11  Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim.
Reve Northern 5:12  Onlar uca səslə deyirdi: «Kəsilmiş Quzu Qüdrəti, sərvəti, hikməti, qüvvəti, Şərəfi, izzəti və alqışı Almağa layiqdir».
Reve Northern 5:13  Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq Alqış, şərəf, izzət və qüdrət olsun!»
Reve Northern 5:14  Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.
Chapter 6
Reve Northern 6:1  Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim.
Reve Northern 6:2  Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın.
Reve Northern 6:3  Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim.
Reve Northern 6:4  Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi.
Reve Northern 6:5  Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var.
Reve Northern 6:6  Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma».
Reve Northern 6:7  Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim.
Reve Northern 6:8  Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar.
Reve Northern 6:9  Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm.
Reve Northern 6:10  Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»
Reve Northern 6:11  Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
Reve Northern 6:12  Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu.
Reve Northern 6:13  Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü.
Reve Northern 6:14  Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi.
Reve Northern 6:15  Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib
Reve Northern 6:16  dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin.
Reve Northern 6:17  Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»
Chapter 7
Reve Northern 7:1  Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
Reve Northern 7:2  Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi:
Reve Northern 7:3  «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
Reve Northern 7:4  Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi:
Reve Northern 7:5  Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər; Ruven qəbiləsindən 12 000 nəfər; Qad qəbiləsindən 12 000 nəfər;
Reve Northern 7:6  Aşer qəbiləsindən 12 000 nəfər; Naftali qəbiləsindən 12 000 nəfər; Menaşşe qəbiləsindən 12 000 nəfər;
Reve Northern 7:7  Şimeon qəbiləsindən 12 000 nəfər; Levi qəbiləsindən 12 000 nəfər; İssakar qəbiləsindən 12 000 nəfər;
Reve Northern 7:8  Zevulun qəbiləsindən 12 000 nəfər; Yusif qəbiləsindən 12 000 nəfər; Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.
Reve Northern 7:9  Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
Reve Northern 7:10  Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
Reve Northern 7:11  Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:
Reve Northern 7:12  «Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!»
Reve Northern 7:13  Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?»
Reve Northern 7:14  Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Reve Northern 7:15  Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq.
Reve Northern 7:16  Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq.
Reve Northern 7:17  Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».
Chapter 8
Reve Northern 8:1  Quzu yeddinci möhürü açanda göydə təxminən yarım saat sükut yarandı.
Reve Northern 8:2  Onda mən Allahın önündə dayanan yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi.
Reve Northern 8:3  Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin.
Reve Northern 8:4  Buxurun tüstüsü müqəddəslərin duaları ilə birgə mələyin əlindən Allahın önünə yüksəldi.
Reve Northern 8:5  Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.
Reve Northern 8:6  Yeddi şeypuru olan yeddi mələk onları çalmağa hazırlaşdı.
Reve Northern 8:7  Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı.
Reve Northern 8:8  İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü.
Reve Northern 8:9  Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu.
Reve Northern 8:10  Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü.
Reve Northern 8:11  O ulduzun adına «Yovşan» deyilir. Suların üçdə biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu.
Reve Northern 8:12  Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı.
Reve Northern 8:13  Onda göyün ortasında uçan bir qartal gördüm və onun uca səslə belə dediyini eşitdim: «Şeypurlarını çalacaq o biri üç mələyin şeypur səslərindən yer üzündə yaşayanların vay, vay, vay halına!»
Chapter 9
Reve Northern 9:1  Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi.
Reve Northern 9:2  O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı.
Reve Northern 9:3  Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi.
Reve Northern 9:4  Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar.
Reve Northern 9:5  Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir.
Reve Northern 9:6  O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq.
Reve Northern 9:7  Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi.
Reve Northern 9:8  Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi.
Reve Northern 9:9  Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi.
Reve Northern 9:10  Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər.
Reve Northern 9:11  Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi.
Reve Northern 9:12  Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir.
Reve Northern 9:13  Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim.
Reve Northern 9:14  Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax».
Reve Northern 9:15  Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün.
Reve Northern 9:16  Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim.
Reve Northern 9:17  Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı.
Reve Northern 9:18  Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu.
Reve Northern 9:19  Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar.
Reve Northern 9:20  Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər.
Reve Northern 9:21  Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.
Chapter 10
Reve Northern 10:1  Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi.
Reve Northern 10:2  Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu.
Reve Northern 10:3  Aslan nəriltisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı.
Reve Northern 10:4  Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma».
Reve Northern 10:5  Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb
Reve Northern 10:6  əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək,
Reve Northern 10:7  amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək».
Reve Northern 10:8  Göydən eşitdiyim səs yenə də mənimlə danışıb belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür».
Reve Northern 10:9  Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq».
Reve Northern 10:10  Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu.
Reve Northern 10:11  Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən».
Chapter 11
Reve Northern 11:1  Mənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say.
Reve Northern 11:2  Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək.
Reve Northern 11:3  Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər».
Reve Northern 11:4  Bunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır.
Reve Northern 11:5  Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırıb-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir.
Reve Northern 11:6  Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var.
Reve Northern 11:7  Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək.
Reve Northern 11:8  Cəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır.
Reve Northern 11:9  Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər.
Reve Northern 11:10  Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi.
Reve Northern 11:11  Lakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü.
Reve Northern 11:12  O iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara baxdı.
Reve Northern 11:13  O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər.
Reve Northern 11:14  İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir.
Reve Northern 11:15  Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!»
Reve Northern 11:16  Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək
Reve Northern 11:17  dedi: «Ey Var Olan, Var Olmuş Külli-İxtiyar Rəbb Allah, Sənə şükür edirik! Çünki Öz böyük qüdrətini alıb Padşahlıq taxtına çıxdın.
Reve Northern 11:18  Millətlər qəzəbləndi, Sənin də qəzəbinin vaxtı gəldi. Ölüləri mühakimə etmək, Sənin qulların olan Peyğəmbərlərə, müqəddəslərə, Sənin adından qorxanlara, Kiçiklərə və böyüklərə mükafat vermək, Yer üzünü məhv edənləri Məhv etmək vaxtı çatdı».
Reve Northern 11:19  Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.
Chapter 12
Reve Northern 12:1  Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü.
Reve Northern 12:2  O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı.
Reve Northern 12:3  Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü.
Reve Northern 12:4  Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun.
Reve Northern 12:5  Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü.
Reve Northern 12:6  Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var.
Reve Northern 12:7  Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü,
Reve Northern 12:8  amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.
Reve Northern 12:9  O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.
Reve Northern 12:10  Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.
Reve Northern 12:11  Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
Reve Northern 12:12  Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb».
Reve Northern 12:13  Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü.
Reve Northern 12:14  Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin.
Reve Northern 12:15  İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın.
Reve Northern 12:16  Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı.
Reve Northern 12:17  Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi və dəniz sahilinin qumları üzərində dayandı.
Chapter 13
Reve Northern 13:1  Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı.
Reve Northern 13:2  Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi.
Reve Northern 13:3  Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrət içində vəhşi heyvanın ardınca getdi.
Reve Northern 13:4  Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?»
Reve Northern 13:5  Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi.
Reve Northern 13:6  O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin.
Reve Northern 13:7  Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi.
Reve Northern 13:8  Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
Reve Northern 13:10  Kim əsir olmalıdırsa, Əsirliyə gedir, Kim qılıncla öldürülməlidirsə, Qılıncla öldürülür. Gərək müqəddəslərin dözümü və imanı olsun.
Reve Northern 13:11  Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışırdı.
Reve Northern 13:12  O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir.
Reve Northern 13:13  İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır.
Reve Northern 13:14  Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar.
Reve Northern 13:15  Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin.
Reve Northern 13:16  İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın.
Reve Northern 13:17  Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir.
Reve Northern 13:18  Bu işdə müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.
Chapter 14
Reve Northern 14:1  Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı.
Reve Northern 14:2  Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi.
Reve Northern 14:3  Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi.
Reve Northern 14:4  Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı.
Reve Northern 14:5  Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.
Reve Northern 14:6  Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi.
Reve Northern 14:7  Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!»
Reve Northern 14:8  İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi».
Reve Northern 14:9  Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə,
Reve Northern 14:10  o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək.
Reve Northern 14:11  Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq».
Reve Northern 14:12  Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun.
Reve Northern 14:13  Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
Reve Northern 14:14  Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi.
Reve Northern 14:15  Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi».
Reve Northern 14:16  Onda buludun üstündə Oturan Öz orağını yer üzünə saldı və yer üzü biçildi.
Reve Northern 14:17  Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi.
Reve Northern 14:18  Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib».
Reve Northern 14:19  Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı.
Reve Northern 14:20  Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı.
Chapter 15
Reve Northern 15:1  Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı.
Reve Northern 15:2  Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub.
Reve Northern 15:3  Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir.
Reve Northern 15:4  Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
Reve Northern 15:5  Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı
Reve Northern 15:6  və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı.
Reve Northern 15:7  Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi.
Reve Northern 15:8  Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.
Chapter 16
Reve Northern 16:1  Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim.
Reve Northern 16:2  Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi.
Reve Northern 16:3  İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu.
Reve Northern 16:4  Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü.
Reve Northern 16:5  Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş Müqəddəs Olan, Sən ədalətlisən ki, belə hökm çıxartdın.
Reve Northern 16:6  Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir».
Reve Northern 16:7  Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah, Sənin hökmlərin həqiqi və ədalətlidir».
Reve Northern 16:8  Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi.
Reve Northern 16:9  Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər.
Reve Northern 16:10  Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar
Reve Northern 16:11  və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər.
Reve Northern 16:12  Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın.
Reve Northern 16:13  Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır.
Reve Northern 16:14  Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar.
Reve Northern 16:15  Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!»
Reve Northern 16:16  Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı.
Reve Northern 16:17  Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi.
Reve Northern 16:18  Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı.
Reve Northern 16:19  Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin.
Reve Northern 16:20  Bütün adalar aradan qalxdı və dağlar yox oldu.
Reve Northern 16:21  Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.
Chapter 17
Reve Northern 17:1  Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim.
Reve Northern 17:2  Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular».
Reve Northern 17:3  O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub.
Reve Northern 17:4  Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi.
Reve Northern 17:5  Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil».
Reve Northern 17:6  Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim.
Reve Northern 17:7  Onda mələk mənə dedi: «Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam.
Reve Northern 17:8  Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır.
Reve Northern 17:9  Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır.
Reve Northern 17:10  Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır.
Reve Northern 17:11  Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir.
Reve Northern 17:12  Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər.
Reve Northern 17:13  Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər.
Reve Northern 17:14  Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».
Reve Northern 17:15  Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir.
Reve Northern 17:16  Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq.
Reve Northern 17:17  Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər.
Reve Northern 17:18  Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir».
Chapter 18
Reve Northern 18:1  Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı.
Reve Northern 18:2  O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.
Reve Northern 18:3  Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
Reve Northern 18:4  Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki, Onun günahlarına şərik olmayasınız, Onun uğrayacağı bəlalara düçar olmayasınız.
Reve Northern 18:5  Çünki onun günahları qalaqlanıb göyə çatdı, Allah onun haqsız işlərini yada saldı.
Reve Northern 18:6  O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin.
Reve Northern 18:7  Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”.
Reve Northern 18:8  Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
Reve Northern 18:9  Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər.
Reve Northern 18:10  Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı».
Reve Northern 18:11  Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını –
Reve Northern 18:12  qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı;
Reve Northern 18:13  darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır.
Reve Northern 18:14  Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kəs onları bir daha tapmayacaq».
Reve Northern 18:15  Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
Reve Northern 18:16  «Vay, vay halına, İncə kətan, tünd qırmızı, al rəngli Parçalardan paltar geyən, Qızıl, qiymətli daşlar və mirvarilərlə Bəzənən böyük şəhər!
Reve Northern 18:17  Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq
Reve Northern 18:18  onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?»
Reve Northern 18:19  Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun».
Reve Northern 18:20  Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.
Reve Northern 18:21  Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək.
Reve Northern 18:22  Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək.
Reve Northern 18:23  Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı.
Reve Northern 18:24  Peyğəmbərlərin, müqəddəslərin və Yer üzündə kəsilənlərin hamısının qanı O şəhərdə üzə çıxdı».
Chapter 19
Reve Northern 19:1  Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi: «Halleluya! Xilas, izzət və qüdrət Allahımıza məxsusdur!
Reve Northern 19:2  Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».
Reve Northern 19:3  Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir».
Reve Northern 19:4  Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi: «Amin! Halleluya!»
Reve Northern 19:5  Taxtdan da belə bir səs gəldi: «Ey Onun bütün qulları, Böyükdən kiçiyə qədər Ondan qorxanlar, Allahımızı mədh edin!»
Reve Northern 19:6  Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız Padşahlıq taxtına çıxdı!
Reve Northern 19:7  Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb;
Reve Northern 19:8  Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
Reve Northern 19:9  Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir».
Reve Northern 19:10  Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
Reve Northern 19:11  Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.
Reve Northern 19:12  Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb.
Reve Northern 19:13  O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır.
Reve Northern 19:14  Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi.
Reve Northern 19:15  Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
Reve Northern 19:16  Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».
Reve Northern 19:17  Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki,
Reve Northern 19:18  padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».
Reve Northern 19:19  Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb.
Reve Northern 19:20  Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı.
Reve Northern 19:21  Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
Chapter 20
Reve Northern 20:1  Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi.
Reve Northern 20:2  O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi.
Reve Northern 20:3  Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir.
Reve Northern 20:4  Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
Reve Northern 20:5  Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi.
Reve Northern 20:6  Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.
Reve Northern 20:7  Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək.
Reve Northern 20:8  Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur.
Reve Northern 20:9  Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı.
Reve Northern 20:10  Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.
Reve Northern 20:11  Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
Reve Northern 20:12  Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.
Reve Northern 20:13  Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu.
Reve Northern 20:14  Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür.
Reve Northern 20:15  Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.
Chapter 21
Reve Northern 21:1  Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
Reve Northern 21:2  Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.
Reve Northern 21:3  Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
Reve Northern 21:4  Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
Reve Northern 21:5  Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».
Reve Northern 21:6  O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm.
Reve Northern 21:7  Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
Reve Northern 21:8  Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».
Reve Northern 21:9  Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim».
Reve Northern 21:10  O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi.
Reve Northern 21:11  Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı.
Reve Northern 21:12  Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu.
Reve Northern 21:13  Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi.
Reve Northern 21:14  Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
Reve Northern 21:15  Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi.
Reve Northern 21:16  Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi.
Reve Northern 21:17  O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi.
Reve Northern 21:18  Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi.
Reve Northern 21:19  Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə,
Reve Northern 21:20  beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi.
Reve Northern 21:21  On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.
Reve Northern 21:22  Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur.
Reve Northern 21:23  Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır.
Reve Northern 21:24  Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək.
Reve Northern 21:25  Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq.
Reve Northern 21:26  Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək.
Reve Northern 21:27  Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.
Chapter 22
Reve Northern 22:1  Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır
Reve Northern 22:2  və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür.
Reve Northern 22:3  Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək.
Reve Northern 22:4  Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar.
Reve Northern 22:5  Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
Reve Northern 22:6  Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin».
Reve Northern 22:7  İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!»
Reve Northern 22:8  Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm.
Reve Northern 22:9  Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et».
Reve Northern 22:10  Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır.
Reve Northern 22:11  Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».
Reve Northern 22:12  İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm.
Reve Northern 22:13  Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»
Reve Northern 22:14  Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.
Reve Northern 22:15  İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq.
Reve Northern 22:16  Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam».
Reve Northern 22:17  Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.
Reve Northern 22:18  Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq;
Reve Northern 22:19  kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.
Reve Northern 22:20  Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!