Site uses cookies to provide basic functionality.

OK
ROMANS
Up
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Toggle notes
Chapter 1
Roma Northern 1:1  İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam!
Roma Northern 1:2  Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə
Roma Northern 1:3  Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu.
Roma Northern 1:4  Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu.
Roma Northern 1:5  Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq.
Roma Northern 1:6  Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız.
Roma Northern 1:7  Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!
Roma Northern 1:8  Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur.
Roma Northern 1:9  Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram.
Roma Northern 1:10  Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum.
Roma Northern 1:11  Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm.
Roma Northern 1:12  Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq.
Roma Northern 1:13  Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim.
Roma Northern 1:14  Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam.
Roma Northern 1:15  Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var.
Roma Northern 1:16  Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir.
Roma Northern 1:17  Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq».
Roma Northern 1:18  Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur.
Roma Northern 1:19  Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib.
Roma Northern 1:20  Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür.
Roma Northern 1:21  Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü.
Roma Northern 1:22  Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub,
Roma Northern 1:23  fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.
Roma Northern 1:24  Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər.
Roma Northern 1:25  Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.
Roma Northern 1:26  Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər,
Roma Northern 1:27  eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
Roma Northern 1:28  Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.
Roma Northern 1:29  Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi,
Roma Northern 1:30  böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz,
Roma Northern 1:32  Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.
Chapter 2
Roma Northern 2:1  Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən.
Roma Northern 2:2  Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır.
Roma Northern 2:3  Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən?
Roma Northern 2:4  Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
Roma Northern 2:5  Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan;
Roma Northern 2:6  Allah hər kəsə əməlinə görə əvəzini verəcək:
Roma Northern 2:7  dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat,
Roma Northern 2:8  özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək.
Roma Northern 2:9  Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı,
Roma Northern 2:10  yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək.
Roma Northern 2:11  Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.
Roma Northern 2:12  Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq.
Roma Northern 2:13  Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
Roma Northern 2:14  Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur.
Roma Northern 2:15  Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir.
Roma Northern 2:16  Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.
Roma Northern 2:17  Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən;
Roma Northern 2:18  Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən;
Roma Northern 2:19  əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən.
Roma Northern 2:20  əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən.
Roma Northern 2:21  Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan?
Roma Northern 2:22  «Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan?
Roma Northern 2:23  Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan.
Roma Northern 2:24  Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».
Roma Northern 2:25  Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan.
Roma Northern 2:26  Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır.
Roma Northern 2:27  Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan.
Roma Northern 2:28  Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil.
Roma Northern 2:29  Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.
Chapter 3
Roma Northern 3:1  Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir?
Roma Northern 3:2  Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
Roma Northern 3:3  Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər?
Roma Northern 3:4  Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən».
Roma Northern 3:5  Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı?
Roma Northern 3:6  Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?
Roma Northern 3:7  «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər.
Roma Northern 3:8  Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.
Roma Northern 3:9  Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır.
Roma Northern 3:10  Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur.
Roma Northern 3:11  Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur.
Roma Northern 3:12  Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur».
Roma Northern 3:13  «Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var».
Roma Northern 3:14  «Ağızları lənət və acı sözlərlə doludur».
Roma Northern 3:19  Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.
Roma Northern 3:20  Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.
Roma Northern 3:21  Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir.
Roma Northern 3:22  Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
Roma Northern 3:23  Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub
Roma Northern 3:24  və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.
Roma Northern 3:25  Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
Roma Northern 3:26  Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Roma Northern 3:27  Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına!
Roma Northern 3:28  Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.
Roma Northern 3:29  Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır.
Roma Northern 3:30  Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq.
Roma Northern 3:31  Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.
Chapter 4
Roma Northern 4:1  Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi?
Roma Northern 4:2  Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox.
Roma Northern 4:3  Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
Roma Northern 4:4  Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır.
Roma Northern 4:5  Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.
Roma Northern 4:6  Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:
Roma Northern 4:7  «Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
Roma Northern 4:8  Rəbb tərəfindən təqsirkar sayılmayan insan Nə bəxtiyardır!»
Roma Northern 4:9  Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı.
Roma Northern 4:10  Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl!
Roma Northern 4:11  O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın.
Roma Northern 4:12  Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.
Roma Northern 4:13  Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.
Roma Northern 4:14  Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı.
Roma Northern 4:15  Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.
Roma Northern 4:16  Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
Roma Northern 4:17  Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
Roma Northern 4:18  Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».
Roma Northern 4:19  Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı.
Roma Northern 4:20  Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
Roma Northern 4:21  Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
Roma Northern 4:23  «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb;
Roma Northern 4:24  Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
Roma Northern 4:25  İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.
Chapter 5
Roma Northern 5:1  Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
Roma Northern 5:2  Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
Roma Northern 5:3  Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm,
Roma Northern 5:4  dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.
Roma Northern 5:5  Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
Roma Northern 5:6  Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.
Roma Northern 5:7  Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər.
Roma Northern 5:8  Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Roma Northern 5:9  Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
Roma Northern 5:10  Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
Roma Northern 5:11  Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
Roma Northern 5:12  Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi.
Roma Northern 5:13  Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır.
Roma Northern 5:14  Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.
Roma Northern 5:15  Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.
Roma Northern 5:16  Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi.
Roma Northern 5:17  Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.
Roma Northern 5:18  Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi.
Roma Northern 5:19  Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
Roma Northern 5:20  Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
Roma Northern 5:21  Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin.
Chapter 6
Roma Northern 6:1  Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın?
Roma Northern 6:2  Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
Roma Northern 6:3  Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik?
Roma Northern 6:4  Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
Roma Northern 6:5  Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq.
Roma Northern 6:6  Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi.
Roma Northern 6:8  Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq.
Roma Northern 6:9  Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz.
Roma Northern 6:10  Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
Roma Northern 6:11  Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Roma Northern 6:12  Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
Roma Northern 6:13  Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
Roma Northern 6:14  Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.
Roma Northern 6:15  İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!
Roma Northern 6:16  Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz.
Roma Northern 6:17  Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz.
Roma Northern 6:18  Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
Roma Northern 6:19  Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin.
Roma Northern 6:20  Çünki siz günahın qulları olanda salehliyə əməl etməkdən azad idiniz.
Roma Northern 6:21  Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür.
Roma Northern 6:22  Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.
Roma Northern 6:23  Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
Chapter 7
Roma Northern 7:1  Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir?
Roma Northern 7:2  Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur.
Roma Northern 7:3  Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur.
Roma Northern 7:4  Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək.
Roma Northern 7:5  Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik.
Roma Northern 7:6  Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik.
Roma Northern 7:7  Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım.
Roma Northern 7:8  Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür.
Roma Northern 7:9  Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi,
Roma Northern 7:10  mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi.
Roma Northern 7:11  Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü.
Roma Northern 7:12  Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır.
Roma Northern 7:13  Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.
Roma Northern 7:14  Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam.
Roma Northern 7:15  Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm.
Roma Northern 7:16  Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır.
Roma Northern 7:17  Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
Roma Northern 7:18  Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
Roma Northern 7:19  İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
Roma Northern 7:20  Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
Roma Northern 7:21  Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır.
Roma Northern 7:22  Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.
Roma Northern 7:23  Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir.
Roma Northern 7:24  Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər?
Roma Northern 7:25  Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm.
Chapter 8
Roma Northern 8:1  Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Roma Northern 8:2  Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.
Roma Northern 8:3  Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki,
Roma Northern 8:4  Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin.
Roma Northern 8:5  Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür.
Roma Northern 8:6  Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir.
Roma Northern 8:7  Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz.
Roma Northern 8:8  Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
Roma Northern 8:9  Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil.
Roma Northern 8:10  Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir.
Roma Northern 8:11  Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.
Roma Northern 8:12  Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq.
Roma Northern 8:13  Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.
Roma Northern 8:14  Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.
Roma Northern 8:15  Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.
Roma Northern 8:16  Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
Roma Northern 8:17  Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Roma Northern 8:18  Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
Roma Northern 8:19  Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir.
Roma Northern 8:20  Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki,
Roma Northern 8:21  yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq.
Roma Northern 8:22  Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir.
Roma Northern 8:23  Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
Roma Northern 8:24  Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər?
Roma Northern 8:25  Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.
Roma Northern 8:26  Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
Roma Northern 8:27  Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
Roma Northern 8:28  Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
Roma Northern 8:29  Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun;
Roma Northern 8:30  əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.
Roma Northern 8:31  Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Roma Northern 8:32  O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Roma Northern 8:33  Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
Roma Northern 8:34  Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.
Roma Northern 8:35  Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
Roma Northern 8:36  Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq».
Roma Northern 8:37  Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Roma Northern 8:38  Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr,
Roma Northern 8:39  nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
Chapter 9
Roma Northern 9:1  Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki,
Roma Northern 9:2  ürəyimdə böyük bir kədər, daimi bir iztirab var.
Roma Northern 9:3  Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim;
Roma Northern 9:4  bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur.
Roma Northern 9:5  Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.
Roma Northern 9:6  Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil.
Roma Northern 9:7  İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib.
Roma Northern 9:8  Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır.
Roma Northern 9:9  Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».
Roma Northern 9:10  Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu.
Roma Northern 9:11  Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
Roma Northern 9:12  Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
Roma Northern 9:13  Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
Roma Northern 9:14  Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla!
Roma Northern 9:15  Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm».
Roma Northern 9:16  Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır.
Roma Northern 9:17  Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin».
Roma Northern 9:18  Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.
Roma Northern 9:19  İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?»
Roma Northern 9:20  Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?
Roma Northern 9:21  Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin?
Roma Northern 9:22  Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik?
Roma Northern 9:23  Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?
Roma Northern 9:24  O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı.
Roma Northern 9:25  Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm».
Roma Northern 9:26  «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək».
Roma Northern 9:27  Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, Ancaq sağ qalanları xilas olacaq.
Roma Northern 9:28  Çünki Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək».
Roma Northern 9:29  Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi Bizim xalqdan bir neçə Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik».
Roma Northern 9:30  Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər.
Roma Northern 9:31  Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi.
Roma Northern 9:32  Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər.
Roma Northern 9:33  Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz».
Chapter 10
Roma Northern 10:1  Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.
Roma Northern 10:2  Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır.
Roma Northern 10:3  Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar.
Roma Northern 10:4  Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
Roma Northern 10:5  Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
Roma Northern 10:6  Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?”
Roma Northern 10:7  ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”»
Roma Northern 10:8  Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik:
Roma Northern 10:9  əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.
Roma Northern 10:10  Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
Roma Northern 10:11  Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq».
Roma Northern 10:12  Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.
Roma Northern 10:13  Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
Roma Northern 10:14  Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər?
Roma Northern 10:15  Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»
Roma Northern 10:16  Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?»
Roma Northern 10:17  Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
Roma Northern 10:18  Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı».
Roma Northern 10:19  Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
Roma Northern 10:20  Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”».
Roma Northern 10:21  İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».
Chapter 11
Roma Northern 11:1  Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm.
Roma Northern 11:2  Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir:
Roma Northern 11:3  «Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
Roma Northern 11:4  Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
Roma Northern 11:5  Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var.
Roma Northern 11:6  Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.
Roma Northern 11:7  Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu.
Roma Northern 11:8  Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, Onlara bu günədək görməyən gözlər, Eşitməyən qulaqlar verdi».
Roma Northern 11:9  Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, Büdrəmə daşı və cəza olsun.
Roma Northern 11:10  Gözlərinə qara gəlsin, görməsinlər, Belləri həmişə bükülü qalsın!»
Roma Northern 11:11  Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın.
Roma Northern 11:12  Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
Roma Northern 11:13  Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki,
Roma Northern 11:14  bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim.
Roma Northern 11:15  Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi?
Roma Northern 11:16  Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
Roma Northern 11:17  Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa,
Roma Northern 11:18  o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır.
Roma Northern 11:19  O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum.
Roma Northern 11:20  Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx!
Roma Northern 11:21  Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək.
Roma Northern 11:22  Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan.
Roma Northern 11:23  Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir.
Roma Northern 11:24  Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
Roma Northern 11:25  Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın.
Roma Northern 11:26  Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
Roma Northern 11:27  «Günahlarını aradan qaldırdığım zaman Mənim onlarla bağladığım Əhd budur».
Roma Northern 11:28  Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir.
Roma Northern 11:29  Çünki Allahın ənamları və dəvəti geri alınmaz.
Roma Northern 11:30  Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız;
Roma Northern 11:31  eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar.
Roma Northern 11:32  Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
Roma Northern 11:33  Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!
Roma Northern 11:34  «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?»
Roma Northern 11:35  «Kim Ona bir şey verdi ki, Əvəzini Ondan istəyə bilsin?»
Roma Northern 11:36  Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.
Chapter 12
Roma Northern 12:1  Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Roma Northern 12:2  Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Roma Northern 12:3  Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün.
Roma Northern 12:4  Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil.
Roma Northern 12:5  Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
Roma Northern 12:6  Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin;
Roma Northern 12:7  ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin;
Roma Northern 12:8  nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
Roma Northern 12:9  Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
Roma Northern 12:10  Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
Roma Northern 12:11  Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
Roma Northern 12:12  Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
Roma Northern 12:13  Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
Roma Northern 12:14  Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
Roma Northern 12:15  Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
Roma Northern 12:16  Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.
Roma Northern 12:17  Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin.
Roma Northern 12:18  İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.
Roma Northern 12:19  Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm».
Roma Northern 12:20  Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən».
Roma Northern 12:21  Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.
Chapter 13
Roma Northern 13:1  Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub.
Roma Northern 13:2  Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.
Roma Northern 13:3  Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər.
Roma Northern 13:4  Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin.
Roma Northern 13:5  Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır.
Roma Northern 13:6  Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar.
Roma Northern 13:7  Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət.
Roma Northern 13:8  Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.
Roma Northern 13:9  Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev».
Roma Northern 13:10  Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.
Roma Northern 13:11  Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır.
Roma Northern 13:12  Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Roma Northern 13:13  Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq.
Roma Northern 13:14  Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.
Chapter 14
Roma Northern 14:1  İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin.
Roma Northern 14:2  Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
Roma Northern 14:3  Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.
Roma Northern 14:4  Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir.
Roma Northern 14:5  Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun.
Roma Northern 14:6  Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
Roma Northern 14:7  Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük.
Roma Northern 14:8  Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.
Roma Northern 14:9  Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
Roma Northern 14:10  Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.
Roma Northern 14:11  Çünki yazılıb: «Rəbb deyir: Varlığıma and içdim, Hər diz önümdə çökəcək, Hər dil Allah olduğumu bildirəcək».
Roma Northern 14:12  Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.
Roma Northern 14:13  Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.
Roma Northern 14:14  Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır.
Roma Northern 14:15  Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə.
Roma Northern 14:16  İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.
Roma Northern 14:17  Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.
Roma Northern 14:18  Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır.
Roma Northern 14:19  Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək.
Roma Northern 14:20  Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir.
Roma Northern 14:21  Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir.
Roma Northern 14:22  Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!
Roma Northern 14:23  Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.
Chapter 15
Roma Northern 15:1  Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.
Roma Northern 15:2  Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq.
Roma Northern 15:3  Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım».
Roma Northern 15:4  Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun.
Roma Northern 15:5  Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,
Roma Northern 15:6  hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.
Roma Northern 15:7  Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.
Roma Northern 15:8  Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin;
Roma Northern 15:9  beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb: «Buna görə millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm».
Roma Northern 15:10  Yenə deyilir ki: «Ey millətlər, Onun xalqı ilə birgə sevinin!»
Roma Northern 15:11  Başqa bir yerdə: «Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!»
Roma Northern 15:12  Yeşaya da belə deyir: «Yesseyin Kökü gələcək, Millətlərə hökmran olmaq üçün ucalacaq, Millətlər Ona ümid bağlayacaq».
Roma Northern 15:13  Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
Roma Northern 15:14  Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz.
Roma Northern 15:15  Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam.
Roma Northern 15:16  Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar.
Roma Northern 15:17  Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm.
Roma Northern 15:18  Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım.
Roma Northern 15:19  Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım.
Roma Northern 15:20  Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım.
Roma Northern 15:21  Amma necə ki yazılıb: «Onun haqqında xəbəri olmayanlar görəcək, Eşitməyənlər anlayacaq».
Roma Northern 15:22  Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi.
Roma Northern 15:23  İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim.
Roma Northern 15:24  Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız.
Roma Northern 15:25  Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm.
Roma Northern 15:26  Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər.
Roma Northern 15:27  Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar.
Roma Northern 15:28  Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm.
Roma Northern 15:29  Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm.
Roma Northern 15:30  Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki,
Roma Northern 15:31  Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin.
Roma Northern 15:32  Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim.
Roma Northern 15:33  Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.
Chapter 16
Roma Northern 16:1  Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm.
Roma Northern 16:2  Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib.
Roma Northern 16:3  Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin.
Roma Northern 16:4  Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir.
Roma Northern 16:5  Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın.
Roma Northern 16:6  Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.
Roma Northern 16:7  Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
Roma Northern 16:8  Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
Roma Northern 16:9  Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
Roma Northern 16:10  Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın.
Roma Northern 16:11  Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
Roma Northern 16:12  Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
Roma Northern 16:13  Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
Roma Northern 16:14  Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
Roma Northern 16:15  Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
Roma Northern 16:16  Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
Roma Northern 16:17  Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.
Roma Northern 16:18  Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar.
Roma Northern 16:19  Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız.
Roma Northern 16:20  Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
Roma Northern 16:21  Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir.
Roma Northern 16:22  Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm.
Roma Northern 16:23  Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir.
Roma Northern 16:25  Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir;
Roma Northern 16:26  bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir;
Roma Northern 16:27  o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.