Site uses cookies to provide basic functionality.

OK
MARK
Up
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Toggle notes
Chapter 1
Mark Northern 1:1  Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.
Mark Northern 1:2  Yeşaya peyğəmbərin kitabında belə yazılıb: «Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin yolunu hazırlayacaq.
Mark Northern 1:3  Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”».
Mark Northern 1:4  Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi.
Mark Northern 1:5  Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular.
Mark Northern 1:6  Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.
Mark Northern 1:7  Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm.
Mark Northern 1:8  Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».
Mark Northern 1:9  O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu.
Mark Northern 1:10  İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü.
Mark Northern 1:11  Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
Mark Northern 1:13  O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.
Mark Northern 1:14  Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsinivəz edirdi:
Mark Northern 1:15  «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».
Mark Northern 1:16  İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi.
Mark Northern 1:17  İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız».
Mark Northern 1:18  Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.
Mark Northern 1:19  İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər.
Mark Northern 1:20  İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.
Mark Northern 1:21  Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı.
Mark Northern 1:22  Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.
Mark Northern 1:23  Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı:
Mark Northern 1:24  «Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!»
Mark Northern 1:25  Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!»
Mark Northern 1:26  Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı.
Mark Northern 1:27  Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər».
Mark Northern 1:28  İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.
Mark Northern 1:29  Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər.
Mark Northern 1:30  Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər.
Mark Northern 1:31  İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.
Mark Northern 1:32  Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər.
Mark Northern 1:33  Bütün şəhər əhalisi qapının yanına yığıldı.
Mark Northern 1:34  İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.
Mark Northern 1:35  Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi.
Mark Northern 1:36  Şimon və onun yanındakılar İsanın ardınca düşdülər.
Mark Northern 1:38  İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm».
Mark Northern 1:39  Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.
Mark Northern 1:40  Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən».
Mark Northern 1:41  İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!»
Mark Northern 1:44  belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar».
Mark Northern 1:45  Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.
Chapter 2
Mark Northern 2:1  Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı.
Mark Northern 2:2  O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi.
Mark Northern 2:3  Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər.
Mark Northern 2:4  Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər.
Mark Northern 2:5  İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
Mark Northern 2:6  Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər:
Mark Northern 2:7  «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»
Mark Northern 2:8  İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?
Mark Northern 2:9  Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?
Mark Northern 2:10  Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi:
Mark Northern 2:11  «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!»
Mark Northern 2:12  Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».
Mark Northern 2:13  İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi.
Mark Northern 2:14  Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
Mark Northern 2:15  İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi.
Mark Northern 2:16  Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»
Mark Northern 2:17  İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Mark Northern 2:18  Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?»
Mark Northern 2:19  İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar.
Mark Northern 2:20  Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
Mark Northern 2:21  Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.
Mark Northern 2:22  Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».
Mark Northern 2:23  Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar.
Mark Northern 2:24  Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?»
Mark Northern 2:25  İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı?
Mark Northern 2:26  O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi».
Mark Northern 2:27  Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.
Mark Northern 2:28  Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».
Chapter 3
Mark Northern 3:1  İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.
Mark Northern 3:2  Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.
Mark Northern 3:3  İsa əli qurumuş adama dedi: «Qabağa çıx!»
Mark Northern 3:4  Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.
Mark Northern 3:5  İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.
Mark Northern 3:6  Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.
Mark Northern 3:7  İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.
Mark Northern 3:8  İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.
Mark Northern 3:9  İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.
Mark Northern 3:10  Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.
Mark Northern 3:11  Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»
Mark Northern 3:12  Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
Mark Northern 3:13  İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.
Mark Northern 3:14  İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin,
Mark Northern 3:15  həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar.
Mark Northern 3:16  Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon,
Mark Northern 3:17  Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,
Mark Northern 3:18  Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon
Mark Northern 3:20  Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.
Mark Northern 3:21  İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.
Mark Northern 3:22  Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».
Mark Northern 3:23  İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər?
Mark Northern 3:24  Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.
Mark Northern 3:25  Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz.
Mark Northern 3:26  Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar.
Mark Northern 3:27  Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.
Mark Northern 3:28  Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq.
Mark Northern 3:29  Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq».
Mark Northern 3:30  İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.
Mark Northern 3:31  İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar.
Mark Northern 3:32  Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər».
Mark Northern 3:33  İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?»
Mark Northern 3:34  Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.
Mark Northern 3:35  Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
Chapter 4
Mark Northern 4:1  İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı.
Mark Northern 4:2  İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi:
Mark Northern 4:3  «Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı.
Mark Northern 4:4  Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.
Mark Northern 4:5  Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.
Mark Northern 4:6  Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu.
Mark Northern 4:7  Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi.
Mark Northern 4:8  Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi».
Mark Northern 4:9  Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!»
Mark Northern 4:10  İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular.
Mark Northern 4:11  O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir.
Mark Northern 4:12  Belə ki “Gördükcə görsünlər, amma qanmasınlar, Eşitdikcə eşitsinlər, amma anlamasınlar, Yoxsa onlar dönüb bağışlanar”».
Mark Northern 4:13  İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz?
Mark Northern 4:15  Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır.
Mark Northern 4:16  Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər.
Mark Northern 4:17  Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar.
Mark Northern 4:18  Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər,
Mark Northern 4:19  lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur.
Mark Northern 4:20  Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir».
Mark Northern 4:21  İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi?
Mark Northern 4:22  Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın.
Mark Northern 4:24  İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək.
Mark Northern 4:25  Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».
Mark Northern 4:26  Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir.
Mark Northern 4:27  O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.
Mark Northern 4:28  Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.
Mark Northern 4:29  Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».
Mark Northern 4:30  Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək?
Mark Northern 4:31  O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da,
Mark Northern 4:32  əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».
Mark Northern 4:33  İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi;
Mark Northern 4:34  onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.
Mark Northern 4:35  Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək».
Mark Northern 4:36  Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi.
Mark Northern 4:37  Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu.
Mark Northern 4:38  İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?»
Mark Northern 4:39  İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü.
Mark Northern 4:40  İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?»
Mark Northern 4:41  Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»
Chapter 5
Mark Northern 5:1  Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər.
Mark Northern 5:2  İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı.
Mark Northern 5:3  O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi.
Mark Northern 5:4  Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı.
Mark Northern 5:5  Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı.
Mark Northern 5:6  O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı,
Mark Northern 5:7  bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!»
Mark Northern 5:8  Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!»
Mark Northern 5:9  Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq».
Mark Northern 5:10  Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı.
Mark Northern 5:11  Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı.
Mark Northern 5:12  Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək».
Mark Northern 5:13  İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu.
Mark Northern 5:14  Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi.
Mark Northern 5:15  Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.
Mark Northern 5:16  Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər.
Mark Northern 5:17  İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın.
Mark Northern 5:18  İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın.
Mark Northern 5:19  İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış».
Mark Northern 5:20  Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi.
Mark Northern 5:21  İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.
Mark Northern 5:22  Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü.
Mark Northern 5:23  Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın».
Mark Northern 5:24  İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.
Mark Northern 5:25  Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi.
Mark Northern 5:26  O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi.
Mark Northern 5:27  Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu.
Mark Northern 5:28  Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram».
Mark Northern 5:29  Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı.
Mark Northern 5:30  İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?»
Mark Northern 5:31  Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?»
Mark Northern 5:32  Bunu edəni görmək üçün İsa ətrafa baxdı.
Mark Northern 5:33  Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi.
Mark Northern 5:34  İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal».
Mark Northern 5:35  İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?»
Mark Northern 5:36  Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!»
Mark Northern 5:37  O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı.
Mark Northern 5:38  Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü.
Mark Northern 5:39  İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb».
Mark Northern 5:40  Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi.
Mark Northern 5:41  İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!»
Mark Northern 5:42  On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı.
Mark Northern 5:43  İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.
Chapter 6
Mark Northern 6:1  İsa oradan ayrılıb doğma yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi.
Mark Northern 6:2  Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir?
Mark Northern 6:3  Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu.
Mark Northern 6:4  İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar».
Mark Northern 6:5  Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi.
Mark Northern 6:6  İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
Mark Northern 6:7  İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi.
Mark Northern 6:8  Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər,
Mark Northern 6:9  ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.
Mark Northern 6:10  İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.
Mark Northern 6:11  Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».
Mark Northern 6:12  Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.
Mark Northern 6:13  Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.
Mark Northern 6:14  Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
Mark Northern 6:15  Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir».
Mark Northern 6:16  Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»
Mark Northern 6:17  Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı
Mark Northern 6:18  və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır».
Mark Northern 6:19  Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.
Mark Northern 6:20  Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.
Mark Northern 6:21  Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.
Mark Northern 6:22  Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim».
Mark Northern 6:23  Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm».
Mark Northern 6:24  Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını».
Mark Northern 6:25  Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən».
Mark Northern 6:26  Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi.
Mark Northern 6:27  Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu
Mark Northern 6:28  və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi.
Mark Northern 6:29  Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
Mark Northern 6:30  Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.
Mark Northern 6:31  İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
Mark Northern 6:32  Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.
Mark Northern 6:33  Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.
Mark Northern 6:34  İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
Mark Northern 6:35  Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.
Mark Northern 6:36  Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».
Mark Northern 6:37  Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?»
Mark Northern 6:38  Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».
Mark Northern 6:39  İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar.
Mark Northern 6:40  Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu.
Mark Northern 6:41  İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü.
Mark Northern 6:43  Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu.
Mark Northern 6:44  Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.
Mark Northern 6:45  Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər.
Mark Northern 6:46  İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı.
Mark Northern 6:47  Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı.
Mark Northern 6:48  O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.
Mark Northern 6:49  Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.
Mark Northern 6:50  Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
Mark Northern 6:51  Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı.
Mark Northern 6:52  Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.
Mark Northern 6:53  İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar.
Mark Northern 6:54  Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı
Mark Northern 6:55  və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar.
Mark Northern 6:56  İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.
Chapter 7
Mark Northern 7:1  Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı.
Mark Northern 7:2  Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.
Mark Northern 7:3  Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər.
Mark Northern 7:4  Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar.
Mark Northern 7:5  Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?»
Mark Northern 7:6  İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır.
Mark Northern 7:7  Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.
Mark Northern 7:8  Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».
Mark Northern 7:9  Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız!
Mark Northern 7:10  Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.
Mark Northern 7:11  Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”,
Mark Northern 7:12  onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin.
Mark Northern 7:13  Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».
Mark Northern 7:14  İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin.
Mark Northern 7:15  Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır».
Mark Northern 7:17  İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular.
Mark Northern 7:18  İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz?
Mark Northern 7:19  Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi.
Mark Northern 7:20  O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır.
Mark Northern 7:21  Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik,
Mark Northern 7:22  zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar.
Mark Northern 7:23  Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».
Mark Northern 7:24  İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.
Mark Northern 7:25  Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü.
Mark Northern 7:26  Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.
Mark Northern 7:27  İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».
Mark Northern 7:28  Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir».
Mark Northern 7:29  İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi».
Mark Northern 7:30  Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.
Mark Northern 7:31  İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı.
Mark Northern 7:32  Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun.
Mark Northern 7:33  İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu.
Mark Northern 7:34  Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!»
Mark Northern 7:35  O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı.
Mark Northern 7:36  İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar.
Mark Northern 7:37  Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».
Chapter 8
Mark Northern 8:1  O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi:
Mark Northern 8:2  «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur.
Mark Northern 8:3  Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib».
Mark Northern 8:4  Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?»
Mark Northern 8:5  İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi».
Mark Northern 8:6  Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı.
Mark Northern 8:7  Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi.
Mark Northern 8:8  Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.
Mark Northern 8:9  Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı.
Mark Northern 8:10  O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.
Mark Northern 8:11  Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
Mark Northern 8:12  O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək».
Mark Northern 8:13  Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.
Mark Northern 8:14  Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi.
Mark Northern 8:15  İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin».
Mark Northern 8:16  Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir».
Mark Northern 8:17  İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır?
Mark Northern 8:18  Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb?
Mark Northern 8:19  Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki».
Mark Northern 8:20  «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi».
Mark Northern 8:21  İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»
Mark Northern 8:22  Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar.
Mark Northern 8:23  İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»
Mark Northern 8:24  Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».
Mark Northern 8:25  Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı.
Mark Northern 8:26  İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».
Mark Northern 8:27  İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»
Mark Northern 8:28  Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».
Mark Northern 8:29  İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».
Mark Northern 8:30  İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.
Mark Northern 8:31  İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».
Mark Northern 8:32  İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.
Mark Northern 8:33  Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
Mark Northern 8:34  İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
Mark Northern 8:35  Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.
Mark Northern 8:36  İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?
Mark Northern 8:37  İnsan öz canının əvəzinə nə verə bilər?
Mark Northern 8:38  Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».
Chapter 9
Mark Northern 9:1  İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».
Mark Northern 9:2  Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi.
Mark Northern 9:3  Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi.
Mark Northern 9:4  O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi.
Mark Northern 9:5  Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün».
Mark Northern 9:6  O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü.
Mark Northern 9:7  Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»
Mark Northern 9:8  Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.
Mark Northern 9:9  Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər.
Mark Northern 9:10  Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.
Mark Northern 9:11  Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
Mark Northern 9:12  İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır?
Mark Northern 9:13  Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».
Mark Northern 9:14  Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər.
Mark Northern 9:15  İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar.
Mark Northern 9:16  İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»
Mark Northern 9:17  Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm.
Mark Northern 9:18  Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».
Mark Northern 9:19  İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!»
Mark Northern 9:20  Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.
Mark Northern 9:21  İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.
Mark Northern 9:22  Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»
Mark Northern 9:23  İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»
Mark Northern 9:24  Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!»
Mark Northern 9:25  İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!»
Mark Northern 9:26  Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!»
Mark Northern 9:27  Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.
Mark Northern 9:28  İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?»
Mark Northern 9:29  İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər».
Mark Northern 9:30  Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun.
Mark Northern 9:31  Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək».
Mark Northern 9:32  Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.
Mark Northern 9:33  Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?»
Mark Northern 9:34  Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər.
Mark Northern 9:35  İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».
Mark Northern 9:36  O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi:
Mark Northern 9:37  «Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».
Mark Northern 9:38  Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq».
Mark Northern 9:39  İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin.
Mark Northern 9:40  Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir.
Mark Northern 9:41  Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
Mark Northern 9:42  Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.
Mark Northern 9:43  Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır.
Mark Northern 9:45  Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır.
Mark Northern 9:47  Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır.
Mark Northern 9:48  Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür.
Mark Northern 9:50  Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun».
Chapter 10
Mark Northern 10:1  İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.
Mark Northern 10:2  Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?»
Mark Northern 10:3  İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?»
Mark Northern 10:4  Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi».
Mark Northern 10:5  İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı.
Mark Northern 10:6  Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”.
Mark Northern 10:7  “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq
Mark Northern 10:8  və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir.
Mark Northern 10:9  Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
Mark Northern 10:10  Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər.
Mark Northern 10:11  İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.
Mark Northern 10:12  Ərindən boşanıb başqasına gedən qadın da zina edir».
Mark Northern 10:13  Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər.
Mark Northern 10:14  Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.
Mark Northern 10:15  Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
Mark Northern 10:16  Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
Mark Northern 10:17  İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»
Mark Northern 10:18  İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.
Mark Northern 10:19  Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».
Mark Northern 10:20  Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm».
Mark Northern 10:21  İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
Mark Northern 10:22  Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.
Mark Northern 10:23  İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!»
Mark Northern 10:24  Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir!
Mark Northern 10:25  Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
Mark Northern 10:26  Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?»
Mark Northern 10:27  İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».
Mark Northern 10:28  Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
Mark Northern 10:29  İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki,
Mark Northern 10:30  indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın.
Mark Northern 10:31  Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».
Mark Northern 10:32  Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı:
Mark Northern 10:33  «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər.
Mark Northern 10:34  Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».
Mark Northern 10:35  Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən».
Mark Northern 10:36  İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»
Mark Northern 10:37  Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun».
Mark Northern 10:38  Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?»
Mark Northern 10:39  Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız.
Mark Northern 10:40  Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».
Mark Northern 10:41  Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı.
Mark Northern 10:42  Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
Mark Northern 10:43  Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
Mark Northern 10:44  Aranızda birinci olmaq istəyən hamının qulu olsun.
Mark Northern 10:45  Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Mark Northern 10:46  Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu.
Mark Northern 10:47  Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı.
Mark Northern 10:48  Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
Mark Northern 10:49  İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır».
Mark Northern 10:50  O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi.
Mark Northern 10:51  İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın».
Mark Northern 10:52  İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.
Chapter 11
Mark Northern 11:1  Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək
Mark Northern 11:2  onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.
Mark Northern 11:3  Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».
Mark Northern 11:4  Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar.
Mark Northern 11:5  Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?»
Mark Northern 11:6  Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər.
Mark Northern 11:7  Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi.
Mark Northern 11:8  Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi.
Mark Northern 11:9  İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər: «Hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun!
Mark Northern 11:10  Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun! Ən ucalarda hosanna!»
Mark Northern 11:11  İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.
Mark Northern 11:12  Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı.
Mark Northern 11:13  Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi.
Mark Northern 11:14  Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi.
Mark Northern 11:15  Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi,
Mark Northern 11:16  heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı.
Mark Northern 11:17  Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»
Mark Northern 11:18  Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular.
Mark Northern 11:19  Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı.
Mark Northern 11:20  Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub.
Mark Northern 11:21  Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub».
Mark Northern 11:22  İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun.
Mark Northern 11:23  Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək.
Mark Northern 11:24  Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.
Mark Northern 11:25  Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».
Mark Northern 11:27  Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb
Mark Northern 11:28  dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?»
Mark Northern 11:29  İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.
Mark Northern 11:30  Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin».
Mark Northern 11:31  Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.
Mark Northern 11:32  Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı.
Mark Northern 11:33  Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
Chapter 12
Mark Northern 12:1  İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.
Mark Northern 12:2  Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın.
Mark Northern 12:3  Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar.
Mark Northern 12:4  Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər.
Mark Northern 12:5  Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər.
Mark Northern 12:6  Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.
Mark Northern 12:7  Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”.
Mark Northern 12:8  Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar.
Mark Northern 12:9  Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək.
Mark Northern 12:10  Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub.
Mark Northern 12:11  Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”».
Mark Northern 12:12  Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.
Mark Northern 12:13  Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun yanına göndərdilər.
Mark Northern 12:14  Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?»
Mark Northern 12:15  Onların ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım».
Mark Northern 12:16  Onlar da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin».
Mark Northern 12:17  İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın sözlərinə heyrətləndilər.
Mark Northern 12:18  Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
Mark Northern 12:19  «Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.
Mark Northern 12:20  Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü.
Mark Northern 12:21  Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də,
Mark Northern 12:22  hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü.
Mark Northern 12:23  Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».
Mark Northern 12:24  İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi?
Mark Northern 12:25  İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
Mark Northern 12:26  Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı?
Mark Northern 12:27  Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».
Mark Northern 12:28  İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?»
Mark Northern 12:29  İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
Mark Northern 12:30  Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.
Mark Northern 12:31  İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».
Mark Northern 12:32  İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.
Mark Northern 12:33  Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».
Mark Northern 12:34  Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.
Mark Northern 12:35  İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?
Mark Northern 12:36  Davud özü Müqəddəs Ruh vasitəsilə “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib.
Mark Northern 12:37  Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı.
Mark Northern 12:38  İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı,
Mark Northern 12:39  sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar.
Mark Northern 12:40  Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».
Mark Northern 12:41  İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı.
Mark Northern 12:42  Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı.
Mark Northern 12:43  İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı.
Mark Northern 12:44  Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
Chapter 13
Mark Northern 13:1  İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!»
Mark Northern 13:2  İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
Mark Northern 13:3  İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu:
Mark Northern 13:4  «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?»
Mark Northern 13:5  İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.
Mark Northern 13:6  Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.
Mark Northern 13:7  Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
Mark Northern 13:8  Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
Mark Northern 13:9  Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.
Mark Northern 13:10  Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.
Mark Northern 13:11  Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.
Mark Northern 13:12  Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.
Mark Northern 13:13  Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
Mark Northern 13:14  Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.
Mark Northern 13:15  Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin.
Mark Northern 13:16  Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.
Mark Northern 13:17  Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!
Mark Northern 13:18  Dua edin ki, bu hadisə qış fəslində baş verməsin.
Mark Northern 13:19  Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.
Mark Northern 13:20  Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.
Mark Northern 13:21  O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın.
Mark Northern 13:22  Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.
Mark Northern 13:23  Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.
Mark Northern 13:24  Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq,
Mark Northern 13:25  Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.
Mark Northern 13:26  O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.
Mark Northern 13:27  Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.
Mark Northern 13:28  Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.
Mark Northern 13:29  Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.
Mark Northern 13:30  Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
Mark Northern 13:31  Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mark Northern 13:32  Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
Mark Northern 13:33  Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
Mark Northern 13:34  Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun.
Mark Northern 13:35  Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz.
Mark Northern 13:37  Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»
Chapter 14
Mark Northern 14:1  Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar.
Mark Northern 14:2  Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
Mark Northern 14:3  İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü.
Mark Northern 14:4  Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur?
Mark Northern 14:5  Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar.
Mark Northern 14:6  Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.
Mark Northern 14:7  Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam.
Mark Northern 14:8  Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.
Mark Northern 14:9  Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».
Mark Northern 14:10  O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi.
Mark Northern 14:11  Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
Mark Northern 14:12  Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»
Mark Northern 14:13  İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin.
Mark Northern 14:14  O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”
Mark Northern 14:15  Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».
Mark Northern 14:16  Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
Mark Northern 14:17  Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.
Mark Northern 14:18  Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».
Mark Northern 14:19  Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»
Mark Northern 14:20  İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.
Mark Northern 14:21  Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».
Mark Northern 14:22  Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».
Mark Northern 14:23  Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi.
Mark Northern 14:24  İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
Mark Northern 14:25  Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
Mark Northern 14:26  Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.
Mark Northern 14:27  İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”.
Mark Northern 14:28  Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».
Mark Northern 14:29  Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm».
Mark Northern 14:30  İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».
Mark Northern 14:31  Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.
Mark Northern 14:32  Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın».
Mark Northern 14:33  O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı.
Mark Northern 14:34  Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».
Mark Northern 14:35  İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin.
Mark Northern 14:36  O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
Mark Northern 14:37  İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin?
Mark Northern 14:38  Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».
Mark Northern 14:39  İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi.
Mark Northern 14:40  Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər.
Mark Northern 14:41  İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur.
Mark Northern 14:42  Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
Mark Northern 14:43  İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi.
Mark Northern 14:44  İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın».
Mark Northern 14:45  O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü.
Mark Northern 14:47  İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.
Mark Northern 14:48  İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz?
Mark Northern 14:49  Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin».
Mark Northern 14:51  Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar.
Mark Northern 14:52  Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.
Mark Northern 14:53  İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı.
Mark Northern 14:54  Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.
Mark Northern 14:55  Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər.
Mark Northern 14:56  Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi.
Mark Northern 14:57  Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər:
Mark Northern 14:58  «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”».
Mark Northern 14:59  Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.
Mark Northern 14:60  Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»
Mark Northern 14:61  Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»
Mark Northern 14:62  İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz».
Mark Northern 14:63  Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var?
Mark Northern 14:64  Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.
Mark Northern 14:65  Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.
Mark Northern 14:66  Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi.
Mark Northern 14:67  Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin».
Mark Northern 14:68  Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı.
Mark Northern 14:69  Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır».
Mark Northern 14:70  Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan».
Mark Northern 14:71  Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram».
Mark Northern 14:72  Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.
Chapter 15
Mark Northern 15:1  Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər.
Mark Northern 15:2  Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».
Mark Northern 15:3  Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər.
Mark Northern 15:4  Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!»
Mark Northern 15:5  Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.
Mark Northern 15:6  Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi.
Mark Northern 15:7  Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu.
Mark Northern 15:8  Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin.
Mark Northern 15:9  Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?»
Mark Northern 15:10  Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi.
Mark Northern 15:11  Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.
Mark Northern 15:12  Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?»
Mark Northern 15:13  «Onu çarmıxa çək!» deyə yenə bağırdılar.
Mark Northern 15:14  Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar.
Mark Northern 15:15  Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
Mark Northern 15:16  Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar.
Mark Northern 15:17  Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular.
Mark Northern 15:18  «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar.
Mark Northern 15:19  Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar.
Mark Northern 15:20  Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.
Mark Northern 15:21  O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
Mark Northern 15:22  İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir.
Mark Northern 15:23  Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi.
Mark Northern 15:24  İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər.
Mark Northern 15:25  Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər.
Mark Northern 15:26  Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı».
Mark Northern 15:27  Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər.
Mark Northern 15:29  Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən!
Mark Northern 15:30  İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.
Mark Northern 15:31  Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir!
Mark Northern 15:32  İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.
Mark Northern 15:33  Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.
Mark Northern 15:34  Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
Mark Northern 15:35  Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır».
Mark Northern 15:36  Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?»
Mark Northern 15:37  İsa uca səslə qışqırıb son nəfəsini verdi.
Mark Northern 15:38  O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.
Mark Northern 15:39  İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi.
Mark Northern 15:40  Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi.
Mark Northern 15:41  İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.
Mark Northern 15:42  O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə
Mark Northern 15:43  Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi.
Mark Northern 15:44  Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?»
Mark Northern 15:45  Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi.
Mark Northern 15:46  Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı.
Mark Northern 15:47  Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.
Chapter 16
Mark Northern 16:1  Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.
Mark Northern 16:2  Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.
Mark Northern 16:3  Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»
Mark Northern 16:4  Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.
Mark Northern 16:5  Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.
Mark Northern 16:6  Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.
Mark Northern 16:7  İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».
Mark Northern 16:8  Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.
Mark Northern 16:9  İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.
Mark Northern 16:10  Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.
Mark Northern 16:11  Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.
Mark Northern 16:12  Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.
Mark Northern 16:13  Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.
Mark Northern 16:14  Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.
Mark Northern 16:15  İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.
Mark Northern 16:16  İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.
Mark Northern 16:17  İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,
Mark Northern 16:18  ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».
Mark Northern 16:19  Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.
Mark Northern 16:20  Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.