Site uses cookies to provide basic functionality.

OK
DEUTERONOMY
Up
Chapter 1
Deut Northern 1:1  İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi:
Deut Northern 1:2  Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi.
Deut Northern 1:3  Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi.
Deut Northern 1:4  Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi.
Deut Northern 1:5  İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.
Deut Northern 1:6  «Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız!
Deut Northern 1:7  Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin.
Deut Northern 1:8  Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.
Deut Northern 1:9  O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm.
Deut Northern 1:10  Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz.
Deut Northern 1:11  Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin.
Deut Northern 1:12  Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim?
Deut Northern 1:13  Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”.
Deut Northern 1:15  Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim.
Deut Northern 1:16  O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun.
Deut Northern 1:17  Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”.
Deut Northern 1:18  O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.
Deut Northern 1:19  Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq.
Deut Northern 1:20  Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız.
Deut Northern 1:21  Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”.
Deut Northern 1:22  O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”.
Deut Northern 1:23  Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm.
Deut Northern 1:24  Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər.
Deut Northern 1:25  Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.
Deut Northern 1:26  Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz.
Deut Northern 1:27  Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin.
Deut Northern 1:28  Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.
Deut Northern 1:29  Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin.
Deut Northern 1:30  Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir.
Deut Northern 1:31  İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”.
Deut Northern 1:32  Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla
Deut Northern 1:33  qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.
Deut Northern 1:34  Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi:
Deut Northern 1:35  “Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək.
Deut Northern 1:36  Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”.
Deut Northern 1:37  Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən.
Deut Northern 1:38  Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək.
Deut Northern 1:39  ‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar.
Deut Northern 1:40  Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.
Deut Northern 1:41  Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız.
Deut Northern 1:42  Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”.
Deut Northern 1:43  Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz.
Deut Northern 1:44  Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar.
Deut Northern 1:45  Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı.
Deut Northern 1:46  Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.
Chapter 2
Deut Northern 2:1  Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra
Deut Northern 2:3  “Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün.
Deut Northern 2:4  Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun.
Deut Northern 2:5  Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm.
Deut Northern 2:6  Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”.
Deut Northern 2:7  Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb.
Deut Northern 2:8  Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik.
Deut Northern 2:9  Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”.
Deut Northern 2:10  Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı.
Deut Northern 2:11  Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar.
Deut Northern 2:12  Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar.
Deut Northern 2:13  Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik.
Deut Northern 2:14  Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı.
Deut Northern 2:15  Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu.
Deut Northern 2:16  Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra
Deut Northern 2:18  “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz.
Deut Northern 2:19  Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”.
Deut Northern 2:20  Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar.
Deut Northern 2:21  Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar.
Deut Northern 2:22  Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar.
Deut Northern 2:23  Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.
Deut Northern 2:24  Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin.
Deut Northern 2:25  Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.
Deut Northern 2:26  Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim:
Deut Northern 2:27  “Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik.
Deut Northern 2:28  Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir.
Deut Northern 2:29  Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”.
Deut Northern 2:30  Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi.
Deut Northern 2:31  Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”.
Deut Northern 2:32  Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı.
Deut Northern 2:33  Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq.
Deut Northern 2:34  O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq.
Deut Northern 2:35  Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik.
Deut Northern 2:36  Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi.
Deut Northern 2:37  Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq.
Chapter 3
Deut Northern 3:1  Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı.
Deut Northern 3:2  Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”.
Deut Northern 3:3  Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb
Deut Northern 3:4  bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi.
Deut Northern 3:5  Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi.
Deut Northern 3:6  Xeşbon padşahı Sixonun başına gətirdiyimiz kimi onları da qırıb kişi, qadın və uşaqları ilə bərabər şəhərlərin hamısını tamamilə məhv etdik.
Deut Northern 3:7  Bütün heyvanları götürüb şəhərləri talan etdik.
Deut Northern 3:8  Beləcə o vaxtlar Arnon vadisindən Xermon dağına qədər olan İordan çayının şərqindəki Emorluların iki padşahının əlindən ölkəni aldıq.
Deut Northern 3:9  Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər.
Deut Northern 3:10  Yaylada olan bütün şəhərləri, bütün Gileadı, Oqun Başan ölkəsindəki şəhərləri olan Selka və Edreiyə qədər bütün Başan torpağını aldıq.
Deut Northern 3:11  Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.
Deut Northern 3:12  O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim.
Deut Northern 3:13  Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi.
Deut Northern 3:14  Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır.
Deut Northern 3:16  Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi.
Deut Northern 3:17  Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı.
Deut Northern 3:18  O vaxtlar sizə əmr edib dedim: “Bu torpağı mülk olaraq almaq üçün Allahınız Rəbb sizə verdi. Siz – bütün cəngavərlər silahlanaraq soydaşlarınız İsrail övladlarının qarşısında gedin.
Deut Northern 3:19  Hər biriniz sizə verdiyim şəhərlərə sonralar qayıda bilərsiniz”.
Deut Northern 3:20  Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar.
Deut Northern 3:21  O vaxtlar Yeşuaya əmr edib dedim: “Allahınız Rəbbin bu iki padşahın başına gətirdiyi hər şeyi gözlərinizlə gördünüz. Rəbb keçəcəyiniz bütün ölkələrdə belə edəcək.
Deut Northern 3:22  Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!”
Deut Northern 3:24  “Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın. Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun!
Deut Northern 3:25  Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı – o gözəl dağlıq bölgəsini və Livanı görüm”.
Deut Northern 3:26  Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, ona görə də məni eşitmədi və dedi: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə!
Deut Northern 3:27  Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba və şərqə göz gəzdir. Qoy gözlərin oraları görsün, çünki sən İordan çayını keçməyəcəksən.
Deut Northern 3:28  Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”.
Deut Northern 3:29  Buna görə də Bet-Peor qarşısında olan dərədə dayandıq.
Chapter 4
Deut Northern 4:1  İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız.
Deut Northern 4:2  Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin.
Deut Northern 4:3  Rəbbin Baal-Peorda nələr etdiyini öz gözünüzlə gördünüz. Allahınız Rəbb Peordakı Baala səcdə edənlərin hamısını aranızdan yox etdi.
Deut Northern 4:4  Siz isə Allahınız Rəbbə sadiq olduğunuz üçün bu gün sağsınız.
Deut Northern 4:5  Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz.
Deut Northern 4:6  Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır!
Deut Northern 4:7  Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun?
Deut Northern 4:8  Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?
Deut Northern 4:9  Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin.
Deut Northern 4:10  Xorevdə Allahınız Rəbbin önündə dayandığınız günü xatırlayın. O zaman Rəbb mənə dedi: “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm. Belə ki yer üzərində yaşadıqları müddətdə yalnız Məndən qorxmağı öyrənsinlər və övladlarına öyrətsinlər”.
Deut Northern 4:11  Siz də yaxınlaşıb dağın ətəyində dayandınız. Dağ yanır, alovu göyün dərinliklərinə çatırdı. Hər yan isə qara bulud və qatı zülmət içində idi.
Deut Northern 4:12  Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi.
Deut Northern 4:13  O sizə əhdini, yəni əməl etmənizi buyurduğu on əmri elan etdi. Bunları iki daş lövhə üzərinə yazdı.
Deut Northern 4:14  Elə o vaxt Rəbb mənə mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əməl edəcəyiniz qayda və hökmləri öyrətmək tapşırığını verdi.
Deut Northern 4:15  Rəbb Xorevdə alovun içərisindən sizinlə danışan gün heç bir surət görmədiniz. Buna görə çox diqqətli olun ki,
Deut Northern 4:16  yoldan azıb özünüz üçün kişi və yaxud qadınabənzər,
Deut Northern 4:17  yerdə olan hər hansı bir heyvanabənzər, göydə uçan hər hansı bir qanadlı quşabənzər,
Deut Northern 4:18  torpaqda sürünən hər hansı bir məxluqabənzər, yerin dərinliklərində yığılan suda yaşayan hər hansı bir balığabənzər, hər hansı bir cisməbənzər oyma büt yaratmayasınız.
Deut Northern 4:19  Gözlərinizi göyə qaldıraraq günəşi, ayı, ulduzları və bütün səma cisimlərini görəndə azmayın. Allahınız Rəbbin bütün səma altındakı xalqlara verdiyi bu şeylərlə aldanıb onlara səcdə edərək sitayiş etməyin.
Deut Northern 4:20  Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız.
Deut Northern 4:21  Sizin ucbatınızdan Allahınız Rəbb mənə qəzəbləndi və and etdi ki, mən İordan çayını keçib irs olaraq sizə verdiyi o gözəl torpağa daxil olmayım.
Deut Northern 4:22  İordan çayını keçə bilməyib bu torpaqda öləcəyəm. Siz isə o gözəl torpağa keçəcək və oranı mülk olaraq alacaqsınız.
Deut Northern 4:23  Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız. Allahınız Rəbbin qadağan etdiyi hər hansı bir şeyə bənzər oyma büt yaratmayın.
Deut Northern 4:24  Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır.
Deut Northern 4:25  Siz ölkədə yaşayıb övladlarınız, nəvələriniz doğulandan sonra oyma büt yaradaraq yoldan azsanız, Allahınız Rəbbin gözündə pis olanı edib Onu acıqlandırsanız,
Deut Northern 4:26  sizin qarşınızda bu gün göyləri və yeri şahid tuturam ki, mülk olaraq almaq üçün İordan çayını keçib getdiyiniz torpaq üzərindən tezliklə yox olacaqsınız. O torpaqda uzun ömür sürməyəcəksiniz, tamamilə məhv olacaqsınız.
Deut Northern 4:27  Rəbb sizi xalqlar arasına səpələyəcək və apardığı yerdə millətlər arasında sizdən az miqdarda adam sağ qalacaq.
Deut Northern 4:28  Orada isə siz insanın əl işi olan – görməyən, eşitməyən, yeməyən, iy bilməyən ağacdan və ya daşdan olan allahlara qulluq edəcəksiniz.
Deut Northern 4:29  Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız.
Deut Northern 4:30  Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız.
Deut Northern 4:31  Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz.
Deut Northern 4:32  İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi?
Deut Northern 4:33  Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı?
Deut Northern 4:34  Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüdrətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı?
Deut Northern 4:35  Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur.
Deut Northern 4:36  Sizi tərbiyə etmək üçün göylərdən səsini sizə eşitdirdi. Öz böyük alovunu yer üzərində sizə göstərdi və alovun içərisindən Onun sözlərini eşitdiniz.
Deut Northern 4:37  Atalarınızı sevdiyindən onlardan sonra övladlarını seçdi. Sizi böyük qüdrəti ilə Misirdən Şəxsən Özü çıxartdı ki,
Deut Northern 4:38  sizdən böyük və qüvvətli millətləri qarşınızdan qovsun və bugünkü kimi onların torpağını irs olaraq vermək üçün sizi oraya gətirsin.
Deut Northern 4:39  Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur.
Deut Northern 4:40  Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».
Deut Northern 4:41  O zaman Musa İordan çayının şərq tərəfində üç şəhər seçdi.
Deut Northern 4:42  Bu şəhərləri qonşusu ilə əvvəlcədən ədavəti olmayan və bilmədən onu öldürən adamın oraya qaçması üçün ayırdı. Belə adam bu şəhərlərdən birinə qaçıb sağ qala bilər.
Deut Northern 4:43  Bunlar Ruven qəbiləsi üçün yaylada yerləşən səhradakı Beser, Qadlılar üçün Gileaddakı Ramot, Menaşşe qəbiləsi üçün isə Başandakı Qolan şəhərləri idi.
Deut Northern 4:44  Musa Qanunu İsrail övladlarının qarşısına qoydu.
Deut Northern 4:45  Bu, Misirdən çıxan zaman Musanın İsrail övladlarına verdiyi göstərişlər, qayda və hökmlərdir.
Deut Northern 4:46  Bunları Musa İordan çayının şərqində Misirdən çıxan zaman Musa ilə İsrail övladlarının həlak etdikləri Xeşbonda yaşayan Emorluların padşahı Sixonun ölkəsində olan Bet-Peor qarşısındakı dərədə söylədi.
Deut Northern 4:47  İrs olaraq onun ölkəsini və Başan padşahı Oqun ölkəsini – İordan çayının şərq tərəfindən əldə edilən Emorluların iki padşahının ölkəsini,
Deut Northern 4:48  Arnon vadisi kənarında olan Aroerdən Siyon dağına qədər, yəni Xermona qədər,
Deut Northern 4:49  İordan çayının şərqində Arava dənizinə qədər olan Pisqa yamaclarının altındakı bütün Aravanı aldılar.
Chapter 5
Deut Northern 5:1  Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et!
Deut Northern 5:2  Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi.
Deut Northern 5:3  Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi.
Deut Northern 5:4  Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı.
Deut Northern 5:5  O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız.
Deut Northern 5:6  Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
Deut Northern 5:8  Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
Deut Northern 5:9  Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
Deut Northern 5:10  Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
Deut Northern 5:11  Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
Deut Northern 5:12  Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et.
Deut Northern 5:14  Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin.
Deut Northern 5:15  Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.
Deut Northern 5:16  Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun.
Deut Northern 5:21  Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”.
Deut Northern 5:22  Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi.
Deut Northern 5:23  Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı.
Deut Northern 5:24  Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır.
Deut Northern 5:25  Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik.
Deut Northern 5:26  Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı?
Deut Northern 5:27  Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”.
Deut Northern 5:28  Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər.
Deut Northern 5:29  Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.
Deut Northern 5:31  Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”.
Deut Northern 5:32  Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün.
Deut Northern 5:33  Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz.
Chapter 6
Deut Northern 6:1  Allahınız Rəbbin sizə öyrətmək üçün mənə buyurduğu əmr, qayda və hökmlər bunlardır. Ona görə də irs olaraq almaq üçün gedəcəyiniz torpaqda bunlara əməl edin.
Deut Northern 6:2  Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun.
Deut Northern 6:3  Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan.
Deut Northern 6:4  Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
Deut Northern 6:5  Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev.
Deut Northern 6:6  Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.
Deut Northern 6:7  Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış.
Deut Northern 6:8  Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla,
Deut Northern 6:9  evlərinin qapı çərçivələrinə və darvazalarına yaz.
Deut Northern 6:10  Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər,
Deut Northern 6:11  zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol.
Deut Northern 6:12  Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma.
Deut Northern 6:13  Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et.
Deut Northern 6:14  Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki,
Deut Northern 6:15  Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır.
Deut Northern 6:16  Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın.
Deut Northern 6:17  Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin.
Deut Northern 6:18  Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən.
Deut Northern 6:19  Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq.
Deut Northern 6:20  Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa,
Deut Northern 6:21  oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı.
Deut Northern 6:22  Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi.
Deut Northern 6:23  Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin.
Deut Northern 6:24  Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın.
Deut Northern 6:25  Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”.
Chapter 7
Deut Northern 7:1  Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq.
Deut Northern 7:2  Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin.
Deut Northern 7:3  Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın.
Deut Northern 7:4  Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək.
Deut Northern 7:5  Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın.
Deut Northern 7:6  Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi.
Deut Northern 7:7  Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız.
Deut Northern 7:8  Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı.
Deut Northern 7:9  Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.
Deut Northern 7:10  Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək.
Deut Northern 7:11  Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin.
Deut Northern 7:12  Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək.
Deut Northern 7:13  O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək.
Deut Northern 7:14  O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq.
Deut Northern 7:15  Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək.
Deut Northern 7:16  Allahınız Rəbbin sizə təslim edəcəyi bütün xalqların axırına çıxacaqsınız. Onlara rəhm etməyin, allahlarına sitayiş etməyin. Əgər belə etsəniz, bu sizə tələ olar.
Deut Northern 7:17  Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik?
Deut Northern 7:18  Onlardan qorxmayın. Allahınız Rəbbin firona və bütün Misirlilərə nə etdiyini xatırlayın.
Deut Northern 7:19  Gözünüzlə gördüyünüz böyük sınaqları, sizi Misirdən çıxaran zaman Allahınız Rəbbin göstərdiyi əlamətləri, möcüzələri, qüdrətli əlini, uzanan qolunu xatırlayın. Hazırda qorxduğunuz xalqların hamısını Allahınız Rəbb bu hala salacaq.
Deut Northern 7:20  Yerdə qalıb sizdən gizlənənlərin üzərinə də Allahınız Rəbb eşşəkarısı göndərib hamısını yox edəcək.
Deut Northern 7:21  Onlardan heç qorxmayın, çünki aranızda olan Allahınız Rəbb böyük və zəhmli Allahdır.
Deut Northern 7:22  Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar.
Deut Northern 7:23  Allahınız Rəbb onları sizə təslim edəcək və vahiməyə salaraq, nəhayət, yox edəcək.
Deut Northern 7:24  Onların padşahlarını da sizə təslim edəcək. Siz də onların adlarını səma altından siləcəksiniz. Siz onları qırarkən kimsə qarşınızı ala bilməyəcək.
Deut Northern 7:25  Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir.
Deut Northern 7:26  Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub.
Chapter 8
Deut Northern 8:1  Bu gün sizə buyurduğum bütün əmrləri yerinə yetirməyə çalışın. Onda yaşayıb çoxalar və Rəbbin atalarınıza vəd etdiyi torpağa daxil olub irs olaraq oranı alarsınız.
Deut Northern 8:2  Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox.
Deut Northern 8:3  Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar.
Deut Northern 8:4  Bu qırx il ərzində paltarınız yırtılıb dağılmadı, ayaqlarınız şişmədi.
Deut Northern 8:5  Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir.
Deut Northern 8:6  Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun.
Deut Northern 8:7  Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır.
Deut Northern 8:8  O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir.
Deut Northern 8:9  Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz.
Deut Northern 8:10  Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz.
Deut Northern 8:11  Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
Deut Northern 8:12  Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda,
Deut Northern 8:13  naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda
Deut Northern 8:14  ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız.
Deut Northern 8:15  Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı.
Deut Northern 8:16  Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi.
Deut Northern 8:17  Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz.
Deut Northern 8:18  Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.
Deut Northern 8:19  Əgər Allahınız Rəbbi unudub başqa allahların ardınca getsəniz, onlara sitayiş edərək səcdə etsəniz, bu gün sizin qarşınızda şəhadət edirəm ki, mütləq məhv olacaqsınız!
Deut Northern 8:20  Allahınız Rəbbin sözünə qulaq asmasanız, Rəbb sizin qarşınızdan millətləri yox etdiyi kimi sizi də yox edəcək.
Chapter 9
Deut Northern 9:1  Ey İsraillilər, qulaq asın! Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır.
Deut Northern 9:2  Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?”
Deut Northern 9:3  Bu gün də bilin ki, sizin önünüzdə gedən Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək və sizə söylədiyi kimi onları qovub tezliklə yox edəcəksiniz.
Deut Northern 9:4  Allahınız Rəbb onları önünüzdən kənara atanda ürəyinizdə deməyin ki, bu torpağı almaq üçün Rəbb bizi buraya salehliyimizə görə gətirdi. Belə ki Rəbb bu millətləri pis əməllərinə görə önünüzdən qovur.
Deut Northern 9:5  Torpaqlarına girib irs olaraq oranı almağınız sizin salehliyinizə və ürəyinizin düzlüyünə görə deyil. Ancaq Allahınız Rəbb bu millətləri pis əməllərinə görə sizin qarşınızdan qovacaq ki, ata-babalarınız İbrahimə, İshaqa, Yaquba verdiyi vədi yerinə yetirsin.
Deut Northern 9:6  Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız.
Deut Northern 9:7  Bunu yada salın və Allahınız Rəbbi səhrada necə qəzəbləndirdiyinizi unutmayın. Misir torpağından çıxdığınız gündən bu yerə gələnədək Rəbbə qarşı nə qədər itaətsizlik etdiniz.
Deut Northern 9:8  Rəbbi Xorevdə qəzəbləndirdiniz. Rəbb sizi məhv edəcək qədər hiddətləndi.
Deut Northern 9:9  Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim.
Deut Northern 9:10  Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı.
Deut Northern 9:11  Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi.
Deut Northern 9:12  Sonra Rəbb dedi: “Tez ol, dağdan en, çünki Misirdən çıxardığın xalq əxlaqsızlıq edir. Onlar buyurduğum yoldan yaman tez azdılar. Özlərinə tökmə büt yaradıblar”.
Deut Northern 9:13  Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır.
Deut Northern 9:14  Qoy onları yox edim. Adlarını səma altından silim. Səndən isə onlardan daha güclü, daha böyük millət törədim”.
Deut Northern 9:15  Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi.
Deut Northern 9:16  Gördüm ki, Allahınız Rəbbə qarşı günah edirsiniz. Özünüz üçün danayabənzər bir tökmə büt düzəltmisiniz və Rəbbin sizə buyurduğu yoldan yaman tez azmısınız.
Deut Northern 9:17  Buna görə də əlimdə tutduğum iki lövhəni atdım və gözünüz önündə onları parça-parça etdim.
Deut Northern 9:18  Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz.
Deut Northern 9:19  Rəbbin qızğın qəzəbi qarşısında qorxdum. Qəzəbi o qədər alovlanmışdı ki, O sizi yox etmək istəyirdi. Amma Rəbb yenə də yalvarışımı eşitdi.
Deut Northern 9:20  Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an Harun üçün də yalvardım.
Deut Northern 9:21  Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm.
Deut Northern 9:22  Siz Taverada, Massada, Qivrot-Hattaavada da Rəbbi qəzəbləndirdiniz.
Deut Northern 9:23  Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız.
Deut Northern 9:24  Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə qarşı üsyankar oldunuz.
Deut Northern 9:25  Rəbb sizi yox edəcəyini söylədiyi üçün qırx gün-qırx gecə Onun hüzurunda yerə döşənib qaldım.
Deut Northern 9:26  Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə.
Deut Northern 9:27  Qulların İbrahimi, İshaqı, Yaqubu yada sal. Bu xalqın dikbaşlığına, pisliyinə, günahına nəzər salma.
Deut Northern 9:28  Yoxsa bizi çıxartdığın ölkənin xalqı deyəcək ki, Rəbb onları vəd etdiyi torpağa apara bilmədi və bu xalqa nifrət etdiyi üçün onları səhrada məhv etmək məqsədi ilə Misirdən çıxartdı.
Deut Northern 9:29  Halbuki onlar Sənin xalqın, Sənin irsindir. Sən onları böyük qüdrətinlə, uzanan qolunla oradan çıxartmısan”.
Chapter 10
Deut Northern 10:1  O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt.
Deut Northern 10:2  Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”.
Deut Northern 10:3  Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım.
Deut Northern 10:4  Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi on əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi.
Deut Northern 10:5  Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı.
Deut Northern 10:6  İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu.
Deut Northern 10:7  Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər.
Deut Northern 10:8  O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.
Deut Northern 10:9  Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
Deut Northern 10:10  Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi.
Deut Northern 10:11  Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”.
Deut Northern 10:12  İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et.
Deut Northern 10:13  Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.
Deut Northern 10:14  Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir.
Deut Northern 10:15  Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi.
Deut Northern 10:16  Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.
Deut Northern 10:17  Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.
Deut Northern 10:18  O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.
Deut Northern 10:19  Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
Deut Northern 10:20  Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için.
Deut Northern 10:21  Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır.
Deut Northern 10:22  Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib.
Chapter 11
Deut Northern 11:1  Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin.
Deut Northern 11:2  Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu,
Deut Northern 11:3  Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri,
Deut Northern 11:4  Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini
Deut Northern 11:5  və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini,
Deut Northern 11:6  Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu.
Deut Northern 11:7  Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz.
Deut Northern 11:8  Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz.
Deut Northern 11:9  Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz.
Deut Northern 11:10  Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız.
Deut Northern 11:11  Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər.
Deut Northern 11:12  Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır.
Deut Northern 11:13  Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz,
Deut Northern 11:14  o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız.
Deut Northern 11:15  Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”.
Deut Northern 11:16  Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin.
Deut Northern 11:17  Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız.
Deut Northern 11:18  Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın,
Deut Northern 11:19  övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın.
Deut Northern 11:20  Onları evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarına yazın.
Deut Northern 11:21  Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız.
Deut Northern 11:22  Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız,
Deut Northern 11:23  onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız.
Deut Northern 11:24  Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq.
Deut Northern 11:25  Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.
Deut Northern 11:26  Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram.
Deut Northern 11:27  Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız.
Deut Northern 11:28  Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız.
Deut Northern 11:29  Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız.
Deut Northern 11:30  Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır.
Deut Northern 11:31  Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə
Deut Northern 11:32  bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun.
Chapter 12
Deut Northern 12:1  Atalarınızın Allahı Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda ömür boyu bu qaydalara və hökmlərə riayət edin.
Deut Northern 12:2  Hansı millətlərin torpaqlarını alacaqsınızsa, allahlarına səcdə etdikləri uca dağlarda, təpələrdə, kölgəli hər ağacın altında olan bütün yerləri mütləq viran qoyun.
Deut Northern 12:3  Qurbangahlarını dağıdıb daş sütunları sındırın, ilahə Aşera bütlərini odda yandırıb allah saydıqları oyma bütləri baltalayın və adlarını o yerlərdən silin.
Deut Northern 12:4  Allahınız Rəbbə bu cür pərəstiş etməyin.
Deut Northern 12:5  Allahınız Rəbbin adını qoymaq üçün bütün qəbilələriniz arasından seçəcəyi yeri, Onun məskənini axtarın və oraya gedin.
Deut Northern 12:6  Yandırma qurbanlarınızı, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi, əhd etdiklərinizi, könüllü təqdimlərinizi, mal-qara və qoyun-keçilərinizin ilk balalarını oraya gətirin.
Deut Northern 12:7  Orada sizə bərəkət verən Allahınız Rəbbin önündə ailələrinizlə birlikdə yemək yeyəcəksiniz. Onda hansı işə əl atacaqsınızsa, sevinc tapacaqsınız.
Deut Northern 12:8  Bu gün burada etdiklərinizi orada etməyin. Burada hər kəs öz nəzərində nəyi düz sayırsa, onu da edir.
Deut Northern 12:9  Çünki hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız.
Deut Northern 12:10  Amma İordan çayını keçib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda məskunlaşacaqsınız. Rəbb sizi ətrafınızdakı bütün düşmənlərdən qurtararaq rahatlıq verəcək və əmin-amanlıq içərisində yaşayacaqsınız.
Deut Northern 12:11  O zaman sizə əmr etdiyim hər şeyi – yandırma təqdimlərinizi, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi və Rəbbə həsr etdiyiniz bütün seçmə təqdimlərinizi Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gətirəcəksiniz.
Deut Northern 12:12  Allahınız Rəbbin qarşısında siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan sizinlə birgə payı və irsi torpağı olmayan Levililər qoy sevinsin.
Deut Northern 12:13  Ehtiyatlı olun! Hər gördüyünüz yerdə yandırma qurbanlarınızı təqdim etməyin.
Deut Northern 12:14  Yandırma qurbanlarınızı qəbilələrinizin birində Rəbbin seçəcəyi yerdə təqdim edin. Sizə əmr etməkdə olduğum hər şeyi orada edəcəksiniz.
Deut Northern 12:15  Ancaq Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə yaşadığınız şəhərlərdə ürəyiniz istəyən qədər heyvan kəsib ətindən yeyə bilərsiniz. Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti yediyiniz kimi yeyə bilər.
Deut Northern 12:17  Taxılınızın, təzə şərablarınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qara və qoyun-keçilərinizin ilk balalarını, əhd etdiklərinizin hamısını, könüllü təqdimlərinizi, qaldırma təqdimlərinizi yaşadığınız şəhərlərdə yeməyin.
Deut Northern 12:18  Siz, oğullarınız, qızlarınız, qul və qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər bunları Allahınız Rəbbin hüzurunda, Onun seçəcəyi yerdə yeyəcəksiniz. Allahınız Rəbbin hüzurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız.
Deut Northern 12:19  Ehtiyatlı olun! Bu torpaqda yaşadığınız müddətdə Levililərə etinasız yanaşmayın.
Deut Northern 12:20  Allahınız Rəbbin sizə vəd etdiyi kimi sərhədinizi genişləndirəndə ət yemək istəyərək “gəlin ət yeyək” desəniz, ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.
Deut Northern 12:21  Allahınız Rəbbin adını qoymaq üçün seçdiyi yer sizdən uzaqdırsa, əmr etdiyim kimi Rəbbin verdiyi naxırlardan, sürülərdən heyvan kəsib öz şəhərlərinizdə ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.
Deut Northern 12:22  Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti kimi yeyə bilər.
Deut Northern 12:23  Lakin ehtiyatlı olun ki, əti qanlı-qanlı yeməyəsiniz, çünki ətə can verən qandır. Ətlə birlikdə canı yeməyin.
Deut Northern 12:25  Qan yeməyin. Belə etsəniz, Rəbbin gözündə doğru olanı etmiş olarsınız. Onda həm sizin, həm də sizdən sonra gələn övladlarınızın xoş güzəranı olar.
Deut Northern 12:26  Müqəddəs təqdimlərinizi, əhd etdiyiniz təqdimləri götürüb Rəbbin seçəcəyi yerə gedin.
Deut Northern 12:27  Yandırma qurbanlarınızı, əti və qanı Allahınız Rəbbin qurbangahında təqdim edin. Qurbanlarınızın qanı Allahınız Rəbbin qurbangahında tökülsün. Ətini isə yeyə bilərsiniz.
Deut Northern 12:28  Sizə çatdırdığım bütün bu əmrlərə düzgün əməl edin. Allahınız Rəbbin gözündə yaxşı və doğru işlər gördüyünüz üçün sizin və sizdən sonra gələn övladlarınızın həmişə xoş güzəranı olar.
Deut Northern 12:29  Allahınız Rəbb torpaqlarını almağa gedəcəyiniz millətləri qarşınızdan yox edəcək. Torpaqlarını irs olaraq alıb orada yaşayanda,
Deut Northern 12:30  onları yox edəndə ehtiyatlı olun ki, onların felinə düşməyəsiniz. “Bu millətlər allahlarına necə sitayiş edirdilərsə, biz də elə edək” deyərək onların allahlarına müraciət etməyin.
Deut Northern 12:31  Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Onlar öz allahları üçün Rəbbin nifrət etdiyi iyrənc işləri görürlər. Belə ki oğullarını, qızlarını odda yandıraraq allahlarına qurban verirlər.
Deut Northern 12:32  Sizə buyurduğum bütün əmrlərə diqqətlə əməl edin. Onlardan nəyisə əskildib, onlara nəyisə artırmayın.
Chapter 13
Deut Northern 13:1  Əgər aranızdan bir peyğəmbər yaxud bir röya görən çıxıb sizə bir əlamət ya da möcüzə olacağını söyləyərsə,
Deut Northern 13:2  sonra “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərsə, bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də,
Deut Northern 13:3  belə peyğəmbərin yaxud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi?
Deut Northern 13:4  Siz Allahınız Rəbbin ardınca gedin və Ondan qorxun. Onun əmrlərinə əməl edib sözlərinə qulaq asın, Rəbbə sitayiş edərək Ona bağlı qalın.
Deut Northern 13:5  O peyğəmbər yaxud röya görən isə öldürülsün, çünki sizi Misir ölkəsindən çıxaran və köləlik diyarından qurtaran Allahınız Rəbbə qarşı getməyə sövq edirdi. Onlar sizi Allahınız Rəbbin əmr etdiyi yolla getməkdən azdırmaq istəyirdi. Beləliklə, aranızdan pisliyi atın.
Deut Northern 13:6  Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan allahlardan,
Deut Northern 13:7  ətraf xalqların, dünyanın bu başından o biri başına qədər sizə yaxın və ya uzaq xalqların allahlarından bəhs edib “gedək yad allahlara sitayiş edək” desə,
Deut Northern 13:8  ona uyaraq qulaq asmayın. Ona heyfiniz gəlməsin, acımayın, onu qorumayın.
Deut Northern 13:9  Mütləq onu öldürün. Əvvəlcə siz, sonra bütün xalq qoy onu daşqalaq etsin.
Deut Northern 13:10  Sizi Misir torpağından, köləlik diyarından çıxaran Allahınız Rəbdən ayırmaq üçün çalışdığına görə onu daşqalaq edib öldürün.
Deut Northern 13:11  Onda bunun sorağını alan bütün İsraillilər qorxacaq və bir də aranızda buna bənzər pis işlər olmayacaq.
Deut Northern 13:12  Allahınız Rəbbin sizə yaşamaq üçün verəcəyi şəhərlərin birində
Deut Northern 13:13  sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz,
Deut Northern 13:14  bunu araşdıraraq yaxşı-yaxşı tədqiq edin. Eşitdikləriniz doğrudursa və aranızdan birisinin belə iyrənc iş gördüyü sübut edilərsə,
Deut Northern 13:15  mütləq o şəhərdə yaşayanları qılıncdan keçirin. Şəhəri tamamilə məhv edib oradakı bütün xalqı və heyvanları qılıncdan keçirin.
Deut Northern 13:16  Talan mallarının hamısını toplayıb meydanın ortasına yığın. Şəhəri və malların hamısını Allahınız Rəbb üçün tamamilə yandırın. Qoy bu şəhər əbədi olaraq viranəliyə çevrilsin və yenidən bərpa edilməsin.
Deut Northern 13:17  Məhv edilməyə həsr edilən mallardan heç nəyi özünüz üçün götürməyin. Onda Rəbbin qızğın qəzəbi yatar və atalarınıza and edib söz verdiyi kimi sizə rəhm edər və mərhəmət göstərərək sizi çoxaldar.
Deut Northern 13:18  Ona görə ki siz Allahınız Rəbbin sözünü dinləyirsiniz. Beləliklə, bu gün sizə buyurduğum əmrlərə əməl edib Rəbbin gözündə doğru olanı etmiş olacaqsınız.
Chapter 14
Deut Northern 14:1  Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın.
Deut Northern 14:2  Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.
Deut Northern 14:4  Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi,
Deut Northern 14:5  maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu.
Deut Northern 14:6  Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz.
Deut Northern 14:7  Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır.
Deut Northern 14:8  Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.
Deut Northern 14:9  Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz.
Deut Northern 14:10  Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.
Deut Northern 14:11  Bütün pak quşların ətindən yeyə bilərsiniz.
Deut Northern 14:12  Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş,
Deut Northern 14:13  çalağan, şahin, bütün çalağan cinsindən olanlar,
Deut Northern 14:15  dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar,
Deut Northern 14:18  leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.
Deut Northern 14:19  Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin.
Deut Northern 14:20  Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
Deut Northern 14:21  Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.
Deut Northern 14:22  İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın.
Deut Northern 14:23  Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin.
Deut Northern 14:24  Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa,
Deut Northern 14:25  o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin.
Deut Northern 14:26  Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin.
Deut Northern 14:27  Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.
Deut Northern 14:28  Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın.
Deut Northern 14:29  Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.
Chapter 15
Deut Northern 15:1  Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın.
Deut Northern 15:2  Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir.
Deut Northern 15:3  Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız.
Deut Northern 15:4  Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda
Deut Northern 15:5  Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz,
Deut Northern 15:6  Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək.
Deut Northern 15:7  Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın.
Deut Northern 15:8  Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin.
Deut Northern 15:9  Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız.
Deut Northern 15:10  Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək.
Deut Northern 15:11  Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun.
Deut Northern 15:12  Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin.
Deut Northern 15:14  Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin.
Deut Northern 15:15  Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm.
Deut Northern 15:16  Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə,
Deut Northern 15:17  onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin.
Deut Northern 15:18  Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək.
Deut Northern 15:19  Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın.
Deut Northern 15:20  Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin.
Deut Northern 15:21  Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin.
Deut Northern 15:22  Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər.
Deut Northern 15:23  Qanını isə yeməyin, onu su kimi torpağa tökün.
Chapter 16
Deut Northern 16:1  Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı.
Deut Northern 16:2  Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin.
Deut Northern 16:3  Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın.
Deut Northern 16:4  Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. Qurban kəsdiyiniz heyvanların əti axşamdan sabaha qalmasın.
Deut Northern 16:5  Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin,
Deut Northern 16:6  ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin.
Deut Northern 16:7  Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın.
Deut Northern 16:8  Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin.
Deut Northern 16:9  Əkinə oraq vurduğunuz ilk gündən yeddi həftə sayın və
Deut Northern 16:10  Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə könüllü təqdim verməklə Allahınız Rəbb üçün Həftələr bayramı keçirin.
Deut Northern 16:11  Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz.
Deut Northern 16:12  Misirdə kölə olduğunuzu yada salın və bu qaydalara diqqətlə əməl edin.
Deut Northern 16:13  Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən sonra özünüz üçün yeddi gün Çardaqlar bayramı keçirin.
Deut Northern 16:14  Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz.
Deut Northern 16:15  Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız.
Deut Northern 16:16  Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Rəbbin hüzuruna heç kim əliboş getməsin.
Deut Northern 16:17  Hər biriniz Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə bəxşiş götürməlisiniz.
Deut Northern 16:18  Allahınız Rəbbin sizə verəcəyi şəhərlərdə hər qəbiləniz üçün hakimlər və məmurlar seçin. Qoy onlar xalqa ədalətlə hakimlik etsinlər.
Deut Northern 16:19  Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir.
Deut Northern 16:20  Salehliyin, yalnız salehliyin ardınca gedin, onda həyat taparsınız və Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq alarsınız.
Deut Northern 16:21  Allahınız Rəbb üçün quracağınız qurbangahın yanına ilahə Aşeranın surətində heç bir ağac sütunu qoymayın.
Deut Northern 16:22  Allahınız Rəbbin ikrah etdiyi daş sütun qoymayın.
Chapter 17
Deut Northern 17:1  Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir.
Deut Northern 17:2  Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa,
Deut Northern 17:3  əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə,
Deut Northern 17:4  bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə,
Deut Northern 17:5  belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün.
Deut Northern 17:6  Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin.
Deut Northern 17:7  O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.
Deut Northern 17:8  Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin.
Deut Northern 17:9  O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər.
Deut Northern 17:10  Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin.
Deut Northern 17:11  Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün.
Deut Northern 17:12  Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın.
Deut Northern 17:13  Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək.
Deut Northern 17:14  Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz,
Deut Northern 17:15  mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz.
Deut Northern 17:16  Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”.
Deut Northern 17:17  Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.
Deut Northern 17:18  Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün.
Deut Northern 17:19  Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin.
Deut Northern 17:20  Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar.
Chapter 18
Deut Northern 18:1  Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq.
Deut Northern 18:2  Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
Deut Northern 18:3  Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin.
Deut Northern 18:4  Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin.
Deut Northern 18:5  Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar.
Deut Northern 18:6  Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə,
Deut Northern 18:7  orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin.
Deut Northern 18:8  O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər.
Deut Northern 18:9  Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin.
Deut Northern 18:10  Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər,
Deut Northern 18:11  ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın.
Deut Northern 18:12  Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq.
Deut Northern 18:14  Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir.
Deut Northern 18:15  Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın.
Deut Northern 18:16  Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”.
Deut Northern 18:18  Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək.
Deut Northern 18:19  Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm.
Deut Northern 18:20  Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”.
Deut Northern 18:21  “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz.
Deut Northern 18:22  Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.
Chapter 19
Deut Northern 19:1  Allahınız Rəbb torpaqlarını sizə verəcəyi millətləri yox edəndə və siz onların mülkünü alıb şəhərlərində və evlərində yaşayanda
Deut Northern 19:2  Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpağın mərkəzində özünüz üçün üç şəhər ayırın.
Deut Northern 19:3  Bu şəhərlərə getmək üçün yollar çəkib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi ölkəni üç bölgəyə ayırın. Belə ki qətl edən bu şəhərlərdən birinə qaçsın.
Deut Northern 19:4  Sağ qalmaq üçün oraya qaçan qatil haqqında – yəni qonşusu ilə əvvəlcədən ədavəti olmadan və bilmədən onu öldürən adam barədə belə bir qaydanız olsun.
Deut Northern 19:5  Məsələn, odun kəsmək üçün qonşusu ilə meşəyə gedib ağac doğramaq üçün balta vuranda baltanın dəmiri sapından çıxıb qonşusuna dəyərsə və qonşusu ölərsə, ölümə bais adam bu şəhərlərdən birinə qaçıb canını qurtarsın.
Deut Northern 19:6  Yoxsa qan qisasını alan qəzəblə qatilin izinə düşə bilər. Yol uzaq olarsa, çatıb onu öldürə bilər. Bu adamın öldürdüyü adamla əvvəllər heç bir ədavəti olmamışdı. Ona görə də ölüm hökmünə layiq deyil.
Deut Northern 19:7  Bunun üçün “özünüzə üç şəhər seçin” deyə əmr edirəm.
Deut Northern 19:8  Allahınız Rəbbi sevmək və daim Onun yolları ilə getmək üçün bu gün sizə buyurduğum bütün bu əmrlərə diqqətlə əməl etdiyiniz üçün
Deut Northern 19:9  Allahınız Rəbb atalarınıza and etdiyi kimi sizin sərhədinizi genişləndirərsə və atalarınıza verməyi vəd etdiyi bütün torpaqları sizə verərsə, o zaman özünüz üçün bu üç şəhərdən əlavə üç şəhər də seçin.
Deut Northern 19:10  Belə ki Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız.
Deut Northern 19:11  Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən birinə qaçarsa,
Deut Northern 19:12  bu adamın şəhərinin ağsaqqalları adam göndərib onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin.
Deut Northern 19:13  Ona rəhm etməyin. Günahsız qanı İsraildən təmizləyin ki, güzəranınız xoş olsun.
Deut Northern 19:14  Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda alacağınız mülkdə qonşunuzun əvvəlki adamlar tərəfindən qoyulan sərhədini dəyişdirməyin.
Deut Northern 19:15  Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin.
Deut Northern 19:16  Əgər bir yalançı şahid pis məqsədlə birini təqsirləndirərsə,
Deut Northern 19:17  aralarında münaqişə olan iki adam Rəbbin hüzurunda, o dövrdə xidmət edən kahinlərin və hakimlərin qarşısında dayansın.
Deut Northern 19:18  Hakimlər yaxşı-yaxşı araşdırsınlar. Əgər şahid yalançıdırsa, soydaşlarına qarşı yalandan şahidlik etmişsə,
Deut Northern 19:19  onda soydaşına etmək istədiyini onun öz başına gətirin. Beləliklə, aranızdan pisliyi atın.
Deut Northern 19:20  Qalanları da bunu eşidib qorxacaq və bir daha bu cür pislik etməyəcəklər.
Deut Northern 19:21  Belə adama rəhm etməyin, can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq ödənsin.
Chapter 20
Deut Northern 20:1  Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir.
Deut Northern 20:2  Kahin döyüş qabağı ordunun yanına gəlib müraciət edərək
Deut Northern 20:3  belə desin: “Ey İsraillilər, qulaq asın! Bu gün düşmənlərinizlə döyüşə çıxırsınız. Onlardan qorxub ürkməyin və təlaşa düşərək ürəyinizi yeməyin,
Deut Northern 20:4  çünki Allahınız Rəbb düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə gedir”.
Deut Northern 20:5  Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar.
Deut Northern 20:6  Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar.
Deut Northern 20:7  Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”.
Deut Northern 20:8  Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”.
Deut Northern 20:9  Zabitlər orduya müraciətini bitirəndən sonra bölmələrə rəhbərlər təyin etsinlər.
Deut Northern 20:10  Hansı şəhərə yürüş etsəniz, əvvəl onun xalqını sülhə çağırın.
Deut Northern 20:11  Əgər o sizinlə sülh yolu ilə razılaşıb qarşınızda darvazalarını açarsa, qoy oranın bütün əhalisi sizə mükəlləfiyyətçi olub qulluğunuzda dursun.
Deut Northern 20:12  Yox, əgər sizin sülh çağırışınızı rədd edib döyüşə başlasa, onda şəhəri mühasirəyə alın.
Deut Northern 20:13  Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin.
Deut Northern 20:14  Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin. Allahınız Rəbbin sizə verdiyi düşmən malını özünüzə sərf edə bilərsiniz.
Deut Northern 20:15  Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun!
Deut Northern 20:16  Ancaq Allahınız Rəbbin irs olaraq sizə verəcəyi bu millətlərin şəhərlərində nəfəsi olan heç bir canlını belə, sağ buraxmamalısınız.
Deut Northern 20:17  Xetliləri, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları Allahınız Rəbbin sizə əmr etdiyi kimi tamamilə yox edin ki,
Deut Northern 20:18  allahlarına iyrənc adətlərlə səcdə edənlərdən bunları öyrənərək Allahınız Rəbbə qarşı günah işlətməyəsiniz.
Deut Northern 20:19  Hər hansı bir şəhərlə döyüşəndə oranı almaq üçün mühasirəsi uzun çəkərsə, ağacları baltalayıb məhv etməyin. Bu ağacların məhsulundan yeyə bilərsiniz, amma onları qırmayın. Məgər çöldəki ağaclar insandır ki, onları mühasirəyə alasınız?
Deut Northern 20:20  Biləndə ki bir ağac bar vermir, həmin ağacı kəsib yox edə bilərsiniz. Sizə müqavimət göstərən şəhəri alanadək mühasirə əməliyyatında bu ağaclardan istifadə edə bilərsiniz.
Chapter 21
Deut Northern 21:1  Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda, çöldə yerə sərilmiş və kim tərəfindən öldürüldüyü bilinməyən meyit görsəniz,
Deut Northern 21:2  ağsaqqallarınız və hakimləriniz gedib meyitin olduğu yerlə ətraf şəhərlər arasındakı məsafəni ölçsünlər.
Deut Northern 21:3  Meyitə ən yaxın şəhər hansıdırsa, oranın ağsaqqalları işə qoşulmamış, boyunduruq taxılmayan bir düyə götürsünlər.
Deut Northern 21:4  Düyəni şumlanmamış, əkilməmiş torpaqdakı axar sulu dərəyə gətirsinlər və orada düyənin boynunu qırsınlar.
Deut Northern 21:5  Levili kahinlər də oraya getsin. Çünki Allahınız Rəbb onları Özünə xidmətçi seçib. Qoy onlar Rəbbin adı ilə xeyir-dua versinlər, aranızdakı münaqişə və zorakılıq hallarına baxsınlar.
Deut Northern 21:6  Meyitə ən yaxın şəhərin ağsaqqalları dərədə boynu qırılmış düyənin üzərində əllərini yuyub
Deut Northern 21:7  belə bəyan etsinlər: “Bu qan bizim əllərimizlə tökülməyib. Kimin etdiyini də gözümüzlə görməmişik.
Deut Northern 21:8  Ya Rəbb, qurtardığın xalqı – İsrailliləri kəffarə et. Xalqını nahaq tökülən qana cavabdeh etmə”. Beləliklə, qan tökmək günahı kəffarə olunacaq.
Deut Northern 21:9  Rəbbin gözündə doğru olanı etdiyiniz üçün nahaq qan boynunuzdan götürüləcək.
Deut Northern 21:10  Düşmənlərinizlə döyüşə çıxanda, Allahınız Rəbb onları sizə təslim edəndə və siz onları əsir götürəndə
Deut Northern 21:11  aralarında gözəl qadın görüb ona vurulsanız, onu arvad olaraq ala bilərsiniz.
Deut Northern 21:12  Qoy o qadın kişinin evinə aparılsın. O, başını qırxdıraraq dırnaqlarını kəssin,
Deut Northern 21:13  əynindəki əsirlik geyimlərini çıxarsın və evinizdə qalıb ata-anası üçün bir ay yas tutsun. Bundan sonra qadını alan kişi onun yanına girib öz arvadı edə bilər.
Deut Northern 21:14  Əgər o sənin sonradan xoşuna gəlməzsə, könlü istədiyi kimi onu azad burax. Qadını pula satma və qul kimi rəftar etmə, çünki onu zəlil etmisən.
Deut Northern 21:15  Əgər bir kişinin iki arvadı varsa, birini sevib digərini sevmirsə və hər iki qadın ona oğul doğmuşsa, sevmədiyi qadından doğulan oğul ilk oğludursa,
Deut Northern 21:16  bu kişi əmlakını irs olaraq oğulları arasında böləndə ilk oğulluq haqqını sevdiyi qadının oğluna verə bilməz.
Deut Northern 21:17  Sevmədiyi qadının oğlunu ilk oğul olaraq tanısın və bölünən malın ikiqat payını ona versin, çünki gücünün ilk yadigarıdır. Ona görə də ilk oğulluq haqqı onundur.
Deut Northern 21:18  Əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa,
Deut Northern 21:19  valideynləri onu götürüb şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər.
Deut Northern 21:20  Şəhər ağsaqqallarına belə desinlər: “Bizim oğlumuz dikbaş və itaətsizdir. Heç sözümüzə baxmır, qarınqulu və əyyaşdır.
Deut Northern 21:21  Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə, aranızdan pisliyi atın. Qoy bütün İsraillilər bu xəbəri eşidib qorxsunlar”.
Deut Northern 21:22  Əgər bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa,
Deut Northern 21:23  meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın.
Chapter 22
Deut Northern 22:1  Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan.
Deut Northern 22:2  Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar.
Deut Northern 22:3  Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma.
Deut Northern 22:4  Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et.
Deut Northern 22:5  Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür.
Deut Northern 22:6  Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə.
Deut Northern 22:7  Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar.
Deut Northern 22:8  Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin.
Deut Northern 22:9  Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır.
Deut Northern 22:10  Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma.
Deut Northern 22:11  Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə.
Deut Northern 22:13  Əgər bir nəfər arvad alıb yaxınlıq edəndən sonra onu bəyənməzsə,
Deut Northern 22:14  ona şər ataraq adını ləkələyib “bu qızı aldım, onunla yaxınlıq edəndən sonra gördüm ki, bakirə deyil” deyərsə,
Deut Northern 22:15  onda ata-anası qızın “üzağlıq mələfəsini” darvazaya – şəhər ağsaqqallarının yanına gətirsin.
Deut Northern 22:16  Qızın atası şəhər ağsaqqallarına belə desin: “Bu adama qızımı arvad olaraq verdim. İndi qızımı bəyənmir.
Deut Northern 22:17  ‹Gördüm ki, sənin qızın bakirə deyil› deyərək mənim qızımın adını ləkələyir. Bu isə qızımın ‹üzağlıq mələfəsidir›”. Mələfə şəhərin ağsaqqallarının qarşısına sərilsin.
Deut Northern 22:18  Şəhərin ağsaqqalları isə o adama cəza versin.
Deut Northern 22:19  Onu yüz şekel gümüş pul cəzasına məhkum edib gənc qadının atasına versinlər, çünki o adam İsraildə bir qızın adını ləkələyib. Bu qadın həmin adamın arvadı olacaq və ömrü boyu onu boşaya bilməz.
Deut Northern 22:20  Əgər iddia doğrudursa, gənc qadının üzağlığı tapılmazsa,
Deut Northern 22:21  onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın.
Deut Northern 22:22  Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın.
Deut Northern 22:23  Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə,
Deut Northern 22:24  o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın.
Deut Northern 22:25  Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün.
Deut Northern 22:26  Gənc qadına heç nə etməyin, çünki onda ölümə layiq günah yoxdur. Ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir.
Deut Northern 22:27  Çünki kişi qıza çöldə rast gəlib. Nişanlı qız nə qədər qışqırsa da, köməyinə çatan olmayıb.
Deut Northern 22:28  Əgər kimsə nişanlanmamış bakirə bir qıza rast gəlib onu zorlayarsa və onlar tapılarsa,
Deut Northern 22:29  o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz.
Deut Northern 22:30  Kimsə atasının arvadını almasın və atasının nikahını ləkələməsin.
Chapter 23
Deut Northern 23:1  Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.
Deut Northern 23:2  Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz.
Deut Northern 23:3  Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz,
Deut Northern 23:4  çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular.
Deut Northern 23:5  Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir.
Deut Northern 23:6  Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın.
Deut Northern 23:7  Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz.
Deut Northern 23:8  Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.
Deut Northern 23:9  Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.
Deut Northern 23:10  Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın.
Deut Northern 23:11  Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın.
Deut Northern 23:12  Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin.
Deut Northern 23:13  Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz.
Deut Northern 23:14  Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin.
Deut Northern 23:15  Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın.
Deut Northern 23:16  Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.
Deut Northern 23:17  İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin.
Deut Northern 23:18  Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.
Deut Northern 23:19  Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin.
Deut Northern 23:20  Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin.
Deut Northern 23:21  Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır.
Deut Northern 23:22  Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil.
Deut Northern 23:23  Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz.
Deut Northern 23:24  Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın.
Deut Northern 23:25  Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın.
Chapter 24
Deut Northern 24:1  Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa,
Deut Northern 24:2  evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər.
Deut Northern 24:3  O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə,
Deut Northern 24:4  onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin.
Deut Northern 24:5  Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin.
Deut Northern 24:6  Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur.
Deut Northern 24:7  Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın.
Deut Northern 24:8  Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin.
Deut Northern 24:9  Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın.
Deut Northern 24:10  Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin.
Deut Northern 24:11  Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın.
Deut Northern 24:12  Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın.
Deut Northern 24:13  Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın.
Deut Northern 24:14  Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin.
Deut Northern 24:15  Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız.
Deut Northern 24:16  Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün.
Deut Northern 24:17  Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.
Deut Northern 24:18  Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.
Deut Northern 24:19  Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək.
Deut Northern 24:20  Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
Deut Northern 24:21  Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalanı başaq etmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
Deut Northern 24:22  Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.
Chapter 25
Deut Northern 25:1  İnsanlar arasında münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Hakimlər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza versinlər.
Deut Northern 25:2  Əgər təqsirkar adam kötəklənməyə layiqdirsə, qoy hakim onu yerə uzandırıb kötəyi günahının ağırlığına görə vurdursun.
Deut Northern 25:3  Təqsirkara qırx zərbədən artıq vurulmasın. Əgər qırxdan çox zərbə vursanız, soydaşınız göz önündə zəlil ola bilər.
Deut Northern 25:5  Əgər qardaşlar bir yerdə yaşayırlarsa, onlardan biri ölərsə və ölənin oğlu olmazsa, dul qadın başqa ailədən olan bir adama ərə getməsin. Qaynı yanına gəlib onu arvad olaraq alsın və qayın-qəyyumluq vəzifəsini yerinə yetirsin.
Deut Northern 25:6  Qadının doğacağı ilk oğul mərhumun adını yaşatsın. Qoy İsraildə mərhumun adı batmasın.
Deut Northern 25:7  Kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın darvazada yerləşən ağsaqqalların yanına getsin və belə desin: “Qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. Mənim üçün qayın-qəyyumluq vəzifəsini icra etmək istəmir”.
Deut Northern 25:8  Onda şəhər ağsaqqalları onun qaynını çağırıb danışacaqlar. Əgər o inad edib yenə də “onu almıram” desə,
Deut Northern 25:9  o zaman həmin qadın ağsaqqallar qarşısında gəlib qaynının çarığını çıxararaq üzünə tüpürsün və “qardaşının nəslini yaşatmayana belə edilir” desin.
Deut Northern 25:10  İsraildə onun nəsli “çarığı çıxarılanın nəsli” adlanacaq.
Deut Northern 25:11  Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa,
Deut Northern 25:12  belə qadına rəhm etmədən onun əlini kəsin.
Deut Northern 25:13  Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın.
Deut Northern 25:14  Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın.
Deut Northern 25:15  Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz.
Deut Northern 25:16  Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir.
Deut Northern 25:17  Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın.
Deut Northern 25:18  Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar.
Deut Northern 25:19  Allahınız Rəbb mülk etmək üçün irs olaraq sizə verəcəyi torpaqda və ətrafınızda olan düşmənlərin hamısından qurtarıb rahatlıq verəndə səma altından Amaleqlilərin xatirəsini silin və bunu unutmayın.
Chapter 26
Deut Northern 26:1  Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağa girib orada məskunlaşanda
Deut Northern 26:2  Allahınız Rəbbin sizə verəcəyi ölkənin torpaqlarından topladığınız bütün məhsulların nübarını götürüb bir səbətə yığın. Sonra Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gedin.
Deut Northern 26:3  O dövrdə xidmət edən kahinin yanına gedib deyin: “Allahın Rəbbə bu gün bəyan edirəm ki, Rəbbin atalarımıza vəd etdiyi ölkəyə çatdım”.
Deut Northern 26:4  Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun.
Deut Northern 26:5  Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi.
Deut Northern 26:6  Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər.
Deut Northern 26:7  Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. Əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü.
Deut Northern 26:8  Rəbb qüdrətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və möcüzələri ilə bizi Misirdən çıxartdı.
Deut Northern 26:9  O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi.
Deut Northern 26:10  İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm”. Sonra səbəti Allahınız Rəbbin önünə qoyub Onun qarşısında səcdə edin.
Deut Northern 26:11  Siz, Levililər, aranızda yaşayan qəriblər Allahınız Rəbbin sizə və ailənizə verdiyi bütün yaxşı şeylər üçün sevinəcəksiniz.
Deut Northern 26:12  Üçüncü il onda bir hissəni təqdimetmə ilidir. Bütün məhsulunuzun onda birini bir yana yığın. Ayırma işini qurtarandan sonra onda bir hissəni Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verin ki, şəhərlərinizdə onlar da yeyib-doysunlar.
Deut Northern 26:13  Sonra Allahınız Rəbbə deyin: “Mənə əmr etdiyin kimi Rəbb yolunda ayırdıqlarımı evdən çıxarıb Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verdim. Əmrlərindən çıxmadım, heç birini yaddan çıxarmadım.
Deut Northern 26:14  Bu paydan yas tutarkən yemədim, onu evdən çıxaranda murdar deyildim və onu ölülərə təqdim etmədim. Allahım Rəbbin sözünə qulaq asdım. Mənə əmr etdiklərinin hamısını yerinə yetirdim.
Deut Northern 26:15  Ya Rəbb, indi müqəddəs məskənindən – göylərdən aşağıya bax. Xalqın İsrailə, atalarımıza etdiyin anda görə bizə verdiyin torpağa – süd və bal axan torpağa xeyir-dua ver”.
Deut Northern 26:16  Bu gün Allahınız Rəbb bu qaydalara, hökmlərə əməl etməyi sizə buyurur. Onlara bütün qəlbinizlə, bütün varlığınızla əməl etmək üçün diqqətli olun.
Deut Northern 26:17  Bu gün Rəbbin Allahınız olduğunu, Onun yolları ilə gedəcəyinizi, qanunlarına, əmrlərinə, hökmlərinə riayət edəcəyinizi, Onun sözünə qulaq asacağınızı bəyan etdiniz.
Deut Northern 26:18  Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz.
Deut Northern 26:19  O zaman dediyi kimi Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız».
Chapter 27
Deut Northern 27:1  Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin.
Deut Northern 27:2  İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin.
Deut Northern 27:3  Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın.
Deut Northern 27:4  Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin.
Deut Northern 27:5  Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin.
Deut Northern 27:6  Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin.
Deut Northern 27:7  Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin.
Deut Northern 27:8  Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın».
Deut Northern 27:9  Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz.
Deut Northern 27:10  Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin».
Deut Northern 27:12  «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin.
Deut Northern 27:13  Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali.
Deut Northern 27:14  Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin:
Deut Northern 27:15  “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” Bütün xalq cavab versin: “Amin!”
Deut Northern 27:16  “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:17  “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:18  “Qoy kor olanı yoldan azdırana lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:19  “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:20  “Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”. Bütün xalq desin: “Amin!”
Deut Northern 27:21  “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:22  “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:23  “Qoy qayınanası ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:24  “Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:25  “Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” Bütün xalq desin: “Amin!”
Deut Northern 27:26  “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
Chapter 28
Deut Northern 28:1  Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.
Deut Northern 28:2  Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq.
Deut Northern 28:3  Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız.
Deut Northern 28:4  Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq.
Deut Northern 28:5  Səbət və xəmir təknələriniz bərəkətli olacaq.
Deut Northern 28:6  Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq.
Deut Northern 28:7  Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq.
Deut Northern 28:8  Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq.
Deut Northern 28:9  Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq.
Deut Northern 28:10  Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq.
Deut Northern 28:11  Rəbb atalarınıza vəd etdiyi torpaqda sizi bolluq içərisində yaşadacaq. Doğulan övladlarınızın nəslini artırıb-çoxaldacaq, heyvanlarınızın balalarını, torpağınızın məhsulunu artımlı edəcək.
Deut Northern 28:12  Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız.
Deut Northern 28:13  Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız.
Deut Northern 28:14  Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin.
Deut Northern 28:15  Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək.
Deut Northern 28:16  Şəhərdə və çöldə lənət qazanacaqsınız.
Deut Northern 28:17  Səbət və xəmir təknələriniz lənətli olacaq.
Deut Northern 28:18  Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq.
Deut Northern 28:19  Hər girişiniz, hər çıxışınız lənətli olacaq.
Deut Northern 28:20  Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək.
Deut Northern 28:21  Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqdan sizi yox edənədək vəbaya düçar edəcək.
Deut Northern 28:22  O sizi vərəm, qızdırma, iltihab, insanı qovuran istilik, quraqlıq, səmum küləyi və kiflə cəzalandıracaq. Siz yox olana qədər bunlar sizdən əl çəkməyəcək.
Deut Northern 28:23  Başınız üzərində olan göylər tunc, ayağınız altındakı yer isə dəmir kimi olacaq.
Deut Northern 28:24  Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq.
Deut Northern 28:25  Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız.
Deut Northern 28:26  Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq.
Deut Northern 28:27  Rəbb sizi sağalmaz Misir çibanları, şişlər, xoralar, qoturlarla cəzalandıracaq.
Deut Northern 28:28  O sizi cəzalandıraraq dəli və kor edəcək, ürəyinizi qubarladacaq.
Deut Northern 28:29  Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq.
Deut Northern 28:30  Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz.
Deut Northern 28:31  Öküzünüz gözünüz önündə kəsiləcək, ətindən yeməyəcəksiniz. Eşşəkləriniz sizdən zorla alınacaq və geri qaytarılmayacaq. Sürüləriniz düşmənlərinizə veriləcək və sizi qurtaran olmayacaq.
Deut Northern 28:32  Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək.
Deut Northern 28:33  Torpağınızın və bütün zəhmətinizin məhsulunu tanımadığınız bir xalq yeyəcək, siz isə daima iztirab çəkəcək və əziləcəksiniz.
Deut Northern 28:34  Gözlərinizlə gördükləriniz ağlınızı başınızdan çıxaracaq.
Deut Northern 28:35  Rəbb dizlərinizə, baldırlarınıza təpədən dırnağa qədər sağalmaz çibanlar çıxararaq sizi cəzalandıracaq.
Deut Northern 28:36  Rəbb sizi, öz üzərinizə təyin etdiyiniz padşahı sizin də, atalarınızın da tanımadığı bir millətə əsir apartdıracaq. Orada ağacdan, daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.
Deut Northern 28:37  Rəbbin sizi əsir etdiyi xalqlar arasında heyrət, məsəl və kinayə hədəfinə çevriləcəksiniz.
Deut Northern 28:38  Zəmiyə çox toxum səpib, az yığacaqsınız, çünki onu çəyirtkə yeyib qurtaracaq.
Deut Northern 28:39  Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək.
Deut Northern 28:40  Torpağınızın hər tərəfində zeytun ağacları bitsə də, onlardan yağ çəkə bilməyəcəksiniz, çünki zeytun ağaclarınız öz meyvəsini tökəcək.
Deut Northern 28:41  Oğullarınız, qızlarınız olacaq, lakin yanınızda qalmayacaq, çünki əsir düşəcəklər.
Deut Northern 28:42  Bütün ağaclarınızın və əkin sahələrinizin bəhərinə çəyirtkələr daraşacaq.
Deut Northern 28:43  Aranızda yaşayan yadellilər sizdən olduqca üstün olacaq, siz aşağı endikcə enəcəksiniz.
Deut Northern 28:44  Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız.
Deut Northern 28:45  Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz.
Deut Northern 28:46  Bunlar sizə və övladlarınıza əbədi bir əlamət, bir möcüzə olacaq.
Deut Northern 28:47  Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz,
Deut Northern 28:48  Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq.
Deut Northern 28:49  Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq.
Deut Northern 28:50  Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir.
Deut Northern 28:51  Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq.
Deut Northern 28:52  Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar.
Deut Northern 28:53  Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın – Allahın Rəbbin sizə verdiyi oğul-qızlarınızın ətini yeyəcəksiniz.
Deut Northern 28:54  Aranızda ən ürəyinazik və həssas adam belə, öz qardaşına, sevdiyi arvadına, sağ qalan övladlarına rəhm etməyəcək.
Deut Northern 28:55  Yediyi uşaqların ətindən onların heç birinə verməyəcək, çünki mühasirə olunanda düşmənlərinizin yaratdığı qıtlığa görə şəhərlərinizdə yeməyə heç nə qalmayacaq.
Deut Northern 28:56  Aranızda ən ürəyinazik, həssas qadın – zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz oğluna, eləcə də qızına rəhm etməyəcək.
Deut Northern 28:57  Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq.
Deut Northern 28:58  Əgər bu kitaba yazılmış bu Qanunun bütün sözlərinə diqqətlə əməl etməsəniz, Allahınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız,
Deut Northern 28:59  Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək.
Deut Northern 28:60  Qorxduğunuz bütün Misir xəstəliklərini yenə başınıza gətirəcək, bu xəstəliklərə tutulacaqsınız.
Deut Northern 28:61  Rəbbin bu Qanun kitabında yazılmamış hər cür xəstəlik və bəlanı sizi yox edənədək başınıza gətirəcək.
Deut Northern 28:62  Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız.
Deut Northern 28:63  Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız.
Deut Northern 28:64  Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.
Deut Northern 28:65  Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək.
Deut Northern 28:66  Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq.
Deut Northern 28:67  Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz.
Deut Northern 28:68  Mən sizə demişdim ki, gəldiyiniz yolla geri dönməyəcəksiniz, amma Rəbb sizi gəmilərlə Misirə geri qaytaracaq. Orada qul və qarabaş kimi düşmən bazarında satılacaqsınız, amma sizi pulla alan olmayacaq».
Chapter 29
Deut Northern 29:1  Rəbb İsrail övladları ilə Xorev dağında əhd etmişdir. Moavda isə Musaya əmr etdi ki, yenidən əhd kəssin. Əhdin şərtləri bunlardır:
Deut Northern 29:2  Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: «Rəbbin Misirdə gözləriniz önündə firona, əyanlarına və ölkəsinə etdiyi hər şeyi gördünüz.
Deut Northern 29:3  Böyük sınaqları, bu böyük əlamətləri və möcüzələri öz gözünüzlə gördünüz.
Deut Northern 29:4  Lakin Rəbb bu günədək sizə anlamaq üçün ağıl, görmək üçün göz, eşitmək üçün qulaq vermədi.
Deut Northern 29:5  Rəbb deyir: “Sizi qırx il səhrada gəzdirdim. Əyninizdəki paltar, ayağınızdakı çarıq yırtılıb-dağılmadı.
Deut Northern 29:6  Çörək yemədiniz, şərab ya da başqa kefləndirici içki içmədiniz. Bunları ona görə etmişəm ki, Mənim Allahınız Rəbb olduğumu biləsiniz”.
Deut Northern 29:7  Buraya çatanda Xeşbon padşahı Sixon ilə Başan padşahı Oq bizimlə döyüşə başladılar. Amma onları məğlub etdik.
Deut Northern 29:8  Torpaqlarını ələ keçirib irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdik.
Deut Northern 29:9  Ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün bu əhdin hər sözünə diqqətlə əməl edin.
Deut Northern 29:10  Bu gün siz hamınız – qəbilə başçılarınız, ağsaqqallarınız, məmurlarınız, İsraillilərin hamısı,
Deut Northern 29:11  uşaqlarınız, arvadlarınız, aranızda yaşayıb odununuzu doğrayan, suyunuzu daşıyan yadellilər Allahınız Rəbbin qarşısında dayanmısınız ki,
Deut Northern 29:12  bu gün Allahınız Rəbbin and edərək sizinlə bağladığı bu əhdi həyata keçirəsiniz.
Deut Northern 29:13  Qoy bu gün O sizi Öz xalqı kimi təsdiq etsin, sizə söz verdiyi kimi atalarınız İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə sizin Allahınız olsun.
Deut Northern 29:15  Allahımız Rəbbin hüzurunda bizimlə bərabər duranlarla deyil, bu gün yanımızda olmayanlarla da edirəm.
Deut Northern 29:16  Misirdə necə yaşadığınızı, o biri millətlərin içərisindən keçərək buraya necə gəldiyinizi özünüz də bilirsiniz.
Deut Northern 29:17  Onların arasında iyrənc şeyləri – ağacdan, daşdan, qızıldan, gümüşdən düzəldilən iyrənc bütləri gördünüz.
Deut Northern 29:18  Ehtiyatlı olun, bu gün aranızda bu millətlərin allahlarına sitayiş etmək üçün Allahınız Rəbdən dönən nə kişi, nə qadın, nə nəsil, nə də qəbilə olsun. Aranızda belə acı pöhrəli, zəhərli kök olmasın.
Deut Northern 29:19  Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər.
Deut Northern 29:20  Belə adamı Rəbb bağışlamaq istəməz. O adama qarşı qısqanc Rəbbin qəzəbi alovlanacaq. Bu kitabda yazılan bütün lənətlər başına töküləcək və Rəbb onun adını göyün altından siləcək.
Deut Northern 29:21  Rəbb bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan lənətlərin hamısına görə fəlakətə uğratmaq üçün onu İsrailin bütün qəbilələrinin içərisindən çıxaracaq.
Deut Northern 29:22  Gələcək nəsil, sizdən sonra gələn övladlarınız və uzaq diyardan gələn yadellilər bu ölkənin bəlalarını, Rəbbin oraya göndərdiyi xəstəlikləri görəcək.
Deut Northern 29:23  Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq.
Deut Northern 29:24  Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.
Deut Northern 29:25  O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar.
Deut Northern 29:26  Gedib tanımadıqları allahlara, Rəbbin onlara bəxş etmədiyi yad allahlara sitayiş və səcdə etdilər.
Deut Northern 29:27  Ona görə Rəbbin qəzəbi bu ölkəyə qarşı alovlandı, oranı bu kitabda yazılan bütün lənətlərə düçar etdi.
Deut Northern 29:28  Rəbb qəzəb, hirs və böyük hiddətlə onları ölkələrindən qopardı. Bu gün olduğu kimi onları başqa bir torpağa atdı”.
Deut Northern 29:29  Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.
Chapter 30
Deut Northern 30:1  Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız.
Deut Northern 30:2  Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız,
Deut Northern 30:3  Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq.
Deut Northern 30:4  Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq.
Deut Northern 30:5  Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq.
Deut Northern 30:6  Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız.
Deut Northern 30:7  Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinizə tökəcək.
Deut Northern 30:8  Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz.
Deut Northern 30:9  Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq.
Deut Northern 30:10  Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün.
Deut Northern 30:11  Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil.
Deut Northern 30:12  Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?”
Deut Northern 30:13  O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?”
Deut Northern 30:14  Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir.
Deut Northern 30:15  Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram.
Deut Northern 30:16  Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız.
Deut Northern 30:17  Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz,
Deut Northern 30:18  bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz.
Deut Northern 30:19  Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.
Deut Northern 30:20  Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək».
Chapter 31
Deut Northern 31:1  Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi:
Deut Northern 31:2  «Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, İordan çayının o tayına keçməyəcəyəm.
Deut Northern 31:3  Oranı keçəndə başınızın üstündə Allahınız Rəbb gedəcək və O, millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.
Deut Northern 31:4  Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək.
Deut Northern 31:5  Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz.
Deut Northern 31:6  Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»
Deut Northern 31:7  Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən.
Deut Northern 31:8  Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!»
Deut Northern 31:9  Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.
Deut Northern 31:10  Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,
Deut Northern 31:11  bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.
Deut Northern 31:12  Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.
Deut Northern 31:13  Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».
Deut Northern 31:14  Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər.
Deut Northern 31:15  Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı.
Deut Northern 31:16  Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.
Deut Northern 31:17  Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər.
Deut Northern 31:18  Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm.
Deut Northern 31:19  İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun.
Deut Northern 31:20  Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar.
Deut Northern 31:21  Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm».
Deut Northern 31:22  Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi.
Deut Northern 31:23  Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm».
Deut Northern 31:24  Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda
Deut Northern 31:25  Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi:
Deut Northern 31:26  «Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın.
Deut Northern 31:27  Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.
Deut Northern 31:28  Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam.
Deut Northern 31:29  Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».
Deut Northern 31:30  Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin.
Chapter 32
Deut Northern 32:1  «Ey göylər, qulaq asın, söyləyəcəyəm, Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin.
Deut Northern 32:2  Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın,
Deut Northern 32:3  Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin!
Deut Northern 32:4  O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur.
Deut Northern 32:5  Ona xəyanət etdilər, Ona övlad olmadılar, Ona görə rüsvay oldular. Çünki əyri və tərs nəsildirlər.
Deut Northern 32:6  Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi?
Deut Northern 32:7  Ötən günləri yadınıza salın, Keçmiş nəsillərin dövrünə nəzər salın, Atanızdan soruşun, o sizə desin, Ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin.
Deut Northern 32:8  Haqq-Taala millətlərə irsi torpaq bölərkən, Bəşər övladlarını ayırarkən İsrail övladlarının sayına görə Xalqlara sərhəd qoydu.
Deut Northern 32:9  Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir.
Deut Northern 32:10  Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu.
Deut Northern 32:11  Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi
Deut Northern 32:12  Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
Deut Northern 32:13  Onu yer üzünün yüksəkliklərinə çıxartdı, Zəminin məhsulundan yedirtdi. Onu qayadan süzülən balla, Çaxmaq daşından çəkilən yağla bəslədi.
Deut Northern 32:14  Onu inəklərin kəsmiyi, qoyunların südü ilə, Kökəldilmiş quzularla, Başandakı təkələrlə, qoçlarla. Ən yaxşı buğda ilə bəslədi. Xalq şərabı, üzümün al qanını içdi,
Deut Northern 32:15  Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi.
Deut Northern 32:16  Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər.
Deut Northern 32:17  Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər.
Deut Northern 32:18  Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz.
Deut Northern 32:19  Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi.
Deut Northern 32:20  O dedi: “Bax onlardan Mənim üzüm dönəcək, Onların aqibəti görüm necə olacaq? Çünki onlar etimada layiq olmayan övladlar, azğın nəsildirlər.
Deut Northern 32:21  Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm.
Deut Northern 32:22  Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq.
Deut Northern 32:23  Mən onların üzərinə bəlalar yığacağam, Oxlarımı onlara tuşlayacağam.
Deut Northern 32:24  Qıtlıqdan tükənəcək, qızdırmadan qırılacaqlar, Vəbadan tələf olacaqlar. Heyvanların dişlərini, Torpaqda sürünən ilanların zəhərini Onlara sarı göndərəcəyəm.
Deut Northern 32:25  Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək.
Deut Northern 32:26  Dedim: ‹Qoy onları uzaqlara dağıdım, Onları insanların yaddaşından çıxarım›.
Deut Northern 32:27  Lakin düşmənin istehzasından çəkindim, İstəmədim ki, əleyhdarları yanlış anlayıb desinlər: ‹Bütün bu işləri Rəbb görməyib, Özümüz zəfər qazanmışıq›”.
Deut Northern 32:28  Çünki onlar düşüncəsiz bir millətdir, Necə də ağılsızdırlar.
Deut Northern 32:29  Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər.
Deut Northern 32:30  Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi?
Deut Northern 32:31  Həqiqətən, onların qayası Qayamız kimi deyil, Hətta düşmənlərimiz bunu qəbul edir.
Deut Northern 32:32  Tənəkləri Sodomdakı üzüm ağaclarındandır, Homorra bağlarındandır. Üzümləri zəhərlidir, Salxımları acıdır.
Deut Northern 32:33  Şərabları əfi ilan zəhəridir, Gürzələrin öldürücü ağısıdır.
Deut Northern 32:34  “Məgər bunların hamısını Mən yanımda saxlamamışammı? Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi?
Deut Northern 32:35  Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”.
Deut Northern 32:36  Rəbb Öz xalqını mühakimə edəcək. Onların gücünün qurtardığını görərkən, Nə kölədən, nə azaddan kimsə qalmayarkən Qullarına rəhm edəcək.
Deut Northern 32:37  O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya?
Deut Northern 32:38  Qurbanlarının yağını yeyən, Hanı içmə təqdimlərini içən allahları? Qoy sizə kömək etmək üçün dursunlar, Pənahgahınız olsunlar.
Deut Northern 32:39  İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz.
Deut Northern 32:40  Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: ‹Əbədi Varlığıma and olsun ki,
Deut Northern 32:41  Şimşək çaxan qılıncımı itiləyib Hökm etmək üçün əlimə alsam, Düşmənlərimdən qisas alacağam, Mənə nifrət edənlərdən əvəz çıxacağam.
Deut Northern 32:42  Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm; Qılıncım əti, qırılanların, əsir edənlərin qanını, Düşmən rəhbərlərinin başını yeyəcək›”.
Deut Northern 32:43  Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək».
Deut Northern 32:44  Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi.
Deut Northern 32:45  Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda
Deut Northern 32:46  belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz.
Deut Northern 32:47  Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək».
Deut Northern 32:49  «Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör.
Deut Northern 32:50  Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan.
Deut Northern 32:51  Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz.
Deut Northern 32:52  Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən».
Chapter 33
Deut Northern 33:1  Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu.
Deut Northern 33:2  O belə dedi: «Rəbb Sina dağından gəldi, Bizə Seirdən zühur etdi, Paran dağından şəfəq saçdı, On minlərlə müqəddəs mələklər ilə gəldi. Sağ əlində yanar alov var idi.
Deut Northern 33:3  Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər.
Deut Northern 33:4  Musa bizə qanuna əməl etməyi tapşırdı, Bu, Yaqubun camaatı üçün bir irsdir.
Deut Northern 33:5  İsrail qəbilələri, Xalqın rəhbərləri bir yerə yığılanda Rəbb Yeşuruna padşah oldu.
Deut Northern 33:6  Qoy Ruven ölməsin, yaşasın! Xalqının sayı azalmasın!»
Deut Northern 33:7  Musa Yəhuda üçün belə dedi: «Ya Rəbb, Yəhudanın səsini eşit, Onu xalqına geri qaytar. O özü üçün öz əlləri ilə döyüşdü, Düşmənlərinə görə ona kömək et!»
Deut Northern 33:8  Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin.
Deut Northern 33:9  O, ata-anası üçün dedi: “Onlara nəzər salmadım”. Qardaşlarını tanımadı, Övladlarını unutdu, Ancaq Sənin sözünə riayət etdi, Sənin əhdini hifz etdi.
Deut Northern 33:10  Hökmlərini Yaqub nəslinə, Qanununu İsraillilərə öyrədəcəklər. Onlar hüzurunda buxuru, Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək.
Deut Northern 33:11  Ya Rəbb, onların malına bərəkət ver, Əməllərindən razı qal. Kim onlara hücum etsə, Kim onlara nifrət etsə, Belini qır, Bir daha qalxmasınlar!»
Deut Northern 33:12  Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır».
Deut Northern 33:13  Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla,
Deut Northern 33:14  Günəşin yetişdirdiyi ən gözəl barlarla, Hər ay yetişən ən gözəl bəhərlərlə,
Deut Northern 33:15  Qədimdən qalan dağların əla nemətləri ilə, Əbədi təpələrin münbitliyi ilə,
Deut Northern 33:16  Yerin ən qiymətli məhsulu və bolluğu ilə Kol da məskən Salanın lütfü ilə Qoy bərəkət alsın! Yusifin başı üzərinə – Qardaşlarından ayrı düşənin başı üzərinə Qoy bərəkət yağsın!
Deut Northern 33:17  O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri».
Deut Northern 33:18  Zevulun üçün belə dedi: «Ey Zevulun, yola düşəndə sevin, Ey İssakar, çadırlarında sevin!
Deut Northern 33:19  Onlar xalqları dağa çağıracaqlar, Orada salehlik qurbanları kəsəcəklər. Bol dəniz nemətləri ilə, Qumlarda gizlənən xəzinələrlə doyacaqlar».
Deut Northern 33:20  Qad üçün belə dedi: «Qadın ərazisini artırana şükür olsun! Qad aslan tək yaşayır, Qolu, başı qoparır.
Deut Northern 33:21  O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi».
Deut Northern 33:22  Dan üçün belə dedi: «Dan Başandan sıçrayan Bala aslandır».
Deut Northern 33:23  Naftali üçün belə dedi: «Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali, Qərbi və cənubu mülk edəcəksən».
Deut Northern 33:24  Aşer üçün belə dedi: «Oğullar arasında Aşer ən çox bərəkət alsın! Qardaşlarının ən çox bəyəndiyi o olsun! Ayağını zeytun yağına batırsın.
Deut Northern 33:25  Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın!
Deut Northern 33:26  Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur.
Deut Northern 33:27  Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər.
Deut Northern 33:28  İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır.
Deut Northern 33:29  Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan».
Chapter 34
Deut Northern 34:1  Musa Moav düzənliyindən Nevo dağına gedib Yerixo qarşısında olan Pisqa təpəsinə çıxdı. Rəbb ona bütün ölkəni göstərdi. Dana qədər uzanan Gileadı,
Deut Northern 34:2  bütün Naftalini, Efrayim və Menaşşe torpaqlarını, Qərb dənizinə qədər uzanan bütün Yəhuda torpağını,
Deut Northern 34:3  Negevi, Xurmalar şəhəri Yerixo vadisinin Soara qədər uzanan hövzəsini göstərdi.
Deut Northern 34:4  Sonra Rəbb ona dedi: «İbrahimə, İshaqa və Yaquba vəd etdiyim torpaq budur, oranı sizin övladlarınıza verəcəyəm. Mən izin verdim ki, oranı öz gözlərinlə görəsən. Lakin oraya girməyəcəksən».
Deut Northern 34:5  Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü.
Deut Northern 34:6  Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir.
Deut Northern 34:7  Musa öləndə yüz iyirmi yaşında idi. Gözü nurdan düşməmiş, taqəti çəkilməmişdi.
Deut Northern 34:8  İsrail övladları Musa üçün Moav düzənliyində otuz gün matəm və yas tutdular. Musa üçün olan ağlaşma və yas günləri qurtardı.
Deut Northern 34:9  Nun oğlu Yeşua hikmət ruhu ilə dolmuşdu, çünki Musa onun üzərinə əllərini qoymuşdu. İsrail övladları da ona qulaq asdılar və Rəbbin Musaya əmr etdiyi hər şeyə əməl etdilər.
Deut Northern 34:10  İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı.
Deut Northern 34:11  Rəbb onu göndərmişdi ki, Misir torpağında firona, onun bütün əyanlarına, ölkəsinə çoxlu əlamətlər və möcüzələr göstərsin.
Deut Northern 34:12  Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi.