EXODUS
Up
Chapter 1
Exod | Northern | 1:7 | Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar qüvvətləndi; ölkə onlarla doldu. | |
Exod | Northern | 1:10 | Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər». | |
Exod | Northern | 1:11 | Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. | |
Exod | Northern | 1:12 | Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub, | |
Exod | Northern | 1:14 | Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər. | |
Exod | Northern | 1:15 | Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi: | |
Exod | Northern | 1:16 | «İbrani qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın». | |
Exod | Northern | 1:17 | Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar. | |
Exod | Northern | 1:18 | Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: «Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?» | |
Exod | Northern | 1:19 | Mamaçalar firona dedilər: «Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar». | |
Chapter 2
Exod | Northern | 2:3 | Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu. | |
Exod | Northern | 2:5 | Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi. | |
Exod | Northern | 2:6 | Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır». | |
Exod | Northern | 2:7 | Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?» | |
Exod | Northern | 2:9 | Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi. | |
Exod | Northern | 2:10 | Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum». | |
Exod | Northern | 2:11 | Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü. | |
Exod | Northern | 2:12 | Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi. | |
Exod | Northern | 2:13 | Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?» | |
Exod | Northern | 2:14 | O adam dedi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər». | |
Exod | Northern | 2:15 | Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu. | |
Exod | Northern | 2:16 | Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə su vermək üçün təknələri doldurdular. | |
Exod | Northern | 2:17 | O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb qızlara kömək etdi və qoyun-keçilərinə su verdi. | |
Exod | Northern | 2:18 | Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?» | |
Exod | Northern | 2:19 | Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun-keçiyə su verdi». | |
Exod | Northern | 2:20 | O, qızlarına dedi: «O adam haradadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin». | |
Exod | Northern | 2:21 | Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi. | |
Exod | Northern | 2:22 | Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum». | |
Exod | Northern | 2:23 | Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. | |
Exod | Northern | 2:24 | Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. | |
Chapter 3
Exod | Northern | 3:1 | Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. | |
Exod | Northern | 3:2 | Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb | |
Exod | Northern | 3:3 | Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır». | |
Exod | Northern | 3:4 | Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi. | |
Exod | Northern | 3:5 | Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». | |
Exod | Northern | 3:6 | Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu. | |
Exod | Northern | 3:7 | Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. | |
Exod | Northern | 3:8 | Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım. | |
Exod | Northern | 3:9 | İndi isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm. | |
Exod | Northern | 3:10 | Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». | |
Exod | Northern | 3:11 | Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» | |
Exod | Northern | 3:12 | Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz». | |
Exod | Northern | 3:13 | Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?» | |
Exod | Northern | 3:14 | Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”». | |
Exod | Northern | 3:15 | O, Musaya belə dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Adım əbədi olaraq budur. Qoy Məni nəsildən-nəslə belə xatırlasınlar. | |
Exod | Northern | 3:16 | Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. | |
Exod | Northern | 3:17 | Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”. | |
Exod | Northern | 3:18 | İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək”. | |
Exod | Northern | 3:19 | Amma bilirəm ki, Misir padşahı qüdrətli əl vasitəsilə məcbur olmasa, sizin getməyinizə izin verməyəcək. | |
Exod | Northern | 3:20 | Mən də əlimi uzadıb orada hər cür möcüzələr edərək Misiri vuracağam; bundan sonra Misir padşahı sizi buraxacaq. | |
Exod | Northern | 3:21 | Bu xalqa qarşı Misirlilərin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz. | |
Chapter 4
Exod | Northern | 4:1 | Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?» | |
Exod | Northern | 4:3 | Rəbb dedi: «Onu yerə at». Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. | |
Exod | Northern | 4:4 | Rəbb Musaya dedi: «Əlini uzadıb onun quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. | |
Exod | Northern | 4:5 | Sonra Rəbb dedi: «Bu əlamət ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar». | |
Exod | Northern | 4:6 | Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda, əli cüzama tutulub qar kimi ağappaq oldu. | |
Exod | Northern | 4:7 | Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu. | |
Exod | Northern | 4:8 | Rəbb davam etdi: «Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər. | |
Exod | Northern | 4:9 | Bu iki əlamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan götürdüyün su quruda qana çevriləcək». | |
Exod | Northern | 4:10 | Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam». | |
Exod | Northern | 4:11 | Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi? | |
Exod | Northern | 4:14 | Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. | |
Exod | Northern | 4:15 | Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. | |
Exod | Northern | 4:16 | Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. | |
Exod | Northern | 4:18 | Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get». | |
Exod | Northern | 4:19 | Midyan torpağında Rəbb Musaya dedi: «Misirə qayıt, çünki sənin canını almaq istəyən adamların hamısı ölüb». | |
Exod | Northern | 4:20 | Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı. | |
Exod | Northern | 4:21 | Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq. | |
Exod | Northern | 4:23 | Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”». | |
Exod | Northern | 4:25 | O zaman Sippora çaxmaq daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: «Sən mənim qan adaxlımsan». | |
Exod | Northern | 4:26 | Beləliklə, Rəbb ondan əl çəkdi. Sippora Musaya sünnətə görə «qan adaxlımsan» demişdi. | |
Exod | Northern | 4:27 | Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü. | |
Exod | Northern | 4:28 | Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı. | |
Exod | Northern | 4:30 | Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. | |
Chapter 5
Exod | Northern | 5:1 | Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!”» | |
Exod | Northern | 5:2 | Firon dedi: «Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram». | |
Exod | Northern | 5:3 | Onlar dedilər: «İbranilərin Allahı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Allahımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin yaxud da qılıncla məhv etməsin». | |
Exod | Northern | 5:4 | Misir padşahı onlara dedi: «Ey Musa və Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin, işinizi görün». | |
Exod | Northern | 5:5 | Sonra firon dedi: «Artıq ölkədə xalq çoxdur, siz isə onları işindən ayırıb istirahət verirsiniz». | |
Exod | Northern | 5:7 | «İndiyə kimi etdiyinizdən fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar. | |
Exod | Northern | 5:8 | Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər. | |
Exod | Northern | 5:9 | Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər». | |
Exod | Northern | 5:10 | Xalqın nəzarətçi və gözətçiləri adamların yanına gəlib onlara dedilər: «Firon belə deyir: “Mən sizə saman verməyəcəyəm. | |
Exod | Northern | 5:13 | Nəzarətçilər onları məcbur edərək deyirdilər: «Sizə saman verilən vaxt gördüyünüz gündəlik işi yerinə yetirin». | |
Exod | Northern | 5:14 | Firon nəzarətçiləri İsrail övladlarının üzərinə qoyduqları İsrailli gözətçiləri döyüb dedilər: «Niyə dünən və bu gün indiyə qədər olan gündəlik kərpic sayını yerinə yetirməmisiniz?» | |
Exod | Northern | 5:15 | İsrail övladlarından olan gözətçilər fironun yanına gəlib ona fəryad edərək dedilər: «Qullarınla niyə belə rəftar edirsən? | |
Exod | Northern | 5:16 | Qullarına saman vermirlər, ancaq bizə “kərpiclər düzəldin” deyirlər. Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır». | |
Exod | Northern | 5:17 | O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə də “gedək, Rəbbə qurban gətirək” deyirsiniz. | |
Exod | Northern | 5:18 | İndi gedin işləyin. Sizə saman verilməyəcək, ancaq gündəlik kərpic sayını düzəltməlisiniz». | |
Exod | Northern | 5:19 | İsrailli gözətçilər «sizin üçün müəyyən olunmuş gündəlik kərpic sayı azalmayacaq» sözlərini eşidəndə pis vəziyyətə düşdüklərini anladılar. | |
Exod | Northern | 5:20 | İsrailli gözətçilər fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb | |
Exod | Northern | 5:21 | dedilər: «Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz». | |
Exod | Northern | 5:22 | Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin? | |
Chapter 6
Exod | Northern | 6:1 | Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq». | |
Exod | Northern | 6:3 | Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım. | |
Exod | Northern | 6:4 | Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim. | |
Exod | Northern | 6:5 | İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım. | |
Exod | Northern | 6:6 | Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. | |
Exod | Northern | 6:7 | Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm. | |
Exod | Northern | 6:8 | Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm”». | |
Exod | Northern | 6:9 | Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar. | |
Exod | Northern | 6:11 | «Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəsindən buraxsın!» | |
Exod | Northern | 6:12 | Musa Rəbbin önündə dedi: «İsrail övladları mənə qulaq asmadı, firon mənə necə qulaq asacaq? Mən yaxşı danışa bilmirəm». | |
Exod | Northern | 6:13 | Rəbb Musa və Harunla danışıb onlara İsrail övladları və Misir padşahı firon üçün əmrlər verdi ki, İsrail övladlarını Misir torpağından çıxartsınlar. | |
Exod | Northern | 6:14 | İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir. | |
Exod | Northern | 6:15 | Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir. | |
Exod | Northern | 6:16 | Nəsillərinə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü. | |
Exod | Northern | 6:18 | Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel; Qohat yüz otuz üç il ömür sürdü. | |
Exod | Northern | 6:19 | Merarinin oğulları: Maxli və Muşi; nəsillərinə görə Levinin ailəsi bunlardan ibarətdir. | |
Exod | Northern | 6:20 | Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü. | |
Exod | Northern | 6:23 | Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu. | |
Exod | Northern | 6:25 | Harunun oğlu Eleazar Putielin qızlarından birini arvad aldı; arvadı ona Pinxası doğdu. Ailələrinə görə Levililərin nəsil başçıları bunlardır. | |
Exod | Northern | 6:26 | Adları çəkilən Harun və Musa o adamlardır ki, Rəbb onlara «İsrail övladlarını dəstələrlə Misir torpağından çıxarın» demişdi. | |
Exod | Northern | 6:27 | Onlar həmin Musa və Harun idi ki, İsrail övladlarını Misir torpağından çıxarmaq üçün Misir padşahı fironla danışmışdılar. | |
Exod | Northern | 6:29 | Rəbb Musaya dedi: «Mən Rəbbəm! Sənə dediyim bütün sözləri Misir padşahı firona söylə». | |
Chapter 7
Exod | Northern | 7:1 | Rəbb Musaya dedi: «Səni firon üçün Allah kimi qoydum, qardaşın Harun isə sənin peyğəmbərin olacaq. | |
Exod | Northern | 7:2 | Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da firona söyləsin ki, İsrail övladlarını ölkəsindən buraxsın! | |
Exod | Northern | 7:3 | Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq, | |
Exod | Northern | 7:4 | firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam. | |
Exod | Northern | 7:5 | Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb Mənəm!» | |
Exod | Northern | 7:9 | «Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”». | |
Exod | Northern | 7:10 | Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü. | |
Exod | Northern | 7:11 | Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. | |
Exod | Northern | 7:12 | Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu. | |
Exod | Northern | 7:15 | Sən sabah səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində gözlə. | |
Exod | Northern | 7:16 | Sonra firona de: “İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim: ‹Xalqımı burax ki, səhrada Mənə ibadət etsin!› Ancaq sən indiyə qədər qulaq asmadın, | |
Exod | Northern | 7:17 | buna görə də Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam, onda su qana dönəcək. | |
Exod | Northern | 7:18 | Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan su içməyə iyrənəcəklər›”». | |
Exod | Northern | 7:19 | Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq». | |
Exod | Northern | 7:20 | Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü; | |
Exod | Northern | 7:21 | çaydakı balıqlar öldü və çay iyləndi. Misirlilər buradan su içə bilmədilər. Misir torpağı qan içində idi. | |
Exod | Northern | 7:22 | Amma Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. | |
Exod | Northern | 7:24 | Bütün Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə bilmirdilər. | |
Chapter 8
Exod | Northern | 8:1 | Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! | |
Exod | Northern | 8:2 | Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam. | |
Exod | Northern | 8:3 | Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər. | |
Exod | Northern | 8:5 | Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun». | |
Exod | Northern | 8:6 | Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü. | |
Exod | Northern | 8:7 | Sehrbazlar da öz sehrləri ilə belə etdilər və Misir torpağına qurbağalar yetirdilər. | |
Exod | Northern | 8:8 | Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram». | |
Exod | Northern | 8:9 | Musa firona dedi: «Söylə, nə vaxt sənin, əyanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda qalsınlar?» | |
Exod | Northern | 8:10 | Firon dedi: «Sabah». Musa dedi: «Sən dediyin kimi olacaq. Bundan biləcəksən ki, Allahımız Rəbbə bənzəri yoxdur! | |
Exod | Northern | 8:11 | Qurbağalar səndən, evlərindən, əyanlarından və xalqından rədd olacaq, yalnız çayda qalacaqlar». | |
Exod | Northern | 8:12 | Musa və Harun fironun yanından çıxdılar. Musa Rəbbin fironun üzərinə göndərdiyi qurbağalara görə Ona yalvardı. | |
Exod | Northern | 8:13 | Rəbb də Musanın sözünə əməl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü. | |
Exod | Northern | 8:15 | Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı. | |
Exod | Northern | 8:16 | Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”». | |
Exod | Northern | 8:17 | Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü. | |
Exod | Northern | 8:18 | Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu. | |
Exod | Northern | 8:19 | Sehrbazlar firona dedilər: «Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı. | |
Exod | Northern | 8:20 | Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! | |
Exod | Northern | 8:21 | Əgər sən onları azad etmək istəməsən, əyanların, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq. | |
Exod | Northern | 8:22 | Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm. | |
Exod | Northern | 8:24 | Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən ölkə viran oldu. | |
Exod | Northern | 8:25 | Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin». | |
Exod | Northern | 8:26 | Ancaq Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərmi? | |
Exod | Northern | 8:27 | Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi qurban gətirək». | |
Exod | Northern | 8:28 | Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın». | |
Exod | Northern | 8:29 | Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın». | |
Exod | Northern | 8:31 | Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan qurtardı. Daha mozalan qalmadı. | |
Chapter 9
Exod | Northern | 9:1 | Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! | |
Exod | Northern | 9:3 | budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq. | |
Exod | Northern | 9:4 | Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”». | |
Exod | Northern | 9:6 | Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi. | |
Exod | Northern | 9:7 | Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı. | |
Exod | Northern | 9:8 | Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun gözü önündə göyə səpsin. | |
Exod | Northern | 9:9 | Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində irinli çibanlar əmələ gətirəcək». | |
Exod | Northern | 9:10 | Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi, insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı. | |
Exod | Northern | 9:11 | Sehrbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı. | |
Exod | Northern | 9:12 | Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı. | |
Exod | Northern | 9:13 | Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! | |
Exod | Northern | 9:14 | Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur. | |
Exod | Northern | 9:15 | Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın. | |
Exod | Northern | 9:16 | Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin. | |
Exod | Northern | 9:18 | Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu ki Misir qurulandan indiyə qədər orada olmayıb. | |
Exod | Northern | 9:19 | İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”». | |
Exod | Northern | 9:20 | Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi. | |
Exod | Northern | 9:22 | Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın». | |
Exod | Northern | 9:23 | Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı. | |
Exod | Northern | 9:24 | Beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı. | |
Exod | Northern | 9:25 | Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu. | |
Exod | Northern | 9:27 | Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. | |
Exod | Northern | 9:28 | Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın». | |
Exod | Northern | 9:29 | Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur. | |
Exod | Northern | 9:31 | Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı. | |
Exod | Northern | 9:33 | Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı. | |
Exod | Northern | 9:34 | Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər. | |
Chapter 10
Exod | Northern | 10:1 | Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim. | |
Exod | Northern | 10:2 | Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm». | |
Exod | Northern | 10:3 | Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin! | |
Exod | Northern | 10:5 | Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər. | |
Exod | Northern | 10:6 | Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı. | |
Exod | Northern | 10:7 | Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?» | |
Exod | Northern | 10:8 | Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?» | |
Exod | Northern | 10:9 | Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik». | |
Exod | Northern | 10:10 | Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var. | |
Exod | Northern | 10:11 | Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz hüzurundan qovdu. | |
Exod | Northern | 10:12 | Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər». | |
Exod | Northern | 10:13 | Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi. | |
Exod | Northern | 10:14 | Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq. | |
Exod | Northern | 10:15 | Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı. | |
Exod | Northern | 10:16 | Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim, | |
Exod | Northern | 10:17 | indi yenə də günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin». | |
Exod | Northern | 10:19 | Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı. | |
Exod | Northern | 10:21 | Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun». | |
Exod | Northern | 10:23 | Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi. | |
Exod | Northern | 10:24 | Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun-keçiniz və mal-qaranız burada qalsın». | |
Exod | Northern | 10:25 | Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək. | |
Exod | Northern | 10:26 | Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik». | |
Exod | Northern | 10:28 | Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən». | |
Chapter 11
Exod | Northern | 11:1 | Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq. | |
Exod | Northern | 11:2 | Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin». | |
Exod | Northern | 11:3 | Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi. | |
Exod | Northern | 11:5 | Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. | |
Exod | Northern | 11:6 | Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. | |
Exod | Northern | 11:7 | Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”. | |
Exod | Northern | 11:8 | Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı. | |
Exod | Northern | 11:9 | Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq». | |
Chapter 12
Exod | Northern | 12:3 | Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. | |
Exod | Northern | 12:4 | Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. | |
Exod | Northern | 12:5 | Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. | |
Exod | Northern | 12:6 | Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. | |
Exod | Northern | 12:7 | Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. | |
Exod | Northern | 12:8 | Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. | |
Exod | Northern | 12:9 | Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. | |
Exod | Northern | 12:11 | Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. | |
Exod | Northern | 12:12 | Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. | |
Exod | Northern | 12:13 | Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. | |
Exod | Northern | 12:14 | Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin. | |
Exod | Northern | 12:15 | Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir. | |
Exod | Northern | 12:16 | Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. | |
Exod | Northern | 12:17 | Bu Mayasız Çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin. | |
Exod | Northern | 12:18 | Birinci ayın on dördüncü gününün axşamından ayın iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin. | |
Exod | Northern | 12:19 | Yeddi gün evinizdə maya olmasın, çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir. | |
Exod | Northern | 12:21 | Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin. | |
Exod | Northern | 12:22 | Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. | |
Exod | Northern | 12:23 | Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. | |
Exod | Northern | 12:26 | Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman | |
Exod | Northern | 12:27 | onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi. | |
Exod | Northern | 12:28 | Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər. | |
Exod | Northern | 12:29 | Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. | |
Exod | Northern | 12:30 | O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. | |
Exod | Northern | 12:31 | Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin. | |
Exod | Northern | 12:32 | Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin». | |
Exod | Northern | 12:33 | Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik». | |
Exod | Northern | 12:34 | Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı. | |
Exod | Northern | 12:35 | İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər. | |
Exod | Northern | 12:36 | Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular. | |
Exod | Northern | 12:37 | İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. | |
Exod | Northern | 12:38 | Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı. | |
Exod | Northern | 12:39 | Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər. | |
Exod | Northern | 12:41 | Məhz bu dörd yüz otuz il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı. | |
Exod | Northern | 12:42 | Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər. | |
Exod | Northern | 12:43 | Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin; | |
Exod | Northern | 12:44 | ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər. | |
Exod | Northern | 12:46 | Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın. | |
Exod | Northern | 12:48 | Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. | |
Chapter 13
Exod | Northern | 13:2 | «İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir». | |
Exod | Northern | 13:3 | Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin. | |
Exod | Northern | 13:5 | Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin. | |
Exod | Northern | 13:7 | O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin. | |
Exod | Northern | 13:8 | O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə görə belə edirəm”. | |
Exod | Northern | 13:9 | Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı. | |
Exod | Northern | 13:11 | Rəbb sizə və atalarınıza and içdiyi kimi Kənanlıların ölkəsinə gətirib, oranı sizə verən vaxtdan bəri | |
Exod | Northern | 13:12 | ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün heyvan balaları da Rəbbin olsun. | |
Exod | Northern | 13:13 | Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin. | |
Exod | Northern | 13:14 | Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı. | |
Exod | Northern | 13:15 | Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”. | |
Exod | Northern | 13:16 | Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun, çünki Rəbb bizi qüdrətli əli ilə Misirdən çıxartdı». | |
Exod | Northern | 13:17 | Firon xalqı buraxdığı zaman Allah onları Filiştlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq, o yolla gətirmədi. Çünki O dedi: «Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar». | |
Exod | Northern | 13:18 | Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı. İsrail övladları Misir torpağından silahlanıb çıxdılar. | |
Exod | Northern | 13:19 | Musa Yusifin sümüklərini özü ilə apardı, çünki Yusif İsrail övladlarına «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi də buradan çıxarın» deyərək and içdirmişdi. | |
Exod | Northern | 13:20 | İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar. | |
Exod | Northern | 13:21 | Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər. | |
Chapter 14
Exod | Northern | 14:2 | «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”. | |
Exod | Northern | 14:3 | Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir. | |
Exod | Northern | 14:4 | Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər. | |
Exod | Northern | 14:5 | Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?» | |
Exod | Northern | 14:7 | O, altı yüz seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi. | |
Exod | Northern | 14:8 | Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər. | |
Exod | Northern | 14:9 | Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar. | |
Exod | Northern | 14:10 | Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər. | |
Exod | Northern | 14:11 | Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? | |
Exod | Northern | 14:12 | Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır». | |
Exod | Northern | 14:13 | Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. | |
Exod | Northern | 14:15 | Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. | |
Exod | Northern | 14:16 | Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. | |
Exod | Northern | 14:17 | Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm. | |
Exod | Northern | 14:18 | Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm». | |
Exod | Northern | 14:19 | İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, | |
Exod | Northern | 14:20 | Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. | |
Exod | Northern | 14:21 | Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və | |
Exod | Northern | 14:22 | İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. | |
Exod | Northern | 14:23 | Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər. | |
Exod | Northern | 14:24 | Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı. | |
Exod | Northern | 14:25 | O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». | |
Exod | Northern | 14:26 | Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». | |
Exod | Northern | 14:27 | Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. | |
Exod | Northern | 14:28 | Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. | |
Exod | Northern | 14:29 | İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. | |
Exod | Northern | 14:30 | Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. | |
Chapter 15
Exod | Northern | 15:1 | O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular: «Rəbbə ilahi oxuyacağam, Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı. | |
Exod | Northern | 15:2 | Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm. | |
Exod | Northern | 15:4 | Fironun döyüş arabalarını, Ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları Qırmızı dənizdə boğuldu. | |
Exod | Northern | 15:6 | Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir. | |
Exod | Northern | 15:7 | Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar, Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar. | |
Exod | Northern | 15:8 | Burnunun nəfəsi ilə sular toplanar, Yığılar bir yerə, axınlar dayanar, Dəniz qoynunda coşan sular qatılaşar. | |
Exod | Northern | 15:9 | Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm”. | |
Exod | Northern | 15:10 | Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün. Qurğuşun tək onlar nəhəng sularda batdılar. | |
Exod | Northern | 15:11 | Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı? | |
Exod | Northern | 15:13 | Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın. | |
Exod | Northern | 15:15 | Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı. | |
Exod | Northern | 15:16 | Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daş tək lal-kar oldular, O vaxtadək ki xalqın keçəcək, Ya Rəbb, qurtardığın xalq keçəcək! | |
Exod | Northern | 15:17 | Ya Rəbb, xalqını gətirib salacaqsan mülkün olan dağına, Yaşamaq üçün Özünə yaratdığın yerə, Ey Xudavənd! Əlinlə qurduğun Müqəddəs məkanına. | |
Exod | Northern | 15:19 | Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər. | |
Exod | Northern | 15:20 | Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar. | |
Exod | Northern | 15:21 | Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı! | |
Exod | Northern | 15:22 | Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada üç gün yol getdilər, amma su tapmadılar. | |
Exod | Northern | 15:23 | Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yer Mara adlanır. | |
Exod | Northern | 15:25 | Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi: | |
Exod | Northern | 15:26 | «Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm». | |
Chapter 16
Exod | Northern | 16:1 | Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar. | |
Exod | Northern | 16:2 | Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi. | |
Exod | Northern | 16:3 | İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz». | |
Exod | Northern | 16:4 | Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox. | |
Exod | Northern | 16:5 | Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar». | |
Exod | Northern | 16:6 | Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir. | |
Exod | Northern | 16:7 | Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?» | |
Exod | Northern | 16:8 | Musa dedi: «Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır». | |
Exod | Northern | 16:9 | Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”». | |
Exod | Northern | 16:10 | Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər. | |
Exod | Northern | 16:12 | «Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm». | |
Exod | Northern | 16:13 | Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü. | |
Exod | Northern | 16:15 | İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir. | |
Exod | Northern | 16:16 | Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün». | |
Exod | Northern | 16:18 | Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı. | |
Exod | Northern | 16:19 | Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın». | |
Exod | Northern | 16:20 | Lakin bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi. | |
Exod | Northern | 16:21 | İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi. | |
Exod | Northern | 16:22 | İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər. | |
Exod | Northern | 16:23 | Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”». | |
Exod | Northern | 16:24 | İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi. | |
Exod | Northern | 16:25 | Musa dedi: «Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız. | |
Exod | Northern | 16:28 | Rəbb Musaya dedi: «Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız? | |
Exod | Northern | 16:29 | Baxın Rəbb sizə Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın». | |
Exod | Northern | 16:31 | İsrail xalqı bu yeməyin adını «manna» qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi. | |
Exod | Northern | 16:32 | Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”». | |
Exod | Northern | 16:33 | Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır». | |
Exod | Northern | 16:34 | Rəbbin Musaya əmr etdiyi kimi Harun onu Şəhadət sandığının önündə qoruyub saxladı. | |
Exod | Northern | 16:35 | İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər. | |
Chapter 17
Exod | Northern | 17:1 | Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi. | |
Exod | Northern | 17:2 | Ona görə də xalq Musa ilə münaqişə edib belə dedi: «Bizə içməyə su verin». Musa onlara dedi: «Niyə mənimlə münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız?» | |
Exod | Northern | 17:3 | Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?» | |
Exod | Northern | 17:4 | Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq edəcəklər». | |
Exod | Northern | 17:5 | Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. | |
Exod | Northern | 17:6 | Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. | |
Exod | Northern | 17:7 | Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar. | |
Exod | Northern | 17:9 | Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». | |
Exod | Northern | 17:10 | Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. | |
Exod | Northern | 17:11 | Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi. | |
Exod | Northern | 17:12 | Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. | |
Exod | Northern | 17:14 | Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən siləcəyəm». | |
Chapter 18
Exod | Northern | 18:1 | Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi. | |
Exod | Northern | 18:2 | Musanın qayınatası Yetro Musanın arvadı Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi. | |
Exod | Northern | 18:3 | Musa «mən yad bir ölkədə qərib oldum» deyib oğlanlarının birinin adı Gerşom qoymuşdu. | |
Exod | Northern | 18:4 | «Atamın Allahı köməyim oldu və məni fironun qılıncından qurtardı» deyib o birisinin adını Eliezer qoymuşdu. | |
Exod | Northern | 18:5 | Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib, | |
Exod | Northern | 18:6 | bu xəbəri Musaya göndərdi: «Mən – sənin qayınatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm». | |
Exod | Northern | 18:7 | Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər. | |
Exod | Northern | 18:8 | Musa qayınatasına Rəbbin İsrail övladlarının xatirinə firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyəti və Rəbbin onları necə qurtardığını nəql etdi. | |
Exod | Northern | 18:9 | Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin əlindən onları qurtardığına görə sevindi. | |
Exod | Northern | 18:10 | Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur. | |
Exod | Northern | 18:11 | İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu». | |
Exod | Northern | 18:12 | Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın hüzurunda yemək yeməyə gəldilər. | |
Exod | Northern | 18:13 | Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı. | |
Exod | Northern | 18:14 | Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?» | |
Exod | Northern | 18:15 | Musa qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir. | |
Exod | Northern | 18:16 | Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da onlara bildirirəm». | |
Exod | Northern | 18:18 | Əlbəttə, həm sən, həm də səninlə olan xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən. | |
Exod | Northern | 18:19 | İndi sözümə qulaq as, sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və işlərini də Ona çatdır. | |
Exod | Northern | 18:20 | Onları qayda-qanunlar barəsində xəbərdar et, gedəcəkləri yolu və görəcəkləri işi göstər. | |
Exod | Northern | 18:21 | Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki, | |
Exod | Northern | 18:22 | xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar. | |
Exod | Northern | 18:23 | Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər». | |
Exod | Northern | 18:25 | Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi. | |
Exod | Northern | 18:26 | Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir, hər kiçik işi isə özləri mühakimə edirdilər. | |
Chapter 19
Exod | Northern | 19:1 | İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər. | |
Exod | Northern | 19:2 | Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. | |
Exod | Northern | 19:3 | Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə: | |
Exod | Northern | 19:4 | “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. | |
Exod | Northern | 19:5 | İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; | |
Exod | Northern | 19:6 | siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə». | |
Exod | Northern | 19:7 | Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu. | |
Exod | Northern | 19:8 | Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Musa xalqın cavabını Rəbbə çatdırdı. | |
Exod | Northern | 19:9 | Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı. | |
Exod | Northern | 19:10 | Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. | |
Exod | Northern | 19:11 | Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. | |
Exod | Northern | 19:12 | Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir. | |
Exod | Northern | 19:13 | Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər”». | |
Exod | Northern | 19:14 | Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi. Onlar paltarlarını yudular. | |
Exod | Northern | 19:16 | Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. | |
Exod | Northern | 19:17 | Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. | |
Exod | Northern | 19:18 | Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. | |
Exod | Northern | 19:20 | Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı. | |
Exod | Northern | 19:21 | Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar. | |
Exod | Northern | 19:22 | Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın». | |
Exod | Northern | 19:23 | Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin». | |
Exod | Northern | 19:24 | Rəbb ona dedi: «Düş get. Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar». | |
Chapter 20
Exod | Northern | 20:4 | Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. | |
Exod | Northern | 20:5 | Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. | |
Exod | Northern | 20:7 | Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. | |
Exod | Northern | 20:10 | Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. | |
Exod | Northern | 20:11 | Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. | |
Exod | Northern | 20:17 | Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma». | |
Exod | Northern | 20:18 | Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. | |
Exod | Northern | 20:19 | Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». | |
Exod | Northern | 20:20 | Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». | |
Exod | Northern | 20:22 | Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım. | |
Exod | Northern | 20:24 | Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm. | |
Exod | Northern | 20:25 | Əgər mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən. | |
Chapter 21
Exod | Northern | 21:2 | Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun. | |
Exod | Northern | 21:3 | Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin. | |
Exod | Northern | 21:4 | Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin. | |
Exod | Northern | 21:5 | Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə, | |
Exod | Northern | 21:6 | onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin. | |
Exod | Northern | 21:8 | Əgər o qız onu özü üçün təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin; o ağanın qızı yadellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi. | |
Exod | Northern | 21:9 | Əgər ağa onu oğlu üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir. | |
Exod | Northern | 21:10 | Əgər o adam ikinci arvad alırsa, birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin. | |
Exod | Northern | 21:11 | Əgər əri bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin. | |
Exod | Northern | 21:13 | Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin. | |
Exod | Northern | 21:14 | Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. | |
Exod | Northern | 21:18 | Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa düşərsə və | |
Exod | Northern | 21:19 | sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin. | |
Exod | Northern | 21:20 | Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır. | |
Exod | Northern | 21:21 | Əgər qul yaxud qarabaş bir-iki gün ərzində ölməsə, ağa cəzalandırılmasın; çünki qul yaxud qarabaş ağanın əmlakıdır. | |
Exod | Northern | 21:22 | Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir. | |
Exod | Northern | 21:26 | Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kor edərsə, gözün əvəzinə onu azad etsin. | |
Exod | Northern | 21:27 | Əgər ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin. | |
Exod | Northern | 21:28 | Mal-qaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin; onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın. | |
Exod | Northern | 21:29 | Lakin əgər heyvan o vaxta qədər vurağan olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün. | |
Exod | Northern | 21:30 | Əgər heyvanın sahibindən ödənmə pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər. | |
Exod | Northern | 21:32 | Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa, ağasına otuz şekel gümüş verilsin, heyvan isə daşqalaq olsun. | |
Exod | Northern | 21:33 | Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora mal-qara yaxud eşşək düşsə, | |
Exod | Northern | 21:34 | quyunun sahibi zərəri ödəsin; heyvanın dəyərini sahibinə versin, ölən heyvan isə o adama qalsın. | |
Exod | Northern | 21:35 | Bir adamın mal-qarası başqasının mal-qarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər. | |
Chapter 22
Exod | Northern | 22:1 | Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin. | |
Exod | Northern | 22:3 | Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın. | |
Exod | Northern | 22:4 | Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin. | |
Exod | Northern | 22:5 | Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin. | |
Exod | Northern | 22:6 | Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir. | |
Exod | Northern | 22:7 | Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin. | |
Exod | Northern | 22:8 | Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib. | |
Exod | Northern | 22:9 | Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir. | |
Exod | Northern | 22:10 | Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa | |
Exod | Northern | 22:11 | bu adamlar arasında Rəbbin adına içilən and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin. | |
Exod | Northern | 22:12 | Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin. | |
Exod | Northern | 22:13 | Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin. | |
Exod | Northern | 22:14 | Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir. | |
Exod | Northern | 22:15 | Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir. | |
Exod | Northern | 22:16 | Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir. | |
Exod | Northern | 22:17 | Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin. | |
Exod | Northern | 22:21 | Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. | |
Exod | Northern | 22:23 | Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm. | |
Exod | Northern | 22:24 | Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq. | |
Exod | Northern | 22:25 | Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın. | |
Exod | Northern | 22:26 | Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. | |
Exod | Northern | 22:27 | Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram. | |
Exod | Northern | 22:29 | Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et. | |
Exod | Northern | 22:30 | Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci gün Mənə həsr et. | |
Chapter 23
Exod | Northern | 23:2 | Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın. | |
Exod | Northern | 23:4 | Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. | |
Exod | Northern | 23:5 | Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun. | |
Exod | Northern | 23:7 | Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam. | |
Exod | Northern | 23:8 | Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. | |
Exod | Northern | 23:9 | Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz. | |
Exod | Northern | 23:11 | Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin. | |
Exod | Northern | 23:12 | Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin. | |
Exod | Northern | 23:13 | Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. | |
Exod | Northern | 23:15 | Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. | |
Exod | Northern | 23:16 | Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin. | |
Exod | Northern | 23:18 | Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın. | |
Exod | Northern | 23:19 | Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin. | |
Exod | Northern | 23:20 | Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. | |
Exod | Northern | 23:21 | Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir. | |
Exod | Northern | 23:22 | Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam. | |
Exod | Northern | 23:23 | Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam. | |
Exod | Northern | 23:24 | Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. | |
Exod | Northern | 23:25 | Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm. | |
Exod | Northern | 23:26 | Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olmayacaq. Ömrünüzü də uzun edəcəyəm. | |
Exod | Northern | 23:27 | Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam. | |
Exod | Northern | 23:28 | Eşşəkarısını da qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq. | |
Exod | Northern | 23:29 | Lakin bir il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın. | |
Exod | Northern | 23:30 | Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız. | |
Exod | Northern | 23:31 | Qırmızı dənizdən Filişt dənizinə qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız. | |
Chapter 24
Exod | Northern | 24:1 | Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. | |
Exod | Northern | 24:2 | Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın». | |
Exod | Northern | 24:3 | Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». | |
Exod | Northern | 24:4 | Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. | |
Exod | Northern | 24:5 | Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. | |
Exod | Northern | 24:6 | Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. | |
Exod | Northern | 24:7 | O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» | |
Exod | Northern | 24:8 | Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». | |
Exod | Northern | 24:9 | Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, | |
Exod | Northern | 24:10 | İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi. | |
Exod | Northern | 24:11 | Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər. | |
Exod | Northern | 24:12 | Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim». | |
Exod | Northern | 24:14 | Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər». | |
Exod | Northern | 24:16 | Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. | |
Exod | Northern | 24:17 | Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü. | |
Chapter 25
Exod | Northern | 25:2 | «Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin. | |
Exod | Northern | 25:10 | Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun. | |
Exod | Northern | 25:12 | Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit. | |
Exod | Northern | 25:17 | Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun. | |
Exod | Northern | 25:19 | Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun. | |
Exod | Northern | 25:20 | Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun. | |
Exod | Northern | 25:21 | Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy. | |
Exod | Northern | 25:22 | Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm. | |
Exod | Northern | 25:23 | Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun. | |
Exod | Northern | 25:25 | Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy. | |
Exod | Northern | 25:26 | Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit. | |
Exod | Northern | 25:27 | Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun. | |
Exod | Northern | 25:28 | Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın. | |
Exod | Northern | 25:29 | Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt. | |
Exod | Northern | 25:31 | Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun. | |
Exod | Northern | 25:32 | Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın. | |
Exod | Northern | 25:34 | Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun. | |
Exod | Northern | 25:35 | Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun. | |
Exod | Northern | 25:36 | Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun. | |
Exod | Northern | 25:37 | Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın. | |
Chapter 26
Exod | Northern | 26:1 | Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt. | |
Exod | Northern | 26:2 | Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun. | |
Exod | Northern | 26:3 | Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin. | |
Exod | Northern | 26:4 | Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt. | |
Exod | Northern | 26:5 | Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt. | |
Exod | Northern | 26:6 | Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun. | |
Exod | Northern | 26:8 | Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun. | |
Exod | Northern | 26:9 | Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla. | |
Exod | Northern | 26:10 | Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt. | |
Exod | Northern | 26:11 | Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun. | |
Exod | Northern | 26:12 | Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla. | |
Exod | Northern | 26:13 | Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın. | |
Exod | Northern | 26:14 | Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt. | |
Exod | Northern | 26:17 | Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt. | |
Exod | Northern | 26:19 | və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun. | |
Exod | Northern | 26:24 | bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun. | |
Exod | Northern | 26:25 | Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. | |
Exod | Northern | 26:26 | Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül, | |
Exod | Northern | 26:29 | Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört. | |
Exod | Northern | 26:31 | Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt. | |
Exod | Northern | 26:32 | Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun. | |
Exod | Northern | 26:33 | Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın. | |
Exod | Northern | 26:35 | Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy. | |
Exod | Northern | 26:36 | Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt. | |
Chapter 27
Exod | Northern | 27:1 | Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun. | |
Exod | Northern | 27:2 | Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört. | |
Exod | Northern | 27:3 | Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt. | |
Exod | Northern | 27:4 | Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt. | |
Exod | Northern | 27:7 | Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki yanında olsun. | |
Exod | Northern | 27:9 | Müqəddəs məskənin həyətini düzəlt. Həyətin cənub tərəfində bir tərəf üçün uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan olsun. | |
Exod | Northern | 27:10 | Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. | |
Exod | Northern | 27:11 | Şimal tərəfi üçün də uzunluğu yüz qulac pərdə olsun; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. | |
Exod | Northern | 27:12 | Qərb tərəfində uzunluğu həyətin eni qədər əlli qulac pərdələr olsun. Onlar üçün on dirək və on altlıq düzəlt. | |
Exod | Northern | 27:14 | Darvazanın bir tərəfi üçün üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. | |
Exod | Northern | 27:15 | O biri tərəf üçün də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. | |
Exod | Northern | 27:16 | Həyətin darvazası üçün uzunluğu iyirmi qulac olan bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməli arakəsmə, onun dörd dirəyi və dörd altlığı olsun. | |
Exod | Northern | 27:17 | Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları olsun. | |
Exod | Northern | 27:18 | Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun. | |
Exod | Northern | 27:19 | Müqəddəs məskənin ibadəti üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun. | |
Exod | Northern | 27:20 | Sən İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima | |
Chapter 28
Exod | Northern | 28:1 | Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin. | |
Exod | Northern | 28:3 | Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin. | |
Exod | Northern | 28:4 | Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod, üst cübbə, dama-dama xirqə, çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər. | |
Exod | Northern | 28:5 | Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər. | |
Exod | Northern | 28:6 | Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər. | |
Exod | Northern | 28:8 | Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun. | |
Exod | Northern | 28:9 | İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et. | |
Exod | Northern | 28:10 | Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı, | |
Exod | Northern | 28:11 | həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb, | |
Exod | Northern | 28:12 | bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək. | |
Exod | Northern | 28:14 | xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax. | |
Exod | Northern | 28:15 | Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt. | |
Exod | Northern | 28:16 | Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun. | |
Exod | Northern | 28:20 | dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın. | |
Exod | Northern | 28:21 | Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun. | |
Exod | Northern | 28:25 | İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla. | |
Exod | Northern | 28:26 | Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax. | |
Exod | Northern | 28:27 | Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit. | |
Exod | Northern | 28:28 | Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın. | |
Exod | Northern | 28:29 | Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq. | |
Exod | Northern | 28:30 | Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq. | |
Exod | Northern | 28:32 | Ortasında baş keçirmək üçün yer olsun. Onun kənarında cırılmamaq üçün yaxa toxunsun. | |
Exod | Northern | 28:33 | Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz: | |
Exod | Northern | 28:35 | Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin. | |
Exod | Northern | 28:36 | Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et. | |
Exod | Northern | 28:38 | Beləcə lövhəcik Harunun alnının üstündə olsun. İsrail övladlarının təqdis etdikləri bütün müqəddəs hədiyyələrin Rəbbin qarşısında məqbul olub-olmamasının məsuliyyətini Harun daşıyacaq. Buna görə də qoy lövhəcik həmişə Harunun alnında olsun. | |
Exod | Northern | 28:39 | Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış tikib düzəlt. | |
Exod | Northern | 28:40 | Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt. | |
Exod | Northern | 28:41 | Bunları qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün təqdis et. | |
Chapter 29
Exod | Northern | 29:1 | Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür. | |
Exod | Northern | 29:2 | Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla. | |
Exod | Northern | 29:4 | Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur. | |
Exod | Northern | 29:5 | Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla. | |
Exod | Northern | 29:9 | Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy. | |
Exod | Northern | 29:10 | Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar. | |
Exod | Northern | 29:12 | Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök. | |
Exod | Northern | 29:13 | Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır. | |
Exod | Northern | 29:14 | Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır. | |
Exod | Northern | 29:17 | Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, başının və tikələrinin üstünə qoy. | |
Exod | Northern | 29:18 | Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir. | |
Exod | Northern | 29:20 | Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp. | |
Exod | Northern | 29:21 | Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun. | |
Exod | Northern | 29:22 | Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur. | |
Exod | Northern | 29:23 | Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür. | |
Exod | Northern | 29:24 | Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy. | |
Exod | Northern | 29:25 | Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir. | |
Exod | Northern | 29:26 | Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır. | |
Exod | Northern | 29:27 | Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et. | |
Exod | Northern | 29:28 | Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun. | |
Exod | Northern | 29:29 | Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar. | |
Exod | Northern | 29:30 | Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin. | |
Exod | Northern | 29:32 | Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər. | |
Exod | Northern | 29:33 | Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir. | |
Exod | Northern | 29:34 | Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir. | |
Exod | Northern | 29:35 | Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir. | |
Exod | Northern | 29:36 | Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et. | |
Exod | Northern | 29:37 | Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq. | |
Exod | Northern | 29:40 | Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir. | |
Exod | Northern | 29:41 | Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir. | |
Exod | Northern | 29:42 | Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam. | |
Exod | Northern | 29:43 | Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq. | |
Exod | Northern | 29:44 | Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər. | |
Chapter 30
Exod | Northern | 30:2 | Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. | |
Exod | Northern | 30:3 | Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. | |
Exod | Northern | 30:4 | Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. | |
Exod | Northern | 30:6 | Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy. | |
Exod | Northern | 30:8 | həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. | |
Exod | Northern | 30:9 | Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. | |
Exod | Northern | 30:10 | İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir». | |
Exod | Northern | 30:12 | «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. | |
Exod | Northern | 30:13 | Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır. | |
Exod | Northern | 30:14 | İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin. | |
Exod | Northern | 30:15 | Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin. | |
Exod | Northern | 30:16 | Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq». | |
Exod | Northern | 30:18 | «Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki, | |
Exod | Northern | 30:20 | Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da | |
Exod | Northern | 30:21 | əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun». | |
Exod | Northern | 30:23 | «Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış | |
Exod | Northern | 30:24 | və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı. | |
Exod | Northern | 30:25 | Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq. | |
Exod | Northern | 30:27 | masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını, | |
Exod | Northern | 30:28 | yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını. | |
Exod | Northern | 30:29 | Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq. | |
Exod | Northern | 30:31 | İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq. | |
Exod | Northern | 30:32 | Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın. | |
Exod | Northern | 30:33 | Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”». | |
Exod | Northern | 30:34 | Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun. | |
Exod | Northern | 30:35 | Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun. | |
Exod | Northern | 30:36 | Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun. | |
Exod | Northern | 30:37 | Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın. | |
Chapter 31
Exod | Northern | 31:6 | Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər: | |
Exod | Northern | 31:7 | Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını, | |
Exod | Northern | 31:8 | masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını, | |
Exod | Northern | 31:9 | yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını, | |
Exod | Northern | 31:10 | toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, | |
Exod | Northern | 31:11 | məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər». | |
Exod | Northern | 31:13 | «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. | |
Exod | Northern | 31:14 | Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun. | |
Exod | Northern | 31:15 | Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir. | |
Exod | Northern | 31:16 | İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər. | |
Exod | Northern | 31:17 | Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”». | |
Chapter 32
Exod | Northern | 32:1 | Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: «Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!» | |
Exod | Northern | 32:2 | Harun onlara cavab verdi: «Arvadlarınızın, oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb mənim yanıma gətirin». | |
Exod | Northern | 32:4 | Harun onlardan qızıl götürdü, oyma aləti ilə surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» dedi. | |
Exod | Northern | 32:5 | Harun bunu gördükdə dananın qabağında bir qurbangah düzəltdi və elan etdi: «Sabah Rəbb naminə bayram olacaq». | |
Exod | Northern | 32:6 | Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı. | |
Exod | Northern | 32:7 | Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və | |
Exod | Northern | 32:8 | Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”» | |
Exod | Northern | 32:10 | Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim». | |
Exod | Northern | 32:11 | Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı? | |
Exod | Northern | 32:12 | Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön. | |
Exod | Northern | 32:13 | Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin». | |
Exod | Northern | 32:15 | Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi. | |
Exod | Northern | 32:18 | Musa cavab verdi: «Bu qələbə çalanların nidası deyil, Məğlubiyyətə uğrayanların da səsi deyil. Mən nəğmə səsi eşidirəm». | |
Exod | Northern | 32:19 | Musa düşərgəyə yaxınlaşıb dananı və onun ətrafındakı rəqsləri gördü. O qəzəbləndi və lövhələri əlindən atıb dağın ətəyində parça-parça etdi. | |
Exod | Northern | 32:20 | Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi. | |
Exod | Northern | 32:21 | Musa Harundan soruşdu: «Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?» | |
Exod | Northern | 32:22 | Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir. | |
Exod | Northern | 32:23 | Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” | |
Exod | Northern | 32:24 | Mən isə onlara dedim: “Kimdə qızıl varsa, onu çıxarın”. Xalq da qızılı mənə verdi. Mən onu oda atdım və bu dana alındı». | |
Exod | Northern | 32:25 | Musa bildi ki, xalq nəzarətdən çıxıb. Harun nəzarəti o qədər zəiflətmişdi ki, düşmənlər onları lağa qoyurdular. | |
Exod | Northern | 32:26 | Musa düşərgənin girişində durub çağırdı: «Rəbbin tərəfində olanlar, mənim yanıma gəlin!» Bütün Levi övladları onun yanına toplaşdı. | |
Exod | Northern | 32:27 | Musa onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Qoy hər biriniz qılıncını belinə qurşasın. Hər kəs düşərgədə qapı-qapı gəzərək öz qardaşını, dostunu və qonşusunu öldürsün”». | |
Exod | Northern | 32:28 | Levililər də Musa onlara etdiyi əmrə əməl etdilər. O gün üç minə yaxın adam həlak oldu. | |
Exod | Northern | 32:29 | Musa Levililərə dedi: «Bu gün sizin hər biriniz oğlunun və qardaşının canı bahasına xeyir-dua alıb Rəbb üçün vəzifəyə təyin olundunuz». | |
Exod | Northern | 32:30 | Ertəsi gün Musa xalqa dedi: «Siz böyük günaha batdınız. İndi isə Mən Rəbbin hüzuruna qalxacağam ki, bəlkə günahınızı kəffarə edə bilim». | |
Exod | Northern | 32:31 | Musa Rəbbin hüzuruna qayıdıb dedi: «Ah, bu xalq böyük günaha batıb, özünə qızıldan allahlar düzəltdi; | |
Exod | Northern | 32:32 | İndi yalvarıram, onların günahlarını bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil». | |
Exod | Northern | 32:33 | Rəbb Musaya dedi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm. | |
Exod | Northern | 32:34 | Lakin indi get, xalqı sənə dediyim yerə apar. Budur, Mələyim sənin qarşında gedəcək. Ancaq cəza günü gələndə onlara günahlarına görə cəza verəcəyəm». | |
Chapter 33
Exod | Northern | 33:1 | Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa, | |
Exod | Northern | 33:2 | qarşında bir mələk göndərib Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım | |
Exod | Northern | 33:3 | süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm». | |
Exod | Northern | 33:5 | Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”». | |
Exod | Northern | 33:7 | Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi. | |
Exod | Northern | 33:8 | Musa çadıra tərəf çıxdığı vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca baxardı. | |
Exod | Northern | 33:9 | Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə danışardı. | |
Exod | Northern | 33:10 | Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının girişində səcdə qılardı. | |
Exod | Northern | 33:11 | Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi. | |
Exod | Northern | 33:12 | Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”. | |
Exod | Northern | 33:13 | Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat sənin xalqındır». | |
Exod | Northern | 33:14 | O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm». | |
Exod | Northern | 33:15 | Musa Rəbbə cavab verdi: «Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə. | |
Exod | Northern | 33:16 | Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?» | |
Exod | Northern | 33:17 | Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram». | |
Exod | Northern | 33:19 | Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm». | |
Exod | Northern | 33:20 | Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz». | |
Exod | Northern | 33:21 | Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur. | |
Exod | Northern | 33:22 | İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm. | |
Chapter 34
Exod | Northern | 34:1 | Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. | |
Exod | Northern | 34:3 | Qoy heç kəs səninlə çıxmasın və dağda heç bir adam görünməsin. Dağın ətəyində nə qoyun-keçi, nə də mal-qara otlasın». | |
Exod | Northern | 34:4 | Rəbb ona buyurduğu kimi Musa əvvəlkilərə bənzər iki daş lövhə yondu və səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. | |
Exod | Northern | 34:6 | Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, | |
Exod | Northern | 34:7 | minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm». | |
Exod | Northern | 34:9 | Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol». | |
Exod | Northern | 34:10 | Rəbb Musaya dedi: «Budur, Mən sənin bütün xalqınla əhd kəsirəm. Hamının qarşısında elə möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Sizin ətrafınızdakı bütün xalqlar görəcəklər ki, Rəbbin işi, Mənim sənin üçün etdiyim şeylər qorxuncdur. | |
Exod | Northern | 34:11 | Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram. | |
Exod | Northern | 34:12 | Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın. | |
Exod | Northern | 34:13 | Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin. | |
Exod | Northern | 34:14 | Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır. | |
Exod | Northern | 34:15 | Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın. | |
Exod | Northern | 34:16 | Onların qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza da o allahlara xəyanət etdirməsinlər. | |
Exod | Northern | 34:18 | Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunan vaxtı yeddi gün mayasız çörək yeyin, çünki Aviv ayında Misirdən çıxdınız. | |
Exod | Northern | 34:19 | Bütün ilk doğulan oğlanlar və bütün heyvanlarınızın, istər mal-qaranızın, istərsə də qoyun-keçinizin ilk doğulan balaları Mənimdir. | |
Exod | Northern | 34:20 | İlk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Aranızda hər adamın ilk oğlunun əvəzini ödəyin. Heç kəs önümdə əliboş görünməsin. | |
Exod | Northern | 34:21 | Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin. | |
Exod | Northern | 34:22 | Buğda biçinin nübarı ilə Həftələr bayramını qeyd edin. İlin sonunda isə Yığım bayramını qeyd edin. | |
Exod | Northern | 34:23 | İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri İsrailin Allahı Rəbbin hüzuruna gəlsinlər. | |
Exod | Northern | 34:24 | Çünki Mən sizin qarşınızdan millətləri qovub sərhədlərinizi elə genişləndirəcəyəm ki, siz ildə üç dəfə öz Allahınız Rəbbin hüzurunda görünmək üçün gələndə heç kəs sizin torpağınıza tamah salmasın. | |
Exod | Northern | 34:25 | Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Pasxa bayramının qurban əti səhərə qədər qalmasın. | |
Exod | Northern | 34:26 | Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin». | |
Exod | Northern | 34:27 | Rəbb Musaya dedi: «Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd kəsirəm». | |
Exod | Northern | 34:28 | Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi, heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On əmri yazdı. | |
Exod | Northern | 34:29 | Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır. | |
Exod | Northern | 34:30 | Harun və bütün İsrail övladları Musanın üzünü nur saçan gördülər və ona yaxınlaşmaqdan qorxdular. | |
Exod | Northern | 34:31 | Musa onları çağıranda Harunla bütün icma başçıları ona yaxınlaşdı və Musa onlarla söhbət etdi. | |
Exod | Northern | 34:32 | Sonra bütün İsrail övladları ona yaxınlaşdı. Musa Rəbbin Sina dağında ona nəql etdiyi bütün işləri onlara əmr etdi. | |
Exod | Northern | 34:34 | Musa Rəbbin hüzuruna Onunla danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı. Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi. | |
Chapter 35
Exod | Northern | 35:1 | Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. | |
Exod | Northern | 35:2 | Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. | |
Exod | Northern | 35:5 | öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc, | |
Exod | Northern | 35:10 | Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin: | |
Exod | Northern | 35:11 | müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını; | |
Exod | Northern | 35:15 | buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni; | |
Exod | Northern | 35:16 | yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını; | |
Exod | Northern | 35:17 | həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni; | |
Exod | Northern | 35:19 | müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini». | |
Exod | Northern | 35:21 | Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. | |
Exod | Northern | 35:22 | Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi. | |
Exod | Northern | 35:23 | Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. | |
Exod | Northern | 35:24 | Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi. | |
Exod | Northern | 35:25 | Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; | |
Exod | Northern | 35:27 | Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını, | |
Exod | Northern | 35:29 | İsrail övladlarından hər qadın, hər kişi Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər. | |
Exod | Northern | 35:30 | Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb | |
Exod | Northern | 35:34 | Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş, | |
Chapter 36
Exod | Northern | 36:1 | Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər». | |
Exod | Northern | 36:2 | Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı. | |
Exod | Northern | 36:3 | Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər. | |
Exod | Northern | 36:4 | Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq | |
Exod | Northern | 36:5 | Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir». | |
Exod | Northern | 36:6 | Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi. | |
Exod | Northern | 36:8 | İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. | |
Exod | Northern | 36:9 | Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi. | |
Exod | Northern | 36:10 | Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər. | |
Exod | Northern | 36:11 | Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər. | |
Exod | Northern | 36:12 | Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər. | |
Exod | Northern | 36:13 | Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu. | |
Exod | Northern | 36:15 | Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi. | |
Exod | Northern | 36:17 | Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər. | |
Exod | Northern | 36:19 | Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər. | |
Exod | Northern | 36:22 | Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər. | |
Exod | Northern | 36:24 | Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi. | |
Exod | Northern | 36:29 | bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər. | |
Exod | Northern | 36:30 | Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi. | |
Exod | Northern | 36:31 | Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül, | |
Exod | Northern | 36:33 | Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər. | |
Exod | Northern | 36:34 | Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər. | |
Exod | Northern | 36:35 | Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. | |
Exod | Northern | 36:36 | Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər. | |
Exod | Northern | 36:37 | Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər. | |
Chapter 37
Exod | Northern | 37:1 | Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. | |
Exod | Northern | 37:3 | Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. | |
Exod | Northern | 37:6 | Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. | |
Exod | Northern | 37:8 | Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. | |
Exod | Northern | 37:9 | Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi. | |
Exod | Northern | 37:10 | Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. | |
Exod | Northern | 37:12 | Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. | |
Exod | Northern | 37:13 | Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. | |
Exod | Northern | 37:14 | Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. | |
Exod | Northern | 37:15 | Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. | |
Exod | Northern | 37:16 | Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, içmə təqdimlərini tökmək üçün dolçaları və piyalələri düzəltdi. | |
Exod | Northern | 37:17 | Xalis qızıldan çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. | |
Exod | Northern | 37:18 | Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. | |
Exod | Northern | 37:20 | Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. | |
Exod | Northern | 37:21 | Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. | |
Exod | Northern | 37:22 | Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. | |
Exod | Northern | 37:25 | Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. | |
Exod | Northern | 37:26 | Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. | |
Exod | Northern | 37:27 | Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. | |
Chapter 38
Exod | Northern | 38:1 | Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi. | |
Exod | Northern | 38:2 | Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü. | |
Exod | Northern | 38:3 | Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi. | |
Exod | Northern | 38:4 | Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi. | |
Exod | Northern | 38:7 | Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi. | |
Exod | Northern | 38:8 | Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi. | |
Exod | Northern | 38:9 | Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi. | |
Exod | Northern | 38:10 | Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. | |
Exod | Northern | 38:11 | Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. | |
Exod | Northern | 38:12 | Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. | |
Exod | Northern | 38:14 | Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. | |
Exod | Northern | 38:15 | Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. | |
Exod | Northern | 38:17 | dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi. | |
Exod | Northern | 38:18 | Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi. | |
Exod | Northern | 38:19 | Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi. | |
Exod | Northern | 38:21 | Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur. | |
Exod | Northern | 38:22 | Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi. | |
Exod | Northern | 38:23 | Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı. | |
Exod | Northern | 38:24 | Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi. | |
Exod | Northern | 38:25 | Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi. | |
Exod | Northern | 38:26 | Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi. | |
Exod | Northern | 38:27 | Müqəddəs yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant, yəni hər altlıq üçün bir talant gümüş işləndi. | |
Exod | Northern | 38:28 | Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi. | |
Exod | Northern | 38:30 | Ondan Hüzur çadırı girişinin altlıqları, tunc qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı, | |
Chapter 39
Exod | Northern | 39:1 | Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar. | |
Exod | Northern | 39:2 | Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar. | |
Exod | Northern | 39:3 | Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər. | |
Exod | Northern | 39:5 | Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:6 | Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını | |
Exod | Northern | 39:7 | efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:8 | Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər. | |
Exod | Northern | 39:9 | Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi. | |
Exod | Northern | 39:13 | dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı. | |
Exod | Northern | 39:14 | Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi. | |
Exod | Northern | 39:16 | İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. | |
Exod | Northern | 39:18 | İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. | |
Exod | Northern | 39:19 | Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. | |
Exod | Northern | 39:20 | Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. | |
Exod | Northern | 39:21 | Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:23 | Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular. | |
Exod | Northern | 39:24 | Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər. | |
Exod | Northern | 39:25 | Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər. | |
Exod | Northern | 39:26 | Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:28 | nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı, | |
Exod | Northern | 39:29 | nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:30 | Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. | |
Exod | Northern | 39:31 | Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 39:32 | Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. | |
Exod | Northern | 39:33 | Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, | |
Exod | Northern | 39:34 | qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini, | |
Exod | Northern | 39:39 | tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını, | |
Exod | Northern | 39:40 | həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları, | |
Exod | Northern | 39:41 | müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər. | |
Chapter 40
Exod | Northern | 40:5 | Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur. | |
Exod | Northern | 40:6 | Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir. | |
Exod | Northern | 40:9 | Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun. | |
Exod | Northern | 40:10 | Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun. | |
Exod | Northern | 40:13 | Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin. | |
Exod | Northern | 40:15 | Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar». | |
Exod | Northern | 40:17 | İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu. | |
Exod | Northern | 40:18 | Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi. | |
Exod | Northern | 40:19 | Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 40:20 | Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu. | |
Exod | Northern | 40:21 | Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 40:22 | Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi. | |
Exod | Northern | 40:24 | Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi. | |
Exod | Northern | 40:29 | Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 40:30 | Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü. | |
Exod | Northern | 40:32 | Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu. | |
Exod | Northern | 40:33 | Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi. | |
Exod | Northern | 40:35 | Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu. | |
Exod | Northern | 40:36 | İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər; | |