Site uses cookies to provide basic functionality.

OK
Chapter 1
Psal Northern 1:1  Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
Psal Northern 1:2  O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.
Psal Northern 1:3  Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar.
Psal Northern 1:4  Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
Psal Northern 1:5  Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz.
Psal Northern 1:6  Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
Chapter 2
Psal Northern 2:1  Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?
Psal Northern 2:2  Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir.
Psal Northern 2:3  Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq».
Psal Northern 2:4  Göylərin sakini gülür, Xudavənd onlara istehza edir.
Psal Northern 2:5  Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək.
Psal Northern 2:6  O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
Psal Northern 2:7  Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum.
Psal Northern 2:8  Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
Psal Northern 2:9  Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».
Psal Northern 2:10  İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!
Psal Northern 2:11  Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin.
Psal Northern 2:12  Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!
Chapter 3
Psal Northern 3:1  Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!
Psal Northern 3:2  Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela
Psal Northern 3:3  Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!
Psal Northern 3:4  Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela
Psal Northern 3:5  Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
Psal Northern 3:6  Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.
Psal Northern 3:7  Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.
Psal Northern 3:8  Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela
Chapter 4
Psal Northern 4:1  Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as!
Psal Northern 4:2  Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? Sela
Psal Northern 4:3  Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
Psal Northern 4:4  Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
Psal Northern 4:6  Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
Psal Northern 4:7  Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin.
Psal Northern 4:8  Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
Chapter 5
Psal Northern 5:1  Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal.
Psal Northern 5:2  Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
Psal Northern 5:3  Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
Psal Northern 5:4  Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz.
Psal Northern 5:5  Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən.
Psal Northern 5:6  Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.
Psal Northern 5:7  Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
Psal Northern 5:8  Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
Psal Northern 5:9  Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır.
Psal Northern 5:10  Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar.
Psal Northern 5:11  Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsin!
Psal Northern 5:12  Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən.
Chapter 6
Psal Northern 6:1  Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.
Psal Northern 6:2  Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.
Psal Northern 6:3  Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
Psal Northern 6:4  Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
Psal Northern 6:5  Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin?
Psal Northern 6:6  Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.
Psal Northern 6:7  Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.
Psal Northern 6:8  Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,
Psal Northern 6:9  O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!
Psal Northern 6:10  Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.
Chapter 7
Psal Northern 7:1  Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et.
Psal Northern 7:2  Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar.
Psal Northern 7:3  Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə,
Psal Northern 7:4  Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə,
Psal Northern 7:5  Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. Sela
Psal Northern 7:6  Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
Psal Northern 7:7  Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
Psal Northern 7:8  Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
Psal Northern 7:9  Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
Psal Northern 7:10  Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
Psal Northern 7:11  Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
Psal Northern 7:12  Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
Psal Northern 7:13  Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
Psal Northern 7:14  Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
Psal Northern 7:15  Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər.
Psal Northern 7:16  Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.
Psal Northern 7:17  Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
Chapter 8
Psal Northern 8:1  Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!
Psal Northern 8:2  Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.
Psal Northern 8:3  Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
Psal Northern 8:4  «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
Psal Northern 8:5  Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,
Psal Northern 8:6  Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:
Psal Northern 8:7  Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,
Psal Northern 8:8  Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını.
Psal Northern 8:9  Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
Chapter 9
Psal Northern 9:1  Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, Bütün xariqələrini deyəcəyəm.
Psal Northern 9:2  Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!
Psal Northern 9:3  Düşmənlərim geri dönəndə Sənin önündə səndələyərək yıxılıb məhv olurlar.
Psal Northern 9:4  Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin.
Psal Northern 9:5  Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin.
Psal Northern 9:6  Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, bir nişanə qalmadı.
Psal Northern 9:7  Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub.
Psal Northern 9:8  Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.
Psal Northern 9:9  Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.
Psal Northern 9:10  İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
Psal Northern 9:11  Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin!
Psal Northern 9:12  O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur.
Psal Northern 9:13  Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
Psal Northern 9:14  Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım!
Psal Northern 9:15  Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib.
Psal Northern 9:16  Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, Sela
Psal Northern 9:17  Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək.
Psal Northern 9:18  Çünki fəqir adam həmişəlik unudulmaz, Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.
Psal Northern 9:19  Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin, Sənin hüzurunda millətlər məhkum edilsin.
Psal Northern 9:20  Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar, Qoy onlar bilsinlər ki, yalnız insandırlar. Sela
Chapter 10
Psal Northern 10:1  Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?
Psal Northern 10:2  Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür.
Psal Northern 10:3  Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir.
Psal Northern 10:4  Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər.
Psal Northern 10:5  Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.
Psal Northern 10:6  Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm».
Psal Northern 10:7  Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var.
Psal Northern 10:8  Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər,
Psal Northern 10:9  Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar.
Psal Northern 10:10  Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar.
Psal Northern 10:11  Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub».
Psal Northern 10:12  Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları!
Psal Northern 10:13  Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?
Psal Northern 10:14  Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən.
Psal Northern 10:15  Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et.
Psal Northern 10:16  Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq.
Psal Northern 10:17  Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən.
Psal Northern 10:18  Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın.
Chapter 11
Psal Northern 11:1  Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç?
Psal Northern 11:2  Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar.
Psal Northern 11:3  Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər?
Psal Northern 11:4  Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar.
Psal Northern 11:5  Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir.
Psal Northern 11:6  Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq.
Psal Northern 11:7  Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.
Chapter 12
Psal Northern 12:1  Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.
Psal Northern 12:2  Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.
Psal Northern 12:3  Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!
Psal Northern 12:4  Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?
Psal Northern 12:5  Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».
Psal Northern 12:6  Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.
Psal Northern 12:7  Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et.
Psal Northern 12:8  Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər.
Chapter 13
Psal Northern 13:1  Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
Psal Northern 13:2  Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq?
Psal Northern 13:3  Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
Psal Northern 13:4  Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər.
Psal Northern 13:5  Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq.
Psal Northern 13:6  Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi.
Chapter 14
Psal Northern 14:1  Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.
Psal Northern 14:2  Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
Psal Northern 14:3  Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
Psal Northern 14:4  Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.
Psal Northern 14:5  Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq.
Psal Northern 14:6  Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır.
Psal Northern 14:7  Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!
Chapter 15
Psal Northern 15:1  Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar?
Psal Northern 15:2  Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən,
Psal Northern 15:3  Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən,
Psal Northern 15:4  Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən,
Psal Northern 15:5  Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan!
Chapter 16
Psal Northern 16:1  Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm.
Psal Northern 16:2  Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
Psal Northern 16:3  Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram.
Psal Northern 16:4  Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm.
Psal Northern 16:5  Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır.
Psal Northern 16:6  Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
Psal Northern 16:7  Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
Psal Northern 16:8  Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
Psal Northern 16:9  Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır.
Psal Northern 16:10  Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan.
Psal Northern 16:11  Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».
Chapter 17
Psal Northern 17:1  Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as.
Psal Northern 17:2  Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır.
Psal Northern 17:3  Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
Psal Northern 17:4  Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
Psal Northern 17:5  Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
Psal Northern 17:6  Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
Psal Northern 17:7  Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar.
Psal Northern 17:8  Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla
Psal Northern 17:9  Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
Psal Northern 17:10  Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
Psal Northern 17:11  İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
Psal Northern 17:12  Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
Psal Northern 17:13  Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
Psal Northern 17:14  Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur.
Psal Northern 17:15  Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
Chapter 18
Psal Northern 18:1  O belə oxudu: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
Psal Northern 18:2  Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
Psal Northern 18:3  Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
Psal Northern 18:4  Ətrafımı ölüm ipləri bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü.
Psal Northern 18:5  Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı.
Psal Northern 18:6  Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
Psal Northern 18:7  O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi.
Psal Northern 18:8  Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
Psal Northern 18:9  O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi.
Psal Northern 18:10  Bir keruva minib uçdu, Yel qanadları üstə şığıdı.
Psal Northern 18:11  Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
Psal Northern 18:12  Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı.
Psal Northern 18:13  Rəbb göylərdə gurladı, Haqq-Taala səs saldı, Odlu közlər və dolu yağdı.
Psal Northern 18:14  Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
Psal Northern 18:15  Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
Psal Northern 18:16  O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
Psal Northern 18:17  Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
Psal Northern 18:18  Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
Psal Northern 18:19  O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı.
Psal Northern 18:20  Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
Psal Northern 18:21  Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
Psal Northern 18:22  Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
Psal Northern 18:23  Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam.
Psal Northern 18:24  Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
Psal Northern 18:25  Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
Psal Northern 18:26  Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan.
Psal Northern 18:27  İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan.
Psal Northern 18:28  Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir.
Psal Northern 18:29  Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
Psal Northern 18:30  Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir.
Psal Northern 18:31  Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
Psal Northern 18:32  Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər.
Psal Northern 18:33  Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar.
Psal Northern 18:34  Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar.
Psal Northern 18:35  Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin.
Psal Northern 18:36  Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin.
Psal Northern 18:37  Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
Psal Northern 18:38  Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
Psal Northern 18:39  Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.
Psal Northern 18:40  Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
Psal Northern 18:41  Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar.
Psal Northern 18:42  Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım.
Psal Northern 18:43  Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
Psal Northern 18:44  Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər.
Psal Northern 18:45  Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
Psal Northern 18:46  Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!
Psal Northern 18:47  O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
Psal Northern 18:48  O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
Psal Northern 18:49  Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm.
Psal Northern 18:50  Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.
Chapter 19
Psal Northern 19:1  Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir.
Psal Northern 19:2  Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir.
Psal Northern 19:3  Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir.
Psal Northern 19:4  Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur,
Psal Northern 19:5  Günəş gərdəyindən bəy kimi çıxır, Qaçışa çıxan bir igid kimi şad olur.
Psal Northern 19:6  Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir.
Psal Northern 19:7  Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.
Psal Northern 19:8  Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
Psal Northern 19:9  Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.
Psal Northern 19:10  Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.
Psal Northern 19:11  Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var.
Psal Northern 19:12  Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.
Psal Northern 19:13  Qulunu aşkar günahlardan qoru, Qoyma onların hökmü altında qalım. Onda kamilliyə çataram, Bütün itaətsizliklərdən ayrılaram.
Psal Northern 19:14  Ağzımdan çıxan sözlər, Qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun. Ya Rəbb, ey Qayam və Satınalanım!
Chapter 20
Psal Northern 20:1  Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin!
Psal Northern 20:2  Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!
Psal Northern 20:3  Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! Sela
Psal Northern 20:4  O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin!
Psal Northern 20:5  Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!
Psal Northern 20:6  İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər.
Psal Northern 20:7  Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
Psal Northern 20:8  Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.
Psal Northern 20:9  Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.
Chapter 21
Psal Northern 21:1  Ya Rəbb, padşah qüdrətinlə sevinir, Zəfərinlə fərəhlənir.
Psal Northern 21:2  Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. Sela
Psal Northern 21:3  Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan.
Psal Northern 21:4  Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan.
Psal Northern 21:5  Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan.
Psal Northern 21:6  Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
Psal Northern 21:7  Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.
Psal Northern 21:8  Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq.
Psal Northern 21:9  Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
Psal Northern 21:10  Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
Psal Northern 21:11  Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı.
Psal Northern 21:12  Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan.
Psal Northern 21:13  Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək!
Chapter 22
Psal Northern 22:1  Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?
Psal Northern 22:2  Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur.
Psal Northern 22:3  Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən!
Psal Northern 22:4  Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin.
Psal Northern 22:5  Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar.
Psal Northern 22:6  Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır.
Psal Northern 22:7  Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:
Psal Northern 22:8  «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».
Psal Northern 22:9  Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.
Psal Northern 22:10  Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən.
Psal Northern 22:11  Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.
Psal Northern 22:12  Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
Psal Northern 22:13  Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar.
Psal Northern 22:14  Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi.
Psal Northern 22:15  Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin.
Psal Northern 22:16  Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər.
Psal Northern 22:17  Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər!
Psal Northern 22:18  Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar.
Psal Northern 22:19  Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!
Psal Northern 22:20  Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar,
Psal Northern 22:21  Məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.
Psal Northern 22:22  İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm:
Psal Northern 22:23  «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, Siz ey İsrail nəsli, Ona ehtiram edin!
Psal Northern 22:24  Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı, Ondan ikrah edərək üzünü gizlətmədi, İmdada çağıranda səsinə cavab verdi».
Psal Northern 22:25  Çoxlu camaat arasında həmd etdiyim Sənsən! Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.
Psal Northern 22:26  Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun!
Psal Northern 22:27  Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq.
Psal Northern 22:28  Çünki hökmranlıq Rəbbindir, Millətlər üzərində səltənət sürən Odur!
Psal Northern 22:29  Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – Özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər.
Psal Northern 22:30  Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək;
Psal Northern 22:31  Onun ədalətini, Onun əməllərini Gələcəkdə doğulan xalqa bildirəcək.
Chapter 23
Psal Northern 23:2  O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
Psal Northern 23:3  Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
Psal Northern 23:4  Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Psal Northern 23:5  Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
Psal Northern 23:6  Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!
Chapter 24
Psal Northern 24:1  Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.
Psal Northern 24:2  O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.
Psal Northern 24:3  Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?
Psal Northern 24:4  – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.
Psal Northern 24:5  O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.
Psal Northern 24:6  Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. Sela
Psal Northern 24:7  Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
Psal Northern 24:8  Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.
Psal Northern 24:9  Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
Psal Northern 24:10  Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! Sela
Chapter 25
Psal Northern 25:2  Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.
Psal Northern 25:3  Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.
Psal Northern 25:4  Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
Psal Northern 25:5  Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
Psal Northern 25:6  Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
Psal Northern 25:7  Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
Psal Northern 25:8  Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
Psal Northern 25:9  İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
Psal Northern 25:10  Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Psal Northern 25:11  Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür.
Psal Northern 25:12  Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
Psal Northern 25:13  O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq.
Psal Northern 25:14  Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
Psal Northern 25:15  Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
Psal Northern 25:16  Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.
Psal Northern 25:17  Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar.
Psal Northern 25:18  Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla.
Psal Northern 25:19  Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm.
Psal Northern 25:20  Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
Psal Northern 25:21  Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm.
Psal Northern 25:22  Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar.
Chapter 26
Psal Northern 26:1  Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm.
Psal Northern 26:2  Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.
Psal Northern 26:3  Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
Psal Northern 26:4  Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm,
Psal Northern 26:5  Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.
Psal Northern 26:6  Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram,
Psal Northern 26:7  Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm.
Psal Northern 26:8  Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.
Psal Northern 26:9  Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma.
Psal Northern 26:10  Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar.
Psal Northern 26:11  Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et!
Psal Northern 26:12  Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.
Chapter 27
Psal Northern 27:1  Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Psal Northern 27:2  Ətimi yemək üçün hücum edən şər adamlar – Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.
Psal Northern 27:3  Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz, Mənimlə döyüşsələr də, arxayınam.
Psal Northern 27:4  Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim.
Psal Northern 27:5  Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər.
Psal Northern 27:6  İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
Psal Northern 27:7  Ya Rəbb, dinlə, Səni çağırıram, Lütf edib mənə cavab ver.
Psal Northern 27:8  Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
Psal Northern 27:9  Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
Psal Northern 27:10  Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər.
Psal Northern 27:11  Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
Psal Northern 27:12  Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.
Psal Northern 27:13  Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
Psal Northern 27:14  Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
Chapter 28
Psal Northern 28:1  Ya Rəbb, Səni səsləyirəm, Ey Qayam, qulağını tıxama. Əgər cavab verməsən, Qəbirə düşənlərə bənzəyərəm.
Psal Northern 28:2  Səni yardıma çağırarkən, Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən, Yalvarış səsimi eşit.
Psal Northern 28:3  Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır.
Psal Northern 28:4  Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə.
Psal Northern 28:5  Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq.
Psal Northern 28:6  Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi!
Psal Northern 28:7  Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Psal Northern 28:8  Rəbb Öz xalqının gücüdür, Məsh etdiyi insanın nicat qalasıdır.
Psal Northern 28:9  Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal!
Chapter 29
Psal Northern 29:1  Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin!
Psal Northern 29:2  Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!
Psal Northern 29:3  Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir.
Psal Northern 29:4  Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir,
Psal Northern 29:5  Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar.
Psal Northern 29:6  Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar.
Psal Northern 29:8  Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar.
Psal Northern 29:9  Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!»
Psal Northern 29:10  Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.
Psal Northern 29:11  Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir.
Chapter 30
Psal Northern 30:1  Ya Rəbb, Səni ucaldıram, Çünki Sən məni qurtardın, Düşməni mənə görə sevinməyə qoymadın.
Psal Northern 30:2  Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin.
Psal Northern 30:3  Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin.
Psal Northern 30:4  Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin.
Psal Northern 30:5  Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
Psal Northern 30:7  Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
Psal Northern 30:8  Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:
Psal Northern 30:9  «Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi?
Psal Northern 30:10  Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat».
Psal Northern 30:11  Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün.
Psal Northern 30:12  Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!
Chapter 31
Psal Northern 31:1  Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, Ədalətinlə məni xilas et!
Psal Northern 31:2  Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum.
Psal Northern 31:3  Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
Psal Northern 31:4  Məni qarşımda qurulan gizli tordan hifz et, Çünki Sən mənim sığınacağımsan!
Psal Northern 31:5  Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et.
Psal Northern 31:6  Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm, Mən Rəbbə güvənirəm.
Psal Northern 31:7  Mən Sənin məhəbbətində Şad olub sevinəcəyəm, Çünki məzlum halımı görmüsən, Çəkdiyim əzabı bilmisən.
Psal Northern 31:8  Məni düşmənə təslim etmədin, Genişlikdə gəzdirdin.
Psal Northern 31:9  Ya Rəbb, mənə rəhm et, Çünki əzabdayam, Kədərdən gözüm, qəlbim, bədənim quruyub.
Psal Northern 31:10  Ömrüm qüssə ilə, İllərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, Sümüklərim quruyub.
Psal Northern 31:11  Bütün düşmənlərim mənə tənə edir, Qonşularımsa onlardan daha betərdir, Tanışlarım məni görərkən dəhşətə düşür, Məni küçələrdə görənlər məndən qaçır.
Psal Northern 31:12  Ölü bir adam kimi unudulmuşam, Çilik-çilik qırılan bir qaba oxşayıram.
Psal Northern 31:13  Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub.
Psal Northern 31:14  Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən».
Psal Northern 31:15  Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
Psal Northern 31:16  Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar.
Psal Northern 31:17  Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın.
Psal Northern 31:18  Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun!
Psal Northern 31:19  Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
Psal Northern 31:20  Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən.
Psal Northern 31:21  Qoy Rəbbə alqış olsun! Çünki mühasirəyə düşən şəhərdə Məhəbbətini xariqələrlə mənə göstərdi!
Psal Northern 31:22  Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
Psal Northern 31:23  Rəbbi sevin, siz ey bütün möminlər! Rəbb həmişə Ona sadiq qalanı qoruyur, Təkəbbürlü insana isə layiq olduğunu verir.
Psal Northern 31:24  Ey Rəbbə ümid bağlayan bütün insanlar, Möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun!
Chapter 32
Psal Northern 32:1  Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
Psal Northern 32:2  Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
Psal Northern 32:3  Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü.
Psal Northern 32:4  Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. Sela
Psal Northern 32:5  Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. Sela
Psal Northern 32:6  Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz.
Psal Northern 32:7  Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela
Psal Northern 32:8  Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
Psal Northern 32:9  At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz».
Psal Northern 32:10  Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
Psal Northern 32:11  Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!
Chapter 33
Psal Northern 33:1  Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır.
Psal Northern 33:2  Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin,
Psal Northern 33:3  Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
Psal Northern 33:4  Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
Psal Northern 33:5  Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
Psal Northern 33:6  Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
Psal Northern 33:7  Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
Psal Northern 33:8  Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
Psal Northern 33:9  Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
Psal Northern 33:10  Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
Psal Northern 33:11  Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
Psal Northern 33:12  Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
Psal Northern 33:13  Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
Psal Northern 33:14  Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.
Psal Northern 33:15  Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan.
Psal Northern 33:16  Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
Psal Northern 33:17  Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
Psal Northern 33:18  Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
Psal Northern 33:19  İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın.
Psal Northern 33:20  Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.
Psal Northern 33:21  Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq.
Psal Northern 33:22  Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin.
Chapter 34
Psal Northern 34:1  Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
Psal Northern 34:2  Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
Psal Northern 34:3  Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
Psal Northern 34:4  Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
Psal Northern 34:6  Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
Psal Northern 34:7  Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
Psal Northern 34:8  Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
Psal Northern 34:9  Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
Psal Northern 34:10  Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
Psal Northern 34:11  Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim:
Psal Northern 34:12  Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
Psal Northern 34:13  Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
Psal Northern 34:14  Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin!
Psal Northern 34:15  Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.
Psal Northern 34:16  Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq.
Psal Northern 34:17  Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir.
Psal Northern 34:18  Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.
Psal Northern 34:19  Salehlər çox bəlaya düçar olar, Lakin Rəbb onları hər birindən qurtarır.
Psal Northern 34:20  Rəbb onların hər bir sümüyünü qoruyur, Heç biri zədələnməz.
Psal Northern 34:21  Pislər öz şəri ilə məhv olacaq, Salehə nifrət edən məhkum olacaq.
Psal Northern 34:22  Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur.
Chapter 35
Psal Northern 35:1  Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş.
Psal Northern 35:2  Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
Psal Northern 35:3  Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
Psal Northern 35:4  Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
Psal Northern 35:5  Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
Psal Northern 35:6  Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
Psal Northern 35:7  Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
Psal Northern 35:8  Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
Psal Northern 35:9  Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
Psal Northern 35:10  Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
Psal Northern 35:11  Amansız şahidlər qalxırlar, Yalandan üzümə dururlar.
Psal Northern 35:12  Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm, Əzizi ölən bir adama bənzəyirəm.
Psal Northern 35:13  Vaxtı ilə onlar xəstələnərkən Çul geyib, oruc tutub canıma zülm edirdim, Başımı aşağı salıb dua edirdim.
Psal Northern 35:14  Onları özümə dost və qardaş bilirdim. Anası üçün yas tutan adam tək Bükülüb hüznlə gəzirdim.
Psal Northern 35:15  Lakin mən büdrəyərkən Bir yerə toplaşıb sevindilər. Tanımadığım əclaflar mənə qarşı toplaşdılar. Dayanmadan məni didirdilər,
Psal Northern 35:16  Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar.
Psal Northern 35:17  Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar.
Psal Northern 35:18  Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.
Psal Northern 35:19  Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
Psal Northern 35:20  Çünki onlar sülh üçün danışmırlar, Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.
Psal Northern 35:21  Ağızlarını üstümə iri açıb belə deyirlər: «Aha! Aha! Bax, öz gözümüzlə gördük».
Psal Northern 35:22  Ya Rəbb, bunu gördün, indi susma, Ey Xudavənd, məndən uzaq durma.
Psal Northern 35:23  Ey Xudavənd Allahım, oyan, qalx, Bu mübarizəmdən qoy mən haqlı çıxım.
Psal Northern 35:24  Ədalətinə görə mənə bəraət qazandır, Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.
Psal Northern 35:25  Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!» Qoyma söyləsinlər: «Onun başını yemişik!»
Psal Northern 35:26  Pis günümə şadlananlar Qoy utanıb biabır olsunlar, Qarşımda qürrələnənlər Xəcalətə, rüsvayçılığa bürünsünlər.
Psal Northern 35:27  Mənim haqlı çıxmağımı istəyənlər Sevinib Səni mədh etsinlər. Daim belə söyləsinlər: «Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»
Psal Northern 35:28  Dilim Sənin salehliyindən deyəcək, Daim Sənə həmd edəcəyəm!
Chapter 36
Psal Northern 36:1  Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur.
Psal Northern 36:2  Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir.
Psal Northern 36:3  Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib.
Psal Northern 36:4  Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir.
Psal Northern 36:5  Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür.
Psal Northern 36:6  Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.
Psal Northern 36:7  Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
Psal Northern 36:8  Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən.
Psal Northern 36:9  Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.
Psal Northern 36:10  Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər.
Psal Northern 36:11  Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım.
Psal Northern 36:12  Gördüm ki, şər iş görənlər yıxılıblar, Onlar yerə sərilib, daha qalxa bilməzlər.
Chapter 37
Psal Northern 37:1  Pislik edənlərə görə narahat olma, Fitnəkarlıq edənlərə qibtə etmə.
Psal Northern 37:2  Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq.
Psal Northern 37:3  Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür.
Psal Northern 37:4  Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
Psal Northern 37:6  Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq.
Psal Northern 37:7  Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
Psal Northern 37:8  Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar.
Psal Northern 37:9  Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
Psal Northern 37:10  Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
Psal Northern 37:11  Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
Psal Northern 37:12  Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
Psal Northern 37:13  Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
Psal Northern 37:14  Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
Psal Northern 37:15  Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.
Psal Northern 37:16  Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır.
Psal Northern 37:17  Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.
Psal Northern 37:18  Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.
Psal Northern 37:19  Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar.
Psal Northern 37:20  Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq.
Psal Northern 37:21  Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır.
Psal Northern 37:22  Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq, Lənət etdiyi kəslər kəsilib atılacaq.
Psal Northern 37:23  Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir.
Psal Northern 37:24  Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Psal Northern 37:25  Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
Psal Northern 37:26  O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr.
Psal Northern 37:27  Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən.
Psal Northern 37:28  Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
Psal Northern 37:29  Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq.
Psal Northern 37:30  Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar.
Psal Northern 37:31  Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
Psal Northern 37:32  Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır.
Psal Northern 37:33  Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz.
Psal Northern 37:34  Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.
Psal Northern 37:35  Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm.
Psal Northern 37:36  O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.
Psal Northern 37:37  Kamil adama bax, əməlisaleh insana nəzər yetir, Gələcək sülhsevən adama bəxş ediləcək.
Psal Northern 37:38  Amma bütün üsyankarlar birlikdə yox olacaq, Pislərin kökü kəsiləcək.
Psal Northern 37:39  Salehlərin qurtuluşu Rəbdəndir, Dar gündə onlara pənah yeridir.
Psal Northern 37:40  Rəbb onların imdadına çatır, Onları qurtarıb pislərin əlindən alır, Çünki onlar Rəbbə pənah aparır.
Chapter 38
Psal Northern 38:1  Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh eləmə.
Psal Northern 38:2  Artıq Sənin oxların mənə saplanıb, Əllərin üstümə ağırlıq salıb.
Psal Northern 38:3  Bədənimdə qəzəbindən sağ yer qalmadı, Günahıma görə sümüklərim də xəstəlik tapdı.
Psal Northern 38:4  Çünki təqsirlərim başımdan aşır, Ağır yük tək onlara gücüm çatmır.
Psal Northern 38:5  Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir.
Psal Northern 38:6  Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm.
Psal Northern 38:7  Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı.
Psal Northern 38:8  Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm.
Psal Northern 38:9  Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır.
Psal Northern 38:10  Ürəyim çırpınır, gücüm tükəndi, Gözlərimin nuru da söndü.
Psal Northern 38:11  Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı.
Psal Northern 38:12  Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar.
Psal Northern 38:13  Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm.
Psal Northern 38:15  Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
Psal Northern 38:16  Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
Psal Northern 38:17  Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm.
Psal Northern 38:18  Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm.
Psal Northern 38:19  Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur.
Psal Northern 38:20  Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.
Psal Northern 38:21  Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma!
Psal Northern 38:22  Ey Xudavənd, tez imdadıma çat, Mənim xilaskarım Sənsən!
Chapter 39
Psal Northern 39:1  Dedim: «Hər addımıma diqqət edəcəyəm, Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən Dilimi yüyənləyib dinməyəcəyəm».
Psal Northern 39:2  Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı,
Psal Northern 39:3  Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim:
Psal Northern 39:4  «Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
Psal Northern 39:5  Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
Psal Northern 39:6  Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
Psal Northern 39:7  Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən!
Psal Northern 39:8  Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə.
Psal Northern 39:9  Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin!
Psal Northern 39:10  Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim.
Psal Northern 39:11  İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
Psal Northern 39:12  Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, Ata-babam kimi bir qonağam.
Psal Northern 39:13  Bir azca nəzərini məndən çək, Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».
Chapter 40
Psal Northern 40:1  Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi.
Psal Northern 40:2  O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
Psal Northern 40:3  Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
Psal Northern 40:4  Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır!
Psal Northern 40:5  Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
Psal Northern 40:6  Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın.
Psal Northern 40:7  O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb.
Psal Northern 40:8  Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
Psal Northern 40:9  Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
Psal Northern 40:10  Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım.
Psal Northern 40:11  Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
Psal Northern 40:12  Çünki sonsuz bəlalar ətrafımı bürüdü, Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur.
Psal Northern 40:13  Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat!
Psal Northern 40:14  Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
Psal Northern 40:15  Mənə «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb qalsınlar.
Psal Northern 40:16  Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər.
Psal Northern 40:17  Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə!
Chapter 41
Psal Northern 41:1  Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar,
Psal Northern 41:2  Rəbb onu qoruyar, salamat saxlayar. O, ölkədə bəxtiyar olar, Düşmənlərinə təslim edilməz.
Psal Northern 41:3  Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar.
Psal Northern 41:4  Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm».
Psal Northern 41:5  Düşmənlərim məndən pis sözlər söyləyir: «Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.
Psal Northern 41:6  Mənə baş çəkənlər yalan danışır, Ürəklərinə böhtan yığır, Bayıra çıxanda bundan danışırlar.
Psal Northern 41:7  Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır, Mənə qarşı pis fikirləri var.
Psal Northern 41:8  Deyirlər: «Bu, ölümcül bəlaya düşüb, Budur, yatır, daha qalxmaz».
Psal Northern 41:9  Hətta etibarlı saydığım ən yaxın dostum, Çörəyimi yeyən mənə xəyanət etdi.
Psal Northern 41:10  Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır, Qoy onlardan bunun əvəzini çıxım!
Psal Northern 41:11  Məndən razı qaldığını bundan bilirəm: Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm.
Psal Northern 41:12  Kamil olduğum üçün məndən möhkəm yapışdın, Məni hüzurunda əbədilik dayandırdın.
Psal Northern 41:13  Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Amin! Amin!
Chapter 42
Psal Northern 42:1  Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir!
Psal Northern 42:2  Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
Psal Northern 42:3  Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
Psal Northern 42:4  Bunları yadıma salarkən ürəyim üzülür, Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım.
Psal Northern 42:5  Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
Psal Northern 42:6  Köksümdəki qəlbim qırılıb, Ona görə İordan diyarında, Xermon, Misar dağında Səni düşünürəm.
Psal Northern 42:7  Dərin sular şəlalələrinin səsi ilə Dərin suları çağırdı, Sənin ləpələrin, dalğaların başımdan aşdı.
Psal Northern 42:8  Rəbb mənə gündüz məhəbbət göstərir, Gecə isə həyatımın Allahına Etdiyim dua və ilahi dilimdən düşmür.
Psal Northern 42:9  Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»
Psal Northern 42:10  Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər, Daim mənə «Bəs hanı Allahın?» deyirlər.
Psal Northern 42:11  Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
Chapter 43
Psal Northern 43:1  Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
Psal Northern 43:2  Çünki Sən pənah gətirdiyim Allahsan. Niyə məni atmısan? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
Psal Northern 43:3  Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar.
Psal Northern 43:4  Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım.
Psal Northern 43:5  Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
Chapter 44
Psal Northern 44:1  Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən.
Psal Northern 44:2  Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
Psal Northern 44:3  Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
Psal Northern 44:4  Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
Psal Northern 44:5  Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
Psal Northern 44:6  Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
Psal Northern 44:7  Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
Psal Northern 44:8  Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela
Psal Northern 44:9  İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
Psal Northern 44:10  Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
Psal Northern 44:11  Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
Psal Northern 44:12  Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
Psal Northern 44:13  Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
Psal Northern 44:14  Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
Psal Northern 44:15  Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,
Psal Northern 44:16  Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm.
Psal Northern 44:17  Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi.
Psal Northern 44:18  Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda
Psal Northern 44:19  Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin.
Psal Northern 44:20  Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq,
Psal Northern 44:21  Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur.
Psal Northern 44:22  Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq.
Psal Northern 44:23  Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
Psal Northern 44:24  Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun?
Psal Northern 44:25  Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir.
Psal Northern 44:26  Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et!
Chapter 45
Psal Northern 45:1  Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır.
Psal Northern 45:2  Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
Psal Northern 45:3  Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər.
Psal Northern 45:4  Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
Psal Northern 45:5  Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır.
Psal Northern 45:6  Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
Psal Northern 45:7  Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
Psal Northern 45:8  Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir.
Psal Northern 45:9  Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb.
Psal Northern 45:10  Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut.
Psal Northern 45:11  Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et.
Psal Northern 45:12  Sur xalqı yanına hədiyyələr gətirəcək, Xalqın varlıları səndən lütf istəyəcək.
Psal Northern 45:13  Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş.
Psal Northern 45:14  Padşahın yanına əlvan libasda gətirilir, Rəfiqələri sağdışı-soldışıdır.
Psal Northern 45:15  Onlar sevinclə, şadlıqla gətirilir, Padşahın sarayına girirlər.
Psal Northern 45:16  Ey padşah, ata-baban kimi oğulların olacaq, Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.
Psal Northern 45:17  Adını nəsillərdən-nəsillərə çatdıracağam, Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!
Chapter 46
Psal Northern 46:1  Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
Psal Northern 46:2  Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə,
Psal Northern 46:3  Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. Sela
Psal Northern 46:4  Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
Psal Northern 46:5  Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər.
Psal Northern 46:6  Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər.
Psal Northern 46:7  Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela
Psal Northern 46:8  Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi.
Psal Northern 46:9  O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar.
Psal Northern 46:10  «Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!»
Psal Northern 46:11  Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela
Chapter 47
Psal Northern 47:1  Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin!
Psal Northern 47:2  Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır!
Psal Northern 47:3  Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb.
Psal Northern 47:4  Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela
Psal Northern 47:5  Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi.
Psal Northern 47:6  Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!
Psal Northern 47:7  Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin.
Psal Northern 47:8  Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.
Psal Northern 47:9  İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!
Chapter 48
Psal Northern 48:1  Allahımızın şəhərində, Öz müqəddəs dağında Rəbb çox əzəmətlidir, Bol həmdlərə layiqdir.
Psal Northern 48:2  Şimala tərəf böyük Padşahın şəhəri – Sion dağı ucalığı ilə gözəldir, Dünyanın sevincidir.
Psal Northern 48:3  Onun qalalarında Allah Özünü Alınmaz qala kimi göstərmişdir.
Psal Northern 48:4  Padşahlar bir yerə yığıldılar, Siona yürüş etdilər.
Psal Northern 48:5  Onu görəndə mat qaldılar, Qorxub tez qaçdılar.
Psal Northern 48:6  Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü.
Psal Northern 48:7  Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçaladın.
Psal Northern 48:8  Ordular Rəbbinin şəhərində – Allahımızın şəhərində Nə eşitmişiksə, onu gördük, Allah oranı əbədi saxlayacaq. Sela
Psal Northern 48:9  Ey Allah, məbədində Məhəbbətin barədə dərindən düşünürük.
Psal Northern 48:10  Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur.
Psal Northern 48:11  Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun.
Psal Northern 48:12  Sionun ətrafında gəzib-dolaşın, Onun qüllələrini sayın.
Psal Northern 48:13  Divarlarına fikir verin, Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin:
Psal Northern 48:14  «Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
Chapter 49
Psal Northern 49:1  Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri,
Psal Northern 49:2  Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın!
Psal Northern 49:3  Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir.
Psal Northern 49:4  Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam:
Psal Northern 49:5  Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
Psal Northern 49:6  Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər.
Psal Northern 49:7  Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz.
Psal Northern 49:8  Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki,
Psal Northern 49:9  İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin.
Psal Northern 49:10  Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur.
Psal Northern 49:11  Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
Psal Northern 49:12  İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır.
Psal Northern 49:13  Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. Sela
Psal Northern 49:14  Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar.
Psal Northern 49:15  Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. Sela
Psal Northern 49:16  Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda.
Psal Northern 49:17  Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz.
Psal Northern 49:18  Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də,
Psal Northern 49:19  Ata-babalarının yanına gedəcək, Sonsuzadək orada işıq görməyəcək.
Psal Northern 49:20  İnsan dəyərli olsa da, anlamır, Həlak olan heyvana oxşayır.
Chapter 50
Psal Northern 50:1  Güclü Rəbb Allah çağırır, Gündoğandan günbatanadək Bütün yer üzünü səsləyir.
Psal Northern 50:2  Qüsursuz, gözəl Siondan Allah Öz nurunu saçır.
Psal Northern 50:3  Allahımız gəlir, sakit dayanmaz, Önündə yandırıb-yaxan alov var, Ətrafında şiddətli tufan qopar.
Psal Northern 50:4  O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır:
Psal Northern 50:5  «Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!»
Psal Northern 50:6  Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. Sela
Psal Northern 50:7  «Danışıram, dinlə Məni, ey xalqım! Ey İsrail, əleyhinə şəhadət edirəm. Allaham, sənin Allahın Mənəm.
Psal Northern 50:8  Qurbanlarından ötrü səni tənbeh etmirəm, Yandırma qurbanlarını həmişə görürəm.
Psal Northern 50:9  Tövləndəki buğanı, ağılındakı təkəni Səndən qəbul etmirəm.
Psal Northern 50:10  Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, Minlərlə dağda otlayan mal-qaralar.
Psal Northern 50:11  Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır.
Psal Northern 50:12  Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
Psal Northern 50:13  Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?
Psal Northern 50:14  Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
Psal Northern 50:15  Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
Psal Northern 50:16  Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı?
Psal Northern 50:17  Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan.
Psal Northern 50:18  Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan.
Psal Northern 50:19  Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan.
Psal Northern 50:20  Oturub qardaşından gileylənirsən, Ananın oğlundan qeybət edirsən.
Psal Northern 50:21  Sən belə edəndə Mən dinməmişəm. Məgər Məni özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm, Əməllərini gözünün önünə düzəcəyəm.
Psal Northern 50:22  Ey Allahı unudanlar, Buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, Heç birinizi xilas edən olmaz.
Psal Northern 50:23  Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm».
Chapter 51
Psal Northern 51:1  Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Psal Northern 51:2  Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
Psal Northern 51:3  Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
Psal Northern 51:4  Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
Psal Northern 51:5  Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Psal Northern 51:6  Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Psal Northern 51:7  Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.
Psal Northern 51:8  Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın.
Psal Northern 51:9  Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil.
Psal Northern 51:10  Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.
Psal Northern 51:11  Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.
Psal Northern 51:12  Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
Psal Northern 51:13  Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər.
Psal Northern 51:14  Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin.
Psal Northern 51:15  Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
Psal Northern 51:16  Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan,
Psal Northern 51:17  Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
Psal Northern 51:18  Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et.
Psal Northern 51:19  Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.
Chapter 52
Psal Northern 52:1  Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
Psal Northern 52:2  Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
Psal Northern 52:3  Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. Sela
Psal Northern 52:4  Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!
Psal Northern 52:5  Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. Sela
Psal Northern 52:6  Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:
Psal Northern 52:7  «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».
Psal Northern 52:8  Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm.
Psal Northern 52:9  Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!
Chapter 53
Psal Northern 53:1  Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər, İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.
Psal Northern 53:2  Allah göylərdən bəşər övladına baxır; Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
Psal Northern 53:3  Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
Psal Northern 53:4  Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı? Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.
Psal Northern 53:5  Onlar böyük dəhşətə düşəcək, Heç görünməmiş dəhşətə düçar olacaqlar. Allah bizi mühasirəyə salanların Sümüklərini qırıb dağıdacaq. Onlar qarşımızda pərt qalacaq, Çünki Allah tərəfindən rədd olunacaqlar.
Psal Northern 53:6  Kaş İsrailin azadlığı Siondan gələydi! Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!
Chapter 54
Psal Northern 54:1  Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver.
Psal Northern 54:2  Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.
Psal Northern 54:3  Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. Sela
Psal Northern 54:4  Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.
Psal Northern 54:5  O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!
Psal Northern 54:6  Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
Psal Northern 54:7  Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.
Chapter 55
Psal Northern 55:1  Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə!
Psal Northern 55:2  Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam.
Psal Northern 55:3  Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur.
Psal Northern 55:4  Köksümdəki ürəyim sancır, Düşdüyüm dəhşət ölümdən betərdir.
Psal Northern 55:5  Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
Psal Northern 55:6  Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
Psal Northern 55:7  Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela
Psal Northern 55:8  Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
Psal Northern 55:9  Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;
Psal Northern 55:10  Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
Psal Northern 55:11  Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.
Psal Northern 55:12  Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
Psal Northern 55:13  Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.
Psal Northern 55:14  Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.
Psal Northern 55:15  Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir.
Psal Northern 55:16  Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.
Psal Northern 55:17  Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.
Psal Northern 55:18  Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur.
Psal Northern 55:19  Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. Sela Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar.
Psal Northern 55:20  Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur.
Psal Northern 55:21  Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma siyrilmiş qılınclardır.
Psal Northern 55:22  Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.
Psal Northern 55:23  Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm!
Chapter 56
Psal Northern 56:1  Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar.
Psal Northern 56:2  Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.
Psal Northern 56:3  Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
Psal Northern 56:4  Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər?
Psal Northern 56:5  Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar.
Psal Northern 56:6  Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər.
Psal Northern 56:7  Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.
Psal Northern 56:8  Dərdlərimi saydın, Göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı?
Psal Northern 56:9  Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir.
Psal Northern 56:10  Vədinə görə həmd etdiyim Allaha, Vədinə görə həmd etdiyim Rəbbə,
Psal Northern 56:11  Allaha güvənirəm və qorxmuram; Fani insan mənə nə edə bilər?
Psal Northern 56:12  Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm, Sənə şükür qurbanı təqdim edəcəyəm.
Psal Northern 56:13  Çünki canımı ölümdən qurtardın, Ayaqlarımı büdrəməyə qoymadın, Belə ki Allahın hüzurunda, Həyatın nurunda dolanım.
Chapter 57
Psal Northern 57:1  Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
Psal Northern 57:2  Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram.
Psal Northern 57:3  Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. Sela Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
Psal Northern 57:4  Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.
Psal Northern 57:5  Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
Psal Northern 57:6  Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. Sela
Psal Northern 57:7  Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
Psal Northern 57:8  Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
Psal Northern 57:9  Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
Psal Northern 57:10  Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir.
Psal Northern 57:11  Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
Chapter 58
Psal Northern 58:1  Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?
Psal Northern 58:2  Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir.
Psal Northern 58:3  Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.
Psal Northern 58:4  Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.
Psal Northern 58:5  Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir.
Psal Northern 58:6  Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
Psal Northern 58:7  Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın.
Psal Northern 58:8  İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
Psal Northern 58:9  Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.
Psal Northern 58:10  Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq.
Psal Northern 58:11  İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»
Chapter 59
Psal Northern 59:1  Ey Allahım, məni düşmənlərimdən qurtar, Əleyhdarlarımın əlindən hifz et.
Psal Northern 59:2  Məni şər iş görənlərdən xilas et, Məni qaniçənlərdən azad et.
Psal Northern 59:3  Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar,
Psal Northern 59:4  Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et,
Psal Northern 59:5  Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela
Psal Northern 59:6  Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
Psal Northern 59:7  Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur.
Psal Northern 59:8  Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən.
Psal Northern 59:9  Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan,
Psal Northern 59:10  Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.
Psal Northern 59:11  Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et.
Psal Northern 59:12  Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə
Psal Northern 59:13  Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. Sela
Psal Northern 59:14  Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
Psal Northern 59:15  Avara-avara gəzib yem axtarırlar, Doyunca tapmasalar, gecə boyu ulayırlar.
Psal Northern 59:16  Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan.
Psal Northern 59:17  Ey mənə qüvvət verən, Səni tərənnüm edəcəyəm! Ey Allahım, qalamsan, Mənə məhəbbətini göstərirsən!
Chapter 60
Psal Northern 60:1  Ey Allah, Sən bizi atmısan, Müdafiə qüvvələrimizi dağıtmısan. Bizə qəzəblənmisən, Bizi əvvəlki halımıza qaytar.
Psal Northern 60:2  Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb.
Psal Northern 60:3  Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən.
Psal Northern 60:4  Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
Psal Northern 60:5  Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
Psal Northern 60:6  Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
Psal Northern 60:7  Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
Psal Northern 60:8  Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
Psal Northern 60:9  Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər?
Psal Northern 60:10  Ay Allah, Sən niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
Psal Northern 60:11  Bizə düşmənin qarşısında imdad et, Çünki insanın köməyi puçdur.
Psal Northern 60:12  Allahın köməyi ilə igidlik edəcəyik, O, düşmənlərimizi tapdalayacaq!
Chapter 61
Psal Northern 61:2  Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
Psal Northern 61:3  Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən.
Psal Northern 61:4  Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela
Psal Northern 61:5  Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
Psal Northern 61:6  Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
Psal Northern 61:7  Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun.
Psal Northern 61:8  Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!
Chapter 62
Psal Northern 62:1  Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum.
Psal Northern 62:2  Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.
Psal Northern 62:3  İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz?
Psal Northern 62:4  Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. Sela
Psal Northern 62:5  Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.
Psal Northern 62:6  Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
Psal Northern 62:7  Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.
Psal Northern 62:8  Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela
Psal Northern 62:9  Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.
Psal Northern 62:10  Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.
Psal Northern 62:11  Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır,
Psal Northern 62:12  Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən!
Chapter 63
Psal Northern 63:1  Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
Psal Northern 63:2  Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.
Psal Northern 63:3  Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
Psal Northern 63:4  Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
Psal Northern 63:5  Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
Psal Northern 63:6  Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
Psal Northern 63:7  Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Psal Northern 63:8  Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.
Psal Northern 63:9  Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar,
Psal Northern 63:10  Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar.
Psal Northern 63:11  Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq.
Chapter 64
Psal Northern 64:1  Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
Psal Northern 64:2  Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
Psal Northern 64:3  Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
Psal Northern 64:4  Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
Psal Northern 64:5  Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
Psal Northern 64:6  Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.
Psal Northern 64:7  Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq.
Psal Northern 64:8  Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq.
Psal Northern 64:9  Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək.
Psal Northern 64:10  Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!
Chapter 65
Psal Northern 65:1  Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək.
Psal Northern 65:2  Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
Psal Northern 65:3  Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
Psal Northern 65:4  Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
Psal Northern 65:5  Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
Psal Northern 65:6  Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən.
Psal Northern 65:7  Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən.
Psal Northern 65:8  Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar.
Psal Northern 65:9  Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən.
Psal Northern 65:10  Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən.
Psal Northern 65:11  Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır,
Psal Northern 65:12  Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür.
Psal Northern 65:13  Çəmənlərin sürülərlə dolur, Dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir!
Chapter 66
Psal Northern 66:1  Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin,
Psal Northern 66:2  Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!
Psal Northern 66:3  Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür!
Psal Northern 66:4  Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». Sela
Psal Northern 66:5  Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.
Psal Northern 66:6  Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək!
Psal Northern 66:7  Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. Sela
Psal Northern 66:8  Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin!
Psal Northern 66:9  Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan.
Psal Northern 66:10  Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
Psal Northern 66:11  Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun.
Psal Northern 66:12  Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.
Psal Northern 66:13  Sənin evinə yandırma qurbanları ilə gələcəyəm, Sənə əhd etdiyim təqdimləri verəcəyəm.
Psal Northern 66:14  Dar gündə dilim bunları bəyan etdi, Mənim ağzım bu əhdləri söylədi.
Psal Northern 66:15  Kökəldilmiş heyvanları Sənin üçün yandırma qurbanı verəcəyəm. Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq, Təkələri, öküzləri qurban gətirəcəyəm. Sela
Psal Northern 66:16  Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim.
Psal Northern 66:17  Ağzımla Onu səslədim, Dilimlə Onu mədh etdim.
Psal Northern 66:18  Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
Psal Northern 66:19  Lakin Allah məni dinlədi, Duamın səsini eşitdi.
Psal Northern 66:20  Alqış olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi!
Chapter 67
Psal Northern 67:1  Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Sela
Psal Northern 67:2  Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın.
Psal Northern 67:3  Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
Psal Northern 67:4  Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. Sela
Psal Northern 67:5  Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
Psal Northern 67:6  Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib.
Psal Northern 67:7  Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!
Chapter 68
Psal Northern 68:1  Allah qalxsın, qoy düşmənlər dağılsın, Ona nifrət edənlər qarşısından qaçsın,
Psal Northern 68:2  Pislər çəkilən tüstü kimi dağılsın, Alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun.
Psal Northern 68:3  Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, Sevinib şad olsun.
Psal Northern 68:4  Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
Psal Northern 68:5  Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir.
Psal Northern 68:6  Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır.
Psal Northern 68:7  Ey Allah, Sən xalqının önündə gedərkən, Çöllükdə yürüşə çıxarkən Sela
Psal Northern 68:8  Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü.
Psal Northern 68:9  Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın.
Psal Northern 68:10  Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın.
Psal Northern 68:11  Xudavənd əmr edir, Bir alay qadın Belə müjdə paylayır:
Psal Northern 68:12  «Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar.
Psal Northern 68:13  Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız».
Psal Northern 68:14  Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür.
Psal Northern 68:15  Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı!
Psal Northern 68:16  Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar.
Psal Northern 68:17  Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib.
Psal Northern 68:18  Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın.
Psal Northern 68:19  Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela
Psal Northern 68:20  Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir.
Psal Northern 68:21  Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
Psal Northern 68:22  Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam.
Psal Northern 68:23  Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın».
Psal Northern 68:24  Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
Psal Northern 68:25  Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir.
Psal Northern 68:26  Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin.
Psal Northern 68:27  Qabaqda kiçik Binyamin qəbiləsi gedir, Ardınca çoxlu Yəhuda başçıları, Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.
Psal Northern 68:28  Ey Allah, qüdrətini, Bizim üçün işlətdiyin qüvvətini göstər.
Psal Northern 68:29  Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir.
Psal Northern 68:30  Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et.
Psal Northern 68:31  Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar.
Psal Northern 68:32  Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, Sela
Psal Northern 68:33  Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin,
Psal Northern 68:34  Allahın qüdrətini bəyan edin, Əzəməti İsrail üzərindədir, Onun qüdrəti göylərdədir!
Psal Northern 68:35  Müqəddəs məkanında olan ey Allah, zəhmlisən! İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun!
Chapter 69
Psal Northern 69:1  Ay Allah, məni qurtar, Su çıxıb boğazımacan,
Psal Northern 69:2  Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır.
Psal Northern 69:3  Fəryad etməkdən taqətim kəsildi, Allahı gözləməkdən Boğazım qurudu, gözümün nuru söndü.
Psal Northern 69:4  Boş yerə mənə nifrət edənlər Başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, Məni məhv etmək istəyənlər qüvvətlidir. Oğurlamadığım şeyləri necə qaytara bilərəm?
Psal Northern 69:5  Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil.
Psal Northern 69:6  Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər Mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, Səni axtaranlar Mənə görə qoy xəcalət içində qalmasınlar.
Psal Northern 69:7  Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, Üzümü xəcalət bürüdü.
Psal Northern 69:8  Qardaşlarıma yad oldum, Anamın oğullarına özgə sayıldım.
Psal Northern 69:9  Evinin qeyrəti məni yandırıb-yaxdı, Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.
Psal Northern 69:10  Oruc tutub ağlamağımı belə, Mənə rüsvayçılıq saydılar.
Psal Northern 69:12  Darvazadakı adamlar məndən qeybət edirlər, Sərxoşların dilinin nəğməsinə çevrildim.
Psal Northern 69:13  Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm.
Psal Northern 69:14  Məni qurtar, bataqlığa batmayım, Qoy düşmənlərimdən, Dərin sulardan xilas olum.
Psal Northern 69:15  Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın.
Psal Northern 69:16  Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.
Psal Northern 69:17  Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm.
Psal Northern 69:18  Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et.
Psal Northern 69:19  Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır.
Psal Northern 69:20  Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
Psal Northern 69:21  Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər.
Psal Northern 69:22  Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun.
Psal Northern 69:23  Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın.
Psal Northern 69:24  Qoy qəzəbin onların üzərinə yağsın, Qoy hiddətinin qızğınlığı onları tutsun.
Psal Northern 69:25  Düşərgələri viran olsun, Çadırları boş qalsın.
Psal Northern 69:26  Çünki Sənin vurduğun insanı təqib edirlər, Yaraladıqlarının dərdini ona qaxınc edirlər.
Psal Northern 69:27  Bu təqsirkarları daha da təqsirkar çıxar, Səndən bəraət almasınlar.
Psal Northern 69:28  Qoy adları həyat kitabından silinsin, Salehlərlə yanaşı yazılmasın.
Psal Northern 69:29  Mən məzlumam, dərdliyəm, Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.
Psal Northern 69:30  Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam.
Psal Northern 69:31  Mal-qara qurbanından çox Bu, Rəbbin xoşuna gələcək, Buynuzlu, dırnaqlı buğadan çox Bu Ona xoş gələcək.
Psal Northern 69:32  Bunu görən məzlumlar qoy sevinsin, Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.
Psal Northern 69:33  Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır.
Psal Northern 69:34  Göy, yer, dənizlər, oradakı canlılar Qoy Rəbbə həmd oxusunlar.
Psal Northern 69:35  Çünki Allah Sionu qurtaracaq, O, Yəhuda şəhərlərini bərpa edəcək. Onun xalqı oranı mülk edib məskən salacaq,
Psal Northern 69:36  Ora qullarının övladlarına irs olaraq qalacaq, Allahın ismini sevənlər orada sakin olacaq!
Chapter 70
Psal Northern 70:1  Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat!
Psal Northern 70:2  Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
Psal Northern 70:3  «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar.
Psal Northern 70:4  Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər.
Psal Northern 70:5  Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə!
Chapter 71
Psal Northern 71:1  Ya Rəbb, Sənə pənah gətirirəm, Heç vaxt məni xəcalətdə qoyma.
Psal Northern 71:2  Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et.
Psal Northern 71:3  Mənə sığınacaq qaya ol, Qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən.
Psal Northern 71:4  Ey Allahım, şər insanın əlindən, Haqsızın, zalımın pəncəsindən məni qurtar.
Psal Northern 71:5  Ey Xudavənd, Sən mənim ümidimsən, Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
Psal Northern 71:6  Doğulduğum gündən bəri dayağımsan, Məni ana bətnindən dünyaya gətirmisən, Həmişə Sənə həmd edirəm.
Psal Northern 71:7  Çoxlarına qəribə bir şey oldum, Amma Sən mənim möhkəm sığınacağım oldun.
Psal Northern 71:8  Sənə həmd etmək dilimdən düşməz, Daim Sənin izzətini düşünürəm.
Psal Northern 71:9  Yaşa dolanda da məni rədd etmə, Taqətdən düşəndə də məni tərk etmə.
Psal Northern 71:10  Mənim barəmdə düşmənlərim belə söyləyir, Məni öldürmək istəyənlər belə məsləhətləşir,
Psal Northern 71:11  Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur.
Psal Northern 71:12  Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat!
Psal Northern 71:13  Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
Psal Northern 71:14  Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam.
Psal Northern 71:15  Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, Onun ölçüsünü bilməsəm də.
Psal Northern 71:16  Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
Psal Northern 71:17  Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm.
Psal Northern 71:18  Yaşa dolub saçıma dən düşənə qədər Gələcək nəslə qüvvətini, Gələcək nəslin hər birinə qüdrətini Elan edəcəyəm. Ey Allah, məni tərk etmə.
Psal Northern 71:19  Ey Allah, salehliyin göylər qədər ucadır, Böyük işlər görmüsən! Ey Allah, Sənin kimisi varmı?
Psal Northern 71:20  Sən mənə çoxlu ağır əzablar versən də, Yenə məni dirçəldirsən, Yerin dibindən yenə məni çıxarırsan,
Psal Northern 71:21  Hörmətimi artırmaqla Mənə yenə əmniyyət verirsən.
Psal Northern 71:22  Ey Allahım, sədaqətinə görə Çəng çalıb Sənə şükür edəcəyəm! Ey İsrailin Müqəddəsi, Səni lira ilə tərənnüm edəcəyəm!
Psal Northern 71:23  Dilim, azadlıq verdiyin qəlbim Mədh oxuyub Səni tərənnüm edəcək,
Psal Northern 71:24  Dilim daim salehliyindən söyləyəcək, Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb.
Chapter 72
Psal Northern 72:1  Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver.
Psal Northern 72:2  Qoy Sənin xalqına salehliklə, Məzlumlara ədalətlə hakimlik etsin.
Psal Northern 72:3  Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın.
Psal Northern 72:4  Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin.
Psal Northern 72:5  Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun.
Psal Northern 72:6  Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
Psal Northern 72:7  Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.
Psal Northern 72:8  Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
Psal Northern 72:9  Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
Psal Northern 72:10  Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
Psal Northern 72:11  Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
Psal Northern 72:12  Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.
Psal Northern 72:13  Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir.
Psal Northern 72:14  Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir.
Psal Northern 72:15  Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin.
Psal Northern 72:16  Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin.
Psal Northern 72:17  Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!
Psal Northern 72:18  Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına!
Psal Northern 72:19  Onun şərəfli ad-sanına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!
Psal Northern 72:20  Yessey oğlu Davudun duaları burada sona çatır.
Chapter 73
Psal Northern 73:1  Doğrudan da, İsrail üçün, Ürəyitəmiz olanlar üçün Allah xeyirxahdır.
Psal Northern 73:2  Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı.
Psal Northern 73:3  Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım.
Psal Northern 73:4  Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib.
Psal Northern 73:5  Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər.
Psal Northern 73:6  Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür.
Psal Northern 73:7  Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır.
Psal Northern 73:8  Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
Psal Northern 73:9  Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
Psal Northern 73:10  Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir.
Psal Northern 73:11  Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq?
Psal Northern 73:12  Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar.
Psal Northern 73:13  Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum?
Psal Northern 73:14  Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm.
Psal Northern 73:15  Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim.
Psal Northern 73:16  Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu.
Psal Northern 73:17  Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim.
Psal Northern 73:18  Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan.
Psal Northern 73:19  Onlar bir anda yox olacaqlar, Dəhşət içində itib-batacaqlar.
Psal Northern 73:20  Yuxudan ayılanda röyalar unudular, Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.
Psal Northern 73:21  O vaxt könlüm zəhərlənmişdi, Qəlbim dəlik-deşik olmuşdu.
Psal Northern 73:22  Necə axmaq idim, dərrakəm yox idi, Qarşında sanki bir heyvan idim.
Psal Northern 73:23  Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan.
Psal Northern 73:24  Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
Psal Northern 73:25  Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
Psal Northern 73:26  Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Psal Northern 73:27  Budur, Səndən uzaq düşənlər məhv olurlar, Sənə xəyanət edənləri yox edirsən.
Psal Northern 73:28  Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam!
Chapter 74
Psal Northern 74:1  Ey Allah, niyə bizi əbədilik tərk etmisən? Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?
Psal Northern 74:2  Yada sal keçmişdə satın aldığın icmanı, Özünə xalq etmək üçün azad etdiyin tayfanı, Həm də məskənin olan Sion dağını.
Psal Northern 74:3  Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.
Psal Northern 74:4  Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər.
Psal Northern 74:5  Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər.
Psal Northern 74:6  Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər.
Psal Northern 74:7  Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
Psal Northern 74:8  «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
Psal Northern 74:9  Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
Psal Northern 74:10  Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənə küfr edəcək?
Psal Northern 74:11  Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et.
Psal Northern 74:12  Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
Psal Northern 74:13  Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.
Psal Northern 74:14  Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin.
Psal Northern 74:15  Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.
Psal Northern 74:16  Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan.
Psal Northern 74:17  Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın.
Psal Northern 74:18  Ya Rəbb, unutma, düşmən Səni söyür, Sənin adına axmaq bir xalq küfr edir.
Psal Northern 74:19  Öz qumrunun canını yırtıcılara vermə, Məzlumlarının həyatını əsla unutma.
Psal Northern 74:20  Özün bizimlə bağladığın əhdə bax! Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
Psal Northern 74:21  Qoyma əzabkeş yenə də rüsvay olsun, Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.
Psal Northern 74:22  Qalx, ey Allah, mübarizəni apar, Unutma ki, axmaqlar həmişə Səni söyür.
Psal Northern 74:23  Düşmənlərinin səsini, Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.
Chapter 75
Psal Northern 75:1  Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir!
Psal Northern 75:2  Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.
Psal Northern 75:3  Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela
Psal Northern 75:4  Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,
Psal Northern 75:5  Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».
Psal Northern 75:6  İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
Psal Northern 75:7  Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.
Psal Northern 75:8  Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.
Psal Northern 75:9  Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam.
Psal Northern 75:10  Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.
Chapter 76
Psal Northern 76:1  Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür.
Psal Northern 76:3  Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. Sela
Psal Northern 76:4  Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən!
Psal Northern 76:5  Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı.
Psal Northern 76:6  Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı.
Psal Northern 76:7  Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər?
Psal Northern 76:8  Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi.
Psal Northern 76:9  Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. Sela
Psal Northern 76:10  Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan.
Psal Northern 76:11  Allahınız Rəbbə əhd edin və yerinə yetirin, Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.
Psal Northern 76:12  O, hökmdarların nəfəsini kəsər, Dünya padşahlarını vahimələndirər.
Chapter 77
Psal Northern 77:1  Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər.
Psal Northern 77:2  Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam.
Psal Northern 77:3  Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. Sela
Psal Northern 77:4  Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm.
Psal Northern 77:5  Düşünürəm keçən günləri, Ötən dövranı, illəri.
Psal Northern 77:6  Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur:
Psal Northern 77:7  «Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı?
Psal Northern 77:8  Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı?
Psal Northern 77:9  Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela
Psal Northern 77:10  Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir».
Psal Northern 77:11  Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.
Psal Northern 77:12  Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram.
Psal Northern 77:13  Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var?
Psal Northern 77:14  Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən.
Psal Northern 77:15  Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. Sela
Psal Northern 77:16  Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi.
Psal Northern 77:17  Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü.
Psal Northern 77:18  Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı.
Psal Northern 77:19  Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı.
Psal Northern 77:20  Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın.
Chapter 78
Psal Northern 78:1  Ey xalqım, təlimimi dinləyin, Dilimdən çıxan sözləri eşidin.
Psal Northern 78:2  Ağzımı bu məsəllə açıb Keçmişdəki müəmmaları bəyan edəcəyəm.
Psal Northern 78:3  Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib.
Psal Northern 78:4  Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri Gələcək nəsillərə söyləyəcəyik.
Psal Northern 78:5  Rəbb öyüd vermək üçün Yaqub nəslinə – İsrailə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, Bu təlimi övladlarına öyrətsin.
Psal Northern 78:6  Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin.
Psal Northern 78:7  Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər.
Psal Northern 78:8  Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.
Psal Northern 78:9  Efrayim övladları ox-kamanla silahlandılar, Amma döyüş günü tez geriyə qayıtdılar.
Psal Northern 78:10  Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər.
Psal Northern 78:11  Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular.
Psal Northern 78:12  Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
Psal Northern 78:13  Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.
Psal Northern 78:14  Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
Psal Northern 78:15  Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
Psal Northern 78:16  Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı.
Psal Northern 78:17  Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
Psal Northern 78:18  İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.
Psal Northern 78:19  Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər?
Psal Northern 78:20  Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»
Psal Northern 78:21  Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı.
Psal Northern 78:22  Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar.
Psal Northern 78:23  Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı.
Psal Northern 78:24  Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi.
Psal Northern 78:25  İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi.
Psal Northern 78:26  Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi.
Psal Northern 78:27  Başlarına toz kimi ət yağdırdı, Onlara dənizdəki qum qədər quşlar göndərdi.
Psal Northern 78:28  Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi.
Psal Northern 78:29  Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi.
Psal Northern 78:30  Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən
Psal Northern 78:31  Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi.
Psal Northern 78:32  Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar.
Psal Northern 78:33  Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
Psal Northern 78:34  Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
Psal Northern 78:35  Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
Psal Northern 78:36  Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.
Psal Northern 78:37  Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.
Psal Northern 78:38  Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.
Psal Northern 78:39  Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
Psal Northern 78:40  Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
Psal Northern 78:41  Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər.
Psal Northern 78:42  Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü,
Psal Northern 78:43  Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri.
Psal Northern 78:44  Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı.
Psal Northern 78:45  Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
Psal Northern 78:46  Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
Psal Northern 78:47  Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
Psal Northern 78:48  Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı.
Psal Northern 78:49  Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü.
Psal Northern 78:50  Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.
Psal Northern 78:51  Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
Psal Northern 78:52  Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı.
Psal Northern 78:53  Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
Psal Northern 78:54  Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
Psal Northern 78:55  Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
Psal Northern 78:56  Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
Psal Northern 78:57  Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
Psal Northern 78:58  Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
Psal Northern 78:59  Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
Psal Northern 78:60  İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
Psal Northern 78:61  Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
Psal Northern 78:62  Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
Psal Northern 78:63  İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
Psal Northern 78:64  Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
Psal Northern 78:65  O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
Psal Northern 78:66  Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi.
Psal Northern 78:67  Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi.
Psal Northern 78:68  Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi.
Psal Northern 78:69  Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi.
Psal Northern 78:70  Çoban olan qulu Davudu seçdi, Onu qoyun ağıllarından götürdü.
Psal Northern 78:71  Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.
Psal Northern 78:72  Davud onları kamil ürəklə otardı, Əlindən gələn məharətlə onları irəli apardı.
Chapter 79
Psal Northern 79:1  Ey Allah, millətlər Sənin mülkünə giriblər, Müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər.
Psal Northern 79:2  Qullarının cəsədini göydəki quşlara yem ediblər, Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
Psal Northern 79:3  Yerusəlimin hər tərəfində onların qanı axıdılıb, Onları dəfn edən yoxdur.
Psal Northern 79:4  Qonşularımızın tənə hədəfinə döndük, Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
Psal Northern 79:5  Ya Rəbb, nə vaxtacan, Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, Qısqanclıqdan od tutub yanacaqsan?
Psal Northern 79:6  Səni tanımayan millətlərin, İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
Psal Northern 79:7  Çünki onlar Yaqub nəslinin başını yeyiblər, Yurd-yuvasını viranəyə çeviriblər.
Psal Northern 79:8  Ata-babalarımızın günahını boynumuza qoyma, Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.
Psal Northern 79:9  Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et.
Psal Northern 79:10  Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər.
Psal Northern 79:11  Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru.
Psal Northern 79:12  Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar.
Psal Northern 79:13  Biz Sənin xalqın, otlağının sürüsüyük, Əbədilik Sənə şükür edərik, Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!
Chapter 80
Psal Northern 80:1  Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
Psal Northern 80:2  Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
Psal Northern 80:3  Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Psal Northern 80:4  Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
Psal Northern 80:5  Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
Psal Northern 80:6  Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.
Psal Northern 80:7  Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Psal Northern 80:8  Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin.
Psal Northern 80:9  Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü.
Psal Northern 80:10  Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı.
Psal Northern 80:11  Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı.
Psal Northern 80:12  Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
Psal Northern 80:13  Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir.
Psal Northern 80:14  Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal.
Psal Northern 80:15  Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən.
Psal Northern 80:16  Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
Psal Northern 80:17  Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun.
Psal Northern 80:18  Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq.
Psal Northern 80:19  Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Chapter 81
Psal Northern 81:1  Qüvvətimiz olan Allahı mədh edin, Yaqubun Allahına cuşa gəlib nida edin!
Psal Northern 81:2  İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın.
Psal Northern 81:3  Təzə Ay mərasimində, ay bədirlənəndə, Bizim bayram günündə Şeypur çalın!
Psal Northern 81:4  Çünki bu, İsrail üçün verilən qaydadır, Yaqubun Allahının hökmüdür.
Psal Northern 81:5  O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim:
Psal Northern 81:6  «Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun.
Psal Northern 81:7  Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. Sela
Psal Northern 81:8  Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin!
Psal Northern 81:9  Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın.
Psal Northern 81:10  Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm.
Psal Northern 81:11  Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi.
Psal Northern 81:12  Onların inadkar qəlblərinə izin verdim ki, Necə istəyirlər, elə gəzsinlər.
Psal Northern 81:13  Kaş ki xalqım Mənə qulaq asaydı, İsrail nəsli Mənim yolumla gedəydi!
Psal Northern 81:14  Bir anda düşmənlərini yerə sərərdim, Əlimi yağılarının üstünə qaldırardım.
Psal Northern 81:15  Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi, Əbədi olaraq vaxtları belə keçərdi.
Psal Northern 81:16  Sizə taxılın əlasını yedirərdim, Sizi qayadan axan balla bəsləyərdim».
Chapter 82
Psal Northern 82:1  Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir:
Psal Northern 82:2  «Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? Sela
Psal Northern 82:3  Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin.
Psal Northern 82:4  Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin.
Psal Northern 82:5  Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
Psal Northern 82:6  Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”.
Psal Northern 82:7  Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
Psal Northern 82:8  Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan!
Chapter 83
Psal Northern 83:1  Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma!
Psal Northern 83:2  Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
Psal Northern 83:3  Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
Psal Northern 83:4  Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək».
Psal Northern 83:5  Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər:
Psal Northern 83:6  Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər,
Psal Northern 83:8  Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. Sela
Psal Northern 83:9  Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
Psal Northern 83:10  Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular.
Psal Northern 83:11  Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et.
Psal Northern 83:12  Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq».
Psal Northern 83:13  Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir.
Psal Northern 83:14  Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi
Psal Northern 83:15  Onları tufanınla qov, Qasırğanla dəhşətə sal.
Psal Northern 83:16  Ya Rəbb, onların üzünü xəcalətə bürü, Qoy Sənin ismini axtarsınlar.
Psal Northern 83:17  Əbədilik utanaraq vəlvələyə düşsünlər, Rüsvay olub yox olsunlar.
Psal Northern 83:18  Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!
Chapter 84
Psal Northern 84:1  Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,
Psal Northern 84:2  Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur.
Psal Northern 84:3  Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar.
Psal Northern 84:4  Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! Sela
Psal Northern 84:5  Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
Psal Northern 84:6  Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər.
Psal Northern 84:7  Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar.
Psal Northern 84:8  Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə, Ey Yaqubun Allahı, qulaq as! Sela
Psal Northern 84:9  Ey Allah, bizə sipər olana bax, Məsh etdiyinin üzünə bax!
Psal Northern 84:10  Sənin həyətində keçən bir günüm Başqa yerdə keçən min günümdən yaxşıdır. Allahımın evinin keşiyində dayanmağım Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.
Psal Northern 84:11  Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
Psal Northern 84:12  Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!
Chapter 85
Psal Northern 85:1  Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
Psal Northern 85:2  Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. Sela
Psal Northern 85:3  Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın.
Psal Northern 85:4  Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək.
Psal Northern 85:5  Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
Psal Northern 85:6  Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi?
Psal Northern 85:7  Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et.
Psal Northern 85:8  Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
Psal Northern 85:9  Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
Psal Northern 85:10  Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Psal Northern 85:11  Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq.
Psal Northern 85:12  Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək.
Psal Northern 85:13  Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar.
Chapter 86
Psal Northern 86:1  Ya Rəbb, mənə qulaq asıb cavab ver, Çünki mən məzlumam, fəqirəm.
Psal Northern 86:2  Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar.
Psal Northern 86:3  Rəhm et mənə, ey Xudavənd, Çünki bütün gün Səni səsləyirəm!
Psal Northern 86:4  Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.
Psal Northern 86:5  Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
Psal Northern 86:6  Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as.
Psal Northern 86:7  Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən.
Psal Northern 86:8  Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
Psal Northern 86:9  Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək.
Psal Northern 86:10  Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!
Psal Northern 86:11  Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum.
Psal Northern 86:12  Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm.
Psal Northern 86:13  Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın.
Psal Northern 86:14  Ey Allah, lovğalar əleyhimə qalxır, Bir dəstə zalım canımı almaq üçün məni axtarır, Səni qarşılarında görmür.
Psal Northern 86:15  Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.
Psal Northern 86:16  Sən mənə baxıb rəhm et, Bu bəndənə Öz gücündən ver, Kənizinin oğlunu xilas et.
Psal Northern 86:17  Xeyirxahlığından mənə bir əlamət göstər, Qoy mənə nifrət edənlər görüb utansınlar. Çünki, ya Rəbb, mənə kömək edirsən, Könlümə təsəlli verirsən.
Chapter 87
Psal Northern 87:1  Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir,
Psal Northern 87:2  Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir.
Psal Northern 87:3  Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: Sela
Psal Northern 87:4  «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.
Psal Northern 87:5  Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”.
Psal Northern 87:6  Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. Sela
Psal Northern 87:7  Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”».
Chapter 88
Psal Northern 88:1  Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram!
Psal Northern 88:3  Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır.
Psal Northern 88:4  Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb.
Psal Northern 88:5  Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.
Psal Northern 88:6  Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın.
Psal Northern 88:7  Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. Sela
Psal Northern 88:8  Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm,
Psal Northern 88:9  Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram.
Psal Northern 88:10  Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela
Psal Northern 88:11  Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?
Psal Northern 88:12  Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq?
Psal Northern 88:13  Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır.
Psal Northern 88:14  Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən?
Psal Northern 88:15  Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.
Psal Northern 88:16  Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram.
Psal Northern 88:17  Bunlar sel kimi məni dövrəyə salır, Bunlar birgə həmişə başımın üstünü alır.
Psal Northern 88:18  Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan, Yalnız qaranlıqla həmdəm olmuşam.
Chapter 89
Psal Northern 89:1  Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək.
Psal Northern 89:2  Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır.
Psal Northern 89:3  Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm:
Psal Northern 89:4  “Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela
Psal Northern 89:5  Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
Psal Northern 89:6  Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
Psal Northern 89:7  Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir.
Psal Northern 89:8  Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb.
Psal Northern 89:9  Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan.
Psal Northern 89:10  Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın.
Psal Northern 89:11  Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.
Psal Northern 89:12  Sən şimalı, cənubu yaratmısan, Tavor və Xermon adına mədh oxuyur.
Psal Northern 89:13  Qolun nə qədər qüvvətlidir, Sağ əlin ucadır, əllərin qüdrətlidir!
Psal Northern 89:14  Salehlik və ədalət taxtının təməlidir, Məhəbbət və sədaqət önündə gedir!
Psal Northern 89:15  Bayram şənliyində olan xalq nə bəxtiyardır! Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
Psal Northern 89:16  İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar.
Psal Northern 89:17  Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır.
Psal Northern 89:18  Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir.
Psal Northern 89:19  Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
Psal Northern 89:20  Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim.
Psal Northern 89:21  Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək!
Psal Northern 89:22  Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz.
Psal Northern 89:23  Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam.
Psal Northern 89:24  Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq.
Psal Northern 89:25  Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam.
Psal Northern 89:26  Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!”
Psal Northern 89:27  Mən də ilk oğul haqqını ona verəcəyəm, Onu yer üzünün ən uca padşahı edəcəyəm.
Psal Northern 89:28  Ona daim məhəbbətimi göstərəcəyəm, Sadiq qalıb əhdimi pozmayacağam.
Psal Northern 89:29  Onun nəslini əbədi yaşadacağam, Göylər durduqca taxtını saxlayacağam.
Psal Northern 89:30  Övladları qanunumu atsalar, Hökmlərimə görə yaşamasalar,
Psal Northern 89:31  Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr,
Psal Northern 89:32  Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
Psal Northern 89:33  Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram.
Psal Northern 89:34  Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm.
Psal Northern 89:35  Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm.
Psal Northern 89:36  Sülaləsi taxtda əbədi qalacaq, Taxtı hüzurumda günəş kimi duracaq.
Psal Northern 89:37  Ay kimi – Göydəki etibarlı şahid kimi sabit qalacaq». Sela
Psal Northern 89:38  Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən, Sən onu rədd etmisən, ona arxa çevirmisən.
Psal Northern 89:39  Qulunla bağladığın əhddən imtina etmisən, Tacını toz-torpağa atıb bulaşdırmısan.
Psal Northern 89:40  Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən.
Psal Northern 89:41  Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar.
Psal Northern 89:42  Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən.
Psal Northern 89:43  Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan.
Psal Northern 89:44  Onu şərəfdən salmısan, Taxtını yerlə yeksan etmisən.
Psal Northern 89:45  Nə tez onu gəncliyindən saldın, Onu xəcalətə bürüdün. Sela
Psal Northern 89:46  Ya Rəbb, nə vaxta qədər, Yoxsa əbədilikmi bizdən gizlənəcəksən, Od tutub qəzəbdən yanacaqsan?
Psal Northern 89:47  Ömrümün nə tez keçdiyini xatırla, Bütün bəşər övladlarını nə fani yaratmısan!
Psal Northern 89:48  İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? Sela
Psal Northern 89:49  Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı? Çünki bu barədə Davuda sədaqətlə and içdin.
Psal Northern 89:50  Ey Xudavənd, unutma, gör bu bəndən necədir, Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.
Psal Northern 89:51  Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri, Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram.
Chapter 90
Psal Northern 90:1  Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan.
Psal Northern 90:2  Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən.
Psal Northern 90:3  İnsanları torpağa çevirirsən, Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
Psal Northern 90:4  Sənin gözündə min il ötən bir günə, Bir gecə növbəsinə bənzər.
Psal Northern 90:5  İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar,
Psal Northern 90:6  Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar.
Psal Northern 90:7  Qəzəbindən məhv oluruq, Hiddətindən vəlvələyə düşürük.
Psal Northern 90:8  Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
Psal Northern 90:9  Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir.
Psal Northern 90:10  Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir.
Psal Northern 90:11  Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər?
Psal Northern 90:12  Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun.
Psal Northern 90:13  Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et.
Psal Northern 90:14  Səhər-səhər bizə doyunca məhəbbət göstər, Qoy ömrümüz boyu sevinib fərəhlənək.
Psal Northern 90:15  Bizi zülmə saldığın günlər qədər, Bəlaya düşdüyümüz illər qədər sevindir.
Psal Northern 90:16  Əməllərin qullarına, Əzəmətin övladlarına görünsün.
Psal Northern 90:17  Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et, Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.
Chapter 91
Psal Northern 91:1  Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan
Psal Northern 91:2  Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
Psal Northern 91:3  Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
Psal Northern 91:4  Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
Psal Northern 91:5  Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
Psal Northern 91:6  Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan.
Psal Northern 91:7  Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz.
Psal Northern 91:8  Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən.
Psal Northern 91:9  «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün
Psal Northern 91:10  Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
Psal Northern 91:11  Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,
Psal Northern 91:12  Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.
Psal Northern 91:13  Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.
Psal Northern 91:14  «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.
Psal Northern 91:15  Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
Psal Northern 91:16  Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm».
Chapter 92
Psal Northern 92:1  Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək,
Psal Northern 92:2  Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək,
Psal Northern 92:3  On telli alətin avazı ilə, Çəngin, liranın sədası ilə oxumaq.
Psal Northern 92:4  Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm.
Psal Northern 92:5  Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir!
Psal Northern 92:6  Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz:
Psal Northern 92:7  Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar.
Psal Northern 92:9  Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq.
Psal Northern 92:10  Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən.
Psal Northern 92:11  Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim.
Psal Northern 92:12  Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür.
Psal Northern 92:13  Onlar Rəbbin evində əkilib, Onlar Allahımızın həyətində göyərir.
Psal Northern 92:14  Qocalanda da bar verəcəklər, Təravətli, yamyaşıl qalacaqlar,
Psal Northern 92:15  Belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur».
Chapter 93
Psal Northern 93:1  Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır.
Psal Northern 93:2  Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən.
Psal Northern 93:3  Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır.
Psal Northern 93:4  Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir!
Psal Northern 93:5  Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.
Chapter 94
Psal Northern 94:1  Ya Rəbb, qisas alan Allah! Ey qisas alan Allah, nurunu saç!
Psal Northern 94:2  Ey dünyanın Hakimi, qalx, Təkəbbürlülərin əvəzini ödə!
Psal Northern 94:3  Ya Rəbb, nə vaxtadək pislər – Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?
Psal Northern 94:4  Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər.
Psal Northern 94:5  Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər.
Psal Northern 94:6  Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar.
Psal Northern 94:7  Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir».
Psal Northern 94:8  Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
Psal Northern 94:9  Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi?
Psal Northern 94:10  Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi?
Psal Northern 94:11  Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.
Psal Northern 94:12  Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən!
Psal Northern 94:13  Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən.
Psal Northern 94:14  Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz.
Psal Northern 94:15  Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
Psal Northern 94:16  Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
Psal Northern 94:17  Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi.
Psal Northern 94:18  Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
Psal Northern 94:19  Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
Psal Northern 94:20  Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
Psal Northern 94:21  Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar.
Psal Northern 94:22  Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu!
Psal Northern 94:23  Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək!
Chapter 95
Psal Northern 95:1  Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
Psal Northern 95:2  Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək!
Psal Northern 95:3  Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır.
Psal Northern 95:4  Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur,
Psal Northern 95:5  Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş!
Psal Northern 95:6  Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
Psal Northern 95:7  Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz,
Psal Northern 95:8  «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
Psal Northern 95:9  Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar.
Psal Northern 95:10  Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”.
Psal Northern 95:11  Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
Chapter 96
Psal Northern 96:1  Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
Psal Northern 96:2  İsminə alqış edin, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu hər gün müjdələyin.
Psal Northern 96:3  Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
Psal Northern 96:4  Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
Psal Northern 96:5  Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
Psal Northern 96:6  Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
Psal Northern 96:7  Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
Psal Northern 96:8  Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
Psal Northern 96:9  Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
Psal Northern 96:10  Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
Psal Northern 96:11  Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın,
Psal Northern 96:12  Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin
Psal Northern 96:13  Rəbbin hüzurunda! O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, Yer üzünün hökmünü ədalətlə, Xalqların hökmünü həqiqətlə verəcək!
Chapter 97
Psal Northern 97:1  Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin.
Psal Northern 97:2  Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir.
Psal Northern 97:3  Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar.
Psal Northern 97:4  Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar.
Psal Northern 97:5  Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.
Psal Northern 97:6  Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər.
Psal Northern 97:7  Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin!
Psal Northern 97:8  Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir.
Psal Northern 97:9  Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən!
Psal Northern 97:10  Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar, Onları pislərin əlindən qurtarar.
Psal Northern 97:11  Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər.
Psal Northern 97:12  Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin!
Chapter 98
Psal Northern 98:1  Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
Psal Northern 98:2  Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi.
Psal Northern 98:3  İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü.
Psal Northern 98:4  Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
Psal Northern 98:5  Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!
Psal Northern 98:6  Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!
Psal Northern 98:7  Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın.
Psal Northern 98:8  Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun!
Psal Northern 98:9  Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək!
Chapter 99
Psal Northern 99:1  Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
Psal Northern 99:2  Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir.
Psal Northern 99:3  Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir!
Psal Northern 99:4  Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
Psal Northern 99:5  Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir!
Psal Northern 99:6  Onun kahinləri arasında Musa ilə Harun olub, Ona yalvaranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi.
Psal Northern 99:7  Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar.
Psal Northern 99:8  Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin.
Psal Northern 99:9  Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!
Chapter 100
Psal Northern 100:1  Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,
Psal Northern 100:2  Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin!
Psal Northern 100:3  Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük.
Psal Northern 100:4  Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin.
Psal Northern 100:5  Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!
Chapter 101
Psal Northern 101:1  Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm, Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
Psal Northern 101:2  Kamillik yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam,
Psal Northern 101:3  İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm, Qoymaram məndən yapışsın.
Psal Northern 101:4  Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam.
Psal Northern 101:5  Qonşusuna gizlincə böhtan atanı susduracağam, Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.
Psal Northern 101:6  Gözüm ölkənin sadiq insanlarına baxar, Qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.
Psal Northern 101:7  Fırıldaqçıları sarayımda yaşamağa qoymaram, Yalançını hüzurumda dayanmağa qoymaram.
Psal Northern 101:8  Hər səhər ölkədəki pisləri yox edəcəyəm, Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.
Chapter 102
Psal Northern 102:1  Ya Rəbb, bu duama qulaq as, Qoy fəryadım Sənə çatsın.
Psal Northern 102:2  Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
Psal Northern 102:3  Günlərim tüstü kimi çəkilir, Sümüklərim elə bil yanıb közə dönür.
Psal Northern 102:4  Ürəyim kəsilib atılan ot kimi saralıb-solur, Çörək yemək belə, yadımdan çıxır.
Psal Northern 102:5  Ah-zar çəkməkdən Bir dəri, bir sümük qalmışam.
Psal Northern 102:6  İndi çöldəki yapalağa bənzəyirəm, Viranəlik bayquşu kimiyəm.
Psal Northern 102:7  Gözümə yuxu getmir, Damda tənha qalan bir quşa bənzəyirəm.
Psal Northern 102:8  Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur.
Psal Northern 102:9  Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb.
Psal Northern 102:10  Çünki qəzəbindən, hiddətindən Məni götürüb bir tərəfə atmısan.
Psal Northern 102:11  Günlərim axşamın kölgəsi kimi keçir, Bir ot kimi quruyuram.
Psal Northern 102:12  Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən, Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
Psal Northern 102:13  Sən qalxıb Siona mərhəmət edəcəksən, Zamanını təyin etdin, indi ona lütf ediləcək.
Psal Northern 102:14  Çünki Sənin qulların onun daşlarını əziz tuturlar, Onun toz-torpağına necə də acıyırlar.
Psal Northern 102:15  Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
Psal Northern 102:16  Rəbb Sionu yenidən bərpa edəcək, Əzəmətində görünəcək,
Psal Northern 102:17  Yoxsulların duasına qulaq asacaq, Yalvarışlarına xor baxmayacaq.
Psal Northern 102:18  Sonrakı övladları Rəbbə həmd etsin deyə Qoy gələcək nəsil üçün belə yazılsın:
Psal Northern 102:19  «Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı;
Psal Northern 102:20  Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
Psal Northern 102:21  Ona görə Rəbbin ismini Sionda elan edəcəklər, Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
Psal Northern 102:22  Rəbbə xidmət etmək üçün gələrkən, Xalqlar, ölkələr bir yerə gələrkən.
Psal Northern 102:23  Yolda ikən Rəbb gücümü azaltdı, O, ömrümü qısaltdı.
Psal Northern 102:24  Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır, Sənin illərin nəsillərdən-nəsillərə çatır».
Psal Northern 102:25  Yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!
Psal Northern 102:26  Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər.
Psal Northern 102:27  Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
Psal Northern 102:28  Qullarının övladları yaşayacaq, Nəvə-nəticələri hüzurunda dayanacaq.
Chapter 103
Psal Northern 103:1  Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
Psal Northern 103:2  Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:
Psal Northern 103:3  Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
Psal Northern 103:4  Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
Psal Northern 103:5  Odur ömür boyu səni bərəkəti ilə doyduran, Səni təzələyib gənc, gümrah qartala oxşadan.
Psal Northern 103:6  Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir.
Psal Northern 103:7  Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib.
Psal Northern 103:8  Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir.
Psal Northern 103:9  Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz.
Psal Northern 103:10  Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz.
Psal Northern 103:11  Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
Psal Northern 103:12  Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
Psal Northern 103:13  Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
Psal Northern 103:14  Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Psal Northern 103:15  İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar,
Psal Northern 103:16  Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır.
Psal Northern 103:17  Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq.
Psal Northern 103:18  Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur.
Psal Northern 103:19  Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir.
Psal Northern 103:20  Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
Psal Northern 103:21  Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri!
Psal Northern 103:22  Rəbbə alqış edin, ey Onun yaratdıqları, Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar! Rəbbə alqış et, ey könlüm!
Chapter 104
Psal Northern 104:1  Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən!
Psal Northern 104:2  Nura libas kimi bürünən, Göyləri çadır tək açan,
Psal Northern 104:3  Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən,
Psal Northern 104:4  Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən!
Psal Northern 104:5  Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın.
Psal Northern 104:6  Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı.
Psal Northern 104:7  Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı.
Psal Northern 104:8  Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü.
Psal Northern 104:9  Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar.
Psal Northern 104:10  Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın.
Psal Northern 104:11  Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər.
Psal Northern 104:12  Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar.
Psal Northern 104:13  Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur.
Psal Northern 104:14  Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın:
Psal Northern 104:15  Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi.
Psal Northern 104:16  Doyunca su içər Rəbbin ağacları, Livanda əkdiyi sidr ağacları.
Psal Northern 104:17  Bu ağaclarda quşlar yuva qurar, Leyləklərin yuvası şam ağacındadır.
Psal Northern 104:18  Uca dağlar dağ keçilərinin oylağıdır, Qayalar qayadovşanlarının sığınacağıdır.
Psal Northern 104:19  Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, Günəş batacağı zamanı bilir.
Psal Northern 104:20  Gecə olsun deyə havanı qaraldırsan, Bütün meşə heyvanları vurnuxmaya düşürlər.
Psal Northern 104:21  Ov üçün gənc aslanlar nərə çəkərlər, Öz yemlərini Allahdan istəyərlər.
Psal Northern 104:22  Gün doğanda çəkilirlər, Yuvalarında yatırlar.
Psal Northern 104:23  İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər.
Psal Northern 104:24  Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, Yaratdıqların yer üzünü doldurub.
Psal Northern 104:25  Böyük, dərin dənizlərin var, Orada da saysız məxluqlar – Həm kiçik, həm də böyük canlılar qaynaşar.
Psal Northern 104:26  Oradan gəmilər keçir, Yaratdığın Livyatan sularda oynayır.
Psal Northern 104:27  Bunların hamısı gözləyir ki, Sən Vaxtlı-vaxtında onları yemləyəsən.
Psal Northern 104:28  Sən yem verərkən onlar yem yığırlar, Açıq əlinin nemətindən doyurlar.
Psal Northern 104:29  Amma üzünü gizlədərkən vəlvələyə düşürlər, Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,
Psal Northern 104:30  Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən.
Psal Northern 104:31  Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun!
Psal Northern 104:32  Rəbb yerə baxanda yer lərzəyə gəlir, Dağa toxunanda dağ tüstülənir.
Psal Northern 104:33  Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm, Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.
Psal Northern 104:34  Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm.
Psal Northern 104:35  Günahkarlar yer üzündən silinsinlər, Pis adamlar yox olsunlar! Rəbbə alqış et, ey könlüm! Rəbbə həmd edin!
Chapter 105
Psal Northern 105:1  Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin!
Psal Northern 105:2  Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
Psal Northern 105:3  Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
Psal Northern 105:4  Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
Psal Northern 105:5  Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
Psal Northern 105:6  Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
Psal Northern 105:7  Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir.
Psal Northern 105:8  Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
Psal Northern 105:9  İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
Psal Northern 105:10  Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi.
Psal Northern 105:11  Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm».
Psal Northern 105:12  O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
Psal Northern 105:13  Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
Psal Northern 105:14  Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
Psal Northern 105:15  Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin».
Psal Northern 105:16  Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi.
Psal Northern 105:17  Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi.
Psal Northern 105:18  Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər.
Psal Northern 105:19  Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi.
Psal Northern 105:20  Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi.
Psal Northern 105:21  Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi.
Psal Northern 105:22  Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
Psal Northern 105:23  Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi.
Psal Northern 105:24  Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi.
Psal Northern 105:25  Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər.
Psal Northern 105:26  Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi.
Psal Northern 105:27  Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
Psal Northern 105:28  Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər.
Psal Northern 105:29  Sularını qana çevirdi, Balıqlarını öldürdü.
Psal Northern 105:30  Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər.
Psal Northern 105:31  Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü.
Psal Northern 105:32  Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi.
Psal Northern 105:33  Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı.
Psal Northern 105:34  Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın.
Psal Northern 105:35  Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər.
Psal Northern 105:36  O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.
Psal Northern 105:37  İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı.
Psal Northern 105:38  Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi.
Psal Northern 105:39  Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.
Psal Northern 105:40  İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi.
Psal Northern 105:41  Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.
Psal Northern 105:42  Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
Psal Northern 105:43  O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
Psal Northern 105:44  Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi.
Psal Northern 105:45  Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!
Chapter 106
Psal Northern 106:1  Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir.
Psal Northern 106:2  Rəbbin qüdrətli işlərini sözlə demək olarmı? Onu layiqincə həmd edən varmı?
Psal Northern 106:3  Nə bəxtiyardır ədalətə bağlananlar, Hər zaman əməlisaleh olanlar!
Psal Northern 106:4  Ya Rəbb, xalqına lütf edərkən məni yada sal, Onları nicata çatdırarkən mənim də qayğıma qal.
Psal Northern 106:5  Qoy seçdiklərini bəxtiyar görüm, Millətinin sevinci ilə sevinim, İrsinlə birlikdə fəxr edim.
Psal Northern 106:6  Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq.
Psal Northern 106:7  Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.
Psal Northern 106:8  Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı.
Psal Northern 106:9  Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.
Psal Northern 106:10  İsrailliləri onlara nifrət edənin əlindən qurtardı, Onları düşməninin əlindən xilas etdi.
Psal Northern 106:11  Yağıları sular basdı, Bir nəfər də qalmadı.
Psal Northern 106:12  O zaman Rəbbin sözlərinə inandılar, Onu həmdlə tərənnüm etdilər.
Psal Northern 106:13  Lakin Rəbbin əməllərini tez unutdular, Ondan məsləhət almadılar.
Psal Northern 106:14  Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər.
Psal Northern 106:15  O da istədiklərini verdi, Lakin onlara azar göndərdi.
Psal Northern 106:16  Düşərgədə Musaya, Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,
Psal Northern 106:17  Torpaq yarılıb Datanı uddu, Aviramla yoldaşlarını yerə batırdı.
Psal Northern 106:18  Yoldaşlarının içinə alov saldı, Bu, pisləri yandırıb-yaxdı.
Psal Northern 106:19  Xorevdə bir dana heykəli düzəltdilər, Tökmə bir bütə səcdə etdilər.
Psal Northern 106:20  Allahın əvəzinə Otyeyən buğanın surətinə şərəf verdilər.
Psal Northern 106:21  Onları qurtaran Allahı – Misirdə böyük möcüzələr yaradanı,
Psal Northern 106:22  Ham ölkəsində xariqələr göstərəni, Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.
Psal Northern 106:23  Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi.
Psal Northern 106:24  Sonra o gözəl diyara da xor baxdılar, Rəbbin vədinə inanmadılar.
Psal Northern 106:25  Çadırlarında giley-güzar etdilər, Rəbbin səsini eşitmədilər.
Psal Northern 106:26  Buna görə Rəbb and içdi: Meyitlərini çöllərə sərəcək,
Psal Northern 106:27  Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək.
Psal Northern 106:28  Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər.
Psal Northern 106:29  Bu işlər Rəbbin qəzəbinə gəldi, Aralarına vəba töküldü.
Psal Northern 106:30  Onda Pinxas qalxıb buna müdaxilə etdi, Beləliklə, vəba çəkilib getdi.
Psal Northern 106:31  Bu, nəsillər boyu, əbədilik Onun üçün salehlik sayıldı.
Psal Northern 106:32  Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi:
Psal Northern 106:33  Onlar Musanın ruhunu incitdilər, O da düşünülməmiş sözlər dedi.
Psal Northern 106:34  Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər.
Psal Northern 106:35  Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
Psal Northern 106:36  Onların bütlərinə ibadət edərək Özlərini bu tələyə saldılar.
Psal Northern 106:38  Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər, Ölkəni qana bulaşdırdılar.
Psal Northern 106:39  Belə işlərlə murdarlandılar, Öz əməlləri ilə xəyanətə satıldılar.
Psal Northern 106:40  Rəbb xalqına qarşı qəzəbindən yandı, Öz irsini iyrənc bir şey sandı.
Psal Northern 106:41  Onları millətlərə təslim etdi, Onlara nifrət edənlər üzərlərində hakim oldu.
Psal Northern 106:42  Düşmənləri onları zülm altına saldılar, Onlara tabe olaraq əl altında qaldılar.
Psal Northern 106:43  Rəbb dəfələrlə onları azad etmişdi, Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular, Bu insanları öz günahları alçaltdı.
Psal Northern 106:44  Lakin O, fəryadlarını eşidəndə Onların əziyyətinə baxdı.
Psal Northern 106:45  Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi.
Psal Northern 106:46  Onları əsir edənlərin Qəlbinə mərhəmət saldı.
Psal Northern 106:47  Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək.
Psal Northern 106:48  Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Qoy bütün xalq söyləsin «Amin!» Rəbbə həmd edin!
Chapter 107
Psal Northern 107:1  Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
Psal Northern 107:2  Qoy belə söyləsin Rəbbin xilas etdikləri, Düşmən əlindən qurtardıqları,
Psal Northern 107:3  Şərqdən, qərbdən, şimaldan və cənubdan – Ölkələrdən topladıqları.
Psal Northern 107:4  Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar, Yaşamaq üçün heç bir şəhər tapmırdılar.
Psal Northern 107:5  Aclıqdan, susuzluqdan Canlarının taqəti getmişdi.
Psal Northern 107:6  Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
Psal Northern 107:7  Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı.
Psal Northern 107:8  Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
Psal Northern 107:9  Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər.
Psal Northern 107:10  Bəziləri əsir düşüb zülmətdə yaşayırdı, Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı.
Psal Northern 107:11  Çünki Allahın sözlərinə qarşı çıxmışdılar, Haqq-Taalanın məsləhətinə xor baxmışdılar.
Psal Northern 107:12  Ona görə ağır işlə onların ürəklərinə əzab verdi, Yıxılanda heç kim onlara kömək etmədi.
Psal Northern 107:13  Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
Psal Northern 107:14  Onların buxovlarını qopardı, Zülmətdən, qaranlıqdan çıxardı.
Psal Northern 107:15  Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
Psal Northern 107:16  Çünki O, tunc qapıları qırar, Dəmir cəftələri qoparar.
Psal Northern 107:17  Bəzilərinin ağlı çaşıb üsyankar oldu, Təqsirləri onları zülmə saldı.
Psal Northern 107:18  Hər yeməkdən iyrəndilər, Ölüm qapılarına yaxın gəldilər.
Psal Northern 107:19  Dara düşərkən Rəbbə fəryad qopardılar, Rəbb onları dərdlərindən qurtardı.
Psal Northern 107:20  Kəlamını göndərib onlara şəfa verdi, Məzara düşməkdən onları xilas etdi.
Psal Northern 107:21  Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
Psal Northern 107:22  Qoy şükür qurbanlarını təqdim etsinlər, Əməllərinə mədh oxuyub bəyan etsinlər!
Psal Northern 107:23  Bəziləri gəmilərlə dənizlərdə üzdülər, Dəryalarda böyük işlər gördülər.
Psal Northern 107:24  Orada Rəbbin əməllərinə, Dərin sularda etdiyi xariqələrinə şahid oldular.
Psal Northern 107:25  Çünki Onun əmri ilə qasırğa qopdu, Dənizin dalğaları qalxdı.
Psal Northern 107:26  Gəmiçilər göyə qalxıb dərinə enirdi, Qorxudan canları əldən gedirdi.
Psal Northern 107:27  Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi, Ağıllarına heç bir çarə gəlmirdi.
Psal Northern 107:28  Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
Psal Northern 107:29  Qasırğanı yatırdı, sükut gətirdi, Dalğaları sakit etdi.
Psal Northern 107:30  Sakitlik yarananda onlar çox sevindilər, Rəbb də onları istədikləri limana çatdırdı.
Psal Northern 107:31  Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!
Psal Northern 107:32  Qoy Onu xalqın toplantısında ucaltsınlar, Ona ağsaqqallar məclisində həmd etsinlər!
Psal Northern 107:33  O, çayları qurudub səhra edər, Bulaqlar olan yeri quraq çölə döndərər,
Psal Northern 107:34  Orada yaşayanların pisliyinə görə Münbit torpağı şoranlığa çevirər.
Psal Northern 107:35  Səhranı gölməçəyə döndərər, Quraq torpaqdan bulaqlar çıxardar.
Psal Northern 107:36  Oranı verər ki, aclar məskən salsınlar, Yaşamaq üçün özlərinə şəhər qursunlar,
Psal Northern 107:37  Tarlanı əksinlər, üzümlüklər salsınlar. Bol məhsul götürsünlər.
Psal Northern 107:38  Onun xeyir-duası ilə törəyib artırlar, Heyvanlarının sayı azalmır.
Psal Northern 107:39  Sonra əzabdan, darlıqdan, bəlalardan Onlar azalıb alçaldılan an
Psal Northern 107:40  Rəbb əsilzadələrin üstünə həqarət yağdırar, Onları sonsuz çöldə sərgərdan dolandırar.
Psal Northern 107:41  Amma fəqiri zülm altından qaldırar, Övladlarını sürü kimi çoxaldar.
Psal Northern 107:42  Bunu görən əməlisalehlər şad olar, Fitnə söyləyən ağızlarsa yumular.
Psal Northern 107:43  Kimin ağlı varsa, qoy buna fikir versin, Qoy Rəbbin məhəbbətini dərk etsin!
Chapter 108
Psal Northern 108:1  Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
Psal Northern 108:3  Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
Psal Northern 108:4  Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır.
Psal Northern 108:5  Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
Psal Northern 108:6  Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
Psal Northern 108:7  Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
Psal Northern 108:8  Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
Psal Northern 108:9  Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
Psal Northern 108:10  Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər?
Psal Northern 108:11  Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
Psal Northern 108:12  Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur.
Psal Northern 108:13  Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq!
Chapter 109
Psal Northern 109:2  Çünki pislər, hiyləgərlər ağzını açıb Yalançı dilləri ilə məndən danışırlar.
Psal Northern 109:3  Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər, Nahaq yerə hücumlarına məruz qalıram.
Psal Northern 109:4  Sevgimin əvəzinə mənə ittiham yağdırırlar, Mən isə dua etməkdəyəm.
Psal Northern 109:5  Yaxşılığımın əvəzinə yamanlıq edirlər, Sevgimin əvəzinə nifrətlə cavab verirlər.
Psal Northern 109:6  Belə adamın qarşısına bir pis insanı çıxar, Sağ tərəfində dayanıb onu ittiham etsin!
Psal Northern 109:7  Hökm oxunanda o təqsirkar çıxsın, Qoy onun duası günah sayılsın!
Psal Northern 109:8  Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun!
Psal Northern 109:10  Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın!
Psal Northern 109:11  Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
Psal Northern 109:12  Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın!
Psal Northern 109:13  Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin!
Psal Northern 109:14  Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın!
Psal Northern 109:15  Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
Psal Northern 109:16  Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər.
Psal Northern 109:17  Qarğış etməyi sevirdi, öz başına dönsün, Alqış etməyi sevmirdi, ona əli çatmasın!
Psal Northern 109:18  Ondan əynindəki paltar kimi qarğış çıxardı, Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
Psal Northern 109:19  Qarğışı onu əyninin libası kimi bürüsün, Hər gün belinə kəmər tək dolansın!
Psal Northern 109:20  Məni ittiham edənlər, Mənim barəmdə pis sözlər söyləyənlər Rəbbin cəzasına gəlsinlər!
Psal Northern 109:21  Lakin, ey Xudavənd Rəbb, ismin naminə Özün mənə qayğı göstər, O gözəl məhəbbətinə görə məni azad et.
Psal Northern 109:22  Çünki mən məzlum və fəqir insanam, Köksümdəki ürəyimdən yaralanmışam.
Psal Northern 109:23  Düşən kölgə kimi itirəm, Vurulub atılan çəyirtkəyə bənzəyirəm.
Psal Northern 109:24  Bax oruc tutmaqdan dizlərim əsir, Bir dəri, bir sümük qalmışam.
Psal Northern 109:25  Görənlər mənə lağ edir, Başlarını yelləyir.
Psal Northern 109:26  Ya Rəbb Allahım, Sən mənə kömək et, Məhəbbətinə görə məni qurtar.
Psal Northern 109:27  Bilsinlər ki, bu Sənin əlindədir, Ya Rəbb, Sən bunu edə bilərsən.
Psal Northern 109:28  Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver, Qoy onlar əleyhimə qalxarkən utansınlar. Sənin qulunam, qoy sevinim!
Psal Northern 109:29  İttihamçılarım rüsvayçılığa bürünsünlər, Xəcaləti xalat kimi geyinsinlər.
Psal Northern 109:30  Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək, Xalq içində Ona həmd edəcək.
Psal Northern 109:31  Çünki O, fəqirin sağ tərəfində dayanar ki, Edam hökmü verənlərin əlindən onu qurtarsın.
Chapter 110
Psal Northern 110:1  Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur».
Psal Northern 110:2  Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.
Psal Northern 110:3  Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.
Psal Northern 110:4  Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».
Psal Northern 110:5  Xudavənd sənin sağ tərəfindədir, Qəzəb günündə padşahları qıracaq.
Psal Northern 110:6  Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək.
Psal Northern 110:7  Yol kənarında olan vadidən su içəcək, Buna görə güclənib yüksələcək.
Chapter 111
Psal Northern 111:1  Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm.
Psal Northern 111:2  Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür.
Psal Northern 111:3  Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır.
Psal Northern 111:4  Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir,
Psal Northern 111:5  Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır.
Psal Northern 111:6  Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi.
Psal Northern 111:7  Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır.
Psal Northern 111:8  Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır.
Psal Northern 111:9  Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir.
Psal Northern 111:10  Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun!
Chapter 112
Psal Northern 112:1  Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!
Psal Northern 112:2  Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq.
Psal Northern 112:3  Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar.
Psal Northern 112:4  Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
Psal Northern 112:5  Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır.
Psal Northern 112:6  Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq.
Psal Northern 112:7  Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
Psal Northern 112:8  Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz.
Psal Northern 112:9  Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar, Qüdrəti və hörməti ucalar.
Psal Northern 112:10  Pis adamsa bunu görüb qəzəblənər, Dişlərini qıcıdar, yanıb-tökülər, Pislərin arzusu puç olar.
Chapter 113
Psal Northern 113:1  Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin!
Psal Northern 113:2  İndidən sonsuzadək Rəbbin isminə alqış olsun!
Psal Northern 113:3  Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir!
Psal Northern 113:4  Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir!
Psal Northern 113:5  Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan,
Psal Northern 113:7  O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar.
Psal Northern 113:8  Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
Psal Northern 113:9  Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin!
Chapter 114
Psal Northern 114:1  İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
Psal Northern 114:2  Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu.
Psal Northern 114:3  Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi.
Psal Northern 114:4  Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı.
Psal Northern 114:5  Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin?
Psal Northern 114:6  Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız?
Psal Northern 114:7  Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl!
Psal Northern 114:8  Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur.
Chapter 115
Psal Northern 115:1  Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
Psal Northern 115:2  Niyə millətlər belə desin: «Onların Allahı haradadır?»
Psal Northern 115:3  Allahımız göylərdədir, Öz istədiyini edir.
Psal Northern 115:4  Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
Psal Northern 115:5  Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
Psal Northern 115:6  Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir,
Psal Northern 115:7  Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir.
Psal Northern 115:8  Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
Psal Northern 115:9  Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
Psal Northern 115:10  Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
Psal Northern 115:11  Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
Psal Northern 115:12  Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək,
Psal Northern 115:13  Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək.
Psal Northern 115:15  Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız!
Psal Northern 115:16  Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi.
Psal Northern 115:17  Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər.
Psal Northern 115:18  Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin!
Chapter 116
Psal Northern 116:1  Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir.
Psal Northern 116:2  Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
Psal Northern 116:3  Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı.
Psal Northern 116:4  O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!»
Psal Northern 116:5  Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir.
Psal Northern 116:6  Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.
Psal Northern 116:7  Ey canım, rahat ol, Çünki Rəbb sənə comərdlik etdi.
Psal Northern 116:8  Ya Rəbb, canımı ölümdən, Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.
Psal Northern 116:9  İndi Rəbbin hüzurunda gəzib-dolaşıram, Dirilər arasındayam.
Psal Northern 116:10  «Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim.
Psal Northern 116:11  Mən təlaşa düşüb belə demişdim: «Bütün insanlar yalançıdır».
Psal Northern 116:12  Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?
Psal Northern 116:13  Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.
Psal Northern 116:14  Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm.
Psal Northern 116:15  Rəbbin gözündə hər bir möminin Ölümü çox bahadır.
Psal Northern 116:16  Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan.
Psal Northern 116:17  Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.
Psal Northern 116:18  Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm
Psal Northern 116:19  Rəbbin evinin həyətində, Ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin!
Chapter 117
Psal Northern 117:1  Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!
Psal Northern 117:2  Bizə olan məhəbbəti böyükdür, Rəbbin sədaqəti əbədidir! Rəbbə həmd edin!
Chapter 118
Psal Northern 118:1  Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
Psal Northern 118:2  Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!»
Psal Northern 118:3  Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!»
Psal Northern 118:4  Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!»
Psal Northern 118:5  Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı.
Psal Northern 118:6  Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
Psal Northern 118:7  Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm.
Psal Northern 118:8  Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır.
Psal Northern 118:9  Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
Psal Northern 118:10  Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım.
Psal Northern 118:11  Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım.
Psal Northern 118:12  Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım.
Psal Northern 118:13  Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı.
Psal Northern 118:14  Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi!
Psal Northern 118:15  Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir!
Psal Northern 118:16  Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!»
Psal Northern 118:17  Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm.
Psal Northern 118:18  Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi.
Psal Northern 118:19  Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim.
Psal Northern 118:20  Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək.
Psal Northern 118:21  Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən!
Psal Northern 118:23  Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir.
Psal Northern 118:24  Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək!
Psal Northern 118:25  Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!
Psal Northern 118:26  Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.
Psal Northern 118:27  Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın.
Psal Northern 118:28  Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm!
Psal Northern 118:29  Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
Chapter 119
Psal Northern 119:1  Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.
Psal Northern 119:2  Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar.
Psal Northern 119:3  Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər.
Psal Northern 119:4  Sən qayda-qanunlarını qoydun, Bunlara bağlı qalmağı buyurdun.
Psal Northern 119:5  Sənin qaydalarına bağlı qalmaq üçün Kaş tutduğum yolda möhkəm olaydım.
Psal Northern 119:6  Onda xəcalət çəkməzdim, Sənin bütün əmrlərindən gözümü çəkməzdim.
Psal Northern 119:7  Adil hökmlərini öyrənərkən Sənə düz qəlblə şükür edəcəyəm.
Psal Northern 119:8  Sənin qaydalarına əməl edəcəyəm, Sən məni tamamilə tərk etmə!
Psal Northern 119:9  Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla.
Psal Northern 119:10  Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım.
Psal Northern 119:11  Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
Psal Northern 119:12  Ya Rəbb, Sənə alqış olsun! Qaydalarını mənə öyrət.
Psal Northern 119:13  Ağzından çıxan hər hökmü Dilimlə bəyan edirəm.
Psal Northern 119:14  Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam.
Psal Northern 119:15  Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm.
Psal Northern 119:16  Qaydalarından zövq alıram, Sözünü unutmuram.
Psal Northern 119:17  Quluna comərdliyini göstər, Qoy yaşayım və sözünə bağlı qalım.
Psal Northern 119:18  Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.
Psal Northern 119:19  Əmrlərini məndən gizlətmə, Çünki mən bu dünyada bir qəribəm,
Psal Northern 119:20  Hökmlərinin həsrətini çəkməkdən Hər zaman ürəyim ağrıyır.
Psal Northern 119:21  Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin, Çünki onlar lənətləndi.
Psal Northern 119:22  Həqarəti, tənəni məndən uzaq et, Göstərişlərinə əməl etmişəm.
Psal Northern 119:23  Başçılar yığılıb mənim üçün qəsd qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm.
Psal Northern 119:24  Göstərişlərin mənə zövq verir, Onlar mənim məsləhətçilərimdir.
Psal Northern 119:25  Mən torpağa düşmüşəm, Öz sözünə görə məni həyata qaytar.
Psal Northern 119:26  Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin, Mənə qaydalarını öyrət.
Psal Northern 119:27  Qayda-qanunlarının yollarını mənə Özün izah et, Xariqələrin barədə dərin düşünüm.
Psal Northern 119:28  Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver.
Psal Northern 119:29  Məni yanlış yoldan uzaqlaşdır, Qanununa görə mənə lütf göstər.
Psal Northern 119:30  Mən sədaqət yolunu seçdim, Hökmlərini gözümün önünə gətirdim.
Psal Northern 119:31  Sənin göstərişlərindən yapışmışam, Ya Rəbb, qoyma xəcalətli qalım.
Psal Northern 119:32  Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
Psal Northern 119:33  Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm.
Psal Northern 119:34  Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım.
Psal Northern 119:35  Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram.
Psal Northern 119:36  Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt.
Psal Northern 119:37  Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et.
Psal Northern 119:38  Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt.
Psal Northern 119:39  Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır!
Psal Northern 119:40  Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat.
Psal Northern 119:41  Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar!
Psal Northern 119:42  Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
Psal Northern 119:43  Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.
Psal Northern 119:45  Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
Psal Northern 119:46  Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
Psal Northern 119:47  Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
Psal Northern 119:48  Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.
Psal Northern 119:49  Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
Psal Northern 119:50  Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
Psal Northern 119:51  Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
Psal Northern 119:52  Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
Psal Northern 119:53  Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
Psal Northern 119:54  Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
Psal Northern 119:55  Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.
Psal Northern 119:56  Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim.
Psal Northern 119:57  Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
Psal Northern 119:58  Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər.
Psal Northern 119:59  Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
Psal Northern 119:60  Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
Psal Northern 119:61  Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım.
Psal Northern 119:62  Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram.
Psal Northern 119:63  Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam.
Psal Northern 119:64  Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət.
Psal Northern 119:65  Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən.
Psal Northern 119:66  Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram.
Psal Northern 119:67  Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
Psal Northern 119:68  Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət.
Psal Northern 119:69  Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
Psal Northern 119:70  Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram.
Psal Northern 119:71  Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
Psal Northern 119:72  Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
Psal Northern 119:73  Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
Psal Northern 119:74  Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam.
Psal Northern 119:75  Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
Psal Northern 119:76  Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin.
Psal Northern 119:77  Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.
Psal Northern 119:78  Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
Psal Northern 119:79  Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir.
Psal Northern 119:80  Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim!
Psal Northern 119:81  Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam.
Psal Northern 119:82  Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
Psal Northern 119:83  Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram.
Psal Northern 119:84  Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
Psal Northern 119:85  Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar.
Psal Northern 119:86  Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir.
Psal Northern 119:87  Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam.
Psal Northern 119:88  Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım.
Psal Northern 119:89  Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.
Psal Northern 119:90  Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
Psal Northern 119:91  Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar.
Psal Northern 119:92  Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.
Psal Northern 119:93  Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
Psal Northern 119:94  Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam.
Psal Northern 119:95  Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
Psal Northern 119:96  Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır.
Psal Northern 119:97  Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
Psal Northern 119:98  Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
Psal Northern 119:99  Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
Psal Northern 119:100  Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
Psal Northern 119:101  Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
Psal Northern 119:102  Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
Psal Northern 119:103  Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
Psal Northern 119:104  Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
Psal Northern 119:105  Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Psal Northern 119:106  Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
Psal Northern 119:107  Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
Psal Northern 119:108  Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
Psal Northern 119:109  Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
Psal Northern 119:110  Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
Psal Northern 119:111  Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
Psal Northern 119:112  Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
Psal Northern 119:113  İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
Psal Northern 119:114  Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
Psal Northern 119:115  Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
Psal Northern 119:116  Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
Psal Northern 119:117  Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
Psal Northern 119:118  Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
Psal Northern 119:119  Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm.
Psal Northern 119:120  Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.
Psal Northern 119:121  Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə.
Psal Northern 119:122  Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.
Psal Northern 119:123  Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.
Psal Northern 119:124  Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət.
Psal Northern 119:125  Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim.
Psal Northern 119:126  Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
Psal Northern 119:127  Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm.
Psal Northern 119:128  Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm.
Psal Northern 119:129  Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
Psal Northern 119:130  Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
Psal Northern 119:131  Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
Psal Northern 119:132  Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
Psal Northern 119:133  Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
Psal Northern 119:134  Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
Psal Northern 119:135  Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
Psal Northern 119:136  Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
Psal Northern 119:138  Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
Psal Northern 119:139  Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
Psal Northern 119:141  Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
Psal Northern 119:142  Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
Psal Northern 119:143  Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
Psal Northern 119:144  Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
Psal Northern 119:145  Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
Psal Northern 119:146  Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
Psal Northern 119:147  Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
Psal Northern 119:148  Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
Psal Northern 119:149  Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
Psal Northern 119:150  Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
Psal Northern 119:151  Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
Psal Northern 119:152  Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
Psal Northern 119:153  Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
Psal Northern 119:154  Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
Psal Northern 119:155  Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
Psal Northern 119:156  Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
Psal Northern 119:157  Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
Psal Northern 119:158  Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
Psal Northern 119:159  Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
Psal Northern 119:160  Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
Psal Northern 119:161  Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
Psal Northern 119:162  Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
Psal Northern 119:163  Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
Psal Northern 119:164  Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
Psal Northern 119:165  Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
Psal Northern 119:166  Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
Psal Northern 119:167  Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!
Psal Northern 119:168  Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır.
Psal Northern 119:169  Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver.
Psal Northern 119:170  Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et.
Psal Northern 119:171  Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən.
Psal Northern 119:172  Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir.
Psal Northern 119:173  Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim.
Psal Northern 119:174  Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram.
Psal Northern 119:175  Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum, Hökmlərin qoy mənə kömək olsun.
Psal Northern 119:176  İtən quzu kimi azmışam, qulunu axtar, Çünki əmrlərini unutmamışam.
Chapter 120
Psal Northern 120:1  Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi.
Psal Northern 120:2  Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar».
Psal Northern 120:3  Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək?
Psal Northern 120:4  Cəngavərin iti oxları, Yanan odundan düşən közlər!
Psal Northern 120:5  Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram!
Psal Northern 120:6  Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
Psal Northern 120:7  Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır.
Chapter 121
Psal Northern 121:1  Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?
Psal Northern 121:2  Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.
Psal Northern 121:3  O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz.
Psal Northern 121:5  Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.
Psal Northern 121:6  Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.
Psal Northern 121:7  Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.
Psal Northern 121:8  Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.
Chapter 122
Psal Northern 122:1  Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.
Psal Northern 122:2  Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum.
Psal Northern 122:3  Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir.
Psal Northern 122:4  İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər.
Psal Northern 122:5  Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub.
Psal Northern 122:6  Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün!
Psal Northern 122:7  Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!»
Psal Northern 122:8  Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm.
Psal Northern 122:9  Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm.
Chapter 123
Psal Northern 123:1  Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm.
Psal Northern 123:2  Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
Psal Northern 123:3  Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq.
Psal Northern 123:4  Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.
Chapter 124
Psal Northern 124:1  İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı,
Psal Northern 124:2  Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı,
Psal Northern 124:3  Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar,
Psal Northern 124:4  Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı,
Psal Northern 124:6  Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi.
Psal Northern 124:7  Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu.
Psal Northern 124:8  Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.
Chapter 125
Psal Northern 125:1  Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.
Psal Northern 125:2  Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
Psal Northern 125:3  Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı.
Psal Northern 125:4  Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et!
Psal Northern 125:5  Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!
Chapter 126
Psal Northern 126:1  Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.
Psal Northern 126:2  Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».
Psal Northern 126:3  Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.
Psal Northern 126:4  Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
Psal Northern 126:5  Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək.
Psal Northern 126:6  Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.
Chapter 127
Psal Northern 127:1  Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.
Psal Northern 127:2  Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Psal Northern 127:3  Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
Psal Northern 127:4  İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.
Psal Northern 127:5  Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.
Chapter 128
Psal Northern 128:1  Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!
Psal Northern 128:2  Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.
Psal Northern 128:3  Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək.
Psal Northern 128:5  Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,
Psal Northern 128:6  Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!
Chapter 129
Psal Northern 129:1  Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər.
Psal Northern 129:2  Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər.
Psal Northern 129:3  Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
Psal Northern 129:4  Rəbb isə adildir, Pislərin buxovlarını qırdı».
Psal Northern 129:5  Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun!
Psal Northern 129:6  Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar!
Psal Northern 129:7  O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz!
Psal Northern 129:8  Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!»
Chapter 130
Psal Northern 130:2  Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə.
Psal Northern 130:3  Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
Psal Northern 130:4  Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir.
Psal Northern 130:5  Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.
Psal Northern 130:6  Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.
Psal Northern 130:7  Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.
Psal Northern 130:8  Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər!
Chapter 131
Psal Northern 131:1  Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm.
Psal Northern 131:2  Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm.
Psal Northern 131:3  Ey İsrail, Rəbbə ümidini bağla, İndidən sonsuzadək ümidini Ona bağla!
Chapter 132
Psal Northern 132:2  Rəbbə etdiyi andı, Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
Psal Northern 132:3  O dedi: «Öz evimdə yaşamaram, Yatağımda yatmaram,
Psal Northern 132:5  Rəbbə layiq bir yer, Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
Psal Northern 132:6  Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq.
Psal Northern 132:7  Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək».
Psal Northern 132:8  Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx.
Psal Northern 132:9  Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
Psal Northern 132:10  Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
Psal Northern 132:11  Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
Psal Northern 132:12  Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
Psal Northern 132:13  Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.
Psal Northern 132:14  Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım.
Psal Northern 132:15  Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
Psal Northern 132:16  Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq.
Psal Northern 132:17  Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
Psal Northern 132:18  Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq».
Chapter 133
Psal Northern 133:1  Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq!
Psal Northern 133:2  Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı.
Psal Northern 133:3  Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin.
Chapter 134
Psal Northern 134:1  Rəbbə alqış edin, ey Onun qulları, Ey Rəbb evinin xidmətində gecələr oyaq duranlar!
Psal Northern 134:2  Müqəddəs yerə tərəf əllərinizi qaldırın, Rəbbə alqış edin!
Psal Northern 134:3  Göyləri və yeri yaradan Rəbb Siondan sizə xeyir-dua versin.
Chapter 135
Psal Northern 135:1  Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin!
Psal Northern 135:2  Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar,
Psal Northern 135:3  Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
Psal Northern 135:4  Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi.
Psal Northern 135:5  Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür.
Psal Northern 135:6  Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
Psal Northern 135:7  Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.
Psal Northern 135:8  Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
Psal Northern 135:9  Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi.
Psal Northern 135:10  Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü.
Psal Northern 135:11  Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı.
Psal Northern 135:12  Onların torpaqlarını, mülklərini Öz xalqı İsrailə irs olaraq verdi.
Psal Northern 135:13  Ya Rəbb, ismin əbədidir! Ey Rəbb, şöhrətin nəsillərdən-nəsillərə çatır!
Psal Northern 135:14  Rəbb xalqına haqq verəcək, Qullarına rəhm edəcək.
Psal Northern 135:15  Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
Psal Northern 135:16  Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
Psal Northern 135:17  Qulaqları var, eşitmir, Ağızlarından nəfəs gəlmir.
Psal Northern 135:18  Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
Psal Northern 135:19  Ey İsraillilər, Rəbbə alqış edin! Ey Harun nəsli, Rəbbə alqış söyləyin!
Psal Northern 135:20  Ey Levi nəsli, Rəbbə alqış edin! Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!
Psal Northern 135:21  Rəbbə Siondan alqış oxunsun! Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin!
Chapter 136
Psal Northern 136:1  Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:2  Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:3  Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:4  Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:5  Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:6  Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:7  Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:8  Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:9  Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:10  O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:11  İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:12  İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:13  Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:14  İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:15  Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:16  O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:17  O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:18  O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:19  Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:20  Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:21  Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:22  Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:23  O, miskin halımızda bizi yaddan çıxarmadı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:24  Bizi düşmən əlindən qurtardı, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:25  O, bəşəriyyətə ruzi verir, Çünki məhəbbəti əbədidir!
Psal Northern 136:26  Göylərin Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
Chapter 137
Psal Northern 137:1  Babil torpağında olanda Sionu yada salardıq, Çay kənarında oturaraq ağlayardıq,
Psal Northern 137:3  Bizi əsir edənlər Nəğmə oxumağımızı əmr edirdilər, Bizə zülm verənlər Onları şənləndirməyimizi istəyirdilər, «Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.
Psal Northern 137:4  Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?
Psal Northern 137:5  Ey Yerusəlim, əgər səni unutsam, Qoy sağ əlim qurusun.
Psal Northern 137:6  Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın.
Psal Northern 137:7  Ya Rəbb, Edomluları bir yada sal, Məğlubiyyət günü Yerusəlimdən danışırdılar, Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»
Psal Northern 137:8  Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!
Psal Northern 137:9  Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!
Chapter 138
Psal Northern 138:1  Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm.
Psal Northern 138:2  Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
Psal Northern 138:3  Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
Psal Northern 138:4  Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər.
Psal Northern 138:5  Rəbbin yollarını tərənnüm edəcəklər, Çünki Rəbbin ehtişamı böyükdür.
Psal Northern 138:6  Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar.
Psal Northern 138:7  Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan.
Psal Northern 138:8  Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!
Chapter 139
Psal Northern 139:2  Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan.
Psal Northern 139:3  Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
Psal Northern 139:4  Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
Psal Northern 139:5  Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan.
Psal Northern 139:6  Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
Psal Northern 139:7  Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım?
Psal Northern 139:8  Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan.
Psal Northern 139:9  Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə,
Psal Northern 139:10  Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq.
Psal Northern 139:11  Desəm də: «Qoy zülmət məni bürüsün, İşıq batsın, ətrafım gecəyə dönsün»,
Psal Northern 139:12  Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var?
Psal Northern 139:13  Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən.
Psal Northern 139:14  Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.
Psal Northern 139:15  Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
Psal Northern 139:16  Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
Psal Northern 139:17  Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!
Psal Northern 139:18  Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
Psal Northern 139:19  Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı,
Psal Northern 139:20  Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər!
Psal Northern 139:21  Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi?
Psal Northern 139:22  Onlara tamamilə nifrət edirəm, Onları özümə düşmən sayıram.
Psal Northern 139:23  Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.
Psal Northern 139:24  Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!
Chapter 140
Psal Northern 140:1  Ya Rəbb, məni şər adamlardan xilas et, Məni qəddar insanlardan hifz et.
Psal Northern 140:2  Ürəklərində pis niyyətləri var, Hər gün dava yaradırlar.
Psal Northern 140:3  Kəskin dilləri ilan tək çalar, Sanki dodaqlarında gürzə zəhəri var. Sela
Psal Northern 140:4  Ya Rəbb, şər insanın əlindən, Qəddar insanlardan məni qoru. İstəyirlər ki, ayağımı büdrətsinlər.
Psal Northern 140:5  Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela
Psal Northern 140:6  Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit!
Psal Northern 140:7  Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan.
Psal Northern 140:8  Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». Sela
Psal Northern 140:9  Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün!
Psal Northern 140:10  Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin!
Psal Northern 140:11  Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın, Bəlalar qəddarı vursun, onu ovlasın!
Psal Northern 140:12  Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır, Fəqirlərə haqq qazandırır.
Psal Northern 140:13  Bəli, salehlər Sənin isminə şükür oxuyacaq, Əməlisalehlər hüzurunda yaşayacaq.
Chapter 141
Psal Northern 141:1  Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit!
Psal Northern 141:2  Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
Psal Northern 141:3  Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
Psal Northern 141:4  Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.
Psal Northern 141:5  Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm.
Psal Northern 141:6  Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
Psal Northern 141:7  Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib.
Psal Northern 141:8  Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
Psal Northern 141:9  Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru.
Psal Northern 141:10  Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.
Chapter 142
Psal Northern 142:1  Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram.
Psal Northern 142:2  Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm.
Psal Northern 142:3  Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
Psal Northern 142:4  Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır.
Psal Northern 142:5  Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən».
Psal Northern 142:6  Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür.
Psal Northern 142:7  Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!
Chapter 143
Psal Northern 143:1  Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə, Mənə sədaqətin, salehliyin naminə cavab söylə.
Psal Northern 143:2  Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.
Psal Northern 143:3  Məni düşmən təqib etdi, Yerə vurdu, həyatım əldən getdi. Sanki lap çoxdan ölənlərin biriyəm, Bu düşmən məni zülmətə saldı.
Psal Northern 143:4  Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı.
Psal Northern 143:5  Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə hey fikirləşirəm.
Psal Northern 143:6  Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. Sela
Psal Northern 143:7  Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim.
Psal Northern 143:8  Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
Psal Northern 143:9  Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm.
Psal Northern 143:10  Mənə Sənin iradənə əməl etməyi öyrət, Çünki mənim Allahım Sənsən. Sənin Ruhun yaxşıdır, Düz yer üçün mənə yol göstər.
Psal Northern 143:11  Ya Rəbb, mənə ismin naminə həyat ver, Salehliyin naminə canımı dardan qurtar.
Psal Northern 143:12  Məhəbbətin naminə yağılarımı məhv et, Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam.
Chapter 144
Psal Northern 144:1  Alqış olsun Rəbbə, Qayama! Əllərimə döyüş təlimi, Barmaqlarıma müharibə təlimi verən Odur.
Psal Northern 144:2  Mənə Məhəbbət göstərən, mənim Qalam, Qülləm, Xilaskarım, Qalxanım, Pənahgahım, Xalqımı mənə itaət etdirən Odur.
Psal Northern 144:3  Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən?
Psal Northern 144:4  İnsan bir nəfəsə bənzər, Ömrü kölgə kimi keçib-gedər.
Psal Northern 144:5  Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin.
Psal Northern 144:6  Şimşəyini çaxdır, düşmənləri dağıt, Oxlarını yağdır, yağıları darmadağın et.
Psal Northern 144:7  Göylərdən əl uzadıb dərin sulardan məni xilas et, Məni yadellilərin əlindən azad et.
Psal Northern 144:8  Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
Psal Northern 144:9  Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm.
Psal Northern 144:10  Sənsən padşahlara zəfər qazandıran, Qulun Davudu amansız qılıncdan qurtaran.
Psal Northern 144:11  Məni yadellilərin əlindən xilas et, Sən məni azad et! Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
Psal Northern 144:12  Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.
Psal Northern 144:13  Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın, Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.
Psal Northern 144:14  Naxırlarımız çoxlu balalar versin, Hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, Meydanlarımız şivən səsinə bir daha bürünməsin.
Psal Northern 144:15  Nə bəxtiyardır belə xeyir-dua alan xalq! Nə bəxtiyardır Allahı Rəbb olan xalq!
Chapter 145
Psal Northern 145:1  Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.
Psal Northern 145:2  Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm.
Psal Northern 145:3  Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz.
Psal Northern 145:4  Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, Qüdrətli işlərin bəyan ediləcək.
Psal Northern 145:5  Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm.
Psal Northern 145:6  İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm.
Psal Northern 145:7  İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, Salehliyini mədh edəcəklər.
Psal Northern 145:8  Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir.
Psal Northern 145:9  Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
Psal Northern 145:10  Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək.
Psal Northern 145:11  Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.
Psal Northern 145:12  Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin.
Psal Northern 145:13  Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır.
Psal Northern 145:14  Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır.
Psal Northern 145:15  Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
Psal Northern 145:16  Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən.
Psal Northern 145:17  Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir.
Psal Northern 145:18  Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
Psal Northern 145:19  Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.
Psal Northern 145:20  Rəbb Onu sevənlərin hamısını hifz edər, Bütün pis adamlarınsa kökünü kəsər.
Psal Northern 145:21  Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!
Chapter 146
Psal Northern 146:1  Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et!
Psal Northern 146:2  Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!
Psal Northern 146:3  Əsilzadələrə, Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.
Psal Northern 146:4  Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar.
Psal Northern 146:5  Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
Psal Northern 146:6  Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan.
Psal Northern 146:7  O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir,
Psal Northern 146:8  Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir.
Psal Northern 146:9  Rəbb qəriblərə dayaq olur, Yetimi, dul qadını ayağa qaldırır, Pislərinsə yollarını dolaşdırır.
Psal Northern 146:10  Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!
Chapter 147
Psal Northern 147:1  Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!
Psal Northern 147:2  Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
Psal Northern 147:3  O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
Psal Northern 147:4  Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
Psal Northern 147:5  Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
Psal Northern 147:6  Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
Psal Northern 147:7  Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
Psal Northern 147:8  O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.
Psal Northern 147:9  O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər.
Psal Northern 147:10  O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz.
Psal Northern 147:11  Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.
Psal Northern 147:12  Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
Psal Northern 147:13  Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər.
Psal Northern 147:14  Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər.
Psal Northern 147:15  Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.
Psal Northern 147:16  Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar.
Psal Northern 147:17  Parça-parça dolu tökər. Onun soyuğuna kim dözə bilər?
Psal Northern 147:18  Buyruq verəndə buz əriyər, Külək əsdirəndə sular sel tək axar.
Psal Northern 147:19  O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir.
Psal Northern 147:20  Başqa millətlər üçün belə etməyib, Heç birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin!
Chapter 148
Psal Northern 148:1  Rəbbə həmd edin! Göylərdən Rəbbə həmd edin, Yüksəklərdən Ona həmd edin!
Psal Northern 148:2  Ey Onun bütün mələkləri, Ona həmd edin! Ey Onun bütün orduları, Ona həmd edin!
Psal Northern 148:3  Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin!
Psal Northern 148:4  Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin!
Psal Northern 148:5  Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar.
Psal Northern 148:6  Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub.
Psal Northern 148:7  Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər,
Psal Northern 148:8  Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar,
Psal Northern 148:9  Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları,
Psal Northern 148:10  Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar,
Psal Northern 148:11  Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər,
Psal Northern 148:12  Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar!
Psal Northern 148:13  Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir,
Psal Northern 148:14  O, xalqına böyük qüvvət verib. Buna görə Ona həmd etsin Onun bütün möminləri, Əziz xalqı olan İsrail övladları! Rəbbə həmd edin!
Chapter 149
Psal Northern 149:1  Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin!
Psal Northern 149:2  İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!
Psal Northern 149:3  Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə ismini tərənnüm edin!
Psal Northern 149:4  Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.
Psal Northern 149:5  Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.
Psal Northern 149:6  Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar.
Psal Northern 149:7  Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar.
Psal Northern 149:8  Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar.
Psal Northern 149:9  Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!
Chapter 150
Psal Northern 150:1  Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin!
Psal Northern 150:2  Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin!
Psal Northern 150:3  Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin!
Psal Northern 150:4  Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin!
Psal Northern 150:5  Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin!
Psal Northern 150:6  Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!